text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Respublikası və Polşa Respublikası arasında 2011-ci il iyulun 25-də Bakı şəhərində imzalanmış sənədlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Kənd Təsərrüfat... | ANL |
2011-ci il iyunun 28-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini apar... | ANL |
İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi. Oktyabrın 28-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, Azərbaycan Respublikası da... | ANL |
Azərbaycan ilə Mərakeş arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Mərakeş Krallığının ədliyyə naziri M.T.Nasirinin dəvəti ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdədir. Bu barədə AzərTAc-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilmişdir. Məlumatda deyilir ki, Azərbay... | ANL |
Böyük Britaniya «Baku» jurnalı ilə Azərbaycanı yenidən kəşf edir. Oktyabrın 27-də Londonda "Baku" beynəlxalq jurnalının geniş oxucu kütləsi üçün təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva iştirak etmişdir. Bu dəfə Londonun mərkəzində ... | ANL |
Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunun gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) layihəsi çərçivəsində oktyabrın 28-də "Azərba... | ANL |
Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilmişdir. Oktyabrın 28-də "Kempinski otel - Badamdar" mehmanxanasında Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin... | ANL |
Azərbaycan Müəllimlər İnstitutunda «Müəllim hazırlığının müasir problemləri» mövzusunda beynəlxalq konfrans keçirilir. Oktyabrın 28-dən Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfransdan əvvəl iştirakçılar AMİ-də yaradılmış Heydər Əliy... | ANL |
Əli Həsənov: Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq. Biz hamımız bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıyıq. AzərTAc xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin və Toplumların II Media Forumunda çıxışında Azərbaycan Respu... | ANL |
Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmışdır. Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun sonunda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılmışdır. AzərTAc xəbər verir ki, platformaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Şimali Kipr, Öz... | ANL |
Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları oktyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin me... | ANL |
Qırğız-Türkiyə Manas Universitetinin nümayəndə heyəti «İki sahil» qəzetində olmuşdur. Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Qırğız-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğız Respublikasının "Almaz FM" radi... | ANL |
Türkdilli ölkələrin media qurumlarının birgə tədbirlər keçirməsi mühüm hadisədir. Türkdilli ölkələrin media qurumlarının birgə tədbirlər keçirməsi mühüm hadisədir. AzərTAc xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçısı, Makedoniyada nəşr olunan "Yeni Balkan... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Bu gün ölkəmizdə iqtisadi, siyasi və demokratik inkişaf paralel şəkildə möhtəşəm nəticələrin əldə olunması ilə müşayiət edilir, bir-birlərini tamamlayan proses olaraq Azərbaycanın ümumi tərəqqisini daha sürətli hala gətirir. Ölkəmizdə demokratik dəyərlərin daha möhkəm özüllər üzə... | ANL |
Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə yeni nəfəs və fəallıq gətirəcək. Aydın Mirzəzadə: "Ölkəmizin bu mötəbər orqana üzv seçilməsi düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsidir". Müstəqilliyimizin arxada qalan 20 ili ərzində müasir Azərbaycanın ən yeni tarixinə çoxlu sayda uğur həkk olunub.... | ANL |
Azərbaycan qlobal təhlükəsizlik sisteminin qorunmasında iştirak edəcək. O vaxt xalqımız bu xəbəri sevinclə qarşılasa da, onun sevincini çox yaşaya bilmədi. Azərbaycan xalqı müstəqilliyinin ilk dönəmlərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən düşmən həmləsi var idi. Lakin ulu öndər Heydər Əliyevin bö... | ANL |
Regionun lider dövləti olan Azərbaycan artıq BMT-də də söz sahibinə çevrildi. Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xalqın böyük eti... | ANL |
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir. Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir. Nümayəndəlikdən AzərTAc-a daxil olm... | ANL |
Korrupsiyaya qarşı mübarizə dövlətin prinsipial mövqeyidir. Dünya ölkələri arasında öz inkişaf tempinə görə birincilər sırasında yer tutan Azərbaycan Respublikasında cəmiyyət həyatının bütün sahələri uğurla inkişaf etməkdədir. Bu gün Azərbaycan istər daxili-siyasi sabitliyi, istərsə də sosial-iqtisadi inkişafına görə n... | ANL |
Zəngilana zəng çalacam. Kaş bu zəng ora çata... "Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də, Z... | ANL |
Türkiyənin vəziyyəti getdikcə ağırlaşır, dünyanın bir neçə güclü dövlətləri silah-sursatlarını və canlı qüvvələrini İstanbula çəkir. Müharibə Osmanlı dövləti üçün böyük fəlakətlə nəticələnirdi. Padşah Sultan Vəhdətdin olmaqla İstanbul Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşür. Anadolunun böyük bir hissəsi v... | ANL |
Bu fikirlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən hökumətin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səsləndirilmişdir. İstənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin tətbiq olunan ye... | ANL |
Prezidentin Mətbuat Xidmətinin məlumatı. Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəali... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım Haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəs... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini ... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konst... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bənd... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair» Sazişin təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbay... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəh... | ANL |
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında» Sazişin təsdiq edilməsi barədə. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4... | ANL |
Türkiyənin milli bayramı şərəfinə. Oktyabrın 29-da "Gülüstan" sarayında Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 88 illiyi münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hər iki ölkənin dövlət himnləri s... | ANL |
Heydər Əliyev Fondu Azərbaycanın YUNESKO ilə əməkdaşlığına sanballı töhfələr verir. Ölkəmiz bu mötəbər təşkilatın Baş Konfransının vitse-prezidenti seçilmişdir. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarına üzvlüyü xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Respublikası bununla təkcə siy... | ANL |
Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması qaydaları və qeydə alınmış namizədlərin statusu. Bu il noyabr ayının 30-da bələdiyyələrdə boş qalmış yerlərə təkrar, əlavə və yeni bələdiyyə seçkiləri keçiriləcəkdir. Mərkəzi Seçki Komissiyası bu seçkilərin də tamamilə azad, ədalətli, demokratik şəraitdə baş tutması uçun ... | ANL |
Türkiyənin nüfuzlu «Todays Zaman» qəzeti «Azərbaycana ikiqat təşəkkür» sərlövhəli məqalə dərc etmişdir. Türkiyənin ingilisdilli "Todays Zaman" qəzetində şərhçi Əbdülhəmid Bilicinin "Azərbaycana ikiqat təşəkkür" sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif yazır ki, Van bölgəsində baş vermiş zəlzələnin nəticələrini arad... | ANL |
Azərbaycan və Koreya gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunmuşdur. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Koreya Respublikası Gömrük Xidməti yanında UNİ-PASS Beynəlxalq Assosiasiyasının prezidenti Kim Çonq Honun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. A.Əliyev müs... | ANL |
Gəncə abidələrinin yeni həyatı başlanır. Gəncədə daha bir xeyirxah işin təməli qoyuldu. Tarixi və arxeoloji abidələrin müəyyən edilməsi, bərpası və mühafizəsi üçün xüsusi komissiya yaradılmışdır. Komissiyanın ilk iclasında şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu nəcib işin məqsəd və vəzifələrindən danışdı. S... | ANL |
Ömrü örnəyə çevrilmiş qəhrəman. 65 il bundan öncə faşizm üzərində çalınmış tarixi qələbədə Azərbaycan xalqının təkcə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş oğullarının deyil, sıravi döyüşçülərinin də misilsiz xidmətləri olmuşdur. Həzi Aslanov, Qafur Məmmədov, Hüseynbala Əliyev, İsrafil Məmmədov, Mehdi Hüseynzadə... | ANL |
Biganəliyin qurbanı. Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Afaq Məsudun "Qatarın altına atılan qadın" adlı iki hissəli tragikomediyası rejissor Mehriban Ələkbərzadənin quruluşunda tamaşaya qoyulub. Yeni tamaşaya musiqini bəstəkar Vaqif Camalzadə yazıb. Tamaşanın məzmunu olduqca düşündürücü bir məsələdən bəhs e... | ANL |
Yubileylə bağlı elmi konfrans keçirilmişdir. Ölkə Prezidenti İlham Əliyevin xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədiblə bağlı elmi konfrans keçirildi. Mirzə İbrahimovu... | ANL |
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik. Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər namin... | ANL |
Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab Toni Tan Ken Yama. Hörmətli cənab Prezident! Sinqapur Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşl... | ANL |
Saatlı rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Saatlı rayonunun 6,6 min nəfər əhalisinin yaşadığı Əbilkənd,... | ANL |
Y.M.Nuriyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Yaşar Məmmədsadıq oğlu Nuriyev "Şöhrət" ordeni... | ANL |
Yaponiyanın Baş naziri zati-aliləri cənab Yoşihiko Nodaya. Hörmətli cənab Baş nazir! Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimizi birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı... | ANL |
Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Toomas Hendrik İlvesə. Hörmətli cənab Prezident, əziz dost! Estoniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimiz... | ANL |
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda. Şahzadə həzrətləri! Əziz qardaşım! Həyat yoldaşınız Şahzadə Munira bint Əbdüləziz bin Musaidin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölü... | ANL |
Malayziyanın Ali Başçısı Əlahəzrət Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şaha. Əlahəzrət! Malayziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbayca... | ANL |
Qırğız Respublikasının Prezidenti zati-aliləri xanım Roza Otunbayevaya. Hörmətli xanım Prezident! Ölkənizin milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasında də... | ANL |
Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Çıonq Tan Şanqa. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Vyetnam münasibətlərinin, ölkələr... | ANL |
Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova. Hörmətli İslam Abduqəniyeviç! Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Özbəkistan arasındak... | ANL |
Prezidentin Mətbuat Xidmətinin məlumatı. Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng etmişdir. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əl... | ANL |
Prezident İlham Əliyev Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yenidən qurulması ilə bağlı sərəncam və göstərişlərinə əsasən p... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakının Səbail rayonundakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərin... | ANL |
Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Sentyabrın 1-də Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurm... | ANL |
2011/2012-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbay... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul etmişdir. Dövlətimizin başçısı Koray Tarqayı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin yüksək səv... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanın ölkəmizdəki nunsisini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Vatikanın ölkəmizdəki nunsisi Klaudio Qucerottini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Nunsi Klau... | ANL |
Azərbaycanın Baş naziri Serbiyanın xarici işlər naziri ilə görüşmüşdür. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiç ilə görüşmüşdür. Azərbaycanın Baş naziri iki ölkə arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğundan məmnunluğun... | ANL |
Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Sentyabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan serbiyalı həmkarı Vuk Yeremiç ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqq... | ANL |
Azərbaycan nümayəndə heyəti Urumçidə I Çin-Avrasiya sərgi-forumunda iştirak edir. Sentyabrın 1-də Çin Xalq Respublikasının (ÇXR) Urumçi şəhərində I Çin-Avrasiya sərgi-forumu işə başlamışdır. Sincan Beynəlxalq Sərgi və Konfrans mərkəzində təşkil olunan tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdari, Qırğız Prezidenti Roz... | ANL |
Düşünülmüş, sürətli və davamlı inkişaf. Azərbaycanın üzləşdiyi təcavüz faktının ölkəmizə vurduğu və hazırda vurmaqda olduğu zərərin miqyası da olduqca böyükdür. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Dağıdılan və yandırılan 927 kitab... | ANL |
Batumidə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Avqustun 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində "Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində" mövzusunda konfrans keçirilmişdir. Azərbaycanın və Gürcüs... | ANL |
"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa" iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə Müraciəti. Hörmətli Prezidentlər! Azərbaycan və gürcü xalqları arasındakı tarixi köklərə malik d... | ANL |
"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa" iştirakçılarının Bəyanatı. Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən, getdikcə möhkəmlənən dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın firavan gələcəyinin təmin olun... | ANL |
Batumidə Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası məsələlərinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Avqustun 29-da Gürcüstanın Batumi şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası ... | ANL |
Sürətli inkişaf, zövqlü quruculuq. Bu gün Azərbaycan öz inkişafının taleyüklü bir dövrünü yaşayır. Hər ötən gün, irəliləyən saat ölkənin inkişaf salnaməsinə yeni-yeni səhifələr yazır. Artıq güzgü qarşısındaymışıq kimi bizi izləyirlər, baxırlar, qiymət verirlər ... və mütləq öyrənirlər. Bəli, ölkə Prezidenti İlham Əliye... | ANL |
Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki. Bismillahir-rəhmanir-rəhim! Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız! İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edir, Allah-Təaladan oruclarınızın qəbul, dualarınızın müstəcab olmas... | ANL |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar təşkil etmişdir. Tədbir müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Rusiya Müftiləri Şurası tərəfindən qurulmuş Poklonnaya dağındakı Ramazan bayramı ... | ANL |
Avropa Şurası Azərbaycanın nailiyyətlərini alqışlayır. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 1-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu ilə gör... | ANL |
AŞ PA-nın komitə sədri Kristos Purqurides: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapmalıdır". Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komit... | ANL |
Almaniya XİN: "Almaniyanın mövqeyində heç bir dəyişiklik yoxdur - bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və istər Dağlıq Qarabağ rejimini, istərsə də onun nümayəndəliklərini tanımır". Almaniyanın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: "Almaniya qondarma "Dağlıq Qarabağ Respublikas... | ANL |
"Arazbarı" və ya poeziyanın qəmdən yoğurulmuş hekayəsi. Sözü heç kimin demədiyi və ya düşünmədiyi forma və məzmunda oxucuya çatdıra bildinsə, deməli, o, yaşayacaq və müəllifinə ehtiram qazandıracaqdır. Poeziyada köhnə "bayatı"ları yenidən bəzəməklə özünü təsdiqləyə bilməzsən. Bu, elə bir meydandır ki, gərək istedadında... | ANL |
Orxan Süleymanov dünya kubokunun sahibi oldu. Komandamız dünya kuboku uğrunda yarışlarda 16 qızıl medal qazandı. İdman sahəsində qazanılan nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini nümayiş etdirməklə bərabər həm də təbliğati-siyasi əhəmiyyətə malikdir. Bu baxımdan inkişaf edən Azərbaycanın dünyada tanınması idman... | ANL |
San-Marino Respublikasının Kapitan-Regentləri zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə. Zati-aliləri! Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül tapmaqd... | ANL |
Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respub... | ANL |
Baş nazir Artur Rasizadə Düşənbə şəhərinə yola düşmüşdür. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sentyabrın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB Dövlət Başçıları Şurasının növbəti sammitində iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşmüş... | ANL |
Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat. Sentyabrın 2-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cari il avqustun 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yaymışdır. XİN-in mətbuat xidmətindən daxil olmuş bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xar... | ANL |
Azərbaycan Respublikası Milli Keçid Şurasını Liviyanın hakimiyyət təmsilçisi kimi tanımışdır. Sentyabrın 2-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Liviyadakı vəziyyətlə bağlı bəyanat yaymışdır. XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Liviya xalqının iradəsi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanı... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev AŞ PA-nın komitə sədri Kristos Pirquridesin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də AŞ PA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesin başçılıq etdiyi nümayəndə heyətini qəb... | ANL |
Avropa Şurası ilə Azərbaycan arasında əlaqələr inkişaf edir. Sentyabrın 2-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides jurnalistlərlə brifinq keçirmişdir. Kristos Pirqurides ölkəmizlə Avropa Şurası arasında əlaqələrin ... | ANL |
Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır. Sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır. MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, bu kurslar Prezident İlham Əliyevin "Azər... | ANL |
Şeyxülislam A.Paşazadə Qızıl medala və "Xoşməramlı səfir" tituluna layiq görüldü. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür. QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, mənzil- qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının ... | ANL |
AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya Federasiyasının yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif edildi. Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilmişdir. Bu barədə fərmanı Rusiya Federasiyasının Prezidenti D... | ANL |
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verilir. Sentyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides ilə görüşmüşdür. Milli Məclisin Sədri Oqtay Əsədov... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət. Bakıda səfərdə olan İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstə... | ANL |
Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilmişdir. 1 sentyabr - Bilik Günü münasibətilə Rusiya Federasiyasının Həştərxan şəhərinin mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilmişdir. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini e... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. şirkətinin şikayətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun okty... | ANL |
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası. Sentyabrın 2-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20 illiyi ilə əlaqədar MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası keçirilmişdir. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdir. İclası Tacikist... | ANL |
Urumçidə Azərbaycan-Çin biznes forumu. Çin Xalq Respublikasının (ÇXR) Urumçi şəhərində davam edən Birinci Çin-Avrasiya sərgi-forumu çərçivəsində sentyabrın 2-də Azərbaycan-Çin biznes forumu keçirilmişdir. Tədbirin açılışında çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komi... | ANL |
Tarixi gedişatın dönüş məqamı və müasir dövr. Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisədir. Dünyanın iki nəhəng superdövlətindən biri kimi tanınan Sovetlər İttifaqın... | ANL |
Goranboyda dünyaya "pəncərə" açılıb. Ölkəmizdə ilk dəfə olaraq Goranboy rayonunda Kitabxana İnformasiya Mərkəzi və Uşaq İntellekt Mərkəzi yaradılıb. Beləliklə, müxtəlif ölkələrin aparıcı elm ocaqlarına "pəncərə" açılıb. İndi oxucu burada istədiyi vaxt dünyanın bir sıra guşələrindən məlumat ala bilir. Goranboy kitabxana... | ANL |
Dövlət qayğısı daha böyük uğurlara səfərbər edir. Son illər Azərbaycanda iki mindən artıq yeni məktəb tikilib və bu təhsil ocaqlarının hər biri müasir avadanlıqlarla təchiz edilib. Ölkə Prezidentinin təhsilin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar milli təhsil sistemində mühüm mər... | ANL |
Sənətdə çiçək açan arzular. Səhnəyə gəldiyi gündən tamaşaçı diqqəti və sevgisi qazanan xalq artisti Yaşar Nuri ömrünün 60-cı pilləsini qalxmaqdadır. İstər komik, istərsə də ciddi rolların mahir ifaçısı olan sevimli aktyorumuz həmişə özünəməxsus yaradıcılıq ampluasındadır. Bu çox az sənətkara qismət olur ki, tamaşaçı hə... | ANL |
YUNİSEF-in Azərbaycandakı nümayəndəsi azərbaycanlı azyaşlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləmişdir. BMT Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Hervord son vaxtlar ermənilər tərəfindən iki azərbaycanlı azyaşlı uşağın öldürülməsini pisləmişdir. M.Hervord demişdir: "Biz YUNİSEF-in Azərbay... | ANL |
Uzaq Kanadada Azərbaycan haqqında. Avqust ayında Kanadanın Ontario əyalətinin mərkəz şəhəri olan Torontoda bu ölkənin dövlət orqanlarının dəstəyi ilə Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat Toplantısı keçirilmişdir. Beş gün davam edən toplantılarda Kanada rəsmiləri ilə yanaşı, ABŞ-ın rəsmi nümayəndələri də... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.