Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məntəqə sədri söyləyib ki, məntəqə ləvazimatlarla tam təchiz olunub və seçki gününü səbirsizliklə gözləyirlər:""“Məntəqə üzrə ən yaşlı seçicimizin 96 yaşı var və bu yaşda olanlar iki nəfərdir. |
Fevralın 7-də səyyar seçki qutusu ilə onların evlərinə gedərək səsvermə hüquqlarını təmin edəcəyik”. |
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. |
Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb. |
Bildirilib ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun yaşadığı Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
Hazırda ibtidai istintaq davam edir. |
Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat zamanı pasiyentə narkoz verdikdən dərhal sonra yuxuya gedib. |
Həkim o qədər möhkəm yatıb ki, həmkarları onu böyük çətinliklə oyada biliblər. |
Britaniya tribunalı anestezioloqun tibbi etikanı ciddi şəkildə pozduğu qənaətinə gəlib və onu bu əməlinə görə işdən uzaqlaşdırıb. |
Herbst özünü müdafiə edərkən bir gün əvvəl vergi bəyannaməsini doldurmaq üçün gecə yarıya qədər hesabat apardığını desə də, bunun ona heç bir köməyi olmayıb. |
“Prezident İlham Əliyevin Azərbaycanın inkişafına müstəsna töhfəsi dünya miqyasında təqdirəlayiqdir”. |
Bu barədə “Trend”ə Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç deyib. |
“Güclü və müdrik siyasi rəhbərlik olmadan mühüm nəticələr mümkün olmazdı və bu, Prezident İlham Əliyevin xidmətidir. |
Azərbaycanın son illər ərzindəki nailiyyətləri dünya ictimaiyyətinin səmimi heyranlığına layiqdir”, - o deyib. |
Orliç bildirib ki, son 20 il ərzində Serbiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələri inkişaf edib və strateji tərəfdaşlıq qurulub. |
Tərəflər bir-biri ilə hərtərəfli əməkdaşlığı da fəal inkişaf etdirirlər. |
“Bu gün ölkələrimiz arasındakı münasibətlər öncə möhkəm dostluq və liderlərimiz Prezident Aleksandar Vuçiç və Prezident İlham Əliyevin qarşılıqlı hörmət və dəstəyi əsasında qurulur. |
Hər iki ölkənin hökumət, parlament və vətəndaşları sıx əlaqə saxlayırlar. |
Serbiya və Azərbaycan arasında səmimi-qəlbdən qürur duyduğumuz münasibətlər gələcəkdə də möhkəmlənməkdə davam edəcək”, - deyə Orliç qeyd edib. |
O, həmçinin, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdiyini və Belqradın buna görə minnətdar olduğunu bildirib. |
“Dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması dünyanın bütün ölkələri üçün son dərəcə vacib olan müqəddəs hüquqdur və BMT Nizamnaməsi ilə hər bir dövlət üçün təmin edilir. |
Serbiyanın bu məsələ ilə bağlı mövqeyi belədir və biz bütün dünya qarşısında bunu açıq şəkildə deyirik. |
Ölkələrimiz anlayır ki, təəssüf ki, dünyada heç də hamı bu məsələ ilə bağlı bu cür prinsipial mövqeyə malik deyil. |
Məhz bu səbəbdən Serbiya və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət uğrunda mübarizədə səylərini birləşdirməlidirlər. |
Dövlətin öz ərazi bütövlüyünün bərpası üçün hərbi-siyasi strategiyadan istifadə etmək hüququ danılmazdır. |
Azərbaycan tərəfindən Serbiyanın suverenliyinin dəstəklənməsi xalqlar arasındakı səmimi dostluğun böyük sübutudur. |
Azərbaycan daim Serbiya tərəfindən analoji dəstəyə bel bağlaya bilər. |
Serbiya özü üçün arzuladığı sülh, sabitlik, tərəqqi və inkişafı Azərbaycan üçün də arzu edir”, - Orliç deyib. |
O, Azərbaycanda keçiriləcək prezident seçkisinin tarixi əhəmiyyət daşıdığını, müstəqilliyin bərpasından sonra seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyini qeyd edib. |
“Ölkənin bütün vətəndaşlarının səsvermədə iştirak etməsi olduqca vacibdir, çünki ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. |
İstər siyasət sahəsi, istərsə də infrastruktur və həyat keyfiyyətində müstəqil siyasət olmadan irəliləyiş əldə etmək mümkün deyil. |
Həm Azərbaycan, həm də Serbiya məhz bu cür siyasət yürüdən liderlərin qətiyyəti və uzaqgörənliyi sayəsində bu həqiqəti yaxşı dərk edirlər. |
Ölkələrimizin vətəndaşları işıqlı gələcəyin təmin olunması üçün seçkilərdə fəal rollarının nə dərəcədə vacib olduğunu dərk edir və öz səslərini onları bu işıqlı gələcəyə aparmaq iqtidarında olan ən yaxşı liderlərə verirlər”, - o vurğulayıb. |
Belaruslu rəssam və heykəltaraş İvan Karpitski buzdan gəmi düzəldib. |
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. |
Kadrlardan aydın olur ki, gəminin hərəkətini idarə etmək üçün fırlanan şturvalı və enerji mənbəyinə qoşula bilən və avar funksiyasını icra edən iki təkəri var. |
Mənbə:“Pul №3” “Telegram” kanalı |
Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. |
Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər. |
“Qara bazar”da dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həb ələ keçirilib. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. |
Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. |
“Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. |
Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. |
“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. |
Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, - məlumatda bildirilib. |
Nəsimi Rayon Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verib. |
“Qafqazinfo” xəbər verir ki, məhkəmənin çıxardığı hökmlə Niyaz Şərifova Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə bəraət verilib və o, məhkəmə zalındaca həbsdən azad edilib. |
Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib və sübutlar yenidən dəyərləndirilib. |
Nəticədə N.Şərifovun cinayət törətməsinə dəlalət edən hər hansı faktın olmadığı müəyyənləşib. |
Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Şərifov ötən ilin 8 iyun tarixindən həbsdə saxlanılırdı. |
Qanunvericiliyə əsasən onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var. |
Fevral ayında Brüsseldə Avro-Atlantik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təsis qurultayı keçiriləcək. |
Avro-Atlantik məkanda azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu - Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) yaranacaq. |
Bu barədə Oxu.Az-a Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, təşəbbüs qrupuna rəhbərlik edən Sahil Qasımov məlumat verib:""- Qurultayda təşkilatın nizamnaməsinin təsdiqi, loqosunun və internet saytının təqdim edilməsi nəzərdə tutulur. |
Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının yaradılmasına təkan verən son hadisələr, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qərəzli qərarı olub. |
EAPCA-da hüquqşünaslar və siyasətçilər işləyəcəklər. |
Keçmiş deputatlarla danışıqlar aparılır. |
- Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası ilə rəsmi Bakı arasında əlaqə saxlanılacaqmı? |
- Bizim rəsmi Bakı ilə sıx əlaqəmiz var. |
Biz Azərbaycan Respublikasının Brüsseldəki və Avropa İttifaqındakı səfirliyi ilə birgə işləyirik, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşirik. |
- Qərbdəki diasporumuz tez-tez erməni lobbisi və ermənipərəst siyasətçilərin təhdidləri ilə üzləşir. |
- Hər zaman ermənipərəst lobbi və siyasətçilər tərəfindən təzyiqlər olub. |
Amma Azərbaycan bizim tarixi Vətənimizdir və bizdən başqa Avro-Atlantik zonada ölkəmizi müdafiə edəcək heç kim yoxdur. |
Biz bilirik ki, haqlıyıq və bu, bizi daha da gücləndirir. |
- Azərbaycanla Avropa arasında açıq-aşkar böhran var, bunu özünüz də dediniz. |
- Doğrudan da, böhran var, bitmir, əksinə, son vaxtlar daha da güclənib. |
Amma əminəm ki, zaman keçdikcə gərginlik səngiyəcək. |
44 günlük müharibədə qələbəmizdən sonra Avropadakı azərbaycanlılarda xatircəmlik yarandı. |
Amma mən müharibədən dərhal sonra dedim ki, indi biz daha çox işləməliyik, rahatlaşmamalıyıq və siyasi arenada mümkün qədər fəal olmalıyıq. |
Bərdənin Lənbəran kəndində yaşayan Zamanovlar ailəsini tanımayan yoxdur. |
Çingiz Zamanov ömrünü nəsildən-nəslə keçən dəmirçilik sənətinə həsr edib. |
Dəmirçi Çingiz dayıya bu işdə doqquz yaşlı nəvəsi də kömək edir:""“Kəndimizdə olan yeganə dəmirçixana buradır. |
Atamın bu günə kimi saxladığı bu alətləri indi mən qoruyuram. |
Ondan öyrəndiyim bu sənəti mən də öz nəvələrimə ötürürəm”. |
Daha ətraflı Baku TV-nin süjetində: |
“2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) iqlim ambisiyaları silsiləsində ən mühüm hadisədir. |
O vurğulayıb ki, COP-un ev sahibi və prezidenti olmaq həm şərəf, həm də böyük öhdəlik və məsuliyyətdir:""“Mən bir daha Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırıram. |
Bu il, xüsusən də son günlər, Bakıda apardığımız konstruktiv və düşünülmüş müzakirələr məni çox ruhlandırdı. |
Genişmiqyaslı dəyişiklikləri idarə etmək üçün ağır işləri üzərinə götürməyə hazır olmaq çox vacibdir. |
Çünki artıq dünyanın iqlim mübarizəsinin bütün aspektlərində işlərin normal vəziyyətə qayıtmasının vaxtı çatıb”. |
BMT-nin icraçı katibi bildirib ki, həm qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağa, həm də bütün xalqları iqlim dəyişikliyinin təsirlərindən qorumağa nail olsaq, dünyanın necə görünəcəyini təsəvvür edərək, 2050-ci ilə irəliləmək mümkün olacaq:""“Əlbəttə ki, bu, utopiya olmayacaq… Bu uğur vizyonunda qlobal en... |
Ölkələr və ya ən azı regionlar enerji ilə özünü təmin edəcəklər. |
Bərpa olunan mənbələr enerjini hamı üçün əlçatan, əlverişli və proqnozlaşdırılabilən hala gətirdi. |
Bu o deməkdir ki, biz keçmişdə iqtisadi meyilləri və konfliktləri formalaşdıran sarsıntılardan və bərabərsizliklərdən qaça bilərik”. |
Saymon Stil hesab edir ki, əvvəllər qalıq yanacaq subsidiyalarına sərf olunan trilyonlar daha yaxşı məqsədlər üçün xərclənə bilər:“Səhiyyə, təhsil, geridə qalanlar üçün təhlükəsizlik şəbəkələri”. |
O qeyd edib ki, böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən küçələrə çıxmaq artıq tibbi baxımdan təhlükəli deyil:""“Nəticədə hər il milyonlarla həyat xilas olunur. |
İqlimədavamlılıq və uyğunlaşma istiqamətindəki 25 illik investisiyalar, kənd təsərrüfatı təcrübələri və təbiəti qorumaq istiqamətindəki dəyişikliklər ekstremal iqlim hadisələrindən insanlara və əmlaka dəyən zərəri azaldıb. |
Onilliklərlə davam edəcək karbonsuzlaşma səyahətinin dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından biri olacağını demək üçün falçı olmağa ehtiyac yoxdur. |
Tam mənası ilə bu, sənaye inqilabı və ya rəqəmsal iqtisadiyyatın gəlişi ilə müqayisə edilə biləcək”. |
İcraçı katib diqqətə çatdırıb ki, bu, həm də dövrümüzün ən böyük kommersiya imkanlarından biridir:""“Əgər transformasiyanı düzgün həyata keçirsək, 2050-ci ildə planetimizdə gözlənilən 9,7 milyard insan üçün dərin sosial dəyişikliklərin və real faydaların meydana çıxması gözlənilir. |
Bir şeyi aydınlaşdırmaq istəyirəm ki, bu, sadəcə, arzu deyil. |
Bu, Paris Sazişində və BMT-nin iqlim konfranslarında sətir-sətir, söz-söz, vergül-vergül müzakirə edilən razılaşmalarda öz əksini tapıb. |
Bu, nə utopiya, nə də distopiyadır, utilitar, praqmatik və əldə ediləbiləndir, mövcud, lakin hələ tammiqyaslı olmayan texnologiyalara və həyata keçirilən siyasətlərə əsaslanır”. |
Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.