text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakı və ABŞ-ın San Dieqo şəhərlərinin rayonları qardaşlaşmışdır. Azərbaycan Respublikasının Los Anceles səhərindəki baş konsulluğundan AzərTAc-a verilən məlumata görə, oktyabrın 18-də Kaliforniyanın San Dieqo Şəhər Şurasının iclasında bu şəhərin Svitzer Haylənd və Bakının Nəsimi rayonları arasında "qardaşlaşmış rayonla...
ANL
Bakıda MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin forumu keçirilir. Oktyabrın 20-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Həmrəyliyi Təşkilatının dəstəyi ilə MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin regional forumu işə başlamışdır. Forumun açılışında çıxı...
ANL
Azərbaycan nümayəndə heyəti MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edir. Oktyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə MDB dövlətlərinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclası üz işinə başlamışdır. İclasda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi ...
ANL
Azərbaycanın işğal altında olan rayonlarının turizm imkanları araşdırılmışdır. Oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "Şuşa və Ağdamın işğalın...
ANL
Bələdiyyəyə seçib-seçilmək hüququ və onun həyata keçirilməsi qaydaları. Yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, bu sistem qanun çərçivəsində onlara öz mənafeləri naminə yerli əhəmiyyətli məsələləri sərbəst və müstəqil surətdə həll etmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada...
ANL
Ömrün min bir naxışı. Ölkə Prezidenti İlham Əliyevin bu ilin iyul ayında xalq rəssamı Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda deyilir: "Azərbaycan xalçaçılıq və dekorativ tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin mühüm x...
ANL
«Müstəqil Azərbaycanım» adlı rəsm və əl işlərindən ibarət müsabiqənin qalibləri mükafat almışlar. Oktyabrın 20-də Muzey Mərkəzində uşaq və yeniyetmələr arasında "Müstəqil Azərbaycanım" adlı rəsm və əl işlərindən ibarət respublika müsabiqə-sərgisinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Dövlət himninin səslənm...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri. Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir. Oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatmışdır. Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatmışdır. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Preziden...
ANL
Əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Oktyabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov belə səfərlərin ölkələrimiz arasında...
ANL
Dmitri Medvedev: «Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcəkdir». Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə davam edəcəkdir. Lakin münaqişənin həlli iki xalq və iki prezidentin xoş məramından asılıdır. Əgər onlar bir-birini eş...
ANL
Rəbiyyət Aslanova: «Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir». Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir. AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova demiş...
ANL
Bakıda Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında Anlaşma Memorandumu imzalanmışdır. Oktyabrın 21-də "Hilton Baku" otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər ed...
ANL
ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirmişdir. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi - mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir. ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişl...
ANL
Düşünülmüş, sürətli və davamlı inkişaf. "Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü...
ANL
Texniki elmlərin inkişafı Azərbaycanın iqtisadi müstəqilliyinə etibarlı təminatdır. Hər bir xalqın milli ideyası onun gələcək inkişaf yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. Milli ideyanın önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq xal...
ANL
Azərbaycan ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə hazırdır. Dövlət başçısı «əl-Cəzirə» kanalına verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tutduğu prinsipial mövqeyi bir daha bəyan etmişdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başç...
ANL
İndoneziya Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olmuşdur. Ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ədliyyə Nazirliyinin mətbuat xidmətind...
ANL
Məhəmməd Mahfud: Azərbaycan Respublikası ilə hüquqi əməkdaşlığa böyük önəm veririk. Oktyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Baş Prokurorluğun ...
ANL
Konstitusiya Məhkəməsi Palatasının iclası olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqınd...
ANL
Azərbaycan nümayəndə heyəti Tbilisidə qanunvericilik prosesinin təkmilləşdirilməsi mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Tbilisidə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Gürcüstan Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə qanunvericilik prosesinin təkmilləşdirilməsi mövzusunda ikigünlük beynəlxalq...
ANL
Bu söz necə yazılmalıdır? Xeyli vaxtdır ki, bu sözün yazılışı ilə bağlı sual qarşısında qalmışıq. Təbii ki, biz öz yazılarımızda "keşməkeşli" kimi yazdığımız sözü çox vaxt qəzet səhifəsində "kəşməkəşli" oxuyanda təəccüblənirik. Etirazımıza cavab olaraq korrektorlar 2004-cü ildə işıq üzü görmüş "Azərbaycan dilinin orfoq...
ANL
Fransa televiziyasında Azərbaycandan bəhs edən veriliş yayımlanmışdır. Dünyanın müxtəlif ölkələrində baş verən mühüm hadisələrdən veriliş hazırlayıb tamaşaçılara təqdim edən Franse-5 televiziya kanalında Azərbaycana həsr olunmuş təxminən bir saatlıq veriliş yayımlanmışdır. "Azərbaycanın nəhəng tikintiləri" adlanan veri...
ANL
Kitab oxumaq həyat tərzinə çevrilməlidir. Kitab bilik mənbəyi olmaqla yanaşı həm də mədəniyyət daşıyıcısıdır. İnkişaf etmiş xalqlar kitaba xüsusi önəm verir. Onun yaranmasına, mövzusunun aktuallığına, nəşrinə və təbliğinə qayğı ilə yanaşırlar. Məsələn, Almaniyada keçirilən Frankfurt Beynəlxalq Kitab Yarmarkasının 500 i...
ANL
Argentina rəsmisi institutun fəaliyyətini yüksək qiymətləndirdi. AMEA İnformasiya Texnologiyaları İnstitutunda Argentina Elmi və Texniki Araşdırmalar Milli Şurasının (CONICET) sədri Marta Rovira və Argentinada Azərbaycan səfirliyinin məsul işçisi Bəxtiyar Məmmədov ilə görüş keçirildi. Öncə qonaqlar İTİ-nin AzScienceNet...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul etmişdir. Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salam...
ANL
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda. Əlahəzrət! Əziz qardaşım! Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, görkəmli dövlət xadimi, qardaşınız Sultan bin Əbdüləziz Al Səudun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çı...
ANL
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli fərmanının 2.1-ci bəndinin icrası...
ANL
Bakıətrafı qəsəbələrdə yeni yollar çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin, ətraf qəsəbə və kəndlərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən ötən müddət ərzində pa...
ANL
Ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Bu fikirləri Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bildirmişdir. Azərbaycanın ötən 20 ildə müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər, ilk növbədə, əsrlərlə davam edən tarixi mübarizən...
ANL
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmağa çox yaxındır. Oktyabr ayının 24-ü Birləşmiş Millətlər Təşkilatının yaradıldığı gündür. 1945-ci ilin məhz bu günündə - beynəlxalq orqanın yaradılması müqaviləsi təsdiq edildikdən sonra BMT yaradılmış və rəsmən fəaliyyətə başlamışdır. Beynəlxalq təşkilatl...
ANL
Azərbaycanlı alimin MDB ölkələrinin elm və yaradıcı ziyalılarının VI forumunda məruzəsi maraqla qarşılanmışdır. Xəbər verdiyimiz kimi, Ukrayna paytaxtında MDB ölkələrinin elm və yaradıcı ziyalılarının VI forumu keçirilir. Tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, Milli...
ANL
Yekaterinburqun «Rossiya 24» və vilayət televiziyalarında ulu öndər Heydər Əliyevə həsr olunmuş «Hakimiyyətin yükü» filmi nümayiş etdirilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Yekaterinburqda da qeyd olunmuşdur. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Yekaterinburqdakı ba...
ANL
Azərbaycan ilə İran arasında əlaqələr və regional təhlükəsizlik məsələləri müzakirə olunmuşdur. Oktyabrın 22-də Azərbaycan Respublikasına işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür. Müdafiə Nazirl...
ANL
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Kiyevdə ukraynalı həmkarları ilə görüşmüşdür. MDB-nin iştirakçısı olan dövlətlərin elm və yaradıcı ziyalılarının Kiyevdə keçirilən VI forumunun işində iştirak etmiş Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına ...
ANL
Azərbaycan nümayəndə heyəti MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumunda iştirak edir. Oktyabrın 21-də Ukraynanın paytaxtı Kiyevdə MDB-nin üzvü olan dövlətlərin elm və yaradıcı ziyalılarının VI forumu öz işinə başlamışdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildi...
ANL
Dağların sərvəti heyranlıq doğurur. Mədəniyyət sarayının geniş foyesinə daxil olanda elə ilk andan adamı heyrət bürüyür. Sərginin min bir eksponatında Gədəbəyin bütün əzəməti, var-dövləti aydın görünür. Şəfalı dağ otlarından, bu yerlərin hər yanda tanınan kartofundan, tərəvəzindən, balından, bəhməzindən tutmuş qızıl-gü...
ANL
Bakıda süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş «Qadın sağlamlığını qoruyaq» aksiyası keçirilmişdir. Oktyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) "Qadın dünyası" şöbəsi Heydər Əliyev Fondunun dəstəyi ilə süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş "Qadın sağlaml...
ANL
Səma şairinin muzey həyatı. Böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi qarşısında bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Görkəmli filosof, şair və dramaturq kimi Azərbaycan ədəbiyyatı tarixinə yazılmış Hüseyn Cavidin ev muzeyində 2012-ci il oktyabr...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi i...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. - İlin sonuna qədər nəzərdə tutulmuş bütün proqramlar icra edilməlidir. Artıq ilin 9 ayı göstərir ki, bu il də bizim proqramların icrası ilə bağlı ...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Dövlətimizin başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın...
ANL
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Ölkənizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş ...
ANL
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Van vilayətində baş vermiş zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə ...
ANL
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın zəlzələ bölgəsinə yardımını xüsusi qeyd etmişdir. Azərbaycan qardaş ölkədə təbii fəlakətdən zərər çəkənlərə yardım göstərən ilk ölkə olmuşdur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Van şəhərindəki valiliyin binasında keçirdiyi mətbuat konfransında Azərbaycanı...
ANL
Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2011-ci il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texn...
ANL
Azərbaycan Respublikası Prezidentinin Sərəncami. 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi tamam olur. Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən Bakı Musiqi Akademiyası ötən müddət ərzində zəngin bir yol keçmiş və milli mədəniyy...
ANL
M.C.Nəsirovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncami. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət...
ANL
Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına. Hörmətli Forum iştirakçıları! Əziz gənclər! Sizi - Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarını və bütün gənclərimizi səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Hamımız üçün ...
ANL
Dünya cənnət olsa da... Azərbaycan xalqı bu günlərdə dövlət müstəqilliyinin bərpasının 20 illiyini təntənəli şəkildə qeyd etdi: Belə şərəfli tarixi günləri yaşayan xalqımız azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrdən daim əzmkarlıqla çıxıb. Tarixən hər bir xalq öz müstəqilliyinə xilaskarı ilə qovuşur. Bütün ...
ANL
Məhbubənin töhfəsi. Qədim Gəncədə ulu Nizaminin 870 illik yubileyinə böyük hazırlıq görülür. Bu yubileyə Gəncə rəsm qalereyasında çalışan Məhbubə Həsənovanın da öz hədiyyəsi var. O, rəsmə, rəssamlığa böyük maraq göstərir. İlk işləri Bakıda, Səttar Bəhlulzadə adına sərgi salonunda nümayiş etdirilib. Beynəlxalq uşaq ili ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ətraf mühit, enerji və iqlim əyişikliyi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Yunanıstan Respublikasının ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinunun başçı...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in ...
ANL
Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olmuşdur. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 24-də Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olmuşdur. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və ...
ANL
Azərbaycan dövləti tərəfindən Həştərxanda həyata keçirilən layihələr dostluğumuzu daha da möhkəmləndirir, xalqlarımızı yaxınlaşdırır. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Rusiya Federasiyası Həştərxan vilayəti...
ANL
YAP ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur. Hindistanın ölkəmizdəki səfiri Debnat Şau oktyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə görüşmüşdür. YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmiş...
ANL
Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir. Oktyabrın 24-də Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Qazaxıstanın KAZNEX İnvest və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkə...
ANL
Azərbaycan korrupsiyaya qarşı qlobal mübarizənin fəal iştirakçısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan güclü mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assos...
ANL
C.Papakonstantinu: ITGI Yunanıstan ilə Azərbaycan arasında strateji əməkdaşlığa yol açan layihədir. Bakıda işgüzar səfərdə olan Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu oktyabrın 24-də mətbuat konfransı keçirmişdir. AzərTAc xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini dey...
ANL
Özü də unudulmur, rolları da... Kino aktrisası kimi məşhurlaşan, amma teatr səhnəsində də bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradan xalq artisti Nəcibə Məlikova Azərbaycan mədəniyyət tarixində əbədiyaşarlıq tapmış sənətkarlardandır. Bu payız anadan olmasının 90 illiyi tamamlanan Nəcibə Məlikova onu tanıyanların...
ANL
Türkdilli xalqların rəsmləri İtaliyada. TÜRKSOY-un İtaliyada keçirdiyi növbəti sərgi Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilib. Tədbir İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Florensiyanın "Auditorium al Duomo" sərgi və tamaşa salonunda keçirilib. Tədbiri...
ANL
Qırx ölkənin kino istehsalçıları Özbəkistanın paytaxtı Daşkənddə bir araya gələrək festivalda iştirak edirlər. Oktyabrın 19-dan start götürən beynəlxalq "Qızıl gepard" kinofestivalı Özbəkistanın "Mədəniyyət və İncəsənət Forumu" Fondunun "Özbəkkino" şirkəti ilə birgə təşkil edilən kinoforumun müsabiqə proqramı üç bölməd...
ANL
Erməni arxeoloqlarının «tarix» axtarışı. Son illərdə Azərbaycanda həyata keçirilən irimiqyaslı kompleks arxeoloji qazıntılar qədim tariximizin, mədəniyyətimizin, maddi mədəniyyət abidələrimizin hərtərəfli araşdırılmasına imkan yaratmışdır. Ənənəvi arxeoloji ekspedisiyalarla yanaşı fəaliyyəti dayanmış çöl dəstələrinin i...
ANL
Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatı. - Əziz dostlar, hörmətli xanımlar və cənablar! Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü se...
ANL
Avstriya Respublikasının Federal Prezidenti zati-aliləri cənab Haynts Fişerə. Hörmətli cənab Federal Prezident! Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan-Avstriya münasibətlərinə böyük əhəmiyyət v...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Türkiyəyə səfərə yola düşmüşdür. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. A...
ANL
İzmir hərbi hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Türkiyə Respublikasına səfərə gəlmişdir. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İzmirin hərbi hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Döv...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində AYPE-T zavodunun açılış, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və «Petkim» şirkətinin «Star» neft emalı zavodunun təməlqoyma mərasimlərində iştirak etmişlər. Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində AYPE-T zavodunun ...
ANL
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan birgə nahar etmişlər. Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində açılış və təməlqoyma mərasimlərindən sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan birgə nahar etmişlər. AzərTAc.
ANL
İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası olmuşdur. Oktyabrın 25-də İzmirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası olmuşdur. İclasda ...
ANL
Azərbaycan-Türkiyə sənədləri imzalanmışdır. Oktyabrın 25-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası və Türk...
ANL
Birgə mətbuat konfransı. Oktyabrın 25-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər. Türkiyənin Ba...
ANL
Birgə mətbuat konfransı. Oktyabrın 25-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Pr...
ANL
Səfər başa çatdı. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri başa çatmışdır. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İzmirin Adnan Menderes Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimiz...
ANL
«Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanununun layihəsi müzakirəyə çıxarıldı. Oktyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edildi. Sonra M...
ANL
Azərbaycan Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin 4-cü konfransında təmsil olunur. Oktyabrn 24-də Mərakeş Krallığının Mərrakeş şəhərində keçirilən Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin 4-cü konfransı öz işinə başlamışdır. Ölkəmizin Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildirmiş...
ANL
Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar sıra baxışı keçirilmişdir. Oktyabrın 25-də Çevik Polis Alayında (ÇPA) daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, idarə və ərazi polis orqanlarından göndərilmiş ...
ANL
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşlər. ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yaymışlar. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyə...
ANL
Azərbaycanın nümayəndə heyəti Dünya İqtisadi Forumunda iştirak etmişdir. İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində hər il ənənəvi olaraq keçirilən Dünya İqtisadi Forumunun Yaxın Şərq və Ərəb dünyasının iqtisadi inkişafına və iş yerlərinin açılmasına həsr olunmuş xüsusi iclası keçirilmişdir. İclasda Azərb...
ANL
Azərbaycan hökuməti və Dünya Bankı arasında Su İstifadəçiləri Birliklərinin İnkişafının Dəstəklənməsi Layihəsi imzalanmışdır. Oktyabrın 25-də Azərbaycan hökuməti və Dünya Bankı arasında Su İstifadəçiləri Birliklərinin İnkişafının Dəstəklənməsi Layihəsi (SİBL) üçün 76,8 milyon ABŞ dolları məbləğində Beynəlxalq İnkişaf A...
ANL
Azərbaycan artıq beynəlxalq aləmdə nüfuz sahibidir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi bunu bir daha sübut edir. Müstəqil Azərbaycanın tarixində daha bir mühüm hadisə baş vermişdir. Məlum olduğu kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkilərində inamlı qələbə qazanaraq bu mö...
ANL
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir. Hələ cümə günündən başlanan və gün ə...
ANL
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə "Ece" neft emalı zavodunun təməlqoyma mərasimindəki çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmişdir. Türkiyə hökumətinin ...
ANL
Əli Həsənov: Azərbaycan özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb. Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb....
ANL
Elnur Aslanov: «Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır». Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər mühüm məsələlərin qaldırılmasına imkan yaradacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri ...
ANL
Dennis Sammut: «Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu dövlətin vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir». Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu dövlətin vacib beynəlxalq oyunçu olduğunu sübut etmişdir. AzərTAc xəbər verir ki, bu sözləri Böyük Brit...
ANL
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq mediada böyük əks-səda doğurmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq mediada geniş əks-səda doğurmuşdur. Nüfuzlu CNN telekanalının BMT-dəki səsverməyə dair reportajında vu...
ANL
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçkilərdə qazandığı böyük zəfər Almaniya KİV-lərində geniş işıqlandırılmışdır. Almaniyanın televiziya və radio kanalları BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanın bu mötəbər təşkilatın üzvü seçilməsi ilə əlaqədar məlumatlar yaymışdır. Bu ölkənin nüfuzlu televiziya və ra...
ANL
Türkiyə mətbuatında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xəbərlərinə geniş yer verilmişdir. Türkiyənin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xəbərləri geniş yer almışdır. ...
ANL
Azərbaycan Gənclərinin VI Forumu keçirilmişdir. Oktyabrın 25-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VI Forumu keçirilmişdir. AzərTAc xəbər verir ki, 2000-dək gəncin bir araya gəldiyi forumda dövlət və hökumət nümayəndələri, mərkəzi strukturların rəhbərləri, be...
ANL
«Kreativliyin qorunması: Azərbaycan Respublikasının 20 illik təcrübəsi və müasir rəqəmli çağırışlar» mövzusunda seminar keçirilmişdir. Oktyabrın 25-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gü...
ANL
İtaliyanın tədqiqatçı və mütəxəssislərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Oktyabrın 18-25-də Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin müxtəlif elmi-tədqiqat və təhsil qurumları və kütləvi informasiya vasitələrinin Xəzər hövzəsi və Qafqaz regionu ilə bağlı fəaliyyət göstərə...
ANL
Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümun...
ANL
Fəlakət bölgəsində olan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Türkiyədən vətənə qayıtmışlar. Fəlakət bölgəsində olan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin göstərişi ilə xüsusi təyyarə ilə Türkiyədən vətənə qayıtmışlar. AzərTAc xəbər verir ki, 17 Azərbaycan vət...
ANL
Azərbaycan xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Van şəhərində zəlzələdən zərər çəkənlərə yardımlarını davam etdirirlər. AzərTAc xəbər verir ki, oktyabrın 25-i axşam sa...
ANL
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Oktyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın 2011-ci il 14 oktyabr tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra MSK ka...
ANL
Siyasi partiyaların və siyasi partiyalar bloklarının bələdiyyə seçkilərində iştirakının əsasları. Azərbaycan Respublikasının Seçki Məcəlləsi siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakı üçün geniş imkanlar açır. Başqa sözlə, həmin məcəllədə siyasi partiyaların və siyasi partiyalar bloklarını...
ANL
Diasporla İş üzrə Dövlət Komitəsi Sorbon Universitetində görüş keçirmişdir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər etmişdir. Səfərdən məqsəd bu ölkənin müxtəlif ictimai-siyasi qurumları ilə əməkdaşlığın perspektivlərini müzakirə etmək o...
ANL
Müstəqil Azərbaycanın müasir tarixinin bənzərsiz müntəxəbatı. "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyi barədə mülahizələr. Yetmiş ildən artıq müddət ərzində totalitar rejim şəraitində, nəhəng imperiyanın milli ucqarlarından biri kimi mövcud olmuş, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hərc-mərc...
ANL
Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir. Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Ostrava şəhərinə səfər etmişdir. Azərbaycanın Çexiyadakı səfirliyindən bildirmişlər ki, diplomat Çexiya televiziyasına səfərin məqsədləri barədə müsahibə vermişdir. Sonra T.Tağızad...
ANL