Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Son illərdə dələduzluq halları daha da artıb"Əmlakçı Mülkədar Rüstəmov düşünür ki, bu, gecikmiş olsa da, yerində verilmiş qərardır:“Bakı şəhərində yeni tikilən binalardan kifayət qədər şikayətçi insanlar var. |
Dəfələrlə şahidi olmuşuq ki, bir mənzili bir neçə nəfərə satıblar. |
Məhkəmələrdə hələ də çəkişmələr davam edir. |
Bu qərar belə halların qarşısını alacaq. |
Bu qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dələduzluq hallarının qarşısı alınmış olacaq. |
Belə dələduzluq hallarını son 3-5 ildə daha çox müşahidə edirik. |
Abşeron, Xırdalan ərazisində, Nərimanov rayonunda daha da çoxdur. |
Bir çox MTK sahibləri vətəndaşları aldadırlar. |
Tikinti şirkətləri bəzən maliyyə sıxıntıları yaşayırlar. |
Belə fırıldaqlara əl atırlar ki, tikintiyə lazım olan pulu əldə etsinlər. |
Sonradan vətəndaşa başqa mənzil təklif edərək guya kompensasiya edirlər”. |
M.Rüstəmov dedi ki, ən çox fırıldaqçılıq mənzili tikilməmiş aldıqda olur:“Vətəndaşların əksəriyyəti mənzili binanın bünövrəsi atılanda almağa üstünlük verir. |
İnsanların 60-70 faizi bünövrədən mənzil alarkən aldadılırlar. |
Sonrakı satış qiyməti ilə 500-700 manat civarında fərq olur. |
İnsanlar sevinirlər ki, ucuz qiymətə mənzil sahibi ola biləcəklər. |
Amma bina tikildikdən sonra məlum olur ki, mənzillər eyni anda başqa-başqa adamlara satılıb”. |
Hər bina tikənə bu qaydalar şamil edilməyəcək"Ekspert qeyd etdi ki, bu dəyişiklikdən sonra artıq vətəndaş müvafiq qurumun saytına daxil olub mənzil almaq istədiyi bina haqqında ətraflı məlumat əldə edə biləcək:“Vətəndaşın binanın istismara qəbul edilib-edilmədiyindən xəbəri olacaq. |
Müştəri biləcək ki, tikintiyə rəsmi icazə alınıb. |
Ev alan şəxs arxayın olacaq ki, bina təhvil veriləndə reyestrdən keçdiyinə görə mənzil çıxarışla təmin ediləcək. |
Çünki hələ də 10-15 il əvvəl tikilmiş binalar var ki, çıxarış ala bilməyiblər. |
Bəzi şərtlər var ki, onlara əməl edilmədiyinə görə həmin binaların istismarına icazə verilməyib. |
Hazırda xüsusi layihə ilə müvafiq qurumdan icazə almış, lisenziyası olan MTK-lar hüquqi şəxs kimi reyestrə daxil olacaqlar. |
Yəni bu qaydalar hər bina tikənə şamil edilməyəcək”. |
Reyestrdə mənzil onu alan şəxsin adına qeyd ediləcək"M.Rüstəmovun sözlərinə görə, hər bir ev həmin sistemdə qeydiyyatda olacaq:“Dövlət Xidmətində reyestr yaradılacaq, istismara qəbul edilmiş binalar həmin sistemdə görünəcək. |
Vətəndaş ilkin olaraq MTK-nın satış ofisinə müraciət edir, orada layihə ilə tanış olur və istədiyi mənzili seçir. |
Alqı-satqı vaxtı müqavilədə öhdəliklər yerinə yetirilən zaman elektron qaydada sistem yaradılacaq. |
MTK-nın öz portalı olacaq, oradan Xidmətə sorğu göndərəcək ki, filan binada tikdiyim, filan mənzil bu şəxsə satıldı. |
Sənədin biri MTK-da, digəri alıcıda qalacaq. |
Əsli isə Xidmətə göndəriləcək və vahid sistemə daxil ediləcək. |
Reyestrdə o mənzil həmin şəxsin adına qeyd ediləcək. |
Bina tam hazır olduqdan və təhvil verildikdən sonra vətəndaş müraciət edərək müqaviləni təqdim edib çıxarışını 14 gün ərzində rahat şəkildə ala biləcək”. |
Mənzil ikinci şəxsə bu halda satıla bilər"Müsahibimizin fikrincə, əvvəllər mənzilin satış hüququ MTK-da olurdu, bundan sonra isə yalnız vətəndaşda olacaq. |
Yəni bir nəfərə satılmış mənzil MTK tərəfindən ikinci şəxsə satıla bilməyəcək. |
Əgər mənzil kredit yolu ilə əldə edilibsə, MTK-nın belə bir hüququ var ki, vətəndaş mənzilin ödənişini tam ödəmədiyi təqdirdə, ödədiyi məbləği geri qaytarıb, mənzili ikinci şəxsə sata bilər”. |
Mənzillərin qiyməti 5-10 faiz artacaq"Ekspert bu qərarın mənzil qiymətlərinə təsirindən də danışdı:“Bazarda son aylar artan qiymət dinamikası müşahidə olunur. |
Qərar qüvvəyə mindikdən sonra bu, qiymətlərə daha da təsir edəcək. |
İlkin bünövrədən və daha sonra MTK tərəfindən satış prosesində mənzillərin və birinci mərtəbələrdəki qeyri-yaşayış sahələrinin qiymətində 5-10 faiz artım baş verə bilər”. |
Digər ölkələrdə də bu sistem mövcuddur"Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu qaydanın optimal variantı Türkiyə və Belarusda mövcuddur:“Digər ölkələrdə inşaata başladıqda artıq portalda bütün bina virtual olaraq aktiv görünür. |
Mənzili seçirsiniz və istər hissəli, istər nağd ödənişlə alırsınız. |
Digər şəxslər həmin binadan mənzil almaq istədikdə hansı evlər boşdur, yalnız onu görə bilir. |
Binanın inşaatı gedə-gedə satışda da proses eyni portal vasitəsi ilə reallaşır”. |
Əgər şəffaflığa diqqət yetirilsə...""F.Xəlilov qeyd etdi ki, yeni qərar həm dövlət, həm də müştərilər üçün sərfəlidir:“Çünki bəzi iş adamları bir mənzili bir neçə nəfərə sata bilirlər. |
Nəticədə zərərçəkən vətəndaşlar olur. |
Həmçinin məhkəmələrə, prokurorluq orqanlarına əlavə yük düşür. |
Bu portalın açılması həm o insanların iş yükünü, həmçinin dövlətin risklərini azaldır. |
Amma yaxşı olar ki, proses həyata keçirilərkən MTK-lar arasında ayrı-seçkilik aparılmasın, hər şey şəffaf olsun”. |
Ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına Ermənistanın baş naziri Nikol Paşinyandan cavab gəlib. |
O, uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. |
Hökumət başçısı bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsələr də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir. |
“Environmental Protection First” Koalisiyası yaydığı açıqlamada N.Paşinyana səslənib:""“Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ... |
Bununla da o, illərdir həllini tapa bilmədiyi “suyun təmizlənməsi problemi”ni çözəcək”. |
Xatırladaq ki, son vaxtlar ekoloji yönümlü QHT-lər, ekofəallar həyəcan təbili çalırlar ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir, ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur, bu sudan i... |
“Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil. |
Klubun fəlsəfəsinə uyğun olmalıdır”. |
Klub rəsmisi baş məşqçi vəzifəsindən istefa verən Murad Musayevin qərarını anlayışla qarşıladıqlarını bildirib:“Peşəkarlığına və komandadakı yüksəksəviyyəli işinə görə Murad Musayevə təşəkkür edirik. |
Həqiqətən də, qazandığı nəticələrlə klubun tarixində öz yerini tutdu. |
Komandadan ayrılmasına gəlincə, bu, öz istəyi ilə baş verdi. |
Biz də klub olaraq onun bu istəyini anlayışla qarşıladıq və müsbət cavab verdik”. |
Qeyd edək ki, “Sabah” Murad Musayevin rəhbərliyi altında 2022/2023 mövsümündə Premyer Liqanı 2-ci pillədə başa vurub. |
Bakı klubu bu mövsüm 20 turdan sonra 26 xalla yeddinci sırada qərarlaşıb. |
“İran qanunvericiliyinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsi ölüm cəzası gözləyir”. |
O vurğulayıb ki, Vyana Konvensiyasına əsasən, İran və ya bu konvensiyanı imzalayan digər dövlətlər ərazilərində yerləşən diplomatik nümayəndəlikləri, diplomatları və onların ailə üzvlərini qorumalıdırlar. |
Hüquq müdafiəçisi əlavə edib ki, İran beynəlxalq sənədin bu öhdəliyinə əməl etməməsi ilə məşhurdur:""“İran islam inqilabı olan zaman ABŞ səfirliyinə hücum oldu, orada səfirliyin çoxlu əməkdaşı tutuldu. |
Ondan sonra Səudiyyə Ərəbistanı konsulluq və səfirliyinə, Böyük Britaniya konsulluq və səfirliyinə, ən sonda isə Azərbaycan səfirliyinə hücum təşkil edildi. |
İran rejiminin özünün əli olmadan belə hücumların təşkil edilməsi mümkün deyil. |
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlikdə insan ölümünə səbəb olub. |
İran qanunvericiliyində onun cəzası ölümdür”. |
Müsahib hesab edir ki, İran məhkəmə sistemində bu hücumun üstünün tam şəkildə açılması çətindir:"""“Çünki orada bilinir ki, İran kəşfiyyatının və İran rəsmilərinin əli olmadan bu işin gerçəkləşməsi mümkün deyildi. |
Ona görə də məsələni şəffaf şəkildə ortaya çıxarmaq da mümkün olmayacaq. |
Hətta bu adam sonra edam olunsa belə, yenə də məsələ aydınlaşmış olmayacaq. |
Ancaq bununla belə, məhkəmə prosesini Azərbaycan rəsmiləri də müşayiət etməlidirlər”. |
S.Kamrani diqqətə çatdırıb ki, Vyana Konvensiyasına əsasən, İran həm Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, həm təhlükəsizlik qarantı verməli, həm də təzminat ödəməlidir:""“Bu, işin hüquqi tərəfidir. |
Biz məsələni Azərbaycan-İran rabitəsi kontekstində qiymətləndirməliyik. |
Onu da bildirim ki, İran həmişə hücumdan vasitə kimi istifadə edib. |
Məsələn, Pakistanla İran arasında heç vaxt ixtilaf olmamışdı, amma birdən-birə İran oranı raketlə vurmağa başladı. |
İran həmişə bu vasitələrdən istər öz içərisində, istərsə də qonşuları ilə münasibətdə istifadə edib”. |
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İranın paytaxtı Tehran şəhərindəki səfirliyinə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində terror hücumu olub. |
Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. |
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. |
İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib. |
“Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın Baş naziri Corciya Melonini məlumatlandıracağam”, - deyə o bildirib. |
Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio Manettinin 17-ci əsrə aid olan və 2013-cü ildə itkin düşən “Müqəddəs Pyotrun tutulması” (“The Capture of Saint Peter”) tablosunu oğurlamaqda şübhəli bilinib:Əsər nazir müavininin evlərindən birində aşkarlanıb. |
Nazir müavini, həmçinin, işin araşdırılmasına həsr olunmuş müsahibə zamanı jurnalisti təhqir edərək, “avtomobil qəzasında ölməsini” arzulayıb. |
Sqarbi daha sonra üzr istəyib, ardınca isə zarafatla artıq məmur vəzifəsini tutmadığı üçün başqalarına da ölüm arzulaya biləcəyini deyib. |
Nazir müavininə qarşı daha bir iş açılıb. |
O, fransız rəssam Valentin de Bulonun əsərini xaricə qanunsuz satmaq cəhdində ittiham olunur. |
Qeyd edək ki, Vittorio Sqarbi dəfələrlə parlamentə seçilib. |
Ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin istifadə etməli olduqları sanitar qovşağın vəziyyəti görənləri şoka salıb. |
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb. |
Hələ 2021-ci ildə bir əsri tamamlamasını təntənə ilə qeyd edən ali təhsil ocağında tələbələr üçün sanitar qovşaqların da, az qala, 100 yaşında olması videonu izləyən hər kəsi təəccübləndirib. |
Videogörüntü ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADPU-nun Mətbuat Xidmətindən bildirildi ki, həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir:""“Hal-hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb. |
Təsərrüfat Şöbəsinə şikayət o vaxtdan bildirilib, məşğul olurlar”. |
“Hazırda tələbələrin istifadə etdikləri sanitar qovşaqdan şəkillər varmı?” sualımıza isə Mətbuat Xidmətindən:“Universitetin binalarında sanitar qovşaqların sayı çoxdur. |
Hər binada alternativ sanitar qovşaqlar var və istifadə olunur. |
Hal-hazırda əlimdə şəkil yoxdur”, - cavabı verildi. |
İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb. |
Onun sözlərinə görə, seçki prosesinə çox həvəslə hazırlaşırlar:""“Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə etməyimizlə bağlıdır”. |
Ş.Uğurlu bildirib ki, Mərkəzi Seçki Komissiyası məntəqəni bütün lazımi avadanlıqlarla təmin edib:""“Prezident seçkisi günü məntəqədə 1 464 nəfər seçicinin öz səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb. |
Onların tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.