Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sonra Osmanın qəbrini gedib tapdı. |
Elə bildim Qənirə xanım dünyanı mənə verdi. |
Karyerasını doğma “Kolo-Kolo” futbol klubunda davam etdirəcək məşhur çilili futbolçu Arturo Vidalın yaddaqalan təqdimat mərasimi keçirilib. |
35 min azarkeşin iştirak etdiyi təqdimatda futbolçu meydana helikopterlə gəlib. |
Daha sonra A.Vidal başına simvolik tac qoyub və əlinə simvolik qılınc götürərək at belində meydanda dövrə vurub. |
Bununla futbolçu ona klubun azarkeşləri tərəfindən verilən “Kral” təxəllüsünü canlandırıb. |
Məlumat üçün əlavə edək ki, A.Vidal 2005-2007-ci illərdə paytaxt Santyaqonun “Kolo-Kolo” futbol klubunun formasını geyinib. |
İlk türkiyəli astronavt Alper Gezeravcının kosmos səyahəti bu gün başa çatacaq. |
O, Türkiyə vaxtı ilə saat 17:50-də (Bakı vaxtı ilə 18:50) Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılacaq. |
Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır xəbər verib. |
Onun sözlərinə görə, komandanın stansiyadan gedişi “Axiom Space” şirkətinin sosial media hesabından canlı yayımlanacaq. |
“BKS-də vida mərasimi keçiriləcək. |
Artıq stansiyada adımız və kosmosda izimiz var”, - deyə nazir vurğulayıb. |
Məlumata görə, Gezeravcı komanda yoldaşları ilə birlikdə “Dragon” kapsulunda Yerə qayıdacaq. |
Kapsulun ABŞ-nin Orlando sahillərində okeana düşəcəyi gözlənilir. |
Qeyd edək ki, Gezeravcının kosmos səyahəti yanvarın 16-da başlayıb. |
O, stansiyada qaldığı iki həftə ərzində 13 təcrübə həyata keçirib. |
Xatırladaq ki, Türkiyəli astronavt bundan əvvəl kosmosdakı həyatından və orqanizminə əhəmiyyətli təsirindən, o cümlədən üzünün şişməsindən danışmışdı. |
Qarşıdan gələn növbədənkənar prezident seçkisi bizim üçün bayram seçkisidir. |
O qeyd edib ki, Xankəndi şəhəri 14-saylı seçki məntəqəsi artıq fəaliyyətə başlayıb:“Xoşbəxtik ki, tarixi anlar yaşayırıq. |
Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. |
Bütün qəlbimizlə, ruhumuzla bu qüruru, fərəhi hiss edirik”. |
M.Abbasova bildirib ki, hazırda prezident seçkisinə hazırlıqla əlaqədar son tamamlanma işlərini aparmaq üçün yenidən məntəqədədirlər və artıq bu məntəqə hazır vəziyyətdədir. |
“Xankəndi şəhərindən olan seçicilərimiz çox böyük ruh yüksəkliyi ilə sanki bayrama hazırlaşırmış kimi seçkiyə hazırlaşıblar. |
Elə həqiqətən də, bu seçki bizim üçün bayram seçkisidir. |
14 saylı məntəqəmizin seçici siyahısında olan bütün seçicilərimizin hər birini 7 fevral prezident seçkisi ilə əlaqədar Xankəndi şəhərində səsvermə hüququndan istifadə etməyə dəvət edirəm”, - o deyib. |
“Özümə qarşı komplekslərim yoxdur. |
Məncə, hər kəs kompleksdən uzaq olmağı bacarmalıdır”. |
Bu sözləri Oxu.Az-a müsahibəsində xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova deyib. |
Müsahibəni təqdim edirik:""- Xədicə xanım, orta məktəbdə oxuyursunuz, yoxsa tələbəsiniz? |
- Mən 2006-cı ildə Gəncə şəhərində dünyaya göz açmışam. |
Hazırda Bakıda kolleclərin birində kompüter şəbəkələri üzrə təhsil alıram. |
- Sosial şəbəkədə modellik fəaliyyətinizlə bağlı videolar izlədik, diqqətimizi çəkdi. |
Bibimin uşaqları kirayə geyim mağazası açmışdılar. |
Orada mənə təklif etdilər ki, bəlkə, geyinib, reklam edəsən? |
İlk gün həyəcan var idi, amma özümə qarşı kompleksim heç vaxt olmadığı üçün rahat idim. |
Tərəddüd də var idi, insanlar nə deyərlər deyə düşündüm. |
Az da olsa, müştəri cəlb edə bilmişəm. |
- Modellik fəaliyyətini gələcəkdə davam etdirməyi düşünürsünüzmü? |
Haraya qədər gedəcəksə, oraya qədər davam etdirəcəyəm. |
Mən bu işdən gəlir əldə etmirəm. |
- Başqa yerlərdən təkliflər gəlirmi? |
- Azərbaycandan yox, lakin Türkiyədən olub. |
O da tanış idi.Həmin xanımın da paltarlarını reklam etmişəm. |
Həmin işi də təmənnasız gördüm. |
Bundan sonra təkliflər gəlsə, qəbul edərəm. |
Çox zövq alıram bu işdən, mənə maraqlı gəlir. |
Ümumiyyətlə, paltarları təqdim etməyi çox sevirəm. |
Bəlkə, mənim kimi insanlara dəstək olaram. |
Sosial şəbəkədə bir qız gördüm. |
Düşündüm ki, mən də öz ölkəmdə bu işi görüm. |
Bu işə beş-altı ay olar ki, başlamışam. |
Mənim paylaşımlarımın kiməsə təsiri olub-olmadığını bilmirəm. |
- Vaxtınızı hansı şəkildə tənzimləyirsiniz? |
- Çəkilişləri dərsdən sonra edirik. |
Əlavə bir-iki iş də edə bilərəm. |
Boş oturmaqdansa, nə isə etmək lazımdır. |
İnsanlara göstərmək lazımdır ki, siz də belə davam edin. |
Düzdür, təhsilim kompüter üzrədir. |
Kompüter hər işdə lazımdır, əlavə bilgidir. |
Hər iki işi bacara biləcəyimdən əminəm. |
- Həyat hekayəmdən az da olsa, danışmaq istərdim. |
2020-ci ildə axsadığıma görə Bakıya gəldik. |
Rentgen çəkilişində ayağımda, sümüyün arxasında şiş göründü. |
Həmin vaxt bütün həkimlərimiz müharibə səbəbindən əsgərlərə kömək üçün ezam olunmuşdular. |
Bu səbəbdən xaricə, Türkiyə və İsrailə getməyi məsləhət gördülər. |
Vaxtımız az idi.Xərçəngin digər orqanlara keçmək təhlükəsi vardı. |
Ona görə də 2020-ci il oktyabrın 24-də Türkiyəyə getdik. |
Osteosarkoma diaqnozu qoydular. |
Noyabr ayının əvvəlinə qədər altı kimyaterapiya seansı aldım. |
2021-ci il martın 6-da ilk əməliyyatım oldu. |
Həmin ilin dekabr ayına qədər kimyaterapiya aldım. |
Ayağın vəziyyəti yaxşı olmadığı üçün 2022-ci il iyulun 29-da kəsildi. |
Həkim xəstəliyin irsi olub-olmadığını soruşdu, çünki onun sözlərinə görə, osteosarkoma diaqnozuna daha çox futbolçularda rast gəlinir, güclü travma səbəbindən yaranır. |
Mən isə travma aldığımı xatırlamıram. |
Xəstəlik çox az miqdarda ağciyərimə də yayılmışdı. |
Dərman qəbul edirəm, o da ürəyə ziyandır. |
Dünyaya hər birimiz imtahan üçün gəlirik. |
Bu da mənim imtahanım idi.Allah sevdiyi bəndələrini imtahan edir. |
Çünki mən bunun sayəsində Allaha daha çox bağlandım. |
Bundan öncə həyatımı necə yaşayırdım, bilmirəm. |
Hər insan imtahan üçün gəlir bu dünyaya, əsas odur ki, üzüağ çıxasan. |
Çünki o halda, sadəcə, özümə ziyan etmiş olacağam. |
Həyatı bu qədər gözəlliklərlə yaşamaq varsa, niyə onu seçim? |
Əməliyyata ağlaya-ağlaya girmişdim. |
Ayılan zaman ayağımı hiss edəndə bir az ümidləndim. |
Özümü yenidən anadan olmuş kimi hiss edirdim. |
O, sadəcə, görüntü olaraq yoxdur. |
- Bəs görəndə ki ayağınız yoxdur?.. |
- Məni ilk görənlər sanki şok keçirirlər. |
Ayağı olmayan birini həmin vaxt görsəydim, bəlkə, mən də qəribə olardım. |
Bəziləri deyirlər ki, şalvar geyin. |
Mən bu hadisəni sadələşdirmək istəyirəm. |
Normal hal kimi göstərmək istəyirəm. |
Çünki həyatda ağlımıza gəlməyən hadisələr baş verir. |
Kollecə də ilk gedəndə təsadüfən şalvar geyinmişdim. |
Uşaqlarla həmin gün tanış oldum. |
İkinci gün şort geyinib getdim. |
Yaxınlaşdılar ki, nə yardım lazım olsa, de, biz hər zaman yanındayıq. |
Atam işi ilə əlaqədar oradadır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.