text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
I Zirvə toplantısı «Kazaxıstanskaya pravda» qəzetində geniş şərh olunmuşdur. Astanada rus dilində nəşr edilən "Kazaxıstanskaya pravda" qəzetində Almatıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə toplantısı haqqında geniş məqalə dərc olunmuşdur. Qəzet yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Qa... | ANL |
Bioetika haqda nə bilirik. Son vaxtlar elmi mühitdə bioetika ifadəsi ilə tez-tez rastlaşırıq. Azərbaycanda bu elm sahəsi kifayət qədər gənc olsa da, artıq böyük nailiyyətlərimiz var. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban... | ANL |
Dünyanı heyrətləndirən səyyah. Etnoqraf alim, arxeoloq, antropoloq, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elmlər akademiyasının akademiki, səyyah Tur Heyerdal öz ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətir... | ANL |
Avstriya bəstəkarının «Sehrli fleyta» operası Azərbaycan səhnəsində. Azərbaycan Dövlət Opera və Balet Teatrı öz tamaşaçılarını dünyanın musiqi incəsənətinin ən parlaq nümunələri ilə tanış etməkdə davam edir. Teatr bu dəfə Avstriyanın məşhur bəstəkarı Volfqanq Amadey Motsartın dünya opera teatrlarının repertuarlarında ö... | ANL |
AzTV «TEFİ-Sodrujestvo»nun mükafatına layiq görülmüşdür. Bu günlərdə Kiyevdə "TEFİ-Sodrujestvo"nun Birinci Beynəlxalq televiziya festivalı keçirilmişdir. "Rusiya Televiziya Akademiyası" Fondunun və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondun təşəbbüsü ilə keçirilən telefestival MDB-ni... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seç... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayən... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul etmişdir. Dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr ... | ANL |
Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova. Hörmətli Qurbanqulu Məlikquliyeviç! Dost Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Türkmənistan ara... | ANL |
Argentina Respublikasının Prezidenti zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə. Hörmətli xanım Prezident! Argentina Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətləri, dostluq və əməkdaşlıq əl... | ANL |
Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə. Hörmətli cənab Prezident! Xanım Begum Nüsrət Bhuttonun vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlham ƏLİYEV, Azərbaycan Res... | ANL |
Y.T.Əliyevin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasını... | ANL |
E.E.Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elin Emin oğlu Süleymanov Azərbayca... | ANL |
E.E.Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Elin Emin oğlu Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi ve... | ANL |
Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişikliklər edilməsi haqqında. Az... | ANL |
«Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Yerli ... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqı... | ANL |
Milli Məclisdə görüş. Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin üzvləri ilə görüşmüşdür. Spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin əhəmiyyətini vurğuladı. Qeyd edildi ki, bugünlərdə Azərbaycan öz dövlət müstəqilliyinin ... | ANL |
Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın 26-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Azərbaycanın Baş naziri qeyd etmişdir ki, strateji tərəfdaşlıq səviyyəsin... | ANL |
Parisdə UNESCO-nun Baş Konfransının 36-cı sessiyası keçirilmişdir. Sessiyanın işində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Oktyabrın 26-da UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası öz işinə başlamışdır. Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin... | ANL |
Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilmişdir. Oktyabrın 25-də UNESCO-nun iki ildən bir keçirilən Baş Konfransının növbəti 36-cı sessiyasının birinci günündə Baş Konfransın Prezidenti ilə yanaşı, qurumun elektoral qruplarından vitse-prezidentlərinin seçkisi keçirilmişdir. Azərbaycan da qurumun vitse-p... | ANL |
Azərbaycan ilə Gürcüstan arasında məxfi məlumatların qarşılıqlı qorunmasına dair saziş imzalanmışdır. Oktyabrın 26-da Bakıda "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatların qarşılıqlı qorunması haqqında Saziş" imzalanmışdır. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov v... | ANL |
Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji əməkdaşlıq əlaqələri mövcuddur. Oktyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzaki... | ANL |
Bakıda keçirilən beynəlxalq konfransda layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu müzakirə edilmişdir. Oktyabrın 26-da Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə "Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müa... | ANL |
ATƏT PA-nın payız sessiyası Azərbaycanın ədalətli mövqeyini Avropaya bəyan etdi. Bahar MURADOVA: "Ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi müstəqil Azərbaycan dövlətinə və onun Prezidentinə dünyada böyük etimadın göstəricisidir". Oktyabrın 6-dan 11-dək Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambley... | ANL |
Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq, qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin Türkiyəyə səfəri bunu bir daha təsdiq etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir dah... | ANL |
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Nüfuzlu "Hürriyyət" qəzeti "Beş milyard dollarlıq təməli birlikdə atdı... | ANL |
Tarixi nailiyyət. Azərbaycan dünyada böyük şöhrətə malik ölkə kimi özünü göstərdi. Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 20 il ərzində beynəlxalq müstəvidə böyük uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirilən düzgün xarici siyasət müstəqil Azər... | ANL |
ABŞ Azərbaycan ilə BMT TŞ-də yaxından işləyəcəyinə ümid edir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə etmişdir. Birləşmiş Ştatlar BMT nizamnaməsində əks edilən prinsiplərinin dəstəklən... | ANL |
Almaniya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini alqışlayır. Almaniya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini alqışlayır. AzərTAc xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle söyləmişdir. Diplomat demişdir: "Bu, dünya səhnəsində ... | ANL |
Amanda Pol: Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin çox böyük əhəmiyyəti vardır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək istəmir. Təəssüf ki, beynəlxalq birlik bu problemə lazımi diqqət yetirmir. AzərTAc xəbər verir ki, bu fikri Bakıda Brüsseldə fəaliyyət göstərən Avr... | ANL |
Pakistanın nüfuzlu «Daily Times», «Pakistan Obzerver» və «The News» qəzetlərində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi ilə bağlı məqalələr dərc edilmişdir. Oktyabrın 26-da Pakistanın nüfuzlu "Daily Times", "Pakistan Obzerver" və "The News" ingilisdilli qəzetlərində Azərbaycanın BMT-nin Təhlükəsizl... | ANL |
Müstəqil Azərbaycanın müasir tarixinin bənzərsiz müntəxəbatı. "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyi barədə mülahizələr. Azərbaycanda dövlət quruculuğunun bütün çoxcəhətli aspektlərinə işıq tutan bir kitabın məziyyətlərindən bəhs edərkən diqqəti daha çox iqtisadi inkişaf məsələləri üzərində cəmləşdirməyimiz s... | ANL |
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Uruqvay səfirliyinə etiraz məktubu göndərmişdir. Mətbuatdan məlum olduğu kimi, Uruqvayın xarici işlər naziri Luis Almagro 2011-ci il sentyabrın 9-da "Ermənistan-Uruqvay ikitərəfli münasibətlərində imkanlar və problemlər" mövzusunda keçirilmiş konfrans zamanı "Dağlıq Q... | ANL |
Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğundan AzərTAc-a daxil olan məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi bir sıra tədbirlərlə qeyd edilmişdir. Kaliforniyanın tarixi paytaxtı Montereyin tanınmış "Colton Hall" muzeyində təşk... | ANL |
Bakıda «Faydalı bitkilərdən istifadənin aktual problemləri» mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda "Faydalı bitkilərdən istifadənin aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. AzərTAc xəbər verir ki, aka... | ANL |
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki layihəsinin başa çatması ilə bağlı seminar keçirilir. Oktyabrın 26-da Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində imkanların gücləndirilməsi üzrə texniki yardım" layihəsinin başa çatma... | ANL |
Dünyada genişlənən narkobiznesin yolları Azərbaycanın işğal olunmuş ərazilərindən keçir. Bu fikir Bakıda keçirilmiş beynəlxalq konfransda səslənmişdir. Dünyanın ən böyük problemlərindən biri narkomaniya bəlasıdır. Narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə bəşər qarşısında dura... | ANL |
Milli ruhun rənglər biçimi. Xətai Miniatür Sənət Qalereyasında əməkdar rəssam, III Moskva Beynəlxalq incəsənət festivalının qalibi Fərman Qulamovun əsərlərindən ibarət "Ənənə və müasirlik" adlı sərgi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı, həmçinin Xətai Sənət Qalereyası ilə birgə təşkil etdiyi... | ANL |
«Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 209-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbə... | ANL |
«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli Qanununun tətbiqi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini ... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları»nda dəyişikliklər edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı.... | ANL |
2010-cu il dekabrın 10-da Moskva şəhərində imzalanmış «Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi»nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh... | ANL |
1992-ci il avqustun 11-də imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə»nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tu... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasında iştirak edən nümayəndə heyətini qəbul etmişdir. Oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət O... | ANL |
Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Klausa. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə sə... | ANL |
2011-ci il iyunun 29-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azər... | ANL |
Bakıda MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclası keçirilmişdir. Oktyabrın 27-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (TXXORŞ) XXXI iclası keçirilmişdir. Azərbaycan Respublikası Milli Təhlü... | ANL |
«Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətinə sadiqik». Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri zamanı bəyan etmişdir. Bu həftənin əvvəlində Türkiyənin İzmir şəhərində keçirilən yüksək səviyyəli Azərbaycan-Türkiyə görüşlərində bir sıra siyasi və stratej... | ANL |
Azərbaycanda bir neçə proqram icra edilir, hər birinin təməlində isə icra mexanizmləri, maliyyə resursları var. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında söyləyib. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əv... | ANL |
UNESCO və Azərbaycan arasında Haitinin mədəniyyət sektorunun bərpa edilməsi üzrə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, oktyabrın 27-də təşkilatın Baş Konfransının 36-cı sessiyası çərçivəsində UNESCO ilə Azərbaycan arasında Haitinin zəlzələd... | ANL |
ABŞ konqresmeni Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı bəyanat vermişdir. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri konqresmen Bill Şuster Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir. Respublikaçı konqresmen bildirmiş... | ANL |
Milli Məclisin Sədri Oqtay Əsədov: «Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvo dəyişməlidir». Oktyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Sədr qonaqları salamlayaraq bu cür görüşlərin müna... | ANL |
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Oktyabrın 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Flip Lefortun rəhbərlik etdiyi nümayəndə heyəti ilə gör... | ANL |
Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi qeyd olunmuşdur. Oktyabrın 27-də Dənizçilərin Mədəniyyət Evində Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurası Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi münasibətilə mərasim k... | ANL |
Türkiyədə zəlzələdən zərər çəkənlərə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən növbəti avtomobil karvanı ilə yardım yola salınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən oktyabrın 27-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van böl... | ANL |
Azərbaycan diplomatiyasının BMT zəfəri. Mübariz Qurbanlı: "BMT Təhlükəsizlik Şurasına üzv seçilmək Prezident İlham Əliyevin qətiyyətli və hücumçu xarici siyasətinin məntiqi nəticəsidir". Bu günlərdə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Oktyabrın 24-də BMT Baş Məcli... | ANL |
Sahibə Qafarova: BMT TŞ-yə üzvlük bir daha göstərdi ki, Azərbaycan regionun ən önəmli və güclü dövlətidir. "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi bir neçə cəhətdən çox önəmli hadisədir. Əvvəla, dünyanın ən böyük və nüfuzlu təşkilatının ən aparıcı strukturunda təmsil olunmaq hüququ qazanmaq istəni... | ANL |
Rasim Musabəyov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi böyük diplomatik qələbədir. "Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük diplomatik qələbədir". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib. R.Musabəyov bildirib ki, quruma üzvlük məsələsi ilə ba... | ANL |
Nəvaz Şərif: Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasında regional və beynəlxalq problemlərin həllinə töhfə verəcəklərinə inanıram. Türkiyədə səfərdə olan Pakistanın sabiq Baş naziri və Ana Müxalifət Partiyasının sədri Nəvaz Şərif AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandırmışdır. İki dost ölkə - Azər... | ANL |
Azərbaycan dünya siyasətini müəyyən edən ölkələr sırasında yer alıb. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət ... | ANL |
Filip Lefort: BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Azərbaycan kimi gənc ölkənin böyük nailiyyətidir. Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür... | ANL |
Egemen Bağış: Qardaş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir. Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə naziri Egemen Bağış demişdir ki, qardaş Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyəni sevindirmişdir. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şuras... | ANL |
Amayak Ovanisyan: Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi Ermənistan XİN-in iflasıdır. Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan bildirib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi erməni diplomatiyasının bağışlanılmaz uğursuzluğu, Ermənistan XİN-in ... | ANL |
Azərbaycanın möhtəşəm nailiyyəti Ermənistanın xarici siyasətinin tam iflasını şərtləndirir. Təcavüzkar dövlətin siyasi dairələriöz hakimiyyətlərini bacarıqsızlıqda ittiham edərək təcili istefaya çağırırlar. Çoxşaxəli vektora malik dinamik inkişaf yolunda yeni nailiyyətlərə imza ataraq uğurla irəliləyən Azərbaycan artıq... | ANL |
Müstəqillik illərinin şəhəri - Horadiz. Cəbhə bölgəsində abadlıq, quruculuq işləri vüsət alıb. Horadiz şəhər kimi gənc olsa da, yaşayış məskəni kimi qədim məkandır. Bu yurdun başı çox bəlalar çəkib. Uzağa getməyək, lap yaxın keçmişdə - Qarabağ savaşında mənfur düşmənimiz ermənilər himayədarlarının köməyi ilə bu bölgəni... | ANL |
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı münasibətilə fətva vermişdir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı münasibətilə fətva vermişdir. Fətvada deyilir ki, Allah-Taalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi ... | ANL |
Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya AzərTAc-da olmuşdur. Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (Az... | ANL |
Polad Bülbüloğlu: Mən bütün həmvətənlərimi qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıram. "Biz danışmaq, onların problemlərini başa düşmək və onları daha fəal olmağa səsləmək üçün diasporla görüş keçirdik. Biz əsla insanlara qarşıdan gələn seçkilərdə kimə səs vermək göstərişini vermirik və verə də bilmərik. Biz, sadə... | ANL |
Azərbaycan diasporunun nümayəndələri ölkəmizin RF-dəki səfiri və Leninqrad vilayətinin rəhbərləri ilə görüşmüşlər. Rusiyanın Şimal paytaxtında Leninqrad vilayətinin Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Leninqrad vi... | ANL |
Leninqrad vilayətinin vitse-qubernatoru: Azərbaycan icması həm iqtisadiyyatda, həm siyasətdə, həm də mədəniyyətdə mühüm mövqe tutur. Azərbaycan icması hazırda Leninqrad vilayətində həm iqtisadiyyatda, həm siyasətdə, həm də mədəniyyətdə mühüm mövqe tutur. Biz ona çox böyük hörmətlə yanaşırıq. Bu fikri Leninqrad vilayəti... | ANL |
Xoşməramlı alim. Həyatda hər kəsin bir ömür payı var. Əsl alim ömrü isə ən şərəfli ömürdür. Çünki bu insanlar doğma xalqının firavan gələcəyi naminə yaşayıb yaradır, yeni elmi və yaradıcı idraklar yetişdirirlər. Onlar öz fəaliyyətlərində genişmiqyaslı, titanik işlərin həllinə nail olur, dünya elmini düşündürən probleml... | ANL |
Bakıda MDB-nin vergi-maliyyə təhqiqat məsələləri müzakirə olunmuşdur. Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Vergi (Maliyyə) Təhqiqatları Orqanları Rəhbərləri Koordinasiya Şurasının 13-cü iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikista... | ANL |
Bakıda MDB-nin vergi-maliyyə təhqiqat məsələləri müzakirə olunmuşdurAzərbaycan ilə Özbəkistan arasında əlaqələr bir çox istiqamətlərdə, xüsusilə də mədəniyyət sahəsində yüksək səviyyədədir. Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov Daşkənddə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət ... | ANL |
Rəssam Hüseyn Əliyevin əsərlərinin Sankt-Peterburqda sərgisinin açılması Rusiyanın və Azərbaycanın mədəni həyatında böyük hadisə olmuşdur. Sankt-Peterburqda Dövlət Rus Muzeyinin Stroqanov sarayında Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olmuşdur. Görkəmli fırça ... | ANL |
Beynəlxalq teatr festivalı başa çatıb. Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyinin təşəbbüsü ilə Daşkənddə keçirilən "Theatre. Teatr bayramında Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivləri iştirak etmişlər. Fes... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də dünya şöhrətli norveçli səyyah və alim Tur Heyerdalın ailə üzvlərini qəbul etmişdir. Dünya şöhrətli səyyahın oğlu Tur Heyerdal ailə ü... | ANL |
Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə. Hörmətli cənab Prezident! Əziz qardaşım! Dost və qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Türkiyə... | ANL |
Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana. Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün türk xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Türkiyənin hərtərəfli yüksəlişindən, dünya miq... | ANL |
Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçılarına. Hörmətli forum iştirakçıları! Sizi Azərbaycanda səmimi salamlayır, Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi münasibətilə təbrik edirəm. Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arası... | ANL |
«Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin ... | ANL |
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. İnzibati prosessual qanunvericiliyin pozulması. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların in... | ANL |
«Azərbaycan Respublikası və Rumıniya arasında Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq... | ANL |
Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin «Strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında» Birgə Bəyanatının təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini... | ANL |
«Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q... | ANL |
Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır: Azərbaycan Respublikasının Goranboy rayonunun Cinli ... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-c... | ANL |
«Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq ... | ANL |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Daxili İşlər Nazir... | ANL |
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Re... | ANL |
O.Q.Şahbazovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Oqtay Qəşəm oğlu Şahbazov "Şöhrət" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 207-IVQD nömrəli Qa... | ANL |
Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış «Seçkilər» İnformasiya Sisteminin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının... | ANL |
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 203-IVQD nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbə... | ANL |
«Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında» Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 210-IVQ nömrəli Qanununun tətbiqi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.