Search is not available for this dataset
text
stringlengths
10
518k
Onun bir günü bizim muzeydə baş tutacaq.
Yəqin ki, fikrimi izah edə bildim.
Ümumilikdə il ərzində 2-3 sərgimiz keçirilir, kataloq və kitablarımızın nəşri də buraya aiddir.
- Muzeyin ərazi baxımından əlverişsiz yerdə olması...
Bu fikri siz dəfələrlə səsləndirmisiniz.
- Bilirsiniz, heç olmasa, muzeyin ətrafı avtomobillərdən təmizlənsə, nisbətən, belə deyək də, yola vermək olar, eybi yoxdur.
Bizə əsas muzeyin sahəsinin genişləndirilməsi lazımdır.
Muzeydə 300 mindən çox eksponat var, nümayişə isə cəmi 2500 civarında eksponat çıxarılır, qalanları fondlarda saxlanılır.
Bu baxımdan, muzeyin sahəsi genişləndirilməlidir.
Muzeyin bir hissəsində cənab Prezidentin tövsiyəsi ilə 10 otaqdan ibarət Tağıyevin ev muzeyini açdıq.
Bu da muzeyin tarix hissəsinin sahəsini azaltmış oldu.
- Muzey neçə otaqdan ibarətdir?
- 101 deyirlər, amma deyirlər...Konkret deyə bilməyəcəyəm.
Amma təsəvvür edin ki, elə yer var ki, biz yüz ili balaca bir vitrinə salmağa məcbur olmuşuq.
Bayaq özbəklər qonağımız idi, dünən qazaxlar.
Siz gedib onların tarix muzeylərinə baxsanız...
Doğrudur, bura bina cəhətdən çox gözəldir, amma hesab edirəm ki, məsələn, bura eləcə Tağıyevin ev muzeyi kimi daha uyğun və əlverişlidir.
Muzeyin yeni binasının tikilməsi üçün, bildiyimə görə razılıq var.
Amma hələ imkan daxilində həyata keçirilmir.
Biz bu dəqiqə Qarabağda bərpa və quruculuq işləri aparırıq.
Amma tarix muzeyinin özü də tarixi əhəmiyyətli və strateji bir anlayışdır, obyektdir.
Siz düşünün, birinci mərtəbədə gəzin, soyuqdan gəzə bilməyəcəksiniz.
Elə eksponatlar var ki, 5 dərəcə temperaturda saxlanılır, eləsi olur, rütubətli yerdə, yaxud əksi olan yerdə.
- Bu sadaladığınız şərtləri muzeyin hazırkı binası ödəyir?
- Çox-çox çətinliklə və qismən.
Yəni tam olduğunu deyə bilmərəm.
Bu muzey ölkənin ən böyük muzeyidir.
Bizim təkcə numizmatika fondumuzda 120 mindən çox material var.
- Yaxşı bəs muzeyə maraq necədir?
Bayaq sərgilər haqqında danışdınız.
Biz həm də bunun üçün xüsusi iş aparırıq.
Uşaqlarla, tələbələrlə görüşlərimiz olur.
Hansısa önəmli hadisə ilə bağlı xüsusi məktəblərlə danışırıq, o uşaqlara məhz burada mövzularla bağlı dərslər keçirilir, məlumatlandırılırlar.
Biri var, uşaq mövzunu kitabdan oxuya, biri var muzeydə gözü ilə o dövrü görə, tanış ola.
- Bu dediyiniz şeylər Bakı məktəblərinə aiddir.
- Tək Bakı deməyək, Bakıya yaxın ərazilər də bura daxildir.
- Nailə xanım, Bakı şəhəri aydındır.
Milli Tarix Muzeyi sonuncu dəfə hansı bölgəmizdə olub və orada sərgi nümayiş etdirib?
- Biz bölgələrdə sərgi etmirik.
Sonuncu dəfə sərgimiz Şuşada olub.
- Niyə bölgələrimizdə sərgi etmirsiniz?
- Bunun üçün lazımi şərait lazımdır.
Bölgələrimizdəki muzeylərin çoxunda eksponatların qorunması məsələsi də yaxşı deyil.
Biz hansısa eksponatı göndərəndə arxayın olmalıyıq ki, ona zərər dəyməyəcək.
Amma Bakıdakı muzeylərdə eksponatlarımız sərgilənir.
Məsələn, hazırda İncəsənət Muzeyində İrəvana aid sərgidə 50-dək eksponatımız nümayiş olunur.
Eləcə də bayaq Uzun Həsənin sərgisini dediniz.
Bizim orada 50-dən çox eksponatımız var.
Yaxud Xəzər Gəmiçilik Muzeyində də 20 yanvara həsr olunmuş sərgidə 100-dən artıq materialımız var.
Demək istədiyim odur ki, Bakı daxilində bunları etmək problemsizdir, amma bölgələrdə çətin.
Amma bir şeyi deyim, vaxtilə Gəncədə sərgi təşkil etmişik.
Şəhərin girəcəyindəki qədim binada bir xeyli eksponatı nümayiş etdirmişdik.
Eləcə də onu deyim ki, biz yeni yaradılan muzeylərə də kifayət qədər köməklik göstəririk.
- Xarici ölkələrdəki muzeylərlə necə?
- Norveçdə, Vatikanda, Çexiyada, Slovakiyada bizim zamanla sərgilərimiz olub.
Eləcə də Norveçin, Çexiyanın, yaxud Qazaxıstanın bizdə sərgi günləri həyata keçirilib.
Yəni kifayət qədər əlaqələrimiz var.
Sadəcə, pandemiyadan sonra bir az durğunluq yaranıb, bu doğrudur.
Pandemiyaya qədər əlaqələr, görüşlər daha sıxlıqla təşkil olunurdu.
Yəqin ki, zamanla yenidən əvvəlki axara düşəcəyik.
Hətta Çin muzeyləri ilə də əlaqələrimiz var, əməkdaşlıq edirik.
- Ümumiyyətlə, eksponatların xaricə aparılması necə həyata keçirilir?
Bu çox çətin və məşəqqətli prosesdir.
- Bunun üçün xüsusi reys ayrılır?
Sadəcə, bunun üçün Dövlət Gömrük Komitəsinin, Mədəniyyət Nazirliyinin, həm də ki, muzeyin nümayəndəsi olmalıdır.
Onların xüsusi icazəsi olmalıdır.
Və nəhayət, bunun üçün çox böyük vəsait olmalıdır.
Mən sizə açıq deyim, biz xarici sərgilər edəndə çalışırıq ki, bizim xərcləri qarşı tərəf qarşılasın.
Vatikandakı sərgini, doğrudur, Heydər Əliyev Fondu həyata keçirmişdi.
Amma ümumilikdə, muzeyimiz xarici sərgiləri etmək istədikdə, çalışırıq ki, vəsaiti qarşı tərəf ödəsin.
- Bayaq təklif etdiniz ki, Muzey Agentliyinin yaradılması səmərəliliyi artırar.
Sizcə, agentlik olarsa, bax danışdığımız bu problem həlli tapar?
Məsələn, siz hansısa xarici ölkədə sərgi keçirmək istəsəniz, vəsait olacaq?
- Yox, onu heç cür təsəvvür etmək, yaxud yekdil fikir səsləndirmək mümkün deyil.
Mən, sadəcə, agentlik olarsa, müəyyən mənada, işin səmərəliliyinin arta biləcəyindən əminəm.
Siz bilirsiniz, vəsait məsələsi Mədəniyyət Nazirliyinin, yaxud muzeyin istəyi ilə, tələbi ilə müəyyənləşən məsələ deyil.
- Muzeyin tarix hissəsinin bağlı olduğunu dediniz.
Biz indi o hissəyə baxa bilməyəcəyik?
Yəqin ki, yaxın zamanlarda muzeyin tarix eksponatları olan hissəsinin təmirdən sonrakı açılışı baş tutacaq.
- Hazırda muzeyə gələn ziyarətçilər muzeyin hansı hissəsinə baxa bilir?
- Yalnız Hacı Zeynalabdin Tağıyevin ev muzeyi olan hissəsinə.
Bununla da, müsahibəni yekunlaşdırıb müsahibənin gedişində dəfələrdə adını və xeyriyyəçi tərəflərini hallandırdığımız böyük azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət edirik.
Bu hissə haqqında əlavə nəsə yazmağa lüzum yoxdur.
Muzeyin qapısı hər kəsin üzünə açıqdır.
Ziyarətimizi yekunlaşdırıb muzeyin qapısından çıxırıq.
Ətrafında dövrə uyğun geyimdə adamlar hərəkətdədir, küçə büsbütün həmin tarixi dövrü özündə əks etdirən formadadır.
Filmin çəkiliş prosesi olduğundan dediklərimizi lentə almırıq.
Faytonun qarşısından keçib əsas yola çıxmaq istəyirik ki, təşkilatçılar bizi saxlayır:""- Siz əks istiqamətdə gedin, zəhmət olmasa.
Buraya indi Tağıyev gələcək...""Dayanıb Tağıyevlə rastlaşmaq, Nailə xanımın sahibkarlarla bağlı iradlarını, gileylərini ona çatdırmaq istəsəm də, bir andaca “motor” sözünü eşidib dərhal əks istiqamətdə yolumuza davam edirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tağı Əhmədovun həmin təhsil müəssisəsindəki vəzifəsindən ayrılması məsələsinə aydınlıq gətirib.
Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib.
Onun sözlərinə görə, T.Əhmədov səhhətində olan problem səbəbindən ötən ilin dekabrında işdən çıxıb:"“Tağı Əhmədovun səhhətində problem var idi və işlə aktiv şəkildə məşğul ola bilmirdi.
Ona görə də öz ərizəsi ilə işdən ayrıldı.
Onun yerinə professor Qasım Abdullayev seçildi”.
14:08"Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb.
Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir.
O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi vəzifəsində çalışıb.
Antiterror tədbirlərindən sonra separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir.
“Unikal” xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri, “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.