Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sözsüz ki, AŞPA oyunda piyadadır, onu irəliyə çəkən həmmüəlliflər isə irili-xırdalı kateqoriyalara bölünür. |
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:""AŞPA və Fransa eyni ip üstündə"Həmin həmmüəlliflikdə ən çox pay və baş rol Fransaya məxsusdur. |
Paris Cənubi Qafqazdakı rəqabətdə uduzmasını AŞPA-dan istifadə etməklə tarazlaşdırmağa çalışır. |
Elə Azərbaycan Prezidenti İlham Əliyev də fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Fransanın regionda odun üstünə yanacaq tökmək missiyasından bəhs edib. |
Heç şübhəsiz ki, İlham Əliyevin Fransa ilə bağlı xatırlatmalar etməsi həm Parisin regiondakı məğlubiyyətlərinin xronoloji ardıcıllıqlarını, həm də onun yeni “hücumlar” hazırladığı barədə təsvirlər verə bilər. |
Prezident İlham Əliyev qeyd edir ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi azlıq olan bir qrupun dialoqa xidmət etmədiyinin göstəricisidir. |
Deməli, İlham Əliyevin özü də Qərblə strateji, qarşılıqlı maraqların konstruktiv formada təmini üçün dialoqda maraqlıdır. |
Lakin AŞPA kimi qurumlar həmin məqsədlərin önünə tikanlı məftil çəkmək istəyir ki, bunun özü də Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın mahiyyətinə xələl gətirmək məqsədləri güdür. |
Lakin bu o demək deyil ki, rəsmi Bakı AŞPA-nın erməni təbliğat maşınına çevrilərək Azərbaycana qarşı sistemli hücumlar üçün xüsusi təşəbbüs göstərməsini cavabsız qoymalıdır. |
Azərbaycan Qərbə lazımdır"Şəksiz ki, bu gün Azərbaycan Qərbə çox lazımdır. |
Ölkənin əhəmiyyətli geosiyasi və geoiqtisadi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, zəngin təbii sərvətlərinin Avropaya diversifikasiya edilməsi elə Qərbin ürəyincədir. |
Amma belə istək səmimi və səmərəli əməkdaşlıqla mümkündür. |
Azərbaycanın Cənubi Qafqaz orbitində böyük ölçülü geosiyasi dəyişiklik yaratması əməkdaşlıq müstəvisində nəzərə alınmalıdır, ona müxtəlif bəhanələr altında təzyiq göstərilməsinə son qoyulmalıdır. |
Yox, AŞPA kimi qurum bunu başa düşmək istəmirsə, onda Azərbaycan qarşılıqlı cavab hüququna malikdir. |
Prezident İlham Əliyev AŞPA-ya nisbətdə həmin cavab hüququnu belə təqdim edir:“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”. |
Bu mövqe ümumilikdə Avropa Şurasının dərinləşən beynəlxalq böhran fonunda əhəmiyyət və qiymətini itirməsini izah edən qısa hekayə kimi başa düşülə bilər. |
Deməli, Avropa Şurası böhranlardan çıxış yolu tapan, münaqişə və mübahisəli məsələləri yoluna qoyan missiyasından imtina edərək faydasız geosiyasi alət rolunda çıxış edir. |
Belə olan təqdirdə, Azərbaycan da belə qurumda iştirakına nəzər salmaq hüququna müraciət edir. |
Yeri gəlmişkən, AŞPA-nın geosiyasi hibrid toqquşmalarda piyada olmasını sübut edən başqa faktor onun Ermənistanın sülhü əngəlləyən maraqlarına, erməni lobbisinin tezislərinə can yandırmasıdır. |
Ermənistan Konstitusiyası dəyişdirilərsə, sülhə nail olmaq mümkündür"Təsadüfi deyil ki, İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşdə Ermənistanla sülh gündəliyi kontekstində AŞPA məsələsini qabartdı. |
AŞPA-nın Azərbaycana qarşı addımlarına cavab olaraq Əliyev daha böyük bir gündəliklə çıxış edib. |
İlham Əliyev deyib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. |
Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. |
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. |
Prezident qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. |
Bu, Azərbaycanın İrəvanın keçmiş niyyətlərinə və indiki bəzi qeyri-müəyyən mövqeyinə qahmar çıxmaq istəyən Fransa, AŞPA və onun kimi qurumlara Bakının şərtli sülh gündəliyi formatındakı mənalı cavabıdır. |
İndi Ermənistan Qərbdəki “təhlükəsizlik zəmanətləri” vədlərinə arxalanıb prosesi arzuolunmaz regional hərəkətləri tətikləyəcək vəziyyətə gətirməməlidir. |
Çünki Azərbaycan regionda böyük üstünlükləri olan dövlət olaraq qalmaqdadır və Cənubi Qafqaz səhnəsindəki rolunun daha da güclənəcəyi şübhəsizdir. |
Ona görə də, Ermənistan özü üçün strateji təsirlərə çevriləcək nəticə istəyirsə, mümkün konstitusiya dəyişikliklərini AŞPA, Fransa ilə deyil, Azərbaycan və Türkiyə ilə müzakirə etməlidir. |
Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. |
Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib. |
Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o həbs edilib. |
Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib və məh... |
Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. |
Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb. |
Şəmkir rayonunda baş verən güllələnmə ilə bağlı məqamlar bilinib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, güllələnən Zabil Aslanov 2022-ci ildə qardaşların atasını döyüb. |
Onlar da intiqam almaq üçün iki il gözləyiblər. |
Nəticədə Z.Aslanovu maşında güllələyib, daha sonra da armaturla avtomobili əziblər. |
11:13"Şəmkirdə 27 yaşlı oğlan silahla vurulub. |
Daxili İşlər Nazirliyinin regional qrupundan Oxu.Az-a bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. |
Cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıblar. |
Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
Makron Fransasının uğursuzluqları bitmək bilmir. |
Həm daxili, həm də xarici siyasətdə. |
Xaricdən gətirilən ucuz ərzağa etiraz edən yerli fermerlərin Paris küçələrini iflic vəziyyətinə saldıqları günlərdə Fransanın xarici siyasəti də öz böhranını yaşayır:Afrikadakı müstəmləkələr bir-bir əldən gedir. |
Özünü yeni Napoleon hesab edən Makron bu fatehlə yalnız onun hakimiyyət illərində verdiyi qurbanların sayı ilə müqayisə edilə bilər. |
Bonapart imperator olduğu dövrdə döyüş meydanlarında 3 milyon nəfərlik itki vermişdi. |
Makronun itkiləri insanlarla deyil, ölkələrlə ölçülür. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
“Qara qitə” iflası"Ötən həftə Paris “qara qitə”də iki ardıcıl diplomatik zərbə aldı. |
Əvvəl Burkina-Faso, Mali və Niger Fransanın patronajlığı altında olan EKOVAS təşkilatını tərk etmək niyyətlərini bəyan etdilər. |
Sonra isə məlum oldu ki, Makron Qabon, Seneqal və Kot-d`İvuardakı hərbi kontingentini azaltmaq barədə düşünür. |
Təbii ki, “düşünmür”, buna məcbur edilir. |
Afrikadakı ölkələrdə milli özünüdərkin inkişafı Fransanın bu qitədə əsrlərlə davam edən və dövlətlərin iqtisadi potensialının, faydalı qazıntılarının qəsb edilməsi ilə müşayiət olunan neokolonializmi, belə görünür ki, tənəzzül etməyə başlayıb. |
Niger artıq fransız hərbçilərinin ölkədən çıxarılmasına nail olub. |
Niger Fransanın əsas uran təchizatçılarından biri, bəlkə də ən vacibi idi.Fransada elektrik enerjisinin istehsalı əsasən atom elektrik stansiyalarından əldə edilir. |
Bu, tək xarici siyasət itkisi deyil, həm də iqtisadi enişə səbəb ola biləcək güclü faktordur. |
İndi fransızlar uranı Orta Asiyada axtarsalar da, onun Avropaya daşınma yollarının Azərbaycandan keçdiyini unudurlar...""Postmüstəmləkə tənəzzülü"Fransanın tanınmış iqtisadçısı Anton Lyubiç hesab edir ki, EKOVAS üzvləri Burkina-Faso, Mali və Nigerin təşkilatdan çıxmaq qərarları fransız neokolonizminin tənəzzülünün başl... |
EKOVAS-ın nizamnaməsinə görə, əgər hər hansı üzv təşkilatı tərk edirsə, bunu bir il öncə elan etməlidir. |
Eyni zamanda, bu il ərzində təşkilat qarşısında vəzifə və öhdəliklərini tam olaraq həyata keçirməlidir. |
Şübhə yoxdur ki, bu istək qarşıdakı il ərzində təşkilat daxilində “yoluxucu” effekt oyadacaq və Fransanın itkiləri bununla bitməyəcək. |
Fransa ötən yay “qiyamçı” Nigeri cəzalandıracaq deyə sinəsinə döyürdü. |
Nəticə heç də ürəkaçan olmadı:Nigerin ardınca digər Afrika ölkələrində də anti-Paris əhval-ruhiyyəsi güclənməyə başladı. |
Fransa gedir, Çin, Rusiya və Türkiyə gəlir"Makron Qabon, Mali və Kot-d`İvuardakı hərbi kontingentini ixtisar etmək qərarını Fransaya edilən güclü təzyiq altında qəbul edib. |
Heç bir imperiya müstəmləkələrini könüllü tərk etmək istəməz. |
Bu ölkələr Parisin Qərbi Afrikadakı əsas istehkamlarıdır. |
Buranın əldən verilməsi Atlantik okeanı sahillərinin itirilməsi deməkdir. |
Bu, açıq diplomatik zəiflikdir, çünki Makron hərbi mövcudluq ixtisarını ABŞ-yə şəriklik təklifi ilə kompensasiya etmək istəyir. |
Bu, həm də onun göstəricisidir ki, Fransa bu ölkələri tək daxili etirazlar səbəbindən deyil, həm də geosiyasi rəqiblərin təzyiqləri ilə tərk etmək məcburiyyətində qalıb. |
Afrikada ənənəvi oyunçulardan biri Rusiyadır. |
Son illər ərzində burada daha iki geosiyasi oyunçu güclənməyə başlayıb:Çin və Türkiyə. |
Casus rüsvayçılığı"Fransanın xarici siyasət uğursuzluqları tək müstəmləkə oyanışları deyil, həm də diplomatik eqoizm və yol verilən qeyri-ciddiliyin nəticəsidir. |
Fransanın Cənubi Qafqazdakı davranışı, Ermənistanda Rusiya ilə üz-üzə gəlməsi, bölgənin ən böyük, varlı və nüfuzlu dövləti olan qalib Azərbaycanla açıq düşmənlik etməsi göründüyü kimi, Makrona baha başa gəlir. |
Fransanın Azərbaycanda casus iflası bu gün dünya mediasının diqqətindədir. |
Parisin casusluq niyyətlərinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən deşifrə edilməsi mövcud potensialından ağır yük qaldırmaq eşqinə düşən Makron üçün xarici siyasət qalmaqalıdır. |
Onun XİN rəhbərliyində etdiyi dəyişikliklər isə “qaşı düzəltmək əvəzinə vurub gözü çıxarmaq”dır. |
Bakıda casusluğa görə tutulan Fransa vətəndaşı Martin Rayanın həbsi Fransanın nəinki xariciləri, hətta öz vətəndaşlarını primitiv ambisiyalarının qurbanı etməkdən çəkinmədiyinin göstəricisidir. |
Bu diplomatik biabırçılığı Fransanın erməniəsilli jurnalisti Leo Nikolyan araşdırıb və daha sonra problem ölkə mediasının ən çox müzakirə etdiyi mövzuya çevrilib. |
Nikolyan müəyyən edib ki, M.Rayan Bakıda uğur axtaran biznesmen olub və Azərbaycandakı əlverişli iqtisadi mühitdən yararlanaraq öz işini qura bilib. |
Bunu görən Fransa xüsusi xidməti ondan öz maraqları üçün casus kimi istifadə etmək qərarına gəlib. |
Rayan əvvəl razılaşmayıb, ancaq Fransadakı valideynlərinə təzyiq etmək hədələrindən sonra təslim olub. |
Nəticə isə məlumdur:iş adamı həbsdədir, diplomatik fəaliyyət altında pərdələnən iki səfirlik əməkdaşı isə Azərbaycandan qovulub. |
Nikolyan həmin jurnalistdir ki, Fransanın Ermənistanda düşdüyü daha bir qalmaqalı ictimailəşdirib. |
“Azərbaycanla sərhədləri monitorinq” adı altında yerləşdirilmiş fransız casus şəbəkəsinin iki təmsilçisi 8-ci sinif şagirdi olan erməni qızı zorlamaq üstündə təcili şəkildə Ermənistandan çıxarılıblar. |
Təbii ki, qalmaqalın üstünün açılmasında Fransa kimi müttəfiq olan Paşinyan Ermənistanı da maraqlı olmadığından təxliyə maksimum şəkildə məxfi həyata keçirilib. |
Ancaq qız və qızın ailəsini necə susdurmalı? |
Fransa tərəfi orijinal çıxış yolu tapıb:uşağın könlünü almaq üçün onu Paris Disneylendinə dəvət ediblər. |
Fransanın xarici siyasəti kimi casusluq izlərini itirmə cəhdləri də qeyri-ciddidir... |
ABŞ İordaniyadakı hərbi bazalarına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır. |
Bu barədə “Politico” iki amerikalı rəsmiyə istinadən məlumat yayıb. |
Növbəti hədəflər Yəməndə olacaq”, - deyə rəsmilər qeyd ediblər. |
Bundan əvvəl ABŞ Silahlı Qüvvələri İordaniyadakı bazalarına dron hücumuna cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfə hücum edib. |
Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib. |
Pentaqon rəhbəri Lloyd Ostin bundan əvvəl bildirmişdi ki, İordaniyadakı ABŞ bazasına hücumdan sonra Vaşinqtonun İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır. |
Sənədsiz evlər, tikintisi yarımçıq binalar, bir mənzili müxtəlif şəxslərə satan MTK-lar...Əmlak sektorunda bu problemlərin köklü şəkildə həlli istiqamətində addımların atılmasına başlanılıb. |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, mənzil alan insanların işini asanlaşdırmaq və fırıldaqçılıq hallarının qarşısını almaq üçün vahid portal, reyestr yaradılacaq. |
Bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman da imzalanıb. |
Vahid sistemin yaradılması ilə bağlı ekspertlərin gözləntiləri nələrdir? |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.