Search is not available for this dataset
text
stringlengths
10
518k
Onun hazırda Misirdə yaşadığı güman edilir.
Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər” adlı veriliş İrəvan və Vedi əsilli Qərbi azərbaycanlı, tanınmış göz həkimi Paşa Musayev- Qəlbinurun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin ana yurdu İrəvan şəhərində, qismən isə ata yurdu Qərbi Azərbaycanın Vedi rayonunun Çimən kəndində keçdiyini deyib:""“Atam Çimən kəndindən, anam İrəvan şəhərindən olub.
Ancaq biz ailə olaraq İrəvanda yaşamışıq.
Yadımdadır ki, babamın İrəvandakı böyük mülkündə yuxarıda eyvandan “Neftçi” ilə “Ararat”ın oyununa baxırdım.
İrəvan bizim şəhərimiz idi.Cəmiyyətdə üst mövqedə olan insanları müəyyən yollarla məcbur köçürürdülər”.
Onun sözlərinə görə, ailələri və qohumları 1954-1957-ci illərdə İrəvandan Şəmkirə köçüblər:""“Qərbdən, Avropadan, Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər ki, oradakı azərbaycanlıları öz əzəli-əbədi Vətənlərindən uzaqlaşdırsınlar.
Mənim yadımdadı, qonşuluqda Yesxabed adında Fransa ermənisi var idi.Qonşunun və bizim böyük həyətimizin müəyyən hissəsini kəsib onlara vermişdilər.
Onları yerləşdirmək üçün xüsusən azərbaycanlıların torpaq sahələrinin, mülklərinin müəyyən hissəsini Ermənistan hökuməti siyasi məkrlə alıb onlara verirdi”.
P.Qəlbinur erməni daşnaklarının vəhşiliklərindən söz açıb.
“Mən indi də yuxu görəndə çox vaxt İrəvandakı evimizi görürəm.
Biz ora qayıtmalıyıq, çünki ora bizim Vətənimizdir.
Bizim ruhumuz yalnız oralara bağlıdır.
Mən çox əminəm ki, biz Qarabağa qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
“Rusiyanın strateji nüvə arsenalı 95% yenilənib”.
Bunu Rusiya prezidenti Vladimir Putin Tulada keçirilən “Hər şey qələbə üçün!” forumunda deyib.
“Bu gün biz strateji nüvə qüvvələrimizi demək olar ki, tamamilə, 95 faiz yeniləmişik”, - deyə Putin bildirib.
O qeyd edib ki, onların dəniz komponentində yenilənməsi 100% faiz təşkil edir.
Rusiya lideri bu rəqəmlərin ölkənin strateji təhlükəsizliyi üçün yaxşı, etibarlı müdafiədən xəbər verdiyini hesab edir.
Putin həmçinin Rusiyanın ən son silahlarının (raket texnologiyası, zirehli texnika və döyüş meydanında istifadə olunan bütün növ döyüş maşınları və qurğular) NATO arsenalından üstün olduğunu bəyan edib.
Castin Timberleyk Britni Spirsi qəzəbləndirib.
Spirs bir müddət əvvəl ondan üzr istəyib və hətta yeni mahnısını tərifləyib.
Lakin Castin bu mehriban jestini dəyərləndirməyib və növbəti onun ünvanına xoş olmayan sözlər deyib.
Bundan xəbər tutan Britni özündən çıxıb və sosial şəbəkədə etdiyi paylaşımda Castinə qəzəbini püskürüb.
“Biri mənə dedi ki, küçədə kimsə mənim haqqımda cəfəngiyyat danışır!
Məhkəməyə vermək istəyirsən, yoxsa keçən dəfəki kimi gözyaşları içində ananın üstünə qaçacaqsan?
Mən təəssüflənmirəm”, - deyə Britni Spirsi paylaşımda bildirib.
Bakıda əmisi oğlunun həyat yoldaşını qaçırdıb, əmisi tərəfindən qətlə yetirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
Belə ki, Fərid və Hicranın (Adlar şərtidir) sevgisi kənddə başlayıb.
Hicran Fəridin əmisinin gəlini idi.""Onlar xoşbəxt olmaq üçün Bakıya qaçmışdılar.
Amma Fərid əmisi Bərxudarın kabusunu görürdü.
Hicranla Fərid elə Bakıya gəldikləri gün şəhərətrafı qəsəbələrin birində makler vasitəsilə kirayə ev tapıblar.
Hicran ev işləri ilə məşğul olur, Fərid isə ona gələn telefon zənglərinə baxıb, həyəcan keçirir.
Növbəti günün səhəri zənglər dayansa da, Hicran və Fərid kənddəki valideynlərinin başına qorxulu nələrsə gəlməsi ehtimalı barədə söhbət edirlər.
Hicran anası ilə danışmaq istədiyini desə də, Fərid hələ ki gözləmək lazım olduğunu deyir və elə bu vaxt sanki Bərxudarın kabusunun onlara baxdığı gözünə görünür.
Dərhal ayağa qalxır, Hicran da təşviş keçirir.
Fərid həyətdə heç kimin olmadığını görüb, özünü və onu sakitləşdirir.
Onların maddi vəziyyətləri də getdikcə pisləşirdi.
Hicran Fəridə iş tapmaq lazım olduğunu deyir, Fərid isə iş axtaracağına söz verirdi.
Beləliklə, Bərxudar onların arxasınca yaşadıqları qəsəbəyə qədər gəlib çıxır.
Mağazadan ərzaq alıb evə qayıdarkən Fərid və Hicranı görən Bərxudar onları kirayə qaldıqları evin qarşısına qədər izləyir.
Gələnin kim olduğunu düşünmədən qapını açan Hicran qəfildən ona tərəf silah tuşlayan Bərxudarı görür.
Bərxudar Hicranın ağzını əli ilə bağlayaraq içəri aparır.
Qonaq otağında divanda oturan Fərid qəfil yerindən dik atılaraq qorxu içində nə edəcəyini bilmir.
Bərxudar səslərini çıxardıqları an onları öldürəcəyini deyir və hər ikisinə də tapşırır ki, dərhal çölə çıxsınlar.
Bərxudar silah gücünə Fərid və Hicranı özü ilə avtomobilə oturdur və sürücüyə deyir ki, birbaşa kəndə sürsün.
Daha sonra Bərxudar avtomobili kəndə gedən yolun kənarındakı ərazidə saxlatdırır və oradaca Fəridi qətlə yetirir.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib.
Bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.
O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.
Döyülməsi ilə bağlı açıqlama verən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib.
Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Onun sözlərinə görə, baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:""“Altı-yeddi nəfər idilər.
Tofiq məni vurandan sonra üstümə tökülüşdülər.
Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum.
Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil.
Bütün göstərişləri Ruslan verirdi.
Uzadın, qaldırın, vurun deyirdi.
Gah da onlar tuturdular, Ruslan vururdu.
Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar.
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır.
O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.
“Milyardların sevimlisi olsam da yenə sadə Nazim olacam”.
Bunu Lent.az-a müsahibəsi zamanı müğənni Nazim Pişyari (“Faytonçu”) deyib.
Onunla müsahibəni təqdim edirik:""- “Faytonçu Nazim” niyə məhz çörək dükanı açdı?
Bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırıq.
Sağlam qida olsun, insanlara faydam toxunsun istədim.
Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar.
Sənətin də müəyyən bir ömrü var.
Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm.
İndi səsi olan da, olmayan da toy biznesinə can atır?
- Mən həmişə individual düşünmüşəm.
Efirə şlyapada, pançoda ilk dəfə mən çıxmışam.
Hamı necə edirsə elə yox, öz istədiyim, düz bildiyim kimi yaşayıram.
Atam həmişə klassik üslubda, kostyum, qalstuk, şlyapa geyinirdi.
Mən də düşünürdüm ki, böyüyüb onun kimi geyinəcəm.
İndi sima olaraq bənzəməsəm də, atamın geyim üslubuna sadiqəm.
Konservatoriyanı klassik estrada müğənnisi olaraq bitirmişəm.
Sonradan bir az pul-paraya görə, üslubumu dəyişib fərqli janrlara üz tutdum.
Sizi şanson ifaçısı hesab etmək olar?
- Şanson da ciddi janrdır, bu janrda ifalarım olub.
Efirdə ancaq klassika, toylarda şanson, ritmik musiqilər ifa edirəm.
Mirzə Babayev kimi böyük müğənni Azərbaycanda ilk şanson ifaçısıdır.
Toy bazarından getmək istəyimə gəlincə, yolu cavanlara vermək lazımdır.
İstəmirəm kimsə məni toyuna çağıranda kənardan desinlər o qocalıb, daha oxuya bilmir.
Vaxtında çəkiləndə daha qiymətli olursan, sənin üçün darıxmağa başlayırlar.
Məsələn Elmira Rəhimova, Müslim Maqomayev vaxtında getdilər.
Yaşlı nəsil səhnədən getməyi, cavanlara yol açmağı bacarmalıdır.
- Aygün Şükürova, Sevda Yəhyayevanın və bir neçə müğənninin yetişməsində rolum var.
Müəllimlik etməmişəm, istiqamətləndirmişəm, yol göstərmişəm.
- Toy sənəti, sənətkarlığı böyüdür yoxsa kiçildir?
Oxuya bilən də, bilməyən də toya gedir.
Heyf ki, indi efirlərimiz də pis gündədir.
Keçmişdə yarımçıq müğənniləri efirə dəvət etmirdilər.
Efir olub toyxana, kimi gəldi buraxırlar.