Search is not available for this dataset
text
stringlengths
10
518k
- Hansı toya kim dəvət alıbsa, o toyun kralı odur.
Elə bir titul yoxdur, öz aramızda uydurulmuş şeydir.
- Sizinlə dost olmaq üçün hansı xüsusiyyətləri daşımaq lazımdır?
- Sadəlik, dürüstlük, səmimilik.
Mən ona necəyəmsə dostumdan da eyni münasibət gözləyirəm.
Milyardların sevimlisi olsam da yenə sadə Nazim olacam.
Bu dükana alıcılar gəlirlər, görürəm əməkdaşlarım çatdıra bilmirlər, özüm keçirəm piştaxtanın ardına, çörək satmağa.
Alıcıların çoxu görüb təəccüblənirlər.
Deyirəm eybi yox qoy gedib desin ki, Nazim mənə çörək satdı, xidmət göstərdi.
Kişi üçün pul qazanmaq ayıb deyil.
- Özünüzü haralı hesab edirsiniz?
- 1968-ci il avqustun 26-da Lənkəranda doğulmuşam, amma mən qundaqda olanda ailəm Bakıya köçüb.
- Musiqiyə həvəs, sənətə gəlmək istəyi necə yarandı bəs?
- Dayım Əməkdar incəsənət xadimi Tələt Şahverdiyev truba ifaçısı idi.
Maestro Niyazi ilə dünyanı gəzmişdi.
Uşaqlıqda tez-tez dayımgilə gedirdim, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Gülağa Ağayevi, Anatollu Qəniyevi dayımgilin evində görüb tanımışam.
Tez-tez ləziz Lənkəran mətbəxindən dadmağa gəlirdilər.
Onların sənət barədə söhbətlərini eşidə-eşidə məndə musiqiyə məhəbbət yarandı.
Klassik gitara və fortepiano siniflərini bitirdim, konservatoriyada Firudin Mehdiyevdən fərdi dərslər aldım.
Akif İslamzadə, Nərminə Məmmədova, Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların əhatəsində böyüdüm, onlardan öyrəndim.
Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənmişəm - düzgün tələffüz, duruş, ifa, səhnə geyimi.
- Getdiyiniz məclislərdən yadınızda maraqlı nə qalıb?
- Bir dəfə toyda qızın anasının adı Gilas idi, oğlanın anasının adı Alma.
Bir dəfə də toy sahibinin adı Bəbir, xanımının adı Maral, qızlarının da adı Ahu idi.Maraqlı gəlmişdi mənə.
- Toy idarə eləmək asan iş deyil, hər xasiyyətdə insan olur.
Üstəlik də içki içəndən sonra insanlar özlərini fərqli şəkildə aparırlar.
Müğənnilərin toy məclisinə mühafizəçi ilə girməsinə necə baxırsınız?
- Görəndə ki, toyda həlləm-qəlləm adamlar var, onda ev sahibinə deyirəm ki, yaxın bildiyin adamlardan biri gəlib yanımda dayansın, o cavab versin qonaqlarına.
O da ya qardaşını, ya oğlunu otuzdurur yanımda.
Mühafizəçi ilə toya getmək nədir, özünü kimdən qoruyursan?
Toyu idarə edən müğənni psixoloq olmalıdır.
İçki məclisində hər şey ola bilər.
Mən bu günə qədər özümə qarşı pis münasibət görməmişəm.
Gərək özünü o yerə qoymayasan axı.
Mən “atdanıb-düşən” müğənni deyiləm.
Oynayanlara pis baxmıram, mənə yaraşmaz, gülərlər.
- Yaradıcılığınızla bağlı nə planlar var?
- Mart ayında Almaniyada və İsraildə konsertim olmalıdır.
Payızda Heydər Əliyev sarayında növbəti solo konsertim olacaq.
Yeni mahnılar üzərində çalışıb, konsertlərə hazırlaşıram.
Türkiyənin “Haber Global” telekanalında Fransanın regionda dağıdıcı siyasət həyata keçirmək planı, eləcə də Ermənistanı silahlandırmaq siyasəti müzakirə olunub.
Müstəqillik tələbinə həbs qərarı” adlı proqramda aparılan müzakirələr zamanı Prezident İlham Əliyevin fevralın birində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən ifadə etdiyi fikirlər də səsləndirilib.
“Fransa Ermənistan əsgərlərinə hazırda təlim keçir, hazırlayır və yenidən müharibənin başlanmasına çalışır”, - deyə İlham Əliyevin sözləri xatırladılıb.
Bildirilib ki, 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir həllə nail ola bilməyən Fransa bu dəfə də regionda müharibənin başlamasını istəyir.
Videosüjetdə həmçinin Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasını qeyri-müəyyən müddətə tərk etməsi məsələsinə də toxunulub.
Eyni zamanda korsikalıların müstəqillik tələblərindən də bəhs edilib.
Xatırladaq ki, Aralıq dənizinin şimal hissəsində yerləşən, Fransanın vaxtilə işğal etdiyi Korsika adasında insanlar müstəqillik hərəkatına başlayıblar.
Fəallara qarşı təzyiq artır, onlar küçələrdə həbs olunurlar.
Yeddi fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib.
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Ünvan:Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.
18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:""Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
Yeddi fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.
Əlaqə üçün:+995555250993 , +995322243004”, - səfirlikdən bildirilib.
ABŞ Maliyyə Nazirliyi İran və Honq-Konqda yerləşən dörd şirkətə raket və dron proqramları üçün lazım olan material və texnologiyanı təmin etdiklərinə görə yeni sanksiyalar tətbiq edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, Honq-Konqda yerləşən bir şirkət də İran mallarını satdığı üçün bu sanksiyalara məruz qalıb.
ABŞ Xəzinədarlıq Departamenti həmçinin SEPAH-ın Kiberelektronika Komandanlığının altı rəsmisinə ABŞ-də və dünyanın digər yerlərində kritik infrastruktura qarşı zərərli kiber fəaliyyətlərinə görə sanksiya tətbiq etdiyini açıqlayıb.
Bu sanksiyalara əsasən, adı çəkilən şəxslərin və qurumların ABŞ-də olan bütün aktivlərinə həbs qoyulur.
ABŞ sakinlərinə bu şəxslərin və qurumların aktivləri ilə alış-veriş etmək qadağan edilir.
İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar.
Araşdırmanın nəticələri “Annals of Oncology” jurnalında dərc olunub.
Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki, piylənmə, hiperglisemiya və diabet kimi əlaqəli patologiyaların daxil olduğunu bildiriblər.
Araşdırmanın müəllifləri həmçinin qeyd ediblər ki, qəbul edilən alkoqollu içkilərin miqdarının artması və fiziki aktivliyin azalması da bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər.
Lənkəranda kənd ərazi icra nümayəndəsi qardaşının meyiti tapılıb.
APA-nın məlumatına görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində tapılıb.
Tapılan meyit aidiyyəti üzrə təhvil verilib.
Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb.
Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib.
İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.
Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.
Korsika adasında etirazçı qruplar Fransaya qarşı müstəqillik çağırışları səsləndiriblər.
Bu barədə “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrul hadisə yerindən xəbər verib.
Qeyd olunub ki, adada “Nazione” adlı yeni müstəqillik hərəkatı yaradılıb.
Bununla belə, Makron administrasiyası muxtariyyətdən başqa digər variantları rədd edir.
“Nazione” hərəkatı öz daxilində müxtəlif qrupları bir araya toplayıb.
Onların yeganə məqsədi Korsika Respublikasının qurulmasıdır.
Bunun ardınca iki fəal polislər tərəfindən saxlanılıb.
Millətçilərin əsas tələbi Korsika xalqının və onun dilinin tanınmasıdır.
İki fəalın saxlanması isə etirazçıların qəzəbini daha da artırıb.
“Fransa hökumətinə görə, korsikalılar yoxdur, ada icması var.
Biz Fransa ilə ortaq taleyi qəbul etmirik”, - deyə ada sakinləri etirazlarını bildiriblər.
ABŞ-li milyarder və “PayPal”ın həmtəsisçisi Peter Til dopinq və steroid istifadə edən idmançılar üçün “Steroidlər üzrə Olimpiada” (“Enhanced Games”) keçirmək qərarına gəlib.
Tilin maliyyələşdirdiyi bu turnirdə idmançılara performanslarını artırmaq üçün istənilən maddədən istifadə etmələrinə icazə veriləcək.
Yarışın üzgüçülük, gimnastika, ağır atletika, yüngül atletika və döyüş sənətləri olmaqla beş idman növü üzrə keçirilməsi nəzərdə tutulur.
İlk yarışların artıq 2025-ci ildə baş tuta biləcəyi bildirilir.
Aprelin 17-də layihənin təqdimatı gözlənilir və yayda milyarder Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla görüşmək üçün Paris Olimpiadasına gedəcək.
Dərmanların insanlara təsirini araşdıran Aron Desouzanın sözlərinə görə, 900 idmançı turnirdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, turnir Olimpiya infrastrukturunun istismarı probleminə diqqət çəkə bilər.
Aron Desouzanın sözlərinə görə, oyunlar üçün tikilən meydançaların əksəriyyəti oyunlar başa çatdıqdan sonra istifadə olunmur, ona görə də “Steroidlər üzrə Olimpiada” turniri ildə bir dəfə mövcud meydançalarda keçiriləcək.
Mənbə:Lenta.ru, “Baza” “Telegram”
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində “Lifan”ın sürücüsü ağır yaralanıb, sərnişin Sevda Məşdi qızı Əhmədova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
ABŞ-nin Madison şəhərində yerləşən Viskonsin Universitetinin alimlər qrupu ilk dəfə olaraq 3D printerdən istifadə edərək, əsl beyin kimi böyüyə və fəaliyyət göstərə bilən insan beyin toxuması yaradıblar.
Onlar beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdiriblər və nəticədə material kifayət qədər dözümlü alınıb, bununla belə bu neyronların birləşməsinə və siqnal mübadiləsinə imkan verir.
“Beyin qabığını və zolaqlı cismi çap etdik və aşkar etdiklərimiz olduqca heyrətamizdir.
Beynin müxtəlif hissələrinə aid fərqli hüceyrələri çap etdikdə belə, onlar bir-biri ilə xüsusi və spesifik bir şəkildə danışa bilirdilər”, - deyə alimlər qeyd ediblər.