Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çünki nisbətən tarixi baxımdan təzədir. |
Amma xanlıqların bayraqları döyüş meydanından gəlmədir deyə, vəziyyətləri o qədər də yaxşı deyil, ciddi bərpaya ehtiyac var. |
- Bu çox çətin və xeyli vəsait tələb edən bir prosesdir. |
Eləcə də bunları bərpa etmək üçün yüksək peşəkarlığa malik ustalar lazımdır. |
- Azərbaycanda belə peşəkar bərpaçılar var? |
- Səhv eləmirəmsə, forumların birində bununla bağlı çıxış etmişdiniz. |
Bilirsiniz, mən bu və bununla bağlı mövzularla bağlı çox yerdə çıxış etmişəm. |
Məni ən çox məmnun edən odur ki, həmişə bizim səsimizə səs verən cənab Prezident olub. |
Bu, həqiqətən də, vacib bir məsələdir. |
Məndən soruşanda ki, muzeyinizin hamisi kimdir? |
Mənim cavabım qəti olur:cənab Prezident. |
Baxın, muzey özü, bir növ, köhnədir. |
Buradakı eksponatları bu şərtlər altında saxlamaq, qorumaq çətindir. |
Üstəlik, yeni əşyaların alınması da. |
İndiyə qədər Prezident tərəfindən 3 dəfə maliyyə ayrılıb. |
Bu maliyyənin sayəsində yeni əşyaların alınması, bərpası, şəraitin yaxşılaşdırılmasını həyata keçirmişik. |
Yeni əşyalar alınanda daha çox etnoqrafik əşyalar olur:xalçalar, silahlar, zərgərlik məhsulları və sair. |
Söhbətin bu yerində Nailə xanımın iş telefonuna zəng gəlir. |
Telefon danışığından belə başa düşürəm ki, kimdirsə özündə olan tarixi əşyanı muzeyə satmaq istəyir. |
Amma ilin əvvəli olduğu üçün, müəyyən maliyyə məsələləri yerində olmadığı üçün Nailə xanım bunun hələ mümkünsüz olduğunu deyir. |
Söhbətə diqqət kəsildiyimi görüb izah edir:""- …nənəsindən qalma qabları var və muzeyə təqdim etmək istəyir. |
Təəssüf ki, hazırda muzeyin o əşyaları almağa vəsaiti yoxdur. |
- Nailə xanım, bu çox ciddi və təəssüf doğuran problemdir. |
Üstəlik, ilin başlanğıcıdır, indi üçün lap çətindir. |
2000-ci ildə ümummilli lider Heydər Əliyev Muzey haqqında qanunu təsdiq etmişdi. |
Bu qanunu biz, muzey mütəxəssisləri Heydər Əliyevlə uzun müddət müzakirə etmişdik. |
Orada çox maraqlı detallar var. |
Muzey elə bir təşkilatdır ki, buraya, ilk növbədə, dövlət kömək etməlidir, dövlət tərəfindən maliyyələşməlidir. |
Yəni bizim müraciət edə biləcəyimiz, bir növ, yer yalnız dövlətdir. |
Sözün açığı, indi bizdə Hacı Zeynalabdin Tağıyev kimi adamlar da yoxdur ki, məsələn, gedib onlardan nəsə umaq, nəsə istəyək. |
Yalnız ümid yerimiz dövlətdir, vəssalam. |
- Məncə, elə siz dövlətdən bərk yapışın, indiki dövrdə Tağıyev kimi adamın olacağını gözləmək bir az sadəlövhlükdür. |
- Haqlısınız, amma olsalar, təbii, pis olmazdı. |
Muzey qanununda belə bir maddə var ki, əgər bir biznesmen, sahibkar muzey üçün müəyyən xərc çəkirsə, o həcmdə dövlətdən vergidən azad olunurdu. |
Bu sistem dünyanın bir çox ölkəsində davamlı tətbiq olunur. |
Bizdə bu qanun qəbul olunduqdan sonra Maliyyə Nazirliyinin qanunu da qüvvəyə mindi və elə bir situasiya yarandı ki, avtomatik olaraq Muzey haqqında qanundakı həmin bənd, bir növ, qüvvədən düşdü, yəni o adamlar vergidən azad ola bilmədi. |
- Belə başa düşdüm ki, Muzey haqqında qanunda hazırda da o maddə var, amma Maliyyə Nazirliyinin sonradan qəbul etdiyi qanun elə situasiya yaradır ki, həmin proses gerçəkləşə bilmir. |
- Sahibkarlardan giley edirik, amma bir şeyi də nəzərə alaq, bəlkə, məlumatsızdırlar. |
Yaxud bununla bağlı hər hansısa bir təbliğata ehtiyac var. |
- Bizim müraciət eləməyimizdən də çox şey asılıdır. |
Elə şirkətlər var ki, biz onlara müraciət edən kimi heç o bayaq dediyimiz qanundan xəbərsiz şəkildə bizə sponsor dəstəyi göstərirlər. |
Məsələn, bu yaxınlarda Hacı Zeynalabdin Tağıyev haqında kitab nəşri üçün bp şirkətinə müraciət etdik. |
Şirkət dərhal həmin kitabın yüksək nəşrini həyata keçirdi. |
Yaxud şirkətlərdən biri şəhidlərlə bağlı eksponatlarımız üçün xüsusi qutularla bizi təmənnasız təmin etdi. |
Yəni belə müsbət hallar da var, amma həddindən artıq azdır. |
- Muzeyə yeni əşyaların qəbulu məsələsinə toxunduq. |
Maliyyə və digər sıxıntı tərəfləri aydındır. |
Ümumilikdə proses necə baş verir? |
- Bunun üçün hər bir muzeydə satınalma komissiyası olur və orada mütəxəssislər fəaliyyət göstərirlər. |
Yəni alınacaq əşyalar dövr və digər mətləblərə uyğun olaraq dəyərləndirilir. |
Əgər satanla razılıq əldə olunarsa, hesabına pul köçürülür və proses gerçəkləşir. |
Hər bir muzeyin büdcəsi olur, əlbəttə, bu büdcə çox olmur. |
Amma məhz o büdcənin hesabına satınalmalar həyata keçirilir. |
Mən bayaq da dedim, 3 dəfə cənab Prezidentə maliyyə ilə bağlı müraciət etmişəm və hər üçündə bir milyon manat olmaqla bizə vəsait ayrılıb. |
Muzey hətta, az qala, dağılma təhlükəsi ilə üzbəüz olanda (söhbət 2004-cü ildən gedir), məhz cənab Prezidentin xüsusi diqqəti və qayğısı hesabına əsaslı təmir olundu. |
2005-ci ildə təmir davam edərkən gəlib yenidən təklif və tövsiyələrini verdi, 2006-cı ildə isə açılışında iştirak etdi. |
O zamana qədər bina elə halda idi ki, işçilərin oturmağa stol-stulu belə yox idi.Yəni vəziyyət o dərəcədə kritik idi.""- Nailə xanım, AMEA-nın nəzdindən çıxıb Mədəniyyət Nazirliyinin nəzdinə keçməsindən sonra muzey üçün nə dəyişib? |
- Bilirsiniz, 1936-cı ildən muzey AMEA-nın nəzdində olub. |
Bu illər ərzində biz hər il doktorluq, namizədlik dissertasiyaları müdafiə edirdik, hər il kataloqlarımız, müxtəlif elmi işlərimiz, nəşrlərimiz çıxırdı. |
Yəni muzeyimiz mədəniyyət və elm ocağı kimi paralel idi.""- İndi belə deyil? |
- Biz Mədəniyyət Nazirliyinin balansında o şərtlə varıq ki, muzeyin elmi işini azaltmırıq, yüksək səviyyədə saxlayırıq. |
Muzey özünün eksponatlarını tanımırsa, onu qiymətləndirə bilmirsə, elmi baxımdan təhlil edə bilmirsə, o muzeyin funksionallığı bu olacaq:gəl, bax, get. |
Bizə belə fəaliyyət lazım deyil. |
Hər hansısa bir ziyarətçi tarix muzeyindəki eksponatın tarixini soruşsa, axı ona cavab verəcək kadr lazımdır. |
Bu baxımdan, bizim elmi fəaliyyətimiz yenə də davam edir. |
Və Mədəniyyət Nazirliyi ilə hazırda isinişmə dövründəyik. |
Amma, istənilən halda, bütün muzeylərdə elmi fəaliyyət gücləndirilməlidir. |
Mən sizə bir şeyi də deyim, Mədəniyyət Nazirliyinə baxanda AMEA yığcam təşkilat idi. |
Doğrudur, orada bir çox institutlar var, amma sistemlilik, bir növ, vahid idi.Mədəniyyət Nazirliyi həddindən artıq böyük və şaxəli bir qurumdur. |
Muzeylər, teatrlar, kino, sənətşünaslıq, musiqi...saymaqla bitmir. |
Bunları kompakt şəkildə idarə etmək, problemləri ilə məşğul olmaq çox çətindir. |
Muzeyin elə şeyləri var ki, onu ixtisaslaşmayan adam heç vaxt başa düşməz, düşə bilməz. |
Burada fondlar var, onların hərəsinin özünəməxsus işi var. |
Bizim başımızın üstündə duran ad və qurum bu işi bizdən daha yaxşı bilməlidir ki, istiqamət verə bilsin. |
Nazirlikdə muzeyə dair şöbə var, yəqin ki, zamanla sistemləşdiriləcək. |
Onların hər biri ayrıca qayğı tələb edir. |
Akademiyanın nəzdində cəmi 4 muzey var idi, o zaman idarəçilik daha asan idi, indi nə bilim?! |
- Siz işin, bir növ, problem tərəflərini sayırsınız, aydındır. |
- Bilmirəm, bəlkə də, bir muzey agentliyi yaradılmalıdır. |
Olsa, muzey işini bilən adamlar kompakt halda bu işi idarə edər deyə düşünürəm. |
- Kino Agentliyi var, yaradılıb, sizcə, kino sahəsində səmərəlilik nə dərəcədə hiss olunur? |
Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin, bayaq da dediyim kimi, üzərində iş çoxdur. |
Bu mənada, qəti şəkildə onları qınamamalıyıq, əskinə, mümkün dəstəyi vermək lazımdır. |
- Nailə xanım, bayaq Uzun Həsənlə bağlı sərgidən danışdıq. |
Bəs bizdə niyə tarixi şəxslərə, yaxud konkret hadisələrə həsr olunan sərgilər olmur? |
- Baxın, mən indi sizə bu günlərdə Mədəniyyət Nazirliyinə təqdim etdiyimiz və son 20 ildə muzeyimiz tərəfindən təşkil olunan sərgilərimizin konkret siyahısını göstərəcəyəm. |
Masanın üzərindəki kitabçaları, qovluq və sənədləri bir xeyli qarışdırır, amma tapmır. |
Fürsət ikən sualımı bir az da aydına çıxarıram. |
- Olsa belə, görünür, təbliğatı yaxşı aparılmır. |
Məsələn, Uzun Həsənlə bağlı sərgiyə şəxsən mənə dəvətnamə gəlmişdi. |
Nailə xanım kar-kağızların arasında məşğuldur. |
Sualıma o qədər də fikir vermir. |
Bir xeyli axtardıqdan sonra, nəhayət, siyahını tapır və sevincək şəkildə mənə təqdim edir:buyurun, bu da siyahı. |
Son 20 il ərzində Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunan muzeylər, onların keçirildiyi konkret tarix və məkanlar qeyd olunub:zərgərlik, Şah İsmayıl Xətainin hökmdarlığı və sərkərdəliyi, Karvansara ilə bağlı, Qafqaz-İslam Ordusuna dair, Muğam aləmi, Qarabağ, XVIII əsrə aid yeni tapılan Ağsu şəhəri, Azər... |
Sərginin keçirilməsinin səbəbi, qonaqların marağı, reaksiyalar, məkan və digər...""Nəticədə, sualın istiqamətini bir qədər dəyişirəm. |
Muzeydə İkinci Dünya müharibəsinə aid, bildiyimə görə, çoxlu eksponat var. |
Sırf bununla bağlı ayrıca sərgi etmək olmaz? |
Bilirsiniz, biz planlaşdırırıq, amma bu planlaşdırma üçün müəyyən səbəb lazımdır. |
Səbəb o mənada ki, məsələn, Məhəmməd Əmin Rəsulzadənin bu il 140 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Prezidentin Sərəncamı var. |
Bu səbəbdən, biz də muzey olaraq, bu əlamətdar hadisəyə töhfə verəcəyik:Rəsulzadənin Ev Muzeyi, Xəzər Universiteti, Varşava Universiteti və bizim muzey İkinci Beynəlxalq Rəsulzadə Qiraətləri adında dördgünlük tədbir həyata keçirəcəyik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.