Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Anam arada mənə yardım üçün gəlir. |
Bu bir qədər ziyandır, çünki tək ayağıma güc vermiş oluram. |
- Müalicələrinizi öz hesabınıza aldınız? |
- Türkiyədə olan zaman iki xarici fond yardım etdi, biri 10 min avro, digəri 6 500 dollar. |
Bir də protezim üçün kömək etdilər. |
Üç aydan bir yoxlanışa gedirəm. |
- Videolarınızda “Aysedora” adına rast gəldik. |
Məşhur balerinaya görə (Aysedora Dunkan - red.) |
Sosial şəbəkədə səhifəmi açmışam ki, izləyicilərim artsın. |
Paylaşdığım fotoların hamısı birdəfəyə çəkilib. |
Bu işi hobbi kimi davam etdirmək istəyirəm. |
Ayağımın olmaması qüsur deyil, özümü olduğum kimi sevirəm. |
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
Hökmdə qeyd edilib ki, Səadətdin Nuriyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. |
Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrında Abşeron rayonunun Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qeydə alınıb. |
Belə ki, 28 yaşlı Əfsanə Nuriyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Bildirilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla öldürülüb. |
Məlum olub ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb. |
İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub. |
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. |
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. |
Məhkəmə istintaqında Səadətdin Nuriyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirib. |
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, Əfsanə Nuriyeva evdən qaçıb getdiyinə görə onu öldürüb. |
Arvadı 3-4 ay əvvəl evdən qaçıb gedib. |
O, arvadının evdən qaçıb harada qaldığını bilmədiyini, Əfsanəyə neçə bıçaq zərbəsi endirdiyini yadından çıxardığını, hadisəni törətdikdən sonra Yasamalda polisə təslim olduğunu söyləyib. |
Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq deyib ki, arvadını ona xəyanət etdiyinə görə öldürüb:""“Qadının özünün dediyinə görə, mənə xəyanət edib. |
Arvadımla görüş zamanı nə səbəbə evdən qaçdığını soruşdum və evə qayıtmalı olduğunu bildirdim. |
Lakin Əfsanə qeyd etdi ki, həyatı çöldədir. |
Başqa kimsə mənə arvadımın xəyanət etməsi barədə məlumat verməyib”. |
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə Xankəndi şəhərində hazırlıqlar bitib. |
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Türkiyənin Kırşəhər şəhərində Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin rəhbərinin (AFAD) işindən kənarlaşdırılması, işçilərin sevincinə səbəb olub. |
Keçmiş müdirlərindən narazı olan işçilər və onların ailə üzvləri keçmiş rəislərini zurna-davulun müşayiəti ilə yola salıblar. |
Həmin görüntüləri təqdim edirik:""Mənbə:İHA |
Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub. |
Oxu.Az xəbər verir ki, Seymur Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. |
Bu günə qədər həmin vəzifədə Elşad Nuriyev fəaliyyət göstərib. |
Elşad Nuriyev isə “Bakı Gəmiqayırma Zavodu”nun İdarə heyətinin sədri təyin edilib. |
Sahil metrosundan çıxıb özümüzü şəhərin səs-küyünə atırıq. |
Bizi küçə-küçə, addım-adım izləyən avtomobillərin səsi Milli Azərbaycan Tarixi Muzeyinə yaxınlaşdıqca atların ayaqlarının taqqıltısı, faytonun səsi ilə əvəzlənir. |
Muzeyin qarşısındakı ab-havanı görən fotoqrafımız:""- Deyəsən, bizi gözləyirlər...""...Hacı Zeynalabdin Tağıyev haqqında filmin çəkilişləri gedir. |
Muzeyə yaxın küçələr və muzeyin qarşısı XIX-XX əsrləri xatırladır:atlar, fayton, qarovulçular, geyimli-kecimli bəylər...""Çəkilişlərdən dolayı uzun müddətdir, özlərini iki əsr öncəki ab-havaya öyrədən mühafizə xidməti birdən-birə bizi - standart geyimli jurnalistləri görüb təəccüblənir. |
Tanışlıq verdikdən sonra müsahibimizin bizi gözlədiyini öyrənir və bir növ, tarixi arxamızda qoyub ona bu günün gözü ilə baxmaq üçün muzeyin ikinci mərtəbəsinə qalxırıq. |
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru tarix üzrə elmlər doktoru, professor Nailə Vəlixanlının APA-ya müsahibəsini təqdim edirik...""- Nailə xanım, biz müsahibəni əslində səhər saatlarında edəcəkdik, amma Özbəkistandan qonaqlarınızın olduğunu dedilər. |
Elə buradan başlayaq:bu cür görüşlərin muzey üçün faydalı tərəfi nədir? |
- Onlar hazırda çox gözəl bir layihə üzərində işləyirlər. |
Layihənin məqsədi budur ki, Özbəkistanın mədəni sərvəti harada varsa (dünya muzeyləri, kitabxanalar, əlyazmalar institutlar və digər), onları tədqiq edib bu tədqiqat işini bir yerdə nəşr edirlər. |
Mən sizə bir şeyi deyim, bu təklifi mən bir neçə il öncə İqtisadiyyat Nazirliyinə etmişdim. |
Belə baxıram ki, reallaşacağı da gözlənilmir. |
Sözsüz, bizim üçün irsimizin təbliği çox vacibdir. |
Vaxtilə olub, Azərbaycana aid sənət əsərlərinin dünya muzeylərində araşdırılması istiqamətində işlər görülüb. |
Məsələn, sənətşünas Rasim Əfəndiyevin bununla bağlı balaca bir kitabı işıq üzü gördü:mövzu dünya muzeylərində Azərbaycan tarixinə dair materiallar və sənət əsərləri. |
Əlbəttə, bu, çox xırda bir araşdırma idi.Dünya muzeylərində Azərbaycana aid hədsiz sənət əsərləri var. |
Hazırda bizim özbək həmkarlarımız özləri üçün bu işlə məşğuldurlar. |
Bununla bağlı 70 cild kitab hazırlayacaqlar. |
Onun 35 cildi artıq hazırdır və bizə də verilib, 15 cildi üzərində isə iş gedir. |
Azərbaycandan Milli Tarix Muzeyi, İncəsənət Muzeyi, Xalça Muzeyi və Əlyazmalar İnstitutu bu layihə üçün özbəklərə dəstək verir, birgə işləyirlər. |
Bizim muzeydə özbəklərin tarixinə dair 60-dan çox eksponat var. |
Düşünürəm ki, bunların içərisində ən önəmlisi Buxara əmirinin Hacı Zeynalabdin Tağıyevə hədiyyə etdiyi gümüş və firuzə qaşlı dəstdir. |
Bu layihənin tərtibatçısı mənə dedi ki, özbək mədəni irsinin təqribən 47 faizi Rusiya muzeylərindədir. |
Qalan 53 faiz isə, ümumiyyətlə, dünya muzeylərində toplanıb. |
Bu layihə onu göstərir ki, özbəklər öz mədəni irslərinə sahib çıxırlar. |
Bu layihə kifayət qədər vəsait tələb edir, amma, eyni zamanda, dəyər olaraq çox-çox dəyərlidir və bu qiymətə, bu vəsaitə və əziyyətə, təbii ki, dəyər. |
Bizim də dünya muzeylərində eksponatlarımız çoxdur. |
Yəni bizdə də bu cür layihəyə, şübhəsiz, ehtiyac var. |
- Dediniz ki, özbək tərtibatçının sözlərinə görə, özbək mədəni irsinin 47 faizi Rusiya muzeylərində toplanıb. |
Bəs Azərbaycan mədəni irsinə dair belə bir konkret statistika varmı? |
- Xeyr, təəssüf ki, bizdə bunun konkret statistikası yoxdur. |
Amma sizə onu deyə bilərəm ki, biz özümüz muzeyin daxilində yeni bir ekspozisiya yaratmışıq. |
6 ilə yaxındır ki, muzeyimizin tarixi hissəsində ekspozisiya, demək olar ki, bağlıdır. |
Pandemiya, daha sonra bir sıra işlər və sair səbəbindən. |
Hazırda tarix üzrə yeni ekspozisiyanı təqdim etməyə hazırlaşırıq. |
Orada elə şeylər var ki, onlar bizim muzeylərdə yoxdur, hansısa dünya muzeylərində nümayiş olunurlar. |
ABŞ, Britaniya, Türkiyə...burada saxlanılan eksponatların surəti holoqramlarla bizdə nümayiş olunur. |
Bu həmin eksponatların Azərbaycana məxsusluğunu özündə ehtiva edir. |
Məsələn, hazırda Heydər Əliyev Mərkəzində Uzun Həsənə aid sərgi nümayiş olunur. |
Orada dünyanın müxtəlif muzeylərindən sözügedən tarixi şəxsiyyətə dair eksponatlar sərgilənir - gətirildikləri muzeyin adı, sözsüz, üzərində saxlanılmaqla. |
Dünya muzeylərində, təəssüf, bizim elə eksponatlar var ki, İran adı ilə, ya Şərq adı ilə nümayiş olunurlar, bunlara xüsusilə xalçalarımız aiddir. |
Məhz bu eksponatların Azərbaycana aid olduğunu xüsusilə vurğulamaq, üzə çıxarmaq, təbliğatını aparmaq çox vacib məsələlərdir. |
Və bu prosesi birdən-birə dəyişdirmək, dərhal düzəliş etmək mümkün deyil. |
Bunun üçün ciddi tarixi mənbələrə əsaslanan dəlillər olmalıdır. |
Biz o dəlilləri tapmağa çalışırıq. |
Bu mənada, dünya muzeylərində nümayiş olunan və bizə məxsus eksponatların üzərinə onun Azərbaycana aidliyinin qeyd edilməsi olduqca vacib məsələdir. |
- Bəs dünyanın ayrı-ayrı muzeylərində olan Azərbaycana məxsus eksponatların ölkəyə birdəfəlik gətirilməsi mümkündürmü? |
Ümumiyyətlə, bu istiqamətdə iş aparılırmı, yaxud aparılması nəzərdə tutulurmu? |
- Muzey aləmində bu cür məqamlar çox nadir hallarda baş verir. |
Məsələn, Sovet hakimiyyəti yenicə qurulanda bununla bağlı müəyyən işlər görülmüşdü. |
Moskvanın qərarı ilə ayrı-ayrı ölkələrin muzeylərində Azərbaycana aid eksponatların ölkəyə qaytarılması ilə bağlı Sərəncam verilmişdi. |
Bizdə muzeyçiliyin tarixi də elə məhz həmin dövrə təsadüf edir, bu mənada, muzey ənənəsinin qurulmasında o eksponatların qaytarılması vacib idi.Və müəyyən eksponatlar da həmin vaxt qaytarıldı. |
Məsələn, Tiflisin hərbi muzeyindən xeyli eksponat gətirildi. |
Hazırda muzeyimizdə ən qiymətli eksponatlardan olan Azərbaycan xanlıqlarına aid bayraqlar, silahlar və digər tarixi eksponatlar da məhz o zaman qaytarılmışdı. |
- Həmin eksponatlar, ümumiyyətlə, nümayiş olunur? |
Bunun bilavasitə səbəblərindən birini xüsusilə qeyd etmək istəyirəm ki, xanlıqların bayraqlarının xüsusi bərpa prosesinə ehtiyacı var. |
Buna görə biz nümayiş etdirsək belə, o bayraqların mulyajlarını təqdim edirik. |
Bizdə, həmçinin Rusiya imperatoru tərəfindən Azərbaycanın bəzi hərbi mərkəzlərinə verilən (Naxçıvanda, Kəngərlidə, Zaqatalada, Şamaxıda, Şirvanda) bayraqlar da var. |
Onları nümayiş etdirmək mümkündür. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.