Search is not available for this dataset
text
stringlengths
10
518k
Sadəcə mənim səhhətimdə yaranan problem səbəbindən bu ekspedisiyanı reallaşdıra bilmədik.
Təsəvvür edin ki, orada insanlar yetərincə uzun müddət günəş çıxmayan, qaranlıq bir yerdə yaşayırlar.
Çox sərt şərait olsa da, onun geologiyası, bitki müxtəlifliyi çox maraqlıdır.
Antarktidada elmi-tədqiqat bazasını yarada bilsək, sonra Alyaska səfərini də gerçəkləşdirməyi düşünmək olar.
Bunlarla bərabər Azərbaycanda da layihə həyata keçiririk.
Bununla bağlı deyə bilərəm ki, bu gün Azərbaycanda 1600 metr yüksəklikdən yuxarıda meşə demək olar ki, qalmayıb.
Bu da intensiv otarmanın nəticəsidir.
Dağlarda o qədər mal-qara saxlanılıb ki, yavaş-yavaş meşə zolağındakı cavan ağaclar yeyilib, yaşlı ağacların da bioloji ömrü sona çatıb, aşıb.
Nəticədə cavan ağaclar olmadığı üçün meşəli sahə 1600 metr yüksəklikdən yuxarıda qalmayıb.
Bir neçə ildir icra etdiyimiz layihənin səbəbi 2600, hətta 3000 metr yüksəklikdə belə meşələrin mümkün ola bilməsini sübut etməkdir.
Orada 5-6 metr hündürlükdə toz ağacı, həmişəyaşıl ağaclar böyüməyə başlayıb.
Bu il də yaz aylarında həmin ərazilərdə ağaclar əkiləcək.
Azərbaycanda meşənin haqqını özünə versək, dağlıq ərazinin hesabına iqlim üçün, landşaftlar üçün dəyərli ola biləcək mühit yaranacaq.
- Hüseynqulu Bağırov bu yaşa qədər səyahət, ekspedisiyalar çərçivəsində hansı zirvələrə çıxmağa müvəffəq olub?
- Deməzdim ki, elə çox zirvələrə çıxmışam.
İndi də imkan olanda səhhətimin vəziyyətindən asılı olaraq ara-sıra dağlarımızı gəzirəm.
Hazırda mən Beynəlxalq Dağçılıq Federasiyasının Dağların mühafizəsi komissiyasının üzvüyəm.
Əslində, dağlara eqonu qidalandırmaq üçün getmək olmaz.
Ora nəsə yaxşı bir iş görməyə, buzlaqları öyrənməyə, landşaftları tədqiq etməyə getmək lazımdır.
Hansı ölkənin ki, dağı çoxdursa, onun su ehtiyatı zəngin olur.
Məsələn, Azərbaycanın 100 faiz içməli su ehtiyatlarının 72 faizi xaricdə, qalan 28 faizi ölkə ərazisindəki dağlarda formalaşır.
Xaricdən gələn su ehtiyatları da Türkiyə dağlarında formalaşır.
Dağa gedən adamlar gərək öz bacarıqlarını təkcə zirvəyə çıxmaq üçün istifadə etməsinlər, dağları tədqiq etsinlər, bioloji müxtəlifliyinin vəziyyətini, dağlarda formalaşan və tədricən itməkdə olan mədəniyyəti, landşaftları öyrənsinlər.
Azərbaycanda çoxsaylı buzlaqlar olub.
Əgər bacarırsansa, fürsətdən istifadə edib buzlaqların ölçməsini apar, vəziyyətini öyrən.
Tarixən dağ kəndlərində təzək qurudub yanacaq kimi istifadə edirdilər.
Deməzdim bu, super çıxış yoludur, amma istənilən halda bu, insanların istilik əldə etməsi üçün kəşf etdiyi unikal alternativ vasitədir.
Dağda yaşamaq, dağlarda sağ qalma ənənəsi, mədəniyyəti formalaşıb.
Bunu nə qədər dağçı, alpinist, dağa çıxmağa maraqlı olan insanlar bilir?
Çox az...Bunları öyrənmək lazımdır.
Sizə bir fakt da deyim, 2000-2200 metr yüksəklikdə mən nə zamansa şumlanmış ərazilər görmüşəm.
Çox tez yetişən, az vaxt tələb edən yazın sonu - yayın əvvəlinə aid rütubətli mövsümə uyğun, nisbətən ilıq hava şəraitində dənli bitki növləri yetişdiriblər.
Bütün bunları öyrənmək üçün mütləq məqsəd olmalıdır.
Zirvəyə qalxarkən insan ilk olaraq özünün, daha sonra ümumiyyətlə, canlı olaraq insan növünün fiziki imkanlarının maksimum nə qədər genişlənə biləcəyini ölçmüş olur.
Sən nümunə olursan və digər insanlar da bunun mümkün olduğunu düşünür.
- Dağçılıq sahəsində fəaliyyət göstərən təşkilatlarda pərakəndəlik var?
Yaxşı sistemli yanaşma olmalıdır.
Süni şəkildə yox, hər kəsin bölüşdüyü dəyər üzərində qurulmalıdır.
Belə olanda hamı biri-birinə etibar edir və qəbul edilmiş qaydalara əməl etməyə çalışır.
Bu, gənclər üçün xüsusi bacarıqların formalaşmasına dəstəkdir.
Baxın 44 günlük Vətən müharibəsi zamanı o zirvələrə, dağlara komando qüvvələri necə çıxdı?
Bu təcrübəni qazanmış gənclər dağ görəndə qorxmurlar.
Vəziyyətə hakim ola bilir, harada necə davranacağını bilir.
Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na 2.1-1-ci bənd əlavə edilib.
Yeni bəndə əsasən, yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edil...
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Həmçinin, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilib.
Yeni bəndə görə, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bundan başqa, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2.1-1-ci bənd əlavə edilir.
Əlavəyə görə, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir.
Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Almaniyadan ABŞ-yə uçan “Lufthansa” şirkətinə məxsus, göyərtəsində insanların olduğu təyyarənin mühərriki dayanıb.
Qeyd olunub ki, təyyarə Fransanın Brest şəhərinin üzərindən uçan zamanı onun mühərriklərindən birinin sıradan çıxıb.
Nəticədə ekipaj uçuşdan üç saat sonra hava limanına qayıtmağa məcbur olub.
Pilotlar təyyarəni uğurla endirməyə müvəffəq olublar.
İlkin məlumata görə, sərnişinlərdən heç biri xəsarət almayıb.
Tanınmış azərbaycanlı aparıcı Həmid Herisçi xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya şairin özü məlumat verib.
Həmid Herisçi səhhətinin yaxşı olduğunu açıqlayıb.
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
“Ermənistan baş naziri Nikol Paşinyan respublikanın Rusiya ilə müdafiə sektorunda əməkdaşlığı ilə bağlı bəyanatında alçaq ifadələrə yol verib”.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev Paşinyanın Rusiya barədə bəyanatına fikir bildirərkən deyib.
Parlamentari xatırladıb ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazası yerləşir.
O, Paşinyanın Moskvanın daha İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə belə münasibət bildirib.
“Mən bu bəyanata heyrətləndim, belə ki, Ermənistanda Rusiyanın hərbi bazaları var:aviasiya bazası, bütöv bir diviziya.
Və o, belə bir bəyanatlar verir...
Görünür, tamamilə ABŞ-nin təsirinə düşüb, onlar Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətini gücləndirirlər.
Bu, gözlənilən idi, lakin onun tərəfindən edilməsi alçaqlıqdır”, - deyə Viktor Sobolev qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan “İctimai Radio”ya müsahibəsində Rusiyanın “obyektiv və subyektiv” səbəblərə görə artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini bəyan edib.
O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiyanın payına düşüb.
Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.
“Qaynarinfo”nun məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.
Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.
Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır.
Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.
Kanadanın ən böyük şəhərlərindən biri olan, təxminən üç milyon insanın yaşadığı Toronto şəhərini bir yenot elektrik enerjisindən məhrum edib.
Qeyd olunub ki, heyvan yarımstansiyaya dırmaşaraq avadanlığı sıradan çıxarıb.
Nəticədə bir neçə rayonda minlərlə insan işıqsız qalıblar.
Mütəxəssislər avadanlığın təmirinə üç saatdan çox vaxt sərf etməli olublar.
Heyvanı tutmağın mümkün olub-olmadığı isə məlum deyil.
Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
Məsələ ilə bağlı “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi”nə açıqlama verən Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Cavid Bayramovun yaxın qohumları və qeyd olunan cinayət işi üzrə hər hansı informasiyaya malik olan şəxslərə çağırış edib.
O, bu şəxslərdən prokurorluğa yaxınlaşıb, informasiyaları istintaqla bölüşmələrini xahiş edib:""“Cavid Bayramovun itkin düşməsi faktı ilə bağlı 2020-ci ildə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Əfsuslar olsun ki, hazırkı vaxtadək Cavid Bayramovun yerini müəyyən etmək mümkün olmayıb.
Qeyd olunan cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılıb, çoxsaylı şahidlər dindirilib, üzləşdirmələr aparılıb.
Hazırkı vaxtadək Cavid Bayramovun yerinin müəyyən olunması məqsədilə hüquq mühafizə orqanları tərəfindən birgə və kompleks işlər həyata keçirilir.
Aparılan araşdırmalarla müəyyən olunub ki, Cavid Bayramov 2020-ci il may ayının ikisi saat 18 radələrində heyvan almaq adı ilə evdən çıxıb və bir müddətdən sonra yaxın qohumları onunla əlaqə saxlamaq istəsə də, ona zəng çatmayıb.
Ondan sonra Cavid Bayramovdan hər hansı bir informasiya əldə etmək mümkün olmayıb.
Telefon danışıqları ilə bağlı məsələyə aydınlıq gətirmək istərdim ki, Cavid Bayramovun istifadəsində olan bütün mobil telefon nömrələri üzrə danışıqlar təhlil olunub və bu təhlil hüquq mühafizə orqanları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib.
Hazırda hər hansı bir yeni bir sübut, yeni bir dəlil ortaya çıxarılarsa onların hər biri üzrə detallı şəkildə araşdırma aparılacaq”.
Böyük Britaniya Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin dul arvadı Safiya Fərkaşa qarşı sanksiyaları yumşaldaraq, onun ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb.
Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.
Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib.
Qeyd edək ki, Farkaş (qızlıq soyadı əl-Brasai) Qəddafinin ikinci həyat yoldaşı və səkkiz uşağından yeddisinin anası olub.
Onlar 1970-ci ildə evləniblər və Qəddafi 2011-ci ildə vətəndaş müharibəsi zamanı öldürülənə qədər birlikdə yaşayıblar.
Britaniya hökumətinin məlumatına görə, Fərkaşın Oman vətəndaşı pasportu var.