Search is not available for this dataset
text
stringlengths
10
518k
Akademiyanın nəzdində İraq-türkmən araşdırmaları üzrə əlaqələndirmə şurası yaradılıb.
Akademiyanın nəzdində olduğuna görə şuranın sədri akademik Teymur Kərimlidir.
Bizim birliyimiz barədə ulu öndər Heydər Əliyev “Qardaşlıq” dərgisinə müsahibəsində münasibət bildirib:“Tarixi araşdıranda görülür ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq Türkmənləri bir bütövün tərkibidir”.
- Qəzənfər müəllim, qardaşınız qızı mərhum Qənirə Paşayeva ilə bağlı da suallarımız var.
Sözsüz ki, həm sizin üçün, həm Azərbaycan üçün böyük itkidir.
Yəqin ki, sizə Qənirə xanımın yoxluğu ilə barışmaq çətindir...""- Mən bunu birinci dəfə açıb deyirəm:biz ailədə 4 qardaş olmuşuq.
Birinci dünyasını dəyişən Qənirənin atası olub.
Qardaşım uşaqları arasında ilk dünyasını dəyişən isə Qənirə olub.
40 ildən çoxdur ki, elmlə məşğulam.
Bir vaxt vardı, deyirdilər ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”.
Son 15 ildə isə deyirdilər ki, “Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”.
Bu o demək idi ki, Qənirə böyük səviyyədə inkişaf etdi.
Onun yoxluğu təbii ki, nəslimiz üçün çox böyük itkidir.
Tək nəslimiz üçün yox, Azərbaycan xalqı və Türk dünyası üçün də böyük itkidir.
Çünki o həyatını yalnız xalqa həsr etmişdi.
Öz həyatı yox idi.Ailə həyatı qurmadı.
Onun xoşbəxtliyi onda idi ki, Heydər Əliyev məktəbi keçdi.
O məktəbin də amalı xalqa, dövlətə sədaqətlə xidmət etmək idi.Qənirə buradan başladı.
Özülü quruldu, təməli də vardı.
O yazıçı kimi, alim kimi tanındı.
Eyni zamanda, şairə idi.Millət vəkili idi, hətta komitə sədri də seçilmişdi.
Tovuzda Heydər Əliyevə həsr olunan yığıncaqda mən də, Qənirə xanım da iştirak edirdik.
Məruzəmdən sonra o, 40 dəqiqə danışdı.
Danışandan sonra dedim ki, mən yenidən yazdıqlarıma baxıb düzəlişlər edəcəyəm.
Yığıncaq bitən kimi maşına mindi, dedi ki, “mən Tovuza getməliyəm”.
Dedilər ki, “bir qismət çörək ye, çay iç, sonra gedərsən”.
Dedi ki, “yox, Bakıda şəhidə həsr olunmuş film var, mən onun məsləhətçisiyəm, gedib çatmalıyam, yoxsa film başlamayacaq”.
Bax belə ömrünü mədəniyyətimizə, elmimizə, xalqımıza həsr edirdi.
- Hamı Qənirə xanımı çılğın və emosional insan, hadisələrə çevik reaksiya verən deputat kimi xatırlayır.
Siz Qənirə xanımın əmisi olaraq onun bizim bilmədiyimiz hansı digər xüsusiyyətlərindən danışa bilərsiniz?
Çünki o oxudu, universitetə daxil oldu.
Tibb İnstitutuna daxil oldu, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldı.
Biz belə rahat danışırıq, lakin bütün bunlar üçün vaxt və enerji, eləcə də ömür gedir.
O, sutkada 3-4 saatdan artıq yatmırdı.
Tarixdə 3-4 saat yatan bir siyasətçi də Böyük Britaniyanın Baş naziri olmuş, “Dəmir ledi” ləqəbli Marqaret Tetçer olub.
Qənirə xanım məhz 3-4 saat yatmağın hesabına bütün bu uğurları qazanıb.
Yoxsa onun gördüyü işlərə ömür çatmaz.
Çox deyirdim ki, belə olmaz, özünə fikir ver.
Deyirdi ki, “əmi, məndən asılı deyil.
Mən özümlə bacarıb, özümə qalib gələ bilmirəm”.
Onun atasının sinə daşı üzərində Səməd Vurğunun, Üzeyir Hacıbəylinin dəfn mərasimində söylədiyi şeir bəndini yazmışdılar.
Qənirənin sinə daşında da eyni şeir bəndinin yazılmasını çox istərdim.
Həmin şeir bəndində bu sözlər deyilir:""Ölüm sevinməsin qoy!
El qədrini canından daha əziz bilənlər,"Şirin bir xatirətək qalacaqdır dünyada"Sevərək yaşayanlar, sevilərək ölənlər.
Amma öz yazdığı şeir bəndi sinə daşında qeyd olundu.
- Adətən dünyadan köçən insanların yaxınları ondan qalan yadigarlara baxıb təsəlli tapırlar.
Amma təəssüf ki, Qənirə xanım heç zaman ailə həyatı qura bilmədi.
Ondan heç bir nişanənin qalmaması sizə necə təsir edir?
- Əslində, ondan nişanələr qaldı.
Fikir verdinizsə, Qənirənin vəfatına görə təəssüf hissini ən çox gənclər keçirdi.
Mən belə hesab edirəm ki, o, elə gənclərin müəllimi idi.Gənclərin ürəyində məskən salmışdı, onların məhəbbətini qazanmışdı.
Hətta deyirdilər ki, gənclərimiz anasız qaldı.
Qənirə çox yüksək səviyyədə tapşırıqla son mənzilə yola salındı.
Buna görə şəxsən mən Qənirə xanımın böyük qardaşı Hüseynlə birlikdə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür məktubu ünvanladım.
Nə qədər əklil, gül-çiçək göndərilmişdi.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da əklil göndərmişdilər.
Fövqəladə Hallar Nazirliyindən gələn olmasına baxmayaraq, nazir Kəmaləddin Heydərov da ayrıca əklil göndərmişdi.
Yəni Qənirə həm xalqın, həm də dövlət adamlarının sevgisini qazanmışdı.
- Qənirə xanımın ölümünü bir çoxları bu gün də müəmmalı və qəfil hadisə kimi qiymətləndirirlər.
Bu məsələyə hansı aydınlıq gətirmək olar?
Onu xilas etmək niyə mümkün olmadı?
- Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir.
Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib.
Yeməyən, içməyən adam...Orada huşunu itirib.
Evi qəsəbənin çox ucqar yerində idi, gölün yanında.
Təcili Tibbi Yardım çox gec gəlib.
Vaxtında iş görülmədiyi üçün belə oldu.
Bundan başqa söylənilənlər əfsanədir.
O boyda şəxsiyyət, xalqına xidmət edən insan üçün bunları demək ədalətsizlikdir.
- Bu günlərdə mərhum deputatımızın qəbirüstü abidəsinin şəkli yayıldı.
Sosial şəbəkələrdəki müzakirələrdə çoxları belə sadə abidənin qoyulmasına təəssüfləndi.
Əksəriyyət hesab edir ki, Qənirə xanımın qəbirüstü abidəsi də onun özü kimi çılğın, emosiyalı, danışan olmalı idi. - Turqay, görürsən necə yalan danışırlar.
Abidənin necə olması ailəsinin xahişi ilə olub.
Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir.
Proyekti də qardaşları xahiş edib, onun üzərində işləyiblər.
Bu cür söz deyənlər niyə belə edir, anlamıram.
Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.
- Onun adının əbədiləşdirilməsi üçün hansı digər işlər görülə bilər?
- Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın.
Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşının niyə sadə hazırlandığını soruşdum.
Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir.
Bunların hamısı özümüzün işidir, belə istəmişik”.
Görün indi nələr yazır, nələr danışırlar.
- Qəzənfər müəllim, Qarabağ işğaldan azad ediləndən sonra heç oralara səfər edə bilmisinizmi, hansı təəssüratlarınız var?
- Mən hələ Qarabağa gedə bilməmişəm.
Avtobusla o qədər yolu gedib, bir gün də qayıda bilmərəm.
Mən Qarabağa yalnız öz maşınımla gedəcəyəm.
- Sonda müsahibəni özünüzlə bağlı sualla yekunlaşdırmaq istərdik:boş vaxtlarınızda istirahətinizi necə keçirirsiniz?
Qarşıma məqsəd qoyuram ki, bunu etməliyəm.
Ona mən girişənə qədər vaxtım keçir.
Özümü çox pis, xəstə hiss edirəm.
Boş vaxtımda yalnız filmlərə baxıram.
Türklərin “Möhtəşəm Yüzyıl”, “Diriliş Ərtoğrul” filmlərinə baxmışam.
İndi isə “Gənc Osman”a baxıram.
Bayaq Qənirə xanımdan söhbət etdik.
Onun “Addım-addım Türkiyə” filmini də verdilər.
Hətta onu Nizami adına kinoteatrda göstərdilər.
O filmdə mən Qənirənin Ərtoğrulun qəbrini tapdığını görəndə dəhşətə gəldim.
Mən elə bilirdim ki, Ərtoğrul əfsanədir.
Ancaq bu, tarixi bir şəxsiyyət imiş.