text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Avstriya Respublikasının birinci xanımı Margit Fişer Təzəpir məscidi ilə tanış olmuşdur. Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer Təzəpir məscidi ilə tanış olmuşdur. Xanım Margit Fişerə məlumat verilmişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf... | ANL |
Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Federal Prezidentinin xanımı Margit Fişer Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsini ziyarət etmişdir. AzərTAc xəbər verir ki, kilsənin din xadimləri ilə görüşündə Margit Fişerə bildirmişlər ki, Azərbaycanda katolik kilsəsinin tarixi xristianlığın ilk yüzilliklərindən,... | ANL |
Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer Bakıda yeni tikilmiş sinaqoqda olmuşdur. Qonağı Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov qarşılamışdır. S.İxiilov Avstriyanın birinci xanımının sinaqoqu ziyarət etməsindən məmnunluğunu ifadə edərək hörmətli qonağa icmanın fəaliyyəti, B... | ANL |
Avstriyanın birinci xanımı Azərbaycan xalçalarını heyranlıqla seyr etmişdir. Oktyabrın 12-də Avstriya Respublikası Prezidentinin xanımı Margit Fişer "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur. Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdir. Məlumat verilmişdir ki, xalçaçılıq Azə... | ANL |
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci xanımı Margit Fişer oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur. AzərTAc xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir... | ANL |
Avstriyanın birinci xanımı İçərişəhərin gözəlliyinə heyran qalmışdır. Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, əvvəlcə qonaq Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda nahar etmişdir... | ANL |
Əhalinin yüksək sosial təminatının AZƏRBAYCAN MODELI. Dünyanın mövcud inkişaf tarixi müstəqillik fəlsəfəsinin şüurlara getdikcə daha çox hakim kəsildiyini, milli suverenlik hüququnun bəşəri miqyasda bütün xalqlar üçün ən ali dəyər olaraq qəbul edildiyini göstərir. Məhz bunun nəticəsidir ki, təkcə son bir əsr ərzində mü... | ANL |
Azərbaycanda dəmir yol şəbəkəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz bağlıdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müsahibəsi. - Arif müəllim, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ölkəmizdə təntənəli surətdə qeyd edilir. Azərbaycanda ... | ANL |
Hüquqi dövlət demokratik, hüquqi islahatlardan qaynaqlanır. Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması da ulu öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. Ulu öndər Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" qanun bu sahədə qanunve... | ANL |
Yubiley münasibəti ilə geniş tədbir keçirilmişdir. Vergilər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın vergi sistemi" adlı geniş tədbir keçirilmişdir. Tədbirdən əvvəl Heydər Əliyevin nazirliyin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş, yenicə ç... | ANL |
Fransanın nüfuzlu «Le Point» jurnalında Bakı şəhəri və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən məqalə dərc olunmuşdur. Fransanın nüfuzlu "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportaj çərçivəsində Bakı və Azərbaycanın iqtisadi nailiyyətlərindən... | ANL |
Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü, modern və hazırlıqlı ordusuna çevrilib. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün astanasındadır. İctimaiyyət müstəqilliyimizin yubileyini bayram etməklə bərabər, 20 illik tariximizin möhtəşəm uğurlarını da fikir süzgəcindən keçirir. Görünən odur... | ANL |
Dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir. Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə etmək, suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, ilk imkan xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Sovet imperiyasının dağılması Azərbaycan xalqına milli müstəqilliyini bərpa e... | ANL |
Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldən şərəfli missiya. Ömrünü təmənnasız olaraq ölkəsinin rifah və inkişafına həsr edən, bundan hədsiz qürur duyduğunu hər zaman iftixarla dilə gətirən ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində və tarixində xatirəsini əbədi yaşadan ümdə səbəblərdən biri yüksək hum... | ANL |
Bakıda «İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi» mövzusunda 5-ci beynəlxalq konfrans keçirilir. Qafqaz Universitetində "İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi" mövzusunda 5-ci beynəlxalq konfrans keçirilir. Konfrans təhsil, rabitə və informasiya texnologiyaları nazirlikləri, Qafqa... | ANL |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gənc rejissor Namiq Ağayevin quruluşunda yeni səhnə həyatı yaşayan "Qanlı Nigar" tamaşasının premyerası keçirilib. Türk yazıçısı Sadik Şəndilin eyniadlı əsəri əsasında hazırlanmış "Qanlı Nigar"da əsas rolları Firəngiz Mütəllimova, Rafael Dadaşov, Tofiq Hüseynov və başqala... | ANL |
Oktyabrın 9-dan Polşanın Poznan şəhərində start götürən III Beynəlxalq "Tranzit" sənədli filmlər festivalında ölkəmizi bir sıra kino müsabiqələrinin laureatı, Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodin İsmayılov "Köç"ü ilə təmsil edir. Dünyanın 30-dan artıq ölkəsinin rejissorlarının iştirakı ilə keçirilən ... | ANL |
Sənətşünas alim Kərim Kərimovun 90 illiyinə həsr edilmiş sərgi açılmışdır. Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, milli sənətşünaslıq məktəbinin yaradıcılarından biri, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Kərim Kərimovun anadan olmasını... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Prezident... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə beynəlxa... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş föv... | ANL |
Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahov milli sənət xəzinəsinin qızıl fonduna da... | ANL |
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafına yönəldilən dövlət vəsaitin... | ANL |
Qarşılıqlı səfərlər və aparılan danışıqlar Azərbaycan-Türkiyə əlaqələrinin daha yüksək səviyyəyə çatmasına təkan verir. Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz oktyabrın 13-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür. Baş nazir demişdir ki, Azərbaycan ilə Türkiyə arasında dos... | ANL |
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bakıda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz oktyabrın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ... | ANL |
«Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Oktyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-prak... | ANL |
Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster Heydər Əliyev Fondunda olmuşdur. Bakıda səfərdə olan Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster oktyabrın 13-də Heydər Əliyev Fondunu ziyarət etmişdir.Qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti və məqsədləri barədə... | ANL |
Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial vardır. Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümont ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidm... | ANL |
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox yüksək səviyyədədir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr çox yüksək səviyyədədir. AzərTAc xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz söyləmişdir. İsmet Yılmaz demişdir: "İk... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəaları... | ANL |
Əbədi və dönməz müstəqilliyin keşiyində. "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz". Heydər ƏLİYEV. Azərbaycanın ümummilli lideri. "Azərbaycan 20 il ərzində, sözün əsl mənasında, müstəqil dövlətə çevrilibdir. Biz müstəqil siyasə... | ANL |
Azərbaycanın dinamik iqtisadi inkişafında vergi sistemi mühüm rol oynayır. Bəşər tarixi göstərir ki, öz hüquqlarını suveren şəkildə reallaşdıran, inkişaf yolunu müstəqil olaraq müəyyən edən xalqların tərəqqisi məzmun və miqyas etibarı ilə daha zəngin xarakter daşımış, hər zaman yüksək dinamizmə əsaslanmışdır. Eyni zama... | ANL |
Biz iyirmi ildir ki, müstəqil ölkəmizdə yaşayırıq. Bu faktın arxasında böyük tarixi məna durur. 1990-1992-ci illərdə doğulan gənclər artıq Azərbaycan ordusunda hərbi xidmət keçib, ölkəmizin universitetlərini bitirib, hətta dünyaya övladlar gətiriblər. Onlar xoşbəxt nəsildirlər: azad, müstəqil və yeni Azərbaycandan başq... | ANL |
Vətəndaş mənafeyinə xidmət edən mükəmməl iqtisadi siyasət. Yeni dünya gerçəklikləri xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında mühüm şərtlər müəyyənləşdirir. Bu şərtlərin hansı səviyyədə dəyərləndirilməsi, ölkənin davamlı və sabit inkişafına xidmət edən uğurlu strategiya... | ANL |
Bişkekdə «Prezident İlham Əliyev» kitabının ikinci cildi rus dilində nəşr edilmişdir. Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə paytaxtdakı "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" çoxcildliyinin ikinci cildi rus dilində çap olunmuşdur. Kitabda ulu öndər Heydər... | ANL |
Xalqını fəlakətlərdən xilas etmiş ümummilli lider Heydər Əliyevin abidəsi hər birimizin qəlbində əbədiləşmişdir. Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP... | ANL |
«İrəvan xanlığı» kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilmişdir. Oktyabrın 12-də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanmış "İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi ... | ANL |
Əməkdaşlığa dair protokol imzalanmışdır. Oktyabrın 13-də Dövlət Gömrük Komitəsində (DGK) Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə DGK-nın sədri Aydın Əliyev Ukrayna ilə gömrük sahəsində uğurlu əməkdaşlıqdan danışmış... | ANL |
Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir. Oktyabrın 13-də Azərbaycan Tibb Universitetində XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, əvvəlcə konqres iştirakçıları universitetdə xalqımızın ümummilli lideri Heyd... | ANL |
bp Azərbaycan şirkəti hər il "Davamlı inkişaf haqqında hesabat" adlı xüsusi buraxılışını nəşr edir. Hər növbəti hesabat, adətən, ötən ilin yekunlarını göstərir. Bu günlərdə şirkətin ofisində keçirilən tədbirin məqsədi 2010-cu ilin hesabatını mətbuat nümayəndələrinə çatdırmaq idi. bp Azərbaycan şirkətinin əlaqələr üzrə ... | ANL |
İtaliyada Azərbaycana böyük maraq vardır. İtaliya Azərbaycan üçün vacib ölkədir. Azərbaycanın da İtaliya üçün mühüm əhəmiyyət kəsb etməsi əlaqələrimizin bütün sahələrdə inkişafı üçün zəmin yaratmışdır. AzərTAc xəbər verir ki, bu fikirlər Bakıda səfərdə olan İtaliya Senatının nümayəndələrinin oktyabrın 14-də Milli Məcli... | ANL |
Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında vacib rola malikdir. Ölkəmizdə səfərdə olan İtaliya Senatının nümayəndələri oktyabrın 14-də Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər. AzərTAc xəbər verir ki, işçi qrupunun rəhbəri, deputat Azər Kə... | ANL |
Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri sivilizasiyalararası əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir. Onların arasında 3 Nobel mükafatı laureatı, 6 sabiq prezident, Avropa Parlamenti, UNESCO, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumların nümayəndələri də var idi. Azərbaycan tərəfdən... | ANL |
Yuri Bulatov: «Biz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu Prezident İlham Əliyevin uğurları ilə fəxr edirik». "Bakı Beynəlxalq Humanitar Forumu çox maraqlı və səmərəli oldu". Bu sözləri Humanitar Forumun iştirakçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) (MDBMİ (U)) bey... | ANL |
Vadim Qusman: «Bakı Beynəlxalq Humanitar Forumu həm regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir». Rusiyanın İTAR-TASS Agentliyinin Böyük Britaniyadakı xüsusi müxbiri Vadim Qusman AzərTAc-ın müxbirinə müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşərək demişdir: "Tamamilə aşkardır ki, ... | ANL |
Çağırışlar varsa, ümidlər heç vaxt bitmir. Oktyabrın 10-11-də Bakıda təşkil olunan Beynəlxalq Humanitar Forum artıq tarixə qovuşdu. "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən bu forum qaldırılan məsələlərin aktuallığına və əhəmiyyətinə görə fərqlənir. Getdikcə daha da qloballaşan dünyada belə tədbirlərin keç... | ANL |
Ölkənin yanacaq-energetika kompleksi 20 ildə sürətli və ardıcıl inkişaf yolu keçmişdir. Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Bu dövr ölkəmizin yeni tarixində müstəqilliyimizin möhkəmlənməsi, islahatların və nəhəng layihələrin həyata keçirilməsi, yeni iqtisadi si... | ANL |
«Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı» mövzusunda tədbir keçirilmişdir. Oktyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 ili: qaçqın və məcburi köçkünlərə dövlə... | ANL |
Ədliyyə Nazirliyində dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş konfrans olmuşdur. Ölkəmizdə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü geniş qeyd olunur. Oktyabrın 14-də Ədliyyə Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə "Azərbaycan ədliyyəsi müstəqillik illərində... | ANL |
Mədəniyyət və turizm davamlı inkişaf dövrünü yaşayır. Bu gün müstəqil Azərbaycanda siyasi və sosial-iqtisadi həyatın bütün sferaları kimi, mədəniyyət və turizm sahələri də davamlı və sürətli inkişaf dövrünü yaşayır. Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələr... | ANL |
Həmkarlar ittifaqları vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarını fəal müdafiə edən təşkilata çevrilib. XX əsrin sonu dünyanın siyasi mənzərəsini əsaslı dəyişən proseslərlə əlamətdardır. Əsrlərdən bəri öz dövlətini qurmaq, taleyinin sahibi olmaq arzusu ilə yaşayan Azərbaycan xalqı da bu proseslərdən kənarda qalma... | ANL |
Tariximizin təntənəsi. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda qeyd olunduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xal... | ANL |
Sahibkarlığın davamlı inkişafını təmin etmiş iqtisadi strategiya. Hər bir xalqın milli sərvəti sayılan müstəqillik həm də onun ümumi inkişafının strateji istiqamətlərinin müəyyənləşməsini təmin edir. Tarixi təcrübə sübuta yetirmişdir ki, öz hüquqlarını müstəqil şəkildə həyata keçirən xalqların tərəqqisi daha dinamik xa... | ANL |
Dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndərin xidmətləri əvəzsizdir. Oktyabrın 14-də Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. AzərTAc xəb... | ANL |
Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Kolumbiya xarici işlər nazirinin müavini, xanım Patti Londonyo Xaramiyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyin... | ANL |
İtaliyalı deputatlar Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələri yüksək qiymətləndirmişlər. Oktyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti il... | ANL |
İki ölkə arasında siyasi məsləhətləşmələr aparılmışdır. Oktyabrın 14-də Azərbaycan ilə Argentinanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfo... | ANL |
Bakı Beynəlxalq Humanitar Forumunun «Dünyanı dəyişdirən müasir texnologiyalar» mövzusunda bölmə iclası keçirildi. Bakı Dövlət Universitetində "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə işə başlayan Bakı Beynəlxalq Humanitar Forumunun "Dünyanı dəyişdirən müasir texnologiyalar" mövzusunda seksiya iclası keçirildi. Üç bö... | ANL |
Azərbaycan ilə Türkiyə hərbi əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində olmuşdur. AzərTAc xəbər verir ki, nazir əvvəlc... | ANL |
Britaniyanın nüfuzlu «The Telegraph» qəzeti «Baku» jurnalının Londonda ilk nömrəsinin nəşri barədə yazmışdır. Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən "Baku" jurnalının oktyabrın 4-də Londonda ingilis dilində ilk nömrəsinin təqdimatı olmuşdur. Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti jurnalın ingilis dilində ilk ... | ANL |
«Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu» kitabının təqdimatı olmuşdur. Oktyabrın 14-də Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun "Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu" kitabının təqdimat mərasimi keçirilmişdir... | ANL |
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Oktyabrın 14-də Türkiyə Respublikasının diyanət işləri başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olmuşdur. AzərTAc xəbər verir ki, görüşdə QMİ-nin sədri şeyxülislam Allahşük... | ANL |
Dövlət Dəniz Administrasiyasında müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Oktyabrın 14-də Dövlət Dəniz Administrasiyasında (DDA) dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, DDA-nın ... | ANL |
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. Komissiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 2011-ci il 6 oktyabr tarixli iclas protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komis... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar bu ilin iyul ayında imzaladığı sərəncamda deyilir: "Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, akademik Mirzə Əjdər oğ... | ANL |
Yeni Gəncədə «Çinar» ailəvi istirahət mərkəzi. Bura gələndə elə bil sehrli aləmə düşürsən. Hər tərəf yamyaşıl, gül-çiçək, bir-birindən yaraşıqlı istirahət guşələri. Quru Qobunu heç belə görməmişdik. Yeni Gəncə qəsəbəsinin "ayağında" elə əsrarəngiz bir aləm yaradılıb ki, gəzdikcə doymaq olmur. Sahənin axar-baxarından ço... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Əl-Cəzirə» televiziya kanalına müsahibəsi. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də "Əl-Cəzirə" televiziya kanalının müxbiri Devid Frosta müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir. - Cənab Prez... | ANL |
«Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Müəyyən edilsin ki: "Dövlət məhkəmə ekspertiz... | ANL |
YAP Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Möhtəşəm 20 il» adlı «dəyirmi masa» keçirmişdir. Tədbirdə Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişd... | ANL |
Çexiya Parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə qətnamə qəbul etmişdir. Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə qətnamə qəbul etmişdir. Azərbaycanın Xarici İ... | ANL |
Akademik Yevgeni Velixov: Prezident İlham Əliyev dünyada baş verən innovasiya proseslərinin ruhunu şəksiz duyur. Görkəmli rusiyalı alim, nəzəriyyəçi fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya "Kurçatov İnstitutu" elmi mərkəzinin prezidenti, RF İctimai Palatasının katibi Yevgeni Velixov Azərbaycan rəhbərliy... | ANL |
Gəncədə Dünya Gənclər Festivalının təntənəli açılış mərasimi olmuşdur. Oktyabrın 15-də Gəncədəki "Ramada plaza" otelində Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, "İrəli" və "Gələcəyə körpü" ictimai birliklərinin birgə təşkilatçılığı ilə Nizami günləri çərçivəsində keçirilən Dünya Gənclər Festivalının a... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Avropa Şurasına üzvlük Avratlantik məkana inteqrasiya siyasətinə yeni töhfələr verir. İnkişaf strategiyasının əsas xətlərindən birini sürətli demokratik tərəqqi təşkil edən Azərbaycan Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyir. Bu mənada, xalqın iradəsini ifadə edən... | ANL |
Elmi təmələ söykənən iqtisadi inkişaf strategiyası Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Tarixi təcrübə sübut edir ki, hər bir dövlətin konkret siyasi şəraitdə milli müstəqilliyə qovuşmasında milli iradə ilə yanaşı, lider amili də mühüm rol oynayır. Belə vəziyyətlərdə qətiyyətlə önə çıxan, məsuliyyəti üzə... | ANL |
İnsan amilini önə çəkən sosialyönümlü siyasət. Müstəqillik illərində tibbi kadr hazırlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən əsrin sonlarında uzunmüddətli tarixi mübarizənin məntiqi yekunu kimi dövlət müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan Respublikası bu möhtəşəm siyasi hadisənin 20-ci ildönümün... | ANL |
Xüsusi xidmət orqanları üçün peşəkar kadrlar hazırlayan Akademiya. Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz respublikamızda ötən dövr ərzində həyata keçirilən dövlət quruculuğunun ən möhtəşəm səhifələrindən biri ölkənin və xalqın milli maraqlarının keşiyində sadiq dayanmış xüsusi xidmət orqanlarının f... | ANL |
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Oktyabrın 17-də "Buta" sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Dünya Gömrük Təşkilatının baş katibi Kun... | ANL |
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq konfransın iştirakçılarına. Hörmətli konfrans iştirakçıları! XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ə... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatda və sosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regionda və dünyada xaric... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə. Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə. Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və firavanlı... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli cənab Prezident, Sizi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyinizin ilk günlərindən ABŞ-ın Azərbaycan ilə sıx əməkdaşlığını yüksək qiymətləndirirəm. Ölkələrimiz arası... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri, hörmətli İlham Heydər oğlu! Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını əlamətdar gün - dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinin bayram edilməsi münasibətilə ürəkdən təbrik edirəm. O vaxtdan keçən dövrdə ölkəd... | ANL |
Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən ölkədir. Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən ölkədir. Bakıda şahidi olduğumuz inkişaf, əlverişli investisiya mühiti barədə İtaliya ictimaiyyətinə və əlaqədar qurumlara geniş məlumatlar çatdıracağıq. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ... | ANL |
Azərbaycan ilə Küveyt yerləşdikləri coğrafi ərazilərdə mühüm rola malikdirlər. Azərbaycanda səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun üzvləri oktyabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşlər. Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Küveyt Dövləti arasında dostluq m... | ANL |
Ortaq mənəvi dəyərlər əlaqələrin inkişafına xidmət edir. Oktyabrın 17-də Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan küveytli həmkarları ilə görüşdülər. Qonaqları salamlayan işçi qrupunun üzvü, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullaye... | ANL |
Bakıda «Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Oktyabrın 17-də Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransın açılışında Azərbaycan Prezidenti Administrasiyas... | ANL |
«Müasir Azərbaycan – 20» mövzusunda məqalə-yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Oktyabrın 17-də ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə gənclər arasında "Müasir Azərbaycan - 20" mövzusunda keçirilmiş məqalə-yazı müsabiq... | ANL |
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü Daxili İşlər Nazirliyində təntənə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Daxili İşlər Nazirliyində də təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə oktyabrın 1... | ANL |
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər nazirinin müşaviri Fatih Ceylan ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azə... | ANL |
ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyəti Azərbaycanın Xarici İşlər Nazirliyində olmuşdur. Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ-ın Alman Marşal Fondunun nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,... | ANL |
Azərbaycan ilə Küveyt arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır. Oktyabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Vəlid Musaid Əl-Tabtabayinin başçılıq etdiyi nümayəndə heyəti ilə... | ANL |
Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi açılmışdır. Oktyabrın 17-də Bakıda Dünya Gömrük Təşkilatının (DGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılışı olmuşdur. Ofisin açılışında 47 ölkənin gömrük komitələrinin rəhbərləri, o cümlədən DGT-nin baş kati... | ANL |
BMT-nin yaranmasının 66-cı ildönümü münasibətilə görüş keçirilmişdir. Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) BMT İctimai İnformasiya Departamentinin (UN DPİ) təşəbbüsü ilə Akademik Impuls Proqramı və "BMT sizin üçün çalışır" (UN4U) kampaniyası çərçivəsində B... | ANL |
Vaşinqtonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması imkanları müzakirə olunmuşdur. Vaşinqtonda "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi" mövzusunda simpozium keçirilmişdir. AzərTAc xəbər verir ki, simpoziumda ölkəmizi Azərba... | ANL |
Milli sosial-iqtisadi inkişaf modeli. "İqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Son illər ərzində dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı qədər görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır". Adı dünya tarixində keçən bütün xalqlar üçün hər zaman ən böyük milli ... | ANL |
İKT sektoru davamlı inkişaf yolundadır. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində SSRİ-nin tərkibində olan respublikalarda öz suverenliklərinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə bir tarixi şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin ... | ANL |
Müstəqilliyin 20 ili və Azərbaycanın sığorta-pensiya sistemi. Hər bir ölkənin inkişafı onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşır ki, bu mərhələlər sırasında müstəqil dövlət kimi mövcudolma həmin ölkədə dövlətçilik atributlarının yaranması, müdafiə qüdrətinin təmin edilməsi, sosial-iqtisad... | ANL |
Hüquqi dövlət quruculuğu prosesinə nəzəri baxış. Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində müstəqilliyə qovuşmasından sonrakı dövrü yeni iqtisadi, sosial-siyasi, ideoloji prinsiplərə əsaslanan hüquqi dövlət quruculuğunun formalaşması və inkişafının, humanist, demokratik, ümumbəşəri əsaslarla dayanıqlı ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.