text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan gəncliyinin inkişafında yeni mərhələ. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan dairələrin siyasi səbatsızlıqları gənclərlə iş sahəsində də ciddi problemlər yaratmışdı. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəl...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. Xarici siyasətdə beynəlxalq iqtisadi əlaqələr faktoru. Ölkəmizin müstəqillik dövründə beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərinin qurulması tarixinə diqqət yetirdikdə isə ilk növbədə, dünyanın ən böyük maliyyə qurumlarından biri kimi xarakterizə olunan Dünya Bankı ilə əlaq...
ANL
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin. Az...
ANL
«Azərbaycan qadını» jurnalının növbəti nömrəsi də oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunmuşdur. Oktyabrın-16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan qadını" jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məcli...
ANL
Bakıda «Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur» mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxa...
ANL
Azərbaycan Mülki Aviasiyasının 20 il ərzində əldə etdiyi uğurlar gənc nəslin diqqətinə çatdırılır. Respublikamızın müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyanın 20 il ərzində keçdiyi inkişaf yolu haqqında mühazirələr, sərgi və videomaterialların nümayişini...
ANL
«Biz müstəqilliklə həmyaşıdıq» adlı sərgi açılmışdır. Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Biz müstəqilliklə həmyaşıdıq" adlı sərgi açılmışdır. AzərTAc xəbər verir ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin və respublika ...
ANL
Berlində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümləri qeyd olunmuşdur. Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasını...
ANL
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir keçirilmişdir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın dövlət himninin səs...
ANL
Türkmənistanda Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü təntənə ilə qeyd olunmuşdur. Azərbaycanın Türkmənistandakı səfirliyi respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ölkədə yaşa...
ANL
Danimarkada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü təntənə ilə qeyd olunmuşdur. Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kopenhagendə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildö...
ANL
İtaliyalı deputatlar Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışlar. Ölkəmizdə səfərdə olan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 16-da Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Qonaqlara məlumat verilm...
ANL
Mixail Şvıdkoy: Ümumi rəyə görə bu gün bütün dünyada Bakı Humanitar Forumu kimi intellektual məkan yoxdur. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində demişdir: "Forum başa çatandan sonra, demək olar ki, bu, heç şübhəsiz, əhəmiyyətli və səmərəli təcrü...
ANL
Nigar Göksəl: Azərbaycan vətəndaşları, sözün əsl mənasında, ölkəsi və Prezidenti ilə fəxr edə bilərlər. "Hər dəfə Bakıya gələndə müsbət mənada yeni dəyişiklərin şahidi oluram. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir". Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiya...
ANL
Pakistanın nüfuzlu «Daily Times» qəzetində Azərbaycan ilə bağlı məqalə dərc olunmuşdur. Pakistan nüfuzlu ingilisdilli "Daily Times" qəzetinin 17 oktyabr tarixli nömrəsində "Azərbaycan: 20 ilə baxış" sərlövhəli məqalə dərc edilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycan...
ANL
Ötən 20 ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının iki mindən çox kitabı nəşr olunmuşdur. Oktybarın 17-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Tarix və incəsənət tarixi" mövzusunda elmi konfrans keçirilmişdir. AzərTAc...
ANL
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü Təbrizdə təntənəli şəkildə qeyd olunmuşdur. Azərbaycanın Təbrizdəki baş konsulluğu dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü münasibətilə Təbrizin əzəmətli "Şəhriyar" otelində rəsmi qəbul təşkil etmişdir. Təntənəli mərasimdə İran rəsm...
ANL
İranın İRNA agentliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «dəyirmi masa» keçirilmişdir. İranın rəsmi xəbər agentliyi - İRNA-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə "dəyirmi masa" təşkil olunmuşdur. "Dəy...
ANL
Misirdə ərəb dilində nəşr olunan «Azərbaycan» jurnalının üçüncü nömrəsi çapdan ıxmışdır. Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının üçüncü nömrəsi işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, jurnalın ilk səhifəsi Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə xalqa müraciətinin mətninin...
ANL
Moskvada Azərbaycanın iqtisadçı alimlərinin «Azərbaycanın postmünaqişə ərazilərinin bərpa edilməsi: konseptual əsaslar» kitabının təqdimatı olmuşdur. Oktyabrın 17-də Rusiya Dövlət Humanitar Universitetində (RDHU) "Azərbaycanın postmünaqişə ərazilərinin bərpa edilməsi: konseptual əsaslar" kitabının təqdimatı olmuşdur. T...
ANL
Fərhad Məmmədov: Azərbaycan tərəqqiyə və perspektivə istiqamətlənmişdir. Hazırda həmin prosesin nə vaxt başlayacağı dəqiq bilinmir, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülh əldə olunmamışdır". Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və inform...
ANL
Riqada Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə «dəyirmi masa» olmuşdur. "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Riqada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində: nailiyyətlər və inkişaf p...
ANL
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü İSESCO-nun daimi qərargahında qeyd edilmişdir. Oktyabrın 17-də İSESCO-nun Mərakeşin paytaxtı Rabat şəhərindəki daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin ikinci toplant...
ANL
Nəqliyyat Nazirliyində müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Oktyabrın 17-də Nəqliyyat Nazirliyində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakç...
ANL
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan prezidentini müharibəyə təhrikçilikdə ittiham etmişdir. BMT-nin informasiya ofisinə istinadən AzərTAc xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev belə hesab edir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan regionda sülhün təmin edil...
ANL
Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsert keçirilmişdir. Bakı şəhərindəki 6 nömrəli musiqi məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram konserti keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, məktəbin akt ...
ANL
Tanınmış azərbaycanlı karikaturaçı rəssam FICA-nın vitse-prezidenti seçilmişdir. Çinin Fujion əyalətində nüfuzlu Asiya Beynəlxalq animasiya, karikatura və informasiya texnologiyaları sərgisi (ACE) keçirilmişdir. Sərgidə ölkəmizi müxtəlif beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli təmsi...
ANL
Opera teatrımızın dünəni və bu günü. Əsası 1920-ci ildə qoyulan opera və balet truppası 1924-cü ildə müstəqil kollektivə çevrildikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrı kimi fəaliyyətə başlamış bu musiqi məbədi xalqımızın mədəni həyatında mühüm rol oynamışdır. Azərbaycanın ən istedadlı teatr xadimlərindən Bü...
ANL
Sağlamlığınıza dərd axtarmayın... Bir həmkarımızdan nə üçün siqaret çəkdiyinin səbəbini soruşduqda çox təəccüblə və bəlkə də kinayə ilə bizi süzərək "indi bütün elit xanımlar siqaret çəkir" söylədi. Hətta açıq şəkildə olmasa da, cümlələrinin yozumundan bizi "geridə qalmış" hesab etdi. Doğrudanmı, belədir? Televiziyada ...
ANL
Azərbaycanın İordaniyadakı səfirliyi 45-ci Xeyriyyə Bazarında iştirak etmişdir. İordaniyanın paytaxtı Əmmanda Şahzadə Basma bint Talalın himayədarlığı ilə 45-ci Xeyriyyə Bazarı keçirilmişdir. Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, xeyriyyə bazarında İordaniyada akkreditə olunmuş 60-dək səfi...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Abdullah Gül Azərbaycan Respublikasının Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğu...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Oktyabrın 18-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Türkiyənin Baş naziri dövlətimizin başçısına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırmış, ona Azərbaycanın rifahı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul etmişdir. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğu...
ANL
Azərbaycanın «Rabitə» voleybol klubunun mükafatlandırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Rabitə" voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-c...
ANL
Prezident İlham Əliyev klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət «Rabitə» voleybol klubunun üzvlərini qəbul etmişdir. Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət "Rabitə" voleybol kl...
ANL
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi...
ANL
ABŞ-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin büstü açılmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 17-də ölkəmizin ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılmışdır. Azərbaycanın ABŞ-dak...
ANL
Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş təntənəli iclası keçirilmişdir. Oktyabrın 18-də Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Ə...
ANL
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva fondun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə obyektin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının açılışlarında iştirak etmişdir. Oktyabrın 18-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondun...
ANL
Azərbaycanda quraşdırılan müasir tipli uçuş trenajorlarının MDB və Şərqi Avropa məkanında analoqu yoxdur. Oktyabrın 18-də - Müstəqillik günündə "Sheraton Baku" hotelində "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyası və "Boeing" şirkəti arasında müasir tipli uçuş trenajorlarının ...
ANL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda dövlət müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda dövlət müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr olunmuş elmi konfrans keçiri...
ANL
Prezident Kitabxanasında «Azərbaycan Respublikası – 20» adlı elektron resurs hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar 9 fəsildən ibarət "Azərbaycan Respublikası - 20" adlanan internet layihə - e...
ANL
Almatıda nəşr olunan «Altın körpü» jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilmişdir. Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan "Altın körpü" jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli fəaliyyətində...
ANL
Uilyam Börns: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo uzun müddət davam edə bilməz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo uzun müddət davam edə bilməz. ABŞ bu problemə çox ciddi və təxirəsalınmaz məsələ kimi yanaşır. AzərTAc xəbər verir ki, bu ...
ANL
Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı diplomatları birgə bəyanat yaymışlar. Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman, bu ölkənin Ermənistandakı səfiri Çarlz Lonsdeyl, eləcə də Gürcüstandakı müvəqqəti işlər vəkili Doug Mcmillan birgə bəyanat yayaraq BMT Baş Məclisi tərəfindən qəbul edi...
ANL
Drezdendə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd olunmuşdur. Almaniyanın Drezden şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının ...
ANL
AzərTAc-ın İrandakı xüsusi müxbirinin Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş məqaləsi Tehranda çıxan nüfuzlu «İran» qəzetində çap edilmişdir. AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Şahtaxtının Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "İyirmi illik problemsiz qonşuluğun səmərəliliyi" sərl...
ANL
Türkiyənin TRT televiziya kanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş xüsusi proqram yayımlanmışdır. Türkiyənin TRT və Azərbaycanın İctimai Televiziya kanallarının birgə hazırladıqları dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş proqram yayımlanmı...
ANL
ABŞ-dakı səfirliyimiz dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü münasibətilə xatirə medalı təsis etmişdir. Azərbaycanın ABŞ-dakı səfirliyi respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə xatirə medalı təsis etmişdir. Bürüncdən hazırlanmış xatirə medalının bir üzündə ...
ANL
Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünün önünə əklillər qoyulması ilə başlanmışdır. Oktyabrın 18-də Gürcüstanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdi...
ANL
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü Pakistanda qeyd olunmuşdur. Azərbaycanın Pakistandakı səfirliyi İslamabadın "Marriott mehmanxanasında" respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim təşkil etmişdir. Mərasimdə Pakistanın federal...
ANL
Özəl sektora dövlət dəstəyi. İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV: "Sahibkarların əlverişli biznes mühitindən yararlanması və dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb". Azərbaycanda özəl sektora davamlı dövlət qayğısı prosesinin qanunvericilik sahəsind...
ANL
Vaşinqtonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunmuşdur. Xəbər verdiyimiz kimi, Vaşinqtonda "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi" mövzusunda ikigünlük simpozium keçirilmişdir. Simpoziumda ölkəmizi Azərbaycan ...
ANL
Bakıda «Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Oktyabrın 18-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə "...
ANL
Aleksey Şeynin: Bakıda Beynəlxalq Humanitar Forumu faydalı və mötəbər tədbir kimi qiymətləndirirəm. "Bakıda Beynəlxalq Humanitar Forumu iştirakçılarına görə faydalı və mötəbər tədbir kimi qiymətləndirirəm. Təşkilatçıların da işi yüksək səviyyədədir. Qonaqpərvər proqramı isə tərifləməyə söz tapmıram". Bu sözləri AzərTAc...
ANL
Bir gününü də fırçasız təsəvvür etməyən sənətkar. Əgər sənətkar öz sağlığında sənəti yaşadıbsa, dünyasını dəyişəndən sonra sənət onu yaşadacaq. Bu həqiqəti kim birinci dəfə dilinə gətirib, deyə bilmərik. Amma haqq dünyasına qovuşmuş bir çox sənətkarların yaradıcılığına nəzər salanda bu fikri təsdiqləyirik. Belə sənətka...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administ...
ANL
Almatının Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlmişdir. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qaro...
ANL
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Ölkənizin cənub-şərqində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübar...
ANL
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Ölkənizdə terror aktlarının törədilməsindən və bunların çoxsaylı insan tələfatı ilə nəticələnməsindən son dərəcə kədərləndim. Biz bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun ...
ANL
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Zati-aliləri! Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına İsveçrə Federal Şurasının ən səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyuram. Ölkənizə rifah, əmin-amanlıq və müvəffəqiyy...
ANL
Azərbaycan energetiklərinin «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ...
ANL
Azərbaycan energetiklərinə «Əməkdar mühəndis» fəxri adı verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühənd...
ANL
V.F.Ələsgərovun «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına...
ANL
Ekvador Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanda səfərdə olan Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokan oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür. O.Əsədov bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bil...
ANL
Azərbaycan ilə Ekvador arasında əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur. Oktyabrın 19-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AzərTAc xəb...
ANL
Milli Məclisdə görüş. Oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Baş katibi, qurumun Daimi komitəsinin həmsədri Çunq Eu-Yonqu qəbul etmişdir. Spiker qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları ilə s...
ANL
Asayişin və sabitliyin keşiyində. Ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb tarixi proseslərin axarına düşmüş xalqımız doğru yolu seçərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında və dövlətçilik naminə fədakar xidmətləri sayəsində özünün yeni müstəqil dövlətini qura bildi. 1991-ci il oktyabrın 18-də "Az...
ANL
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə təhsil müəssisəsinin yeni binalarının açılışında iştirak etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunda yenidən qurul...
ANL
Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadak...
ANL
Gəncədə «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransı keçirilmişdir. Oktyabrın 19-da Gəncədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci...
ANL
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində 1787 şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Trend"ə müsahibəsində deyib. - Son zamanlar amnistiya aktının qəbul edil...
ANL
ATGTİ-nin yeni layihələrinin təqdimat mərasimi keçirilmişdir. Oktyabrın 19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında iki yeni layihənin təqdimat mərasimi keçirilmişdir. Təqdim olunan layihələrdən biri "İnformasiya Texnologiyaları Evi" adlanır ki, bu da ATGTİ, Gənclər və İdman Nazirliyi ...
ANL
Bakıda II Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir. Oktyabrın 19-da Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin beynəlxalq ticarət idarəsinin rəisi xanım Ulrike Volfun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində II Azərbaycan-Almaniya biznes forumu keçiri...
ANL
İsveçdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü qeyd olunmuşdur. İsveç Krallığının paytaxtı Stokholmda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-İsveç Federasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunm...
ANL
Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Ekvadorun Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Pati...
ANL
Azərbaycan Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) PKK terrorçularının Türkiyədə törətdikləri terror hücumlarına kəskin etiraz bildirmişdir. XİN-in mətbuat katibi Elman Abdullayev AzərTAc-a bildirmişdir ki, ...
ANL
Düşənbədə Azərbaycan kinosu həftəsi başa çatmışdır. Ölkəmizin Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki "Baktriya" Beynəlxalq Mədəniyyət Mərkəzində (BMM) dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş Azərbaycan kinosu həftəsi başa çatmışdır. Kino həftəsinin bağlanış mərasimində xarici...
ANL
Bakıda XVII Beynəlxalq Azərbaycan inşaat sərgisi açılmışdır. Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində XVII Beynəlxalq Azərbaycan inşaat sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, sərgidə 26 ölkədən 317 şirkətin nümayəndələri öz məhsullarını nümayiş etdirirlər. Tədbir çərçivəsində IX Xəzər Beynəlxalq mebel, interyer və di...
ANL
Bir ünvanda iki tədbir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirləri silsiləsinə daha ikisi əlavə edilib. Çoxdan bəri açılışına hazırlıq görülən ADMİU-nun arxivi qapılarını tamaşaçıların üzünə açıb. Arxiv işinin təşkilinə d...
ANL
Praqada müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə «dəyirmi masa» keçirilmişdir. Oktyabrın 18-də Azərbaycanın Çexiya Respublikasındakı səfirliyi, həmçinin Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi Praqada müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə "dəyirmi masa" keçirmişlər. Tədbirdə Azərbay...
ANL
Vyanada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd edilmişdir. Oktyabrın 18-də ölkəmizin Avstriyadakı səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rəsmi ziyafət verilmişdir. Ziyafətdə Avstriya hökumətinin təmsilçiləri, parlamentin depu...
ANL
Pakistanın aparıcı «The Nation» və «Pakistan Observer» qəzetlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümündən bəhs edilmişdir. Oktyabrın 19-da Pakistanın aparıcı ingilisdilli "The Nation" və "Pakistan Observer" qəzetlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətil...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan Prezidentinin iqam...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü. Oktyabrın 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə ...
ANL
Geniş tərkibdə danışıqlar. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olmuşdur. Qazaxıstan dövlətinin başçısı Nursultan NAZARBAYEV Azərbaycan ...
ANL
Azərbaycan-Qazaxıstan sənədləri imzalanmışdır. Oktyabrın 20-də Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası Prezidentinin və Qaza...
ANL
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Oktyabrın 20-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış etmişlər. - İki ölkə arasında çox mehriban qardaşlıq münasibətləri...
ANL
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Oktyabrın 20-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış etmişlər. - Hörmətli Nursultan Abişeviç, ölkəmiz haqqında səmimi s...
ANL
Ali qonağın şərəfinə. Oktyabrın 20-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir. Dövlət başçıları rəsmi naharda nitq söyləmişlər. Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan ilə Qazaxıstan arasında...
ANL
Yer üzünə sülhü gətirən dahi. Bakı Beynəlxalq Forumu planetar bir hadisədir. Onun Bakıda - Şərqlə Qərbin, Şimalla Cənubun maraqlarının və siyasi iddialarının əsrlər boyu kəsişdiyi və toqquşduğu ölkədə keçirilməsi tarixi zərurətdir. Yəni bu tədbirin Bakıda keçirilməsi Azərbaycandan daha çox bəşəriyyətin özünə, müasir dü...
ANL
Türkdilli dövlətlərin Almatı Bəyannaməsi razılaşdırılmışdır. Oktyabrın 20-də türkdilli dövlətlərin xarici işlər nazirliklərinin yüksək səviyyəli rəhbərlərinin iclasında Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) Almatı Bəyannaməsinin layihəsi razılaşdırılmışdır. Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov...
ANL
Azərbaycanın və Ukraynanın Daxili Qoşunları arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycanda səfərdə olan Ukraynanın Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoyun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində olmuş...
ANL
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqları çərçivəsində məhkəmələrin iş şəraitinin və təminatının yaxşı...
ANL
İndoneziya Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur. Azərbaycanda səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati oktyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşlər. AzərTAc xəbər verir ki, ...
ANL
Azərbaycan və İndoneziya konstitusiya məhkəmələri arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Konstitusiya Məhkəməsində olmuşdur. Görüşdə qonaqları salamlayan K...
ANL
Avropa Şurasının ölkəmizlə əməkdaşlığı inkişaf edir. Oktyabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) Baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudman ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən...
ANL
Azərbaycan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa üzv qəbul olunmuşdur. Azərbaycan BMT çərçivəsində fəaliyyət göstərən və fəlakətlərə cavab tədbirləri görən ölkələrin axtarış-xilasetmə və beynəlxalq əməliyyatlar üzrə əlaqələndirmə fəaliyyətini icra edən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupa (IN...
ANL
Almatıda Türkdilli Dövlətlərin İşgüzar Şurasının birinci iclası olmuşdur. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 20-də Almatıda Türkdilli Dövlətlərin İşgüzar Şurasının birinci iclası olmuşdur. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız nümayəndə heyətləri iştirak etmişlər. Türkdilli Dövlətlərin Əmək...
ANL
Bakıda MDB üzvü olan ölkələrin Tikinti fəaliyyəti üzrə hökumətlərarası Şurasının Qiymətqoyma Komissiyasının V iclası keçirilir. Bakıda MDB üzvü olan ölkələrin Tikinti fəaliyyəti üzrə hökumətlərarası Şurasının Qiymətqoyma Komissiyasının 5-ci iclası keçirilir. İclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın...
ANL