Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Fransa Milli Jandarmeriyasının xarici əlaqələr üzrə komandanı briqada generalı Uilyam de Meyer Avropa İttifaqı (Aİ) Mülkü Missiyasının yerləşdiyi ərazilərə baş çəkib. |
Bu hadisə rəsmi Parisin Cənubi Qafqaza hərbi müdaxiləsinin açıq-aşkar göstəricisidr. |
Rəsmi Paris və Berlin Avropa İttifaqı missiyası Ermənistanın Azərbaycanla sərhədinə yaxın ərazisində yerləşdiriləndə bunun mülki xarakter daşıdığını bildirirdilər. |
Ancaq missiyanın tərkibinin əvvəlcə 20-30 nəfərdən ibarət olacağı deyildiyi halda, indi onların sayı az qala hər ay artır. |
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ötən ilin dekabrında “müşahidəçi”lərin sayını 138-dən 209-dək artıracaqlarını bildirmişdi. |
Qurumun rəhbərləri iddia edirlər ki, onların sayını artırmaqla Azərbaycanla Ermənistan arasında “beynəlxalq sərhədlərdə sabitliyi” gücləndirəcəklər. |
Jozep Borrel və Ermənistanın havadarları iki ölkə arasında münasibətlərə bu kimi müdaxilə ilə tərəfləri bir-birindən uzaqlaşdırır, etimad mühitinin yaranmasına mane olur, onların sülh və əməkdaşlıq istiqamətində addım atmasını əngəlləyirlər. |
Avropa İttifaqının məlum missiyası isə dinc, mülki mahiyyətini itirir. |
Bu missiya Fransanın patronajlığı altında fəaliyyət göstərən hərbi qruplaşmadır. |
Fransa Cənubi Qafqazda hərbi mövcudluğunu bu missiya adı altında reallaşdırır. |
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda hərbi sahədə əməkdaşlığın şaxələndirilməsinə dair açıqlama vermişdi. |
Bununla o, Fransanın ölkə ərazisində bu istiqamətdə fəaliyyətinə “yaşıl işıq” yandırıb. |
Fransanın Ermənistanı silahlandırması, bu ölkədə missiyasını gücləndirməsi buna sübutdur. |
Fransalı hərbi təlimatçıların Ermənistan ordusundakı fəaliyyəti, briqada generalı Uilyam de Meyerin səfəri Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərdə mövqelərini gücləndirərək qarşı tərəfin istənilən təxribatına hazır olmasını deməyə əsas verir. |
Bu kimi hadisələr Fransanın Ermənistanı revanşa hazırladığını təsdiqləyir. |
Məqsəd Azərbaycana hücum edib, lokal əməliyyat keçirib, ən azından, bir parça torpaq almaqdır. |
Bununla da Fransa Cənubi Qafqazda öz gücünü nümayiş etdirmək, Ermənistanda isə revanşistlərə mənəvi dəstək vermək niyyətindədir. |
Fransanın bu addımları təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanda tədricən nəzarəti itirən, bu ölkədə hərbi bazası olan Rusiyaya, Ermənistanla həmsərhəd olan İrana ismarışdır. |
Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyətinə radikal müxalifət uzun illərdir Fransa ərazisində yerləşir. |
Bu baxımdan, Yelisey sarayının perspektivdə onları silahlandıraraq Ermənistan ərazisindən İrana hücum təşkil etməyəcəyinə təminat yoxdur. |
Qeyd edək ki, bir vaxtlar İraqla müharibə zamanı bu müxalifət İrana qarşı hərbi əməliyyatlarda iştirak edib. |
Yəni belə bir təcrübə mövcuddur. |
Ermənistan yaradıldığı vaxtdan Cənubi Qafqazda başqa dövlətlərə casusluq edib. |
Əvvəllər çar Rusiyası, SSRİ, RF qarşısında etdiyi xidməti indi Qərbə göstərir. |
Başqa sözlə, Fransanın başçılığı altında ondan Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayırlar. |
Tarix belə hadisələrin ziyanlı olduğunu dəfələrlə təsdiqləyib. |
Livanda sabitliyin yaranmasına mane olanlardan biri də Fransadır. |
Rəsmi Paris bununla da Yaxın şərqdə sabitliyin pozulmasına öz “töhfə”sini verir. |
Livanın İsrail ərazisinə, qarşı tərəfin isə cavab atəşi açması bunu təsdiqləyir. |
Yelisey sarayı Beyrut layihəsinin oxşarını Cənubi Qafqazda reallaşdırmağa səy göstərməklə Ermənistanı Livana çevirir. |
Görünür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın sonuncu günü Ermənistanın NATO ilə yaxınlaşmasının təhlükəli olacağına dair xəbərdarlıq edərkən həm də Fransanın bu ölkədə hərbi fəaliyyətini diqqətə çatdırıb:“Ermənistan NATO-ya qəbul olmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğun... |
Fransa özünü Cənubi Qafqazda NATO və Avropa İttifaqının nümayəndəsi kimi aparmaqla bu qurumların da regiondakı nüfuzuna zərbə vurur. |
Fransalı briqada generalının Ermənistan-Azərbaycan sərhədyanı ərazilərə səfəri Nikol Paşinyanın sülh, bir-birinə hücum etməmək barədə razılaşma, yeni konstitusiya yazmaq kimi açıqlamalarının saxtalığını ifşa edir. |
Bütün bunlar göstərir ki, Fransa Ermənistana müstəmləkə torpaqları kimi yanaşır. |
Əks halda, rəsmi İrəvanın Azərbaycanla yaxınlaşmağa dair istəklərinə də hörmət edərdi. |
“Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkisinə hazırdır. |
Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq”. |
1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub. |
M.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. |
Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir. |
O bildirib ki, Zabux kəndinin ən yaşlı seçicisi 88 yaşlı Şəmil Fərəcovdur:“O, ərizə ilə bizə müraciət edərək səyyar səsvermə hüququndan istifadə etmək istəyini bildirib. |
Onun və həmçinin səhhətində problem olan seçicilərimizin səsvermə hüququnu təmin etmək üçün səyyar qutular göndəriləcək”. |
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. |
Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600-dən çox fəalı bir araya gətirib. |
Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. |
Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər. |
Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib. |
AZƏRTAC xəbər verir ki, konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. |
Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. |
Həmçinin daxili işlər naziri J.Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar. |
“Nazione” Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi. |
Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. |
Belə ki, onların evlərinə hücum edilərək, qapıları partlayıcılarla dağıdılıb, uşaqlarının gözü önündə ataları yerə yıxılaraq həbs olunub, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb, siyasi və peşə öhdəliklərində vicdanlı və hörmətli olan iki fəal arbitrar şəkildə Parisə gö... |
Bu gün “Nazione” dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir”, - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər. |
Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanıdır. |
Onların azadlığa buraxılması tələb olunur. |
“Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi “Nazione”nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır. |
Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. |
Bir daha bəyan edirik ki, “Korsika işləri” ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasının söyləmək bir “əfsanədir” və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib. |
Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib:müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir. |
Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. |
Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. |
Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsü vurğulayıb. |
Qeyd edilib ki, yüzlərlə “Nazione” fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. |
Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil. |
“Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. |
“Nazione” yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək”, - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar. |
Konfransın sonunda “Nazione” fəalları gələn həftə daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə “Korsika xalqının hüquqları uğrunda! |
Yaşasın millət!” şüarları ilə etiraz nümayişinə çağırış ediblər. |
Sonda partiya üzvləri 18 maskalı fransız polisinin “Nazione”nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. |
Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. |
Qeyd ediblər ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. |
Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər. |
“Azərbaycanda futbol oynamaqdan zövq alıram”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Paçu Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib. |
Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib:“Burada olduğuma görə çox xoşbəxtəm. |
Məşq və oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”. |
Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir:“Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. |
Çünki Tovuz azarkeşləri bizim üçün vacibdir”. |
27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib:“Məqsəd “Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. |
Qeyd edək ki, Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. |
İranda aldadılmış investorlara atəş açılıb. |
Hadisə nəticəsində ölən və yaralananlar var. |
Bu barədə “Azad İran” “Telegram” kanalı Takestan şəhər başçısının müavini Zəbihullah Baqeriyə istinadla xəbər verib. |
Bildirilir ki, atışma dünən “Almas Khodro” şirkətinin aldadılmış investorlarının etirazı zamanı baş verib. |
Belə ki, etirazçılar şirkət rəsmisinin evinin önündə toplaşıblar. |
“Almas Khodro”nun məsul şəxsi isə onlara atəş açıb. |
Nəticədə bir nəfər ölüb, altı nəfər isə yaralanıb. |
Hadisə ilə bağlı cinayət işi açılıb. |
Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradılıb. |
Bildirilib ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gələn 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 8:00-dan 19:00-dək səsvermə hüquqları... |
Məntəqə seçki komissiyası prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. |
Məlumata görə, Türkmənistanda konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. |
Səsvermədə iştirakla əlaqədar seçicilər məlumatlandırılıblar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.