text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
DUALARLA YAŞAYAN İNTELLEKT. Yazar İradə Tuncayın Kipr Adaları yazısından sonra. sevgi axtaran qadın. qırılıb, qol-qanadın. içinə sığmaz oldun. için yandırdı səni. barmaqla göstərdilər. yaxdın gəlib-gedəni. taleyin sərt üzüdür. bəlkə tez doğulmusan. bəlkə səhv düşüb yerin. ağla üzü qibləyə. gedənlərin gedəndə. can qalma... | ANL |
Bu yaxınlarda Kamal Abdulla, Salam Sarvan və Etimad Başkeçidin K. Abdulla yaradıcılığı ətrafında aparılan ədəbi söhbətləri “Məqamlar” adlı kitab halında çapdan çıxmışdır. Kitab təkcə Kamal Abdulla yaradıcılığından, Azərbaycan ədəbiyyatından deyil, dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemlərindən bə... | ANL |
Bir əsrlik bədii sözün dəyəri. Bu gün, yanvarın 7-də filologiya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü Yavuz Axundlunun 85 yaşı tamam olur. 1952-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin universitetdə müxtəlif illərdə dosent... | ANL |
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. (Əvvəli ötən şənbə saylarımızda). ELÇİN – Bu gün bizdə və elə başa düşürəm ki, yalnız bizdə yox, bütün postsovet məkanında tənqidçinin qeyri-yaradıcı obrazı yaranıb. Bu yaxınlarda mən rus tənqidçisi Vladimir Oqnevin belə bir anekdotvari etirafını oxudum: 1972-ci ildə “Literat... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Foyedə çemodanlarıma, çantalarıma bir də baxıram. Sayın millət vəkili resepsiondakı işləmləri həll eləsin, sonra daşıyaq maşına əşyalarımızı. Əşya deyəndə ki, bu ənənəvi səfər deyildi və həmişə olduğu kimi mən də dükanları gəzib hədiyyə-filan da almamışdım. Əksinə, gələndə özümüzlə gət... | ANL |
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik daxili və xarici siyasət, nəhəng quruculuq işləri onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib. Prezidentin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəl... | ANL |
Naxçıvanda mətbuat və ədəbi mühit:“Şərq qapısı” qəzeti mədəni inkişafın güzgüsü kimi. 1921-ci ildən Naxçıvanda nəşrə başlayan “Şərq qapısı” qəzeti regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda, Naxçıvanda ədəbi mühitin inkişafına səbəb oldu, qələm sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş... | ANL |
Qənirə Paşayeva: “İşğalçı qala-qala Azərbaycana qarşı haqsız düzəliş qəbul olunub və illər keçsə də ləğv edilməyib”. MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞ PA) NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ QƏNİRƏ PAŞAYEVADIR. –Qənirə xanım, ABŞ Konqresinin separatçı və qondarma “Dağlıq Qarabağ... | ANL |
Dövlətin Silahlı Qüvvələrinə qayğısı inam kreditidir. Yeni ilin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlər və onların ailə üzvləri arasında dolaşan xoş xəbər hamımızın bayram əhval-ruhiyyəsini birə-beş artırıb. Ötən ayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Silah... | ANL |
Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bakıda səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri yanvarın 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlət... | ANL |
“Yaradıcı insana səhnə, meydan lazımdır”. Ellada Hüseynova gənc olsa da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində illərdi ki, pedaqoji fəaliyyətlə məşğuldur. Özü Azərbaycan Musiqi Akademiyasını bitirib. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir. Bir neçə il “Musiqi sənəti” fakültəsinin “Musi... | ANL |
“Media ilə yüksək səviyyəli əlaqələr qurmaq üçün gərək piar meneceri də öz işinin peşəkarı olsun”. “BAKI PARK BULVAR”ın PİAR MENECERİ GÜNAY MALİKQIZI:“GÖRDÜYÜMÜZ İŞLƏRİN CƏMİYYƏT ARASINDA TƏBLİĞ EDİLMƏSİ VƏ MAARİFLƏNDİRMƏ İŞLƏRİNİN APARILMASINDA JURNALİSTLƏRİN BÖYÜK ƏMƏYİ VAR”. Azərbaycan teleməkanında bir sıra tanınmı... | ANL |
Elçin Quliyev: “İran Sərhəd Qoşunlarının komandanı bizimlə görüşə gəlmir”. “XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNA NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏN MÜASİR RADAR İNFRASTRUKTURU YARADILIB”. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin APA-ya müsahibəsi. Bu proqr... | ANL |
İnsan hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib. ƏLİ HÜSEYNLİ: “ƏMİNƏM Kİ, MİLLİ FƏALİYYƏT PROQRAMI DEKLARATİV DEYİL, REAL NƏTİCƏSİ OLAN SƏNƏDƏ ÇEVRİLƏCƏK”. Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı əsasında Azərbaycan Respublikasında insan ... | ANL |
Anarın “Türk Dünyasında İlin Ədəbiyyat Adamı” seçilməsilə bağlı Ankarada tədbir keçirilib. Avrasiya Yazarlar Birliyi yeni ildə təşkil etdiyi ilk konfransı “2012-ci ildə Türk Dünyasında İlin Ədəbiyyat Adamı” elan edilən Anara həsr etmişdi. Ankarada Altındağ Bələdiyyəsi Kabakçı İmarətində baş tutan konfransı Avrasiya Yaz... | ANL |
Türkər Qasımzadə beynəlxalq müsabiqə qalibləri arasında. Bu yaxınlarda istedadlı musiqiçi Türkər Qasımzadə özünün bəstəkarlıq yaradıcılığında daha bir önəmli uğura imza atıb. Onun Amerikada fortepiano üçün yazdığı musiqi “Composer’s Voice: Fifteen-Minutes-of-Fame” (Bəstəkarın səsi: On beş şöhrət dəqiqəsi”) seriyasından... | ANL |
Solmuş bir gülün ləçəyindəki qurumuş göz yaşları, bir ağacın köksündə cızılmış ürək şəkli, bir kitab varağının arasında uyuyan qurumuş ceviz yarpağı dili bağlı, qolu bağlı bir sevginin lal harayı deyilmi?! İllər keçsə də, yanıq yeri kimi ürəyimizin başında göyür-göyür göynəyən o sevgi unudulmur ki, unudulmur. O günləri... | ANL |
“Məhəbbət ilə qəhrəmanlıq mövzusunda filmin büdcəsi eyni ola bilməz”. Bəli, zaman-zaman dünya sivilizasiyasını formalaşdıran dahilərimiz biz insanları işığa, elmə, intellektə çağırıblar. Nizamidən sonra böyük Nəsimi “Ey bülbüli qüdsi, nə giriftari qəfəssən? Yəni köhnə fikirləri qır, stereotipləri poz, arxaik düşüncə tə... | ANL |
Media Akademiyasında görüşlər: jurnalistikanın və plüralizmin inkişafı naminə uğurlu addım kimi. “İrəli” İctimai Birliyinin nəzdində yaradılan Media Akademiyası alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən radioda, “İrəli Prodakşn”da gənclər arzusunda ol... | ANL |
İnsanların qəlbinə yol tapmaq da elmi kəşf qədər çətindir. Görkəmli şəxsiyyətlərin həyatını onların məxsus olduqları xalqın tarixinin bir parçası sayanlar səhv etməyiblər. Görkəmli kimyaçı alim, akademik, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmovun ömürnaməsini vərəqlədikcə, bu həqiqə... | ANL |
Azərbaycan Mətbuat Şurasının hesabat konfransı keçirilib. Dünən Azərbaycan Mətbuat Şurasının hesabat konfransı keçirilib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açaraq, bildirib ki, 2011-ci ildə Şuranın başlıca iş istiqamətləri komissiyaların fəaliyyətindən, quruma daxil olan şikayət və müra... | ANL |
Şair Ələmdar Quluzadənin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Ələmdar Quluzadənin 60 illik yubileyilə bağlı tədbir keçirilib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivinin hazırladığı videoçarxın nümayişi ilə açılan tədbiri AYB... | ANL |
Böyükağa Mirzəzadənin yaradıcılığı haqqında kitabın təqdimatı olub. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xalq Rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığından bəhs edən kitabın təqdimat mərasimi gerçəkləşib. “Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığı” adlanan kitab gör... | ANL |
“Nəbi Xəzrinin sənətkarlığı” zəngin poetik irs haqqında dəyərli monoqrafiya. Yaşadığımız dövr özünün ictimai-siyasi,elmi-texniki səviyyəsi ilə bütün keçmiş əsrlərdən kəskin fərqlənir.Ona görə də indi əsrin qabaqcıl, ayıq, fəal adamları olan şairlərin, sənətkarların üzərinə çox böyük məsuliyyət düşür. Hər hansı bir cəmi... | ANL |
“Elə məsələlər var ki, orada birgə mövqedən çıxış etmək mümkündür”. VAHİD ƏHMƏDOV: “İQTİSADİ SAHƏDƏ APARILAN SİYASƏT TAMAMİLƏ NORMAL VƏ QƏBULOLUNAN BİR SİYASƏTDİR” MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN (MM) İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN ÜZVÜ VAHİD ƏHMƏDOVDUR. – Vahid müəllim, ötən ilin sonlarında dövlət başçısı tərəfindən imzalanm... | ANL |
Səksəndə görüşənədək. Onu bir alim, bir insan, bir vətəndaş kimi yaxından tanıyanlar üçün bu deyim, şübhəsiz ki, isti bir təsir bağışlayacaq. Eldar müəllim də ömrünün yetmişini haqladı deyərək çoxları köks ötürəcəklər. Ölməz şair “Ömür dediklərin bir karvan yolu” misrasını elə belə sadəcə deyim xatirinə demirdi. Karvan... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Bəzi filosofların iddiasına görə ... | ANL |
Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr. 18-20 oktyabr 1917-ci il tarixində Stokholm şəhərində Rusiyada fəaliyyət göstərən Litva təşkilatlarının təmsilçiləri toplantı keçirdilər. Bu toplantıda Qafqaz Litvalıları Şurasının və o cümlədən Bakı litvalıları cəmiyyətinin təmsilçiləri də iştirak edirdilər. ... | ANL |
“Bizə bir zövqi-təxəttür qaldı. Bu sönən kölgələnən dünyadan”. Əhməd Haşim. Vaxtı ilə Bakının mərkəzi küçələrindən biri Hüsü Hacıyev küçəsi adlanardı. Amma artıq o küçə Hüsü Hacıyev adına deyil. Deyəsən adı dəyişdirilib. Amma, nədənsə biz uşaq ikən, bizdən yaşlı olan nəslin dövründə bu küçə “Bazarnı” küçəsi adlanardı. ... | ANL |
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə olunub sovet zindanlarında məhv olan ukraynalı bende... | ANL |
PƏRVİNİN HƏMSÖHBƏTİ ŞAİR VAQİF BƏHMƏNLİDİR. Vaqif Bəhmənli: Xoş gördük, Pərvin xanım! Pərvin: Vaqif müəllim, ötən ilin sonunda yeni kitabınız işıq üzü gördü. Təbrik edirəm sizi. Əvvəlində də deyirsiz ki, hamı olmasaydı, bu kitab kimə gərək idi! Doğrudan da hamı üçün yazırsız? Ümumiyyətlə, sizcə hamının dərk edə biləcəy... | ANL |
Unudulan və unudulmayan İsi Məlikzadə. “Kimdən başlamaq lazımdır, kimin qapısını döyüm? İki gündür beynimdə dolanan fikir rahatlığımı əlimdən alıb. “Rubrikanın ilk yazısıdır, gərək, gündəmdə olan, maraqlı adam olsun” düşüncəsiylə (əlbəttə, yanılıram) bir xalq yazıçısının telefonuna zəng edirəm: – Mən evimə heç vaxt jur... | ANL |
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. (Əvvəli ötən şənbə saylarımızda). YAŞAR – Sənətkar və hökmdar münasibətlərinin ziddiyəti, mürəkkəbliyi və aktuallığı, demək olar ki, bütün dövrlər üçün xarakterikdir. Bu mövzu dünyanın demək olar ki, bütün yazıçı və filosoflarını zaman-zaman düşündürüb və bu barədə neçə-neçə ... | ANL |
Əhməd Qüdsi Tecer. Bu dünyada qocalmayan, ölməyən yalnız ruhlardır. Bəli, ruhlar qocalmır, ruhlar ölmür! O kəslərin ki, onlar müqəddəsdirlər, onlar əməli salehdirlər! Onlar təkcə doğulduqları ölkənin yox, mənsub olduqları millətin yox, bəşəriyyətə məxsus insanlardır! Onların ürəyi bəşəri duyğularının yuvasıdır. Onların... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Bəşər övladı neçə min illərdi yol salır. Hər dövr öz nəqliyyat vasitələrinin yolunu qurub. Ağac döşəyiblər, kəsmə daş düzüblər, beton töküblər. Yollar insan mədəniyyətinin bir parçası olub. Yollar bəzən onları qurub düzəldənlərin adıyla bağlanıb, bəzən ordan keçib gedən hakimlərin adıy... | ANL |
Rəsmi qonaqpərvərlik. TƏMİZ, TƏHLÜKƏSİZ, RAHAT... Fransız dizayneri Jean Marie Massaud dünya üzərində bütün təbii gözəlliklərin otel dəyişmədən görülə bilməsi üçün dahiyanə bir fikir irəli sürdü. Uçan otel uzun mənzili sayəsində üç gündə Atlantik Okeanını keçə bilir. Ayrıca 600 kvadrat metrlik panoramik görünüşə sahib ... | ANL |
Misir Mərdanov: “Təhsildə islahatların əsas istiqamətlərindən biri də dərsliklərlə bağlıdır”. Dərsliklərin nəşri və çapı işləri prezidentin 2002-ci il tarixli fərmanı ilə təsdiq edilən “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir. Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq d... | ANL |
Vahid Qazinin yaddaşından tarix olsun deyə... Mən gələcək nəsillərimizə faydalı ola biləcək ən xırda bilgini belə özündə içərən olayların qeydə alınmasına, yazıya keçirilməsinə tərəfdar olanlardan biriyəm. İnancıma görə, türk milləti tarixin bütün dönəmlərində o qədər böyük olub ki, qara torpağı da, mavi göyləri də yüz... | ANL |
Yaddaşın tarixi qoruyucusu. Görkəmli tarixçi alim Cəmil Həsənlinin 60 yaşı tamam olur. Çağdaş tariximizin açılmamış səhifələrini yüksək peşəkarlıqla işıq üzünə çıxarmaqda Cəmil müəllimin müstəsna xidmətləri danılmazdır. Cəmil Həsənli Azərbaycanın, eləcə də başqa ölkələrin – Rusiyanın, ABŞ-ın, Türkiyənin arxivlərində yo... | ANL |
Rusiyanın tənəzzül və dirçəliş erası. Üçüncü minilliyin başlanması ərəfəsində tarix səhnəsinə yenicə daxil olmuş dövlətlər öz həqiqi təbiətlərini daha aydın biruzə verdi. Müstəqilliyin yaratdığı iftixar hissi nə qədər güclü olsa da, qazanılan cüzi uğurlar sonra öz davamı kimi nəzərə çarpan qüsurlar fazasına keçdi. Rusi... | ANL |
Ağalar Bayramov – sözü ruzi-bərəkət rəmzi kimi daşıyan sənətkar. Tanınmış bədii qiraət ustası Ağalar Bayramov poeziyanı şeirə ruhunu qataraq sevənlərdəndir. Onun səsindəki bənzərsiz ahəng, emosiya ən zəif şeirə belə ruh və həyat bəxş etmək gücünə qadirdir. Mən də poeziyanı, şeiri dinləyərək sevənlərdənəm. Yüzlərlə tama... | ANL |
“Avrasiya ulduzu” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan da təmsil olunub. Türkiyənin İstanbul şəhərində “Avrasiya ulduzu” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. APA-nın məlumatına görə, təmsilçisi Avrasiya ulduzu adına Qırğızıstan təmsilçisi Gülzigit layiq görülüb. Müsabiqənin final gecəsində İct... | ANL |
“Gəncləşən muğam” layihəsi üzrə daha bir konsert keçirilib. Yanvarın 11-də Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının iştirakı ilə “Gəncləşən muğam” layihəsinin üçüncü konserti gerçəkləşib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşan layihə ... | ANL |
Payızda doğulmaq xoşbəxtliyi. Ötən günlərdə Naxçıvan Dövlət Universitetində şair Xanəli Kərimlinin 60 illik yubileyi qeyd edilirdi. Bəli, şair Xanəli Kərimlinin. Baxmayaraq ki, o həm də ədəbiyyatşünas alimdir – filologiya üzrə fəlsəfə doktoru, dosentdir, Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı... | ANL |
Nəhayət, reallaşması arzu və xoş xəyal kimi görünən problemin həlli istiqamətində ilk, həm də uğurlu addım atıldı: mahir təşkilatçı, istedadlı şair-publisist, filologiya elmləri namizədi Sona Vəliyevanın şəxsi təşəbbüsü, rəhbərliyi, qayğısı, gərgin səyi sayəsində sovet rejimi və kommunist ideologiyasının hakimiyyəti il... | ANL |
Uzaq yolun müsafiri. Hər bir xalqın intellektual inkişafı tarixində elə dövr vardır ki, onların dərki və qiymətləndirilməsi yeni ictimai-siyasi və ədəbi-mədəni epoxanın formalaşmasına impuls verir. Azərbaycanın belə dövr və tarixi mərhələsinə ən yaxın nümunə kimi 1960-cı illəri və həmin vaxtda elm, sənət, siyasət, ədəb... | ANL |
Çingiz Qənizadə: “Milli Fəaliyyət Proqramının təsdiqlənməsilə ölkədə islahatların başlandığı nümayiş etdirilib”. Müsahibimiz hüquq-müdafiəçisi,millət vəkili Çingiz Qənizadədir. – Çingiz müəllim, ölkəmiz 1991-ci ilin avqustunda ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycanda insan hüquqlarının qorunması sahəsində... | ANL |
Ədəbiyyatşünas alim Füzuli Ələsgərlinin qələmə aldığı “Sehrli dünyanın memarı” adlı kitab işıq üzü görüb. Monoqrafiyada görkəmli uşaq yazıçısı Zahid Xəlilin ədəbi yaradıcılığı geniş təhlilə cəlb edilib. Yazıçının yaradıcılığını elmi-nəzəri aspektdə araşdıran müəllif tədqiq etdiyi müxtəlif janrlı əsərlərinin ideya-bədii... | ANL |
Şərəfli ömür yolu. Mirzə Vəli İsmayılov 1885-ci ildə Şuşa qəzasının Kəbirli nahiyəsinin Rəncbərlər kəndində anadan olub. O, ibtidai təhsilini Şuşa şəhərində realnı məktəbdə alıb. Düzdür, o vaxtlar bünövrəsi 1883-cü ildə qoyulmuş Xəlfələddin kəndində də ibtidai məktəb var idi, lakin Azərbaycanın dahi bəstəkarı Üzeyir bə... | ANL |
Hansı dildə danışırsa danışsın, ancaq məramı xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə gələn sənət əsərləri öz dövrünün tələblərinə uyğun yaranıb. XX əsrdə də modernizm, ekspressionizm, abstraksionizm, fovizm, kubizm, sürrealizm, futurizm və suprematizm kimi yeni janrlar incəsənətə özünəməxsus ab-havanı gətirə b... | ANL |
“Milli.Az fikir müxtəlifliyinin, proseslərə obyektiv baxışın təmin olunmasına çalışır”. BAŞ REDAKTOR ANAR İMANOV: “ÖLKƏ MİQYASINDA HADİSƏLƏRİ TAM VƏ DOLĞUN ƏKS ETDİRMƏK ÜÇÜN ƏYALƏTLƏRDƏ TƏMSİLÇİLİYİMİZİ GÜCLƏNDİRMƏKLƏ BAĞLI KONKRET PLANLARIMIZ VAR”. Bu gün online-xəbər məkanında özünəməxsus yeri olan Milli.Az xəbər por... | ANL |
Azərbaycan təhsil sistemində qiymətləndirmə siyasəti. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, təhsil cəmiyyətdə siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan kapitalının formalaşmasında həlledici rol oynayır. Yüksək təhsilli insanlar cəmiyyətdə qarşılıqlı etibarın güclənməsini, sivil v... | ANL |
Azərbaycan ordusu böyük qüvvədir. Ordu quruculuğu məsələsinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunması ölkənin milli maraqlarının təmin edilməsi baxımından kifayət qədər önəmli əhəmiyyət daşıyır. Yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda ... | ANL |
Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadədir. –Aydın müəllim, son bir həftə-on gün ərzində İranla ABŞ arasında münasibətlər yenidən kritik həddə çatmaqdadır. Hörmüz boğazı məsələsi ətrafında baş verənlər, qarşılıqlı təhdidlər, müharibə xəbərdarlığı sizcə, nədən xəbər? ... | ANL |
Jurnalist təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, tez-tez görüşdüyün, yaxşı tanıdığın kimsə haqqında yazmaq elə də asan başa gəlmir. Xatirələr, təəssürat bolluğu, o kimsənin də səni yaxşı tanıdığından doğan məsuliyyət, bir az da qorxu hissi buna mane olur. O ola ki, qəhrəmanın sənət əhli ola, aktyor, rejissor ola, yara... | ANL |
RƏSSAM-FOTOQRAF PƏRVİZ QULİYEVİN 70 İLLİYİNƏ. Kinodan söhbət düşəndə bəziləri onu “hərəkət edən fotoşəkillər”, bəziləri isə “danışan rəngkarlıq” adlandırırlar. Kinematoqrafiyanın yarandığı ilk çağlardan onun fotoqrafiya ilə oxşarlığı həqiqətən olub. Bir film istehsal olunub ekranlara buraxılmazdan əvvəl kinoteatrlarda,... | ANL |
“Jurnalistlər və mətbuat katibi bir-birilə sıx bağlı anlayışlardır”. MƏCİD MUSAYEV: “XXI ƏSRİN İNFORMASİYA ƏSRİ OLDUĞUNU NƏZƏRƏ ALSAQ, MÜNTƏZƏM MƏLUMAT MÜBADİLƏSİ PROSESİNDƏ ONLARIN HƏR İKİSİNİN MÜHÜM ROLU VAR”. Ölkənin aparıcı tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2009-ci ildən fəaliyyə... | ANL |
Milli telejurnalistikada uğurlu yaradıcılıq layihəsi – “Ailəm Ailəm”. İctimai Televiziya ilə Təhsil Nazirliyinin birgə layihəsi olan – “Aləm Ailəm” verilişi 2011-ci ilin ən yaxşı telejurnalistika işlərindən idi desək, yanılmarıq. Çünki indiki dövrdə telekanalların əsasən yerləşdiyi şəhər mühitindən kənara sanki çıxmama... | ANL |
Dəyərli alim, səriştəli rəhbər. Onu orta məktəb illərindən tanıyıram. Birgə təhsil aldığımız məktəbdə müəllim və şagirdlərin sevimlisinə çevrilən bu istedadlı gənclə əlaqələrimiz keçmiş Azərbaycan Dövlət Universitetində oxuduğumuz illərdə də davam edib. Həmin dövrdə yataqxanada, universitet auditoriyalarında, müxtəlif ... | ANL |
Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr. Bakıda Litva konsulluğunun təsis edilməsi hər iki dövlət üçün əhəmiyyətli hadisə idi. Unutmaq olmazdı ki, müstəqilliyin yalnız elan edilməsi ilə iş bitmirdi. Həm Litva, həm də ki, Azərbaycan beynəlxalq aləmdə müstəqilliklərinin de-yure tanınması üçün səylər gö... | ANL |
Ömrün barlı mövsümü. Ey müəllim, aləti-təzvirdir əşrarə elm, Qılma əhli-zülmə təlimi-maarif zinhar. Doğuldu adi bir dağ kəndi. Lerikin Pirzəküçə adlanan obası. Dədə-babası bu yaşayış məskəninə başqa yerdən köçüb gəlmişdi: nə səbəbə yurd dəyişmişdilər, bəlli deyildi. Bəlli o idi ki, təzə məkan ürəklərinə bərk yatmış, al... | ANL |
Aysel Əlizadənin “Erkəklər” kitabı çapdan çıxıb. KİTABI BAKI ŞƏHƏRİNDƏKİ “ƏLİ VƏ NİNO” KİTAB MAĞAZALARINDAN ƏLDƏ ETMƏK OLAR. İstedadlı yazar Aysel Əlizadənin bugünlərdə işıq üzü görən “Erkəklər” kitabı müəllifin yaradıcılığının növbəti uğurlu təqdimatıdır. Özünün sayca üçüncü kitabı olan “Erkəklər”də A.Əlizadə çağdaş d... | ANL |
ZƏLİMXAN YAQUBUN ALMANİYA “DƏFTƏR”İ ÜÇÜN UCQAR HAVASI. Zəlimxan Yaqubun “Türkiyə dəftəri”ndən, “Borçalı dəftəri”ndən, “Kərkük dəftəri”ndən dolayı, “Almaniya dəftəri” adlı silsilə şeirləri də var. Bu dəftərdə “Bethoven torpağında dost sazı dillənirdi” sərlövhəli zərif poeziya nümunəsi də yer alır: Nə deməklə tükənən, nə... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Milliyyət və bəşəriyyət. Keçən il... | ANL |
“Bizə bir zövqi-təxəttür qaldı. Əhməd Haşim. Stolun üstündə armudu stəkanda soyuyub yarımçıq qalan tünd çay, siqaret kötüyü ilə dolu bir külqabı, armud qoxusu, bəyaz duman kimi siqaret tüstüsünə bürünmüş bir otaq. Amma çox qəribədir. Atam iş otağında nə qədər siqaret çəkirdisə çəksin, siqaretin iyi atamın o armud ətrin... | ANL |
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. Vladimir Krilovski, ABŞ-da yaşayan ukraynalı yazar. Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə ... | ANL |
Sirli-soraqlı qitə. Belə bir qənaətdəyəm ki, dünyada təsadüfi heç nə yoxdur. Hər təsadüf, əslində zərurəti meydana çıxarmaq üçün bir vasitədi... Səhərin alatoranında Xəzərin sahilində gəzişəndə yenicə bura ayaq açan bir insanla – Qəzənfərlə tanış oldum. Özü mənə yanaşdı, uzun illər Qubadlıda, Gədəbəydə milis rəisi işlə... | ANL |
Dəyişən fəsillər və ədəbi nəsillər. “ƏDƏBİYYATINI GÖSTƏR, SƏNİN KİM OLDUĞUNU DEYİM”. “Dostunu söylə, sənin kim olduğunu deyim“də olduğu kimi “ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”də də həqiqət payı, umduğumuzdan daha çoxdur. Xalqın yaşam boyu azadlıq mübarizəsi hardasa həyat müstəvisində vəzinlər qovğasıyla pa... | ANL |
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. (Əvvəli ötən şənbə saylarımızda). Bu gün məni sevindirən cəhət odur ki, ədəbiyyatşünaslığımızdakı yeni tədqiqatlar ədəbi irsimizin nəşri ilə paralel gedir. Misal üçün, bu günlərdə mən Paşa Kərimovun yenicə çapdan çıxmış “XVII əsr anadilli Azərbaycan lirikası” monoqrafiyasını ... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). BİRİNCİ GÜN. Yarım saatdan sonra hava limanından kontraslar şəhəri adlanan və 3000 illik tarixə malik müasir Pekinin gesə mənzərələrini seyr edə-edə Vanşou otelinə yola düşdük. Hələ yolboyu ÇXR barədə bir-birimizə bildiklərimizdən söhbət açır, Çinin dünənindən və bu günündən d... | ANL |
Müqəddəs Müjdədə oxuyuruq: “Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin. Bir yanağına vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri i... | ANL |
Misir Mərdanov: “Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi yönündə çox mühüm işlər görülür”. Azərbaycanın təhsil sferasında aparılan islahatlar artıq 10 ildən çox bir müddəti əhatə edir. Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı ilə təhsil sahəsində İslahat Proqramı hazırlan... | ANL |
Rusiyanın tənəzzül və dirçəliş erası. Putinin tənqidçiləri onun keçmiş KQB zabiti olduğunu gözə soxur, prezident vəzifəsinə hansısa mərhəmətli münasibət hesabına gəldiyini vurğulayırlar. Əlbəttə, belə yanaşmada cüzi həqiqət işartısını tapmaq olar, lakin axırıncı ittiham heç də bütünlüklə həqiqətə uyğun deyildir. Ölkəni... | ANL |
Bu günlərdə “Bürhani-həqiqət” jurnalının bütün saylarının transfoneliterasiyasını başa çatdırmışam. Məqsədim onu nəfis bir tərtibatla nəşr etdirib, vaxtilə qədim İrəvan quberniyasının ictimai-siyasi mənzərəsini, ədəbi mühitini, zəngin mədəniyyətini, soydaşlarımızın həyat və məişətini aydın əks etdirən bu mədəni-mətbu a... | ANL |
Sən həmişə bizimləsən, İlyas müəllim! İlyas Əfəndiyevin pyesləri Azərbaycan milli dramaturgiyası tarixində önəmli yerlərdən birini tutur. Xalq yazıçısı, görkəmli dramaturq və nasir, Azərbaycan Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin əsərləri günümüzə qədər teatrlarımızı bəzəyir. 138 illik tarixi olan peşəkar Azərbay... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). (Əvvəli ötən saylarımızda). Maraqlıdır, bizim xalq nağıllarında mifik varlıq olan əjdaha quraqlığın, açlığın, bir sözlə fəlakətin rəmzi kimi təsvir edilir. Nağıl qəhrəmanları suyun qarşısını kəsən yeddibaşlı əjdahaya qurbanlar verən xalqı xilas etmək üçün qılınca sarılır, bu ə... | ANL |
Böyük Teatrın azərbaycanlı ulduzları. Rusiya Dövlət Akademik Böyük Teatrında azərbaycanlı izləri özünün mənəvi-bədii-tarixi dəyərinə görə bizim üçün mühüm məna kəsb edir. Hələ XX əsrin lap əvvəllərində Böyük Teatrda balet tamaşalarına səhnəqrafik həyat verənlərdən biri də V.Rəhmanov olub. Onun eyni zamanda Rusiyada ilk... | ANL |
Yazıçılar Birliyində Esmira Fuadın “Sözə sevdalılar” kitabının təqdimatı olub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Nizami adına Ədəbiyyat İnsitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri namizədi Esmira Fuadın “Sözə sevdalılar” kitabının təqdimat mərasim... | ANL |
Xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası Anarın fitrətindədir. Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür.... | ANL |
Müsahibimiz “Şərurun səsi” qəzetinin redaktoru,Azərbaycanın Əməkdar jurnalisti, Naxçıvan Mətbuat Şurası İdarə Heyəti sədrinin müavini Elman Məmmədovdur. O vaxt qəzetin adı “Pambığa doğru” idi və cəmi iki əməkdaşı var idi: Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi işləyirdilər.... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). (Əvvəli ötən saylarımızda). Milli İnkişaf və İslahat Komitəsində mütəxəssislərlə söhbətdən sonra Yasaq şəhərə (Ququn imperator sarayına) ekskursiya etdik. UNİKAL ABİDƏ ŞƏHƏR. Qeyd edim ki, orta əsrlər dövrünün ən nəhəng memarlıq abidəsi olan Ququn şəhəri hər gün saysız-hesabsı... | ANL |
Yaxın tarixi qələmə alaraq romanlaşdırmaq, məncə, elə də asan olmasın gərək. Hələ bir həmin tarix keşməkeşlərlə, ziddiyyətlərlə doludursa. Baxırsan, dünən fərari olanlar bu gün özünü qəhrəman elan edir, az qala millətin xilaskarı qismində təqdim olunur. Əsl qəhrəmanlar isə bir parça çörəkdən ötrü küçələrdə toz olmağa b... | ANL |
ALİM-PEDAQOQ VƏ JURNALİST TEYMUR HÜSEYNOVUN 120 İLLİYİNƏ. Görkəmli şəxsiyyət, dilçi alim, gözəl jurnalist, pedaqoq və əvəzsiz ədəbiyyatşünas Teymur Hüseynov 1892-ci il yanvar ayında Şamaxı şəhərində dünyaya göz açmışdı. Ailələrinin keçirdiyi ağır həyat balaca Teymuru Bakıya gətirir. O, Bakıda yaxın qohumu olan inqilabç... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). (Əvvəli ötən saylarımızda). Məhz həmin bu görüşdə Çinin Dalyan və Bakı şəhərlərinin qardaşlaşması barədə təklif də irəli sürüldü. Görüş zamanı qaldırılmış məsələlər öz həllini 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfərində tapdı. Bundan başqa iki ölkənin dövlət başçılar... | ANL |
Məhəbbət və qürur haqqında hekayə. Bu, V.Hüqonun “Mariya Tüdor” pyesi əsasında təcəssüm etdirilən “Qadın məhəbbəti” tamaşası oldu. Ta qədimlərdən teatr aləmində qəbul edilmiş sakramental həqiqətə görə, “sənətkarı öz qanunları ilə mühakimə etmək lazımdır”. Polifonik musiqinin sanki işarəsi ilə açılan pərdənin arxasından... | ANL |
Andrey Platonov Elçin Hüseynbəyli tərcümələrində. XX əsrin 80-ci illərindən yenidənqurma siyasəti altında Sovet İttifaqında, o cümlədən onun döyünən ürəyi Rusiyada ədəbi-bədii nümunələrin yayılması, nəşri və təbliği istiqamətində aparılan işlərdə Zamyatin, Bulqakov, Pasternak, Axmatova və digər bu kimi sənətkarlarla ya... | ANL |
Professor Cahangir Məmmədlinin 70 yaşı qeyd olunub. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN YUBİLEY MƏRASİMİ HƏM DƏ PROFESSORUN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİNİN 45 İLLİYİNƏ HƏSR EDİLİB. Dünən Bakı Dövlət Universitetində (BDU) universitetin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir M... | ANL |
Alimin elmi-ədəbi, ictimai dünyası. Azərbaycan ədəbi fikri və jurnalistika sahəsində bir sıra məhsuldar və ictimai rəydə öz yeri olan alimlər sırasında Cahangir Məmmədlinin də adı hörmətlə çəkilir. Mən bu sətirləri C.Məmmədlinin ədəbi fikirdə yerini qəsdən jurnalistikadan əvvələ salıram. Çünki o, uzun müddət ədəbi-bədi... | ANL |
Müasir jurnalistika məktəbinin işıqları. Azərbaycan ziyalılığını böyük ləyaqətlə və yüksək elmi səviyyədə təmsil edən Cahangir Məmmədlinin keçdiyi yol və onun çoxcəhətli fəaliyyəti həyat, insanlıq və yaratmaq eşqi dərsidir. Cahangir müəllimin qırx ilə yaxın dövrdə yazdıqları ilə düşündükləri və yaşadıqları arasında təb... | ANL |
“Bürhani-həqiqət” jurnalının maraqla oxunan yazıları sırasında İrəvanın tanınmış ziyalısı, müəllimi, Cabbar Məmmədzadənin həyat və peşə təcrübəsi, mütaliəsi sayəsində geniş təsəvvürə malik olduğu tərbiyə mövzunda qələmə aldığı silsilə məqalələr diqqəti cəlb edir. Məcmuənin bütün saylarında verilmiş bu yazılar uşaqların... | ANL |
Mənsə səni sevirəm. Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formasında şeiri yazıb yollamışdım. Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm... Nə isə, bu yazıda öz sevgilərim haqqında yox, ilk dəfə bu şeirlə tanıyıb, sonradan kitablar... | ANL |
(Çin Xalq Respublikası barədə düşüncələr). (Əvvəli ötən saylarımızda). ... Ötən əsrin əllinci illərində SSRİ-dən Çin Xalq Respublikasına ixrac edilən müxtəlif sənaye məhsullarının xeyli hissəsi Azərbaycanın payına düşürdü. Bakı cihazqayırma zavodu dərinlik nasosu ilə işləyən neft quyularının işini yoxlamaq və tədqiq et... | ANL |
Universitetimiz zəngin ənənələri olan bir sənət ocağıdır. Bu yaxınlarda Azərbaycanda teatr təhsilinin 90 illiyi tamam olacaq. Vaxtilə teatr məktəbi, sonra Azərbaycan Dövlət Teatr İnstitutu, Azərbaycan Dövlət İncəsənət İnstitutu, nəhayət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ... | ANL |
Yazının əksər qəhrəmanları real adamlardır. Öz qulağımla eşitmişəm. “Kəndçilər” xəstəxanası adlanan 4 nömrəli xəstəxananın “LOR” deyilən şöbəsində – bu “LOR” nə şeydisə, burda qulaq, boğaz və burunu bir yerdə müalicə edirlər – yaxın qohumumun çıxmağını gözləyirdim ki, tibb bacılarının, sanitarların, xadimələrin halallı... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İl başlarında dönüb də arxaya ba... | ANL |
Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr. (Əvvəli ötən şənbə saylarımızda). Beləliklə, unutmaq olmaz ki, Bakıdakı Litva konsulluğu o zaman yalnız rəsmi yazışmalar aparmırdı, təkcə Litva əsilli şəxslərə sənədlər verməklə, etibarnamələri qanuni şəklə salmaqla və digər vacib kağızları leqallaşdırmaqla mə... | ANL |
Kəndin şeiriyyəti. Vaxtilə “kənd nəsri” deyilən bir ifadə vardı və çox zaman kənddən, orada yaşayan insanların gün-güzəranından, sosial qayğılarından, adət-ənənələrindən, duyğu və düşüncələrindən bəhs edən əsərlər bu bölgü altında təhlil olunurdu. Təbii ki, şərti mənada anlaşılan bu ifadə müəyyən dərəcədə doğru idi. Be... | ANL |
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. ABŞ-da yaşayan ukraynalı yazar. Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə olunub sovet zindanl... | ANL |
Dəyərli yazarlar Salam Sarvan və Etimad Başkeçidin Azərbaycanın görkəmli yazıçısı və alimi Kamal Abdullanı söhbətə çəkdiyi “məclisi-üns” indiki kimi yadımdadır. Bir məclisdə əlüstü başlayan bir ədəbiyyat məqamı tədricən 15 məqamlı, geniş “profilli” kitaba çevrildi. Kamal Abdulla o yazıçılardandır ki, onun bütün bədii m... | ANL |
Elçinin folklor dünyasına bir baxış. Elçin haqqında düşünəndə göz önünə ilk olaraq XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları – akademiklər Səməd Vurğun, Mirzə İbrahimov, ilk ensiklopediyamızın yaradıcısı Rəsul Rza, Mir Cəlal, Mehdi Hüseyn gəlir. Bu, səbəbsiz deyildir. Elçin böyük ədəbiyyata gəldiyi gündən bu gü... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.