Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
APA-nın məlumatına görə, ailəsi tərəfindən yanvarın 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib. |
Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. |
Bu barədə onun həyat yoldaşı bildirib. |
Onlar bu barədə polisi də məlumatlandırıblar. |
İşğaldan azad edilmiş Ağdam şəhərində 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı məntəqəsi yaradılıb və səsverməyə hazırlıq prosesi tam başa çatıb. |
Onun sözlərinə görə, 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. |
A.Rəhimova deyib ki, Ağdam Konfrans Mərkəzində yerləşən məntəqənin həyətində lövhə qoyulub, oraya prezidentliyə namizədlərin təşviqat plakatları vurulub. |
“Məntəqə üzrə səs verəcək seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə məşğul şirkətlərdə çalışan şəxslərdir. |
Mən Ağdam şəhərində 57 saylı məntəqədəyəm. |
Böyük xoşbəxtlikdir ki, bu gün burada seçki keçirilir. |
Səsvermə gününü səbirsizliklə gözləyirik. |
Bu tarixi günlərdə seçicilərimiz qürurlu olduqlarını ifadə edirlər. |
Artıq seçici siyahılarına uyğun olaraq bildirişlər də tam paylanılıb”, - məntəqə sədri vurğulayıb. |
118 saylı Ağdam şəhər seçki dairəsinin işğaldan azad edilən ərazilərdə ümumilikdə 3 seçki məntəqəsi formalaşdırılıb. |
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. |
Parisdə (Fransa) dəmiryol vağzalında silahlı hücumun bəzi təfərrüatı məlum olub. |
Polisin verdiyi məlumata görə, saat 07:45-də (Bakı vaxtı ilə 10:45 - red.) |
Lion stansiyasında sərnişinlərə hücum edən şəxs Malidən olan evsiz afrikalıdır. |
O, bıçaq və çəkiclə silahlı olub. |
Xəsarət alanlardan birinin vəziyyəti ağır olsa da həyatının təhlükədə olmadığı deyilir. |
Ruhi xəstəlik əlamətləri olan 32 yaşlı kişi stansiyanın mühafizəçiləri tərəfindən ram edilib və polisə təhvil verilib. |
Onun üzərində tapılan yeganə sənəd İtaliyada verilmiş sürücülük vəsiqəsi olub. |
Cinayətin motivləri hələlik məlum deyil, terror aktı versiyası hazırda nəzərdən keçirilmir. |
Mənbə:AFP"12:59"Fransa paytaxtında insanlara bıçaqlı hücum olub. |
Bu barədə yerli hüquq-mühafizə orqanından bildirilib. |
Hadisə Parisdə dəmiryol vağzalında (hansı olduğu açıqlanmır) baş verib. |
İlkin məlumatlara görə, azı üç nəfər yaralanıb. |
Hücum edən şəxsin saxlanıldığı bildirilir. |
Ölkə ərazisində fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. |
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. |
Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. |
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. |
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcə-dək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə-dək isti olacaq. |
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
Bakıda silahlı şəxs saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. |
Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb. |
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. |
“Yeddi fevral seçkisinin biz kəlbəcərlilər üçün xüsusi əhəmiyyəti var. |
Çünki prezident seçkisi ilk dəfədir ki, işğaldan azad edilmiş doğma Kəlbəcərimizdə də keçiriləcək. |
Hamımız böyük sevinc və həyəcanla seçki gününə hazırlaşırıq. |
Bütün kəlbəcərlilərin səsvermədə iştirak edəcəyinə əminəm”. |
Secki-2024.az saytı xəbər verir ki, bunu 123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayev deyib. |
DSK sədri bildirib ki, dairənin 64 seçki məntəqəsindən ikisi ilk dəfədir Kəlbəcər ərazisində fəaliyyət göstərir:“Son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı Kəlbəcərin qalın qar örpəyinə bürünməsinə və yollarda gediş-gəlişin nisbətən çətinləşməsinə baxmayaraq sözügedən məntəqələrin təchizat və təminat m... |
Digər məntəqələrimizdə olduğu kimi burada da 7 fevral prezident seçkisinin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri yekunlaşıb”. |
A.Murtuzayev həmçinin bildirib ki, 123 saylı dairə üzrə qeydiyyatda olan 55 min 572 seçicidən 5 131 nəfəri prezident seçkisində ilk dəfə səsvermə hüququndan istifadə edəcək:“Həmin seçicilərdən 163 nəfəri 18 yaşı yeni tamam olanlardır. |
Ən yaşlı seçicilərimizə gəlincə, bildiyiniz kimi, Kəlbəcər uzunömürlülər diyarı kimi tanınır. |
Hazırda dairədə yaşı 100-dən çox olan 10 nəfər qeydiyyatdadır. |
Onların arasında ən yaşlısı isə Kəlbəcər şəhər sakini, 1913-cü il təvəllüdlü Baxşəliyeva Xeyrənsa İsmayıl qızıdır”. |
Böyük Britaniyanın dünyaca məşhur “The Beatles” rok qrupunun üzvlərinin çəkdikləri tablo hərracda 1,74 milyon dollara (2,9 milyon AZN) satılıb. |
Bildirilir ki, tablo qrupun 1966-cı ildə Yaponiyada konsert turu zamanı çəkilib. |
Rəsm abstraksionizm üslubunda işlənib. |
Əsər ənənəvi yapon kağızı “vaşi”də həkk olunub. |
Mənbənin sözlərinə görə, həmin günlərdə rok qrupunun üzvləri təhlükəsizlik səbəbi ilə konsertlərdən asudə vaxtlarında daim hoteldə qalmağa məcbur olublar. |
Bu onları qrupun bütün üzvlərinin avtoqrafının yer aldığı birgə şəkil çəkməyə vadar edib. |
Sonralar rəsm “Qadın obrazları” adlandırılıb. |
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası (UPLG) Korsikanın dekolonizasiyası və müstəqilliyi məsələsini yenidən gündəmə gətirmək üçün Korsikada “Nazione” Partiyasının yaradılmasını dəstəkləyib. |
Bununla bağlı partiya müvafiq bəyanat yayıb. |
Bildirilir ki, 2024-cü il yanvarın 28-də, bazar günü bir neçə Korsika partiyası və təşkilatı ölkələrinin müstəqilliyi məqsədilə yeni Korsika siyasi partiyası yaratmaq üçün bir araya gəliblər. |
Korsika ərazi məclisinin seçilmiş üzvləri Korsika üçün muxtariyyət layihəsinin tərəfdarı olduqlarını və Fransa hökuməti ilə danışıqlar aparmaq istədiklərini bildirdikləri halda, yeni partiyanın üzvləri bu yolun dalana aparacağını düşünərək onun əleyhinə çıxış edirlər. |
Bu baxımdan, onların qərarı polineziyalıların mövqeyi ilə üst-üstə düşür. |
“Korsika xalqının uzun illərdir apardığı mübarizəyə baxmayaraq, Fransa hakimiyyəti repressiya və qərəzli siyasətini davam etdirir. |
Belə ki, Fransa hakimiyyəti Korsikanın və onun xalqının mövcudluğu reallığını qəbul etmir, Korsika xalqının öz müqəddəratını müəyyənləşdirmək hüququnu tanımır. |
Bütün həll yollarını araşdırdıqdan sonra Fransa prosesi ləngitmək üçün hər şeyi edir. |
Korsikanın ən qətiyyətli övladları buna “YOX!”, “DUR!” deyirlər. |
Onlar Korsikanın yenidən müstəmləkəyə çevrilməsini və əhalisinin dəyişdirilməsini qəbul etmirlər. |
Həmçinin, onlar öz müqəddəratını müəyyənləşdirmək hüququnu həyata keçirmək haqqını tələb edirlər. |
Onlar bütün Korsika xalqını səfərbər olmağa, öz hüquqlarına hörmət etdirməyə və müstəqilliklərini qazanmaq üçün bütün vasitələrdən yararlanmağa çağırırlar. |
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası Korsika məsələsini qaldırmaq üçün bir araya gəlmiş fəallara tam dəstəyini və suverenlik uğrunda mübarizədə həmrəyliyini ifadə edir. |
Yaşasın azad və suveren Korsika!” - deyə partiyanın baş katibi Jan-Jakob Bisepin imzaladığı bəyanatda vurğulanır. |
Qeyd edək ki, Korsika adası Fransanın Aralıq dənizində yerləşən xüsusi statuslu ərazisi, Qvadelupa isə Karib dənizinin şərq hissəsində yerləşən dənizaşırı ərazisi hesab olunur. |
Hər iki ərazi Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparır. |
İstanbulda “Santa Maria” kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb. |
Bu barədə Türkiyənin təhlükəsizlik mənbələrindən xəbər verilib. |
Bildirilir ki, MİT (Milli Kəşfiyyat Təşkilatı) və Təhlükəsizlik Baş İdarəsinin koordinasiyalı şəkildə həyata keçirdiyi araşdırmalar zamanı şübhəlilər təsbit edilib və onlara qarşı eyni vaxtda əməliyyat təşkil edilib. |
Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər də ələ keçirilib. |
Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda “Santa Maria” kilsəsində ibadət zaman silahlı hücum baş verib. |
Kilsəyə daxil olan iki maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər. |
Yunanıstanın paytaxtı Afina şəhərində Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında partlayış törədilib. |
Bu barədə “ERT” dövlət televiziyası məlumat yayıb. |
Bildirilib ki, nəticədə ərazidə dağıntılar yaranıb. |
Məlumata görə, nazirlik qarşısında partlayış törədiləcəyi ilə bağlı polisə məlumat daxil olub. |
Bundan sonra ərazidən insanlar təxliyə edilib, yol nəqliyyatın hərəkəti üçün bağlanıb. |
Törədilən partlayış Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinə xəbərdarlıq sayılır. |
Bildirilib ki, partlayışın məsuliyyətini “İnqilabçı Sinfi Özünümüdafiə” kimi gündəmə gələn bir təşkilat öz üzərinə götürüb. |
İnformasiyaya əsasən, Yunanıstan parlamenti ölkədə gündəlik iş vaxtının 13 saata qədər artırılması ilə bağlı qanun layihəsini qəbul edib. |
Buna qarşı etiraz aksiyaları və tətillər keçirilib. |
Bildirilib ki, iş rejiminin belə tənzimlənməsi gündəlik iş vaxtının 13 saata, həftəliyin isə 78 saata çatdırılmasına yol açıb. |
Yeni qanuna əsasən, bayram və bazar günləri işləmək də məqbul sayılır. |
Fransa özünü Ermənistanın yiyəsi kimi aparır. |
Paris bir vaxtlar Afrikada, Yaxın Şərqdə törətdiyi əməlləri indi Cənubi Qafqazda təkrarlamağa çalışır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.