Search is not available for this dataset
text
stringlengths
10
518k
Çap olunmuş beyin toxuması Daun sindromu, Altsheymer və ya Parkinson xəstəliklərində hüceyrələr arasında siqnalın öyrənilməsi, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə oluna bilər.
Biləsuvarda su basmış və palçıqlı yollar sakinlər üçün çətinlik yaradır.
Xezerxeber.az xəbər verir ki, söhbət Biləsuvarın Bəydili kəndindən gedir.
Kəndin yolları bərbad haldadır.
Bir neçə gün əvvəl ölkə ərazisinə yağan qar vəziyyəti daha da çətinləşdirib.
Kənd sakinləri deyirlər ki, uşaqlar qışda məktəbə gedə bilmirlər.
Yağış yağan kimi qrunt suları həyətlərə və evlərin zirzəmilərinə dolur.
Bu yollarda nəqliyyat vasitələri də çətinliklə hərəkət edirlər.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı Bəydili Kənd Bələdiyyəsinin sədri İlqar Kərimov bildirib ki, vəziyyətin bu həddə çatmasına səbəb sakinlərin özlərinin yaratdıqları maneələrdir.
Bələdiyyə qrunt sularının axması üçün kanallar qazır, sakinlər isə oraya zibil tökərək doldururlar.
Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) və Milli Antikorrupsiya Bürosu (NABU) ölkə tarixində ən böyük rüşvət işi üzrə ittiham aktını məhkəməyə göndərib.
Bu barədə Milli Antikorrupsiya Bürosunun saytında məlumat verilib.
“Fevralın ikisində NABU və SAP Ukrayna Dövlət Fiskal Xidmətinin (SFS) keçmiş sədrinə qeyri-qanuni müavinət verməkdə ittiham olunan aqroholdinqin (kənd təsərrüfatı holdinqi) işini məhkəməyə göndərib”, - deyə məlumatda bildirilib.
İstintaq zamanı kənd təsərrüfatı holdinqinin sahibinin 2015-ci ilin avqust ayında kənd təsərrüfatı holdinq şirkətlərinə ƏDV-nin geri qaytarılmasına görə 5,5 milyon ABŞ dolları məbləğində və 2015-ci ilin fevral ayından 2016-cı ilin avqust ayınadək ƏDV-nin qaytarılması üzrə 21 milyon avrodan artıq məbləğdə qeyri-qanuni g...
Qurumdan vurğulanıb ki, bu, Ukrayna tarixində sənədləşdirilmiş ən böyük rüşvət halıdır.
NABU məhkəməyə cəlb edilən şəxsin adını açıqlamasa da, onun axtarışda olduğunu qeyd edib.
Ukraynanın “Forbes” nəşrinə görə, söhbət “Ukrlandfarminq” aqroholdinqinin sahibi Oleq Baxmatyukdan gedir.
Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi ev altı ünvanında təhlükəli vəziyyət yaranıb.
Xezerxeber.az-ın xəbərinə görə, evin sahibi Ramiz Yuskayev bildirib ki, söyüd ağacı beş il əvvəl qurumağa başlayıb.
Ev sahibi ağacın bir müddət əvvəl bir budağının qopduğunu və ondan sonra vəziyyətin daha qorxulu hal aldığını bildirir.
Yaxınlıqda yaşayanlar da narahatlıqların dilə gətiriblər.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əraziyə baxış keçirilib, müvafiq qiymətləndirmə aparılıb, sakinin şikayətinin aradan qaldırılması təmin olunacaq.
Avstraliya və Cənubi Koreya millilərinin qarşılaşdığı Asiya Kubokunun 1/4 final oyunu başa çatıb.
Oxu.az xəbər verir ki, Qətərdə baş tutan oyunun nəticəsi Koreya yığmasının 2:1 hesablı qələbəsi olub.
Qarşılaşmada hesab birinci hissənin bitməsinə üç dəqiqə qalmış açılıb - Kreyq Qudvin qola imza atıb.
Avstraliyalılar demək olar ki, oyunun sonuna kimi öndə olsalar da, 90+6-cı dəqiqədə Hvan Hi Çxan penaltini qola çevirərək hesabı bərabərləşdiriblər.
Əlavə vaxtda Son Xın Min qələbə qolunu vuraraq Cənubi Koreyanı turnirin yarımfinalına çıxarıb.
Koreya millisi Asiya Kubokunun yarımfinalına yüksələn ikinci komanda olub - finala çıxmaq üçün Cənubi Koreya tarixdə ilk dəfə regional turnirin yarımfinal mərhələsinə yüksələn İordaniya komandası ilə mübarizə aparacaq.
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub.
O, Dnepropetrovsk vilayətində dəfn edilib.
Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyələrdən biri sosial şəbəkələrdə diqqət çəkib.
“Forbes”in məlumatına görə, 150 min dollarlıq mükəmməl yuxu, ən romantik hədiyyələr siyahısına daxil edilib.
ABŞ-nin Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən “The Peninsula” dəbdəbəli hoteli öz qonaqlarına Sevgililər Günü üçün mükəmməl gecə və yuxunu təcrübədən keçirməyi təklif edir.
Qonaqlar hotelə gəldikdən sonra onlara dəbdəbəli iki mərtəbəli villada xidmət edəcək eşikağası təyin olunur.
Qonaqlar həmçinin keyfiyyətli yuxu ilə bağlı məsləhət almaq üçün “Rolls Royce” avtomobili ilə spa mərkəzinə aparılır və onlar üçün fərdi döşək seçilir.
Qeyd edilib ki, qonaqlar daha sonra bu döşəyi evlərinə də apara bilərlər.
Ötən ilin payızından etibarən Azərbaycan bayraqlarının dalğalandığı Xankəndi şəhərindən reportaj hazırlanıb.
Hazırda şəhər ərazisində təmizlik və abadlıq işləri aparılır, infrastruktur qurulur.
Qeyd edək ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın suverenliyinin bərpa edilməsi münasibətilə Dövlət Bayrağımızı ucaldıb.
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan milli “Bayraktar TB3 SİHA” hava cihazı növbəti sınaqdan da uğurla keçib və 30 min fut yüksəkliyə qalxıb.
İlk uçuşunu 27 oktyabr 2023-cü ildə edən və orta hündürlükdə performans testlərindən uğurla keçən “Bayraktar TB3 SİHA” yüksək hündürlük sınağını da uğurla başa vurub.
Uçuş Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.
“Bayraktar TB3 SİHA” yüksək hündürlük və dayanıqlılıq sınaqlarının hamısından uğurla keçib.
Qatlana bilən qanad quruluşuna malik olan cihaz “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı olan gəmilərdən qalxıb-enmə qabiliyyətinə malik, dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şərqinə endirdiyi hava zərbələri nəticəsində iranyönümlü silahlı qrupların 23 tərəfdarı məhv edilib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bundan əvvəl “Həşd əş-Şabi” komandanlığı 16 nəfərin həlak olduğunu, 25 nəfərin isə yaralandığını bildirmişdi.
03:31"ABŞ İordaniyadakı bazasına son hücuma cavab olaraq Suriyaya zərbələr endirməyə başlayıb.
Bu barədə Vaşinqton administrasiyası məlumat verib.
Qeyd olunub ki, ABŞ ordusu iranyönlü qrupların hədəflərinə zərbələr endirir.
Digər mənbələrdən verilən məlumata görə, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin İraqla sərhədində yerləşən Bu-Kemal şəhərinin ətrafı bombalanıb.
Partlayışların Suriya-İraq sərhədindəki Əl-Qaim keçid məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.
İşğaldan azad edilən Xocalıda təmir-bərpa işləri aparılır.
İTV mövzu ilə bağlı süjet hazırlayıb.
Yüzlərlə evdə aparılan təmir işlərində, qurulan su şəbəkəsinin tikintisində Xocalı sakinləri özləri də iştirak edirlər.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünyaca məşhur karnaval ərəfəsində tropik denge qızdırması epidemiyası yayılıb.
Bu barədə şəhərin meri Eduardo Paes məlumat verib.
“Yanvar ayında 10 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb.
Biz şəhərin bütün tarixi ərzində xəstəxanaya yerləşdirilmə üzrə rekord qırmışıq.
Bu ilin ilk ayında 362 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə mer şəhərin səhiyyə katibliyinin rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Merin sözlərinə görə, yaxın günlərdə denge qızdırması olan xəstələr üçün 10 səyyar qəbul və ilk yardım mərkəzi təşkil ediləcək.
Qeyd edək ki, Rio-de-Janeyroda dünyaca məşhur karnavalın başlamasına bir həftə qalıb.
Bu il bayram fevralın 10-dan 13-dək keçiriləcək, lakin artıq kütləvi şənliklər başlayıb.
Həmçinin bu dövr turizm mövsümünün də pik dövrüdür.
Bu il karnavalda iki milyondan çox turistin iştirakı gözlənilir, şəhərin hotel şəbəkəsinin 87% dolub.
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza zamanı yük avtomobili KIA markalı minik avtomobilini əzib.
Eyni markalı digər minik maşınına da ziyan dəyib.
Aşan yük maşını yol kənarında hasarı da dağıdıb.
Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Asif Həsən oğlu Dünyamalıyev ölüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Hadisənin təfərrüatı araşdırılır.
Gəncədə 72 yaşlı kişi başından xəsarət alıb.
APA xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.
Şəhər sakini, 1952-ci il təvəllüdlü N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib.
72 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, N.Məmmədovu oğlu başından balta ilə vurub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Göyçay sakini dəm qazından zəhərlənib.
APA xəbər verir ki, rayonun Qızılağac kənd sakini 1998-ci il təvəllüdlü Solmaz Valeh qızı Məhərrəmova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onun vəziyyətlərinin stabil olduğu bildirilir.
Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar.
K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Çilidə meşə yanğınları azı 10 nəfərin ölümü ilə nəticələnib.
Daha 28 nəfər yanıq xəsarəti alıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, yanğın yeddi min hektardan çox ərazini əhatə edib.
Yüksək temperatur və külək səbəbindən alovla mübarizə daha da çətinləşib.
Bu səbəbdən ölkə prezidenti Qabriel Boric Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
Bəzi ərazilərdə sakinlərin təxliyəsinə başlanılıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi rəsmi Bakı ilə qurum arasındakı gərgin dinamikanı bu zamana qədər misli görünməmiş həddə qədər qaldırıb.
Təbii ki, AŞPA-nın qərarının arxasında diplomatik, parlament etikası və ümumi siyasi etiketlərlə məqsədli ziddiyyət təşkil edən məqamlar əsas yer tutur.
AŞPA-nın planlı təzad sistemi yaratması tək Bakıya qarşı deyil, eləcə də Qərbin Azərbaycanla strateji tərəfdaşlığı ən üst səviyyəyə çıxarmaq məramını baltalayır.