Search is not available for this dataset
text
stringlengths
10
518k
Eyni zamanda, səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.
Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə...
Almaniyalı fermerlər güzəştlərin ləğvinə etiraz əlaməti olaraq Frankfurt-Mayn hava limanı ərazisində növbəti etiraz aksiyası keçiriblər.
Qeyd olunur ki, fermerlər hava limanına aparan bir neçə yolu bağlayıblar.
Aksiyaya gün ərzində 2 minə yaxın kənd təsərrüfatı texnikası cəlb olunacaq.
Axşam saatlarına qədər hava limanına gedişin çox çətin olacağı gözlənilir.
Şəhər polisi vətəndaşları şəxsi avtomobilləri ilə aeroporta getməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Almaniya hökuməti daha əvvəl 2024-cü il üçün büdcə qənaəti axtarmağa məcbur qalıb.
Bu, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən hökmündən sonra zəruri olub.
Qənaətlərlə bağlı bəzi maddələr fermerlərə aid olub.
Onların dizel yanacağı alışı zamanı endirimlərdən və vergi güzəştlərindən məhrum edilməsi nəzərdən keçirilib.
Ölkənin Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə hər il 480 milyon avro qənaət etməyə kömək edəcək.
Bunun ardınca genişmiqyaslı etirazlar baş verib.
Yanvarın 4-də məlum olub ki, Almaniya Nazirlər Kabineti planı korrektə edib:güzəştlər dərhal yox, tədricən, özü də tam həcmdə olmadan ləğv ediləcək.
Fermerlər bununla da razılaşmayıb və etirazlarından əl çəkməyəcəklərini bildiriblər.
Alman fermerlər yanvarın 8-də etiraz aksiyalarına davam ediblər.
Onlar Almaniyanın müxtəlif yerlərində federal magistrallardakı qovşaqları və yük limanlarındakı konteyner terminallarını bağlayıblar.
Yanvarın 15-də Berlində genişmiqyaslı nümayiş keçirilib; etirazçılar Brandenburq qapısına 5 min kənd təsərrüfatı texnikası toplaya bilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəsində Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir etdiyini deyib.
Bu barədə o, “ASAN Radio”ya müsahibəsində danışıb.
Səfir Azərbaycanı gözəl insanları və dağları olan unikal ölkə hesab etdiyini vurğulayaraq əlavə edib ki, Bakıya gəlməzdən əvvəl altı həftə Gəncədə yaşamaq Azərbaycan həyatını və mədəniyyətini tanımaq üçün ona çox kömək edib:""“Britaniyada bir çox insan Azərbaycan barədə çox şey bilmir.
Amma “Formula-1” yarışları bəzi insanların Azərbaycanı xəritələrdə tapmasına kömək etdi.
Bu yaxınlarda britaniyalı bir tarixçi Azərbaycan haqqında çox məşhur televiziya proqramı hazırladı.
Bu, Azərbaycanı bir çox insana tanıtdı.
Onlar gəlib buranı öz gözləri ilə görmək istədiklərini deyirlər”.
F.Auld Böyük Britaniyaya gedərkən Azərbaycandan apardığı hədiyyələrdən də söz açıb:""“Xalça, ev paxlavası və Göyçaydan narşərab aparmışam.
Mən Azərbaycanın hər yerindən fərqli yeməklər dadmağı sevirəm.
Lənkəranın turşu kababını çox sevirəm.
Amma həm də Gəncədə təndir çörəyi ilə təzə qaymaq, bal yeməyi sevirəm, Şəki pitisini də xoşlayıram.
Düzü, mən Azərbaycanda yemək məsələsində çox ehtiyatlı olmalıyam, yoxsa çox tez kökələrəm”.
(gülür)"Diplomat iş çoxluğu səbəbilə başını qaşımağa vaxt tapmadığını da söyləyib:""“Həftəsonu vaxtım olarsa, təmiz hava üçün Bakıdan çıxmağı, ölkənin başqa yerlərini kəşf etməyi xoşlayıram.
Tədbirlərdə şotland milli geyimi olan kilt geyinməyi sevirəm.
Məni bir az “Cəsur ürək” filmindəki Vilyam Uolles kimi hiss etdirir.
Kilt rəqs etmək üçün əladır, ona görə də onu növbəti böyük Azərbaycan toy mərasimində geyinməliyəm”.
F.Auld işğaldan azad edilmiş ərazilərə səfərindən və indiyədək Şuşaya getməməsindən söz açıb:""“Bu günə qədər Qubadlı, Füzuli, Zəngilan və Ağdamda olmuşam.
Şuşada hələ də olmamışam, ümid edirəm, bir gün dəvət etsələr, gedəcəyəm.
Düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında xüsusi bağ var, hara getsəm, məni isti qarşılayırlar.
Bu, insanlar, hökumətlər və biznes qurumları arasındakı əlaqələri göstərir.
Ümid edirəm ki, hər bir mühüm addımda Azərbaycan və Britaniyanın yan-yana dayanacağını görəcəyik”.
Korsika adasında etirazçı qrupların Fransaya qarşı müstəqillik çağırışları davam edir.
Muxtariyyətdən başqa digər variantları rədd edən Makron administrasiyası artıq iki nəfəri həbs edib.
Adada yaradılan yeni müstəqillik hərəkatı “Nazione” evlərində, ailələrinin gözü qarşısında tutulan şəxslərin azadlığını tələb edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə hazırda Korsikada olan “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrul danışıb.
O, “Nazione” hərəkatının mətbuat konfransında təqdim olunan sənədlərdən söz açıb:""“Burada yazılanlar Fransa polisinin müstəqillik üçün mübarizə aparanlara qarşı necə əməliyyat həyata keçirdiyinin qısa özətidir:partladılan qapılar, zərər görən evlər, əzilmiş uşaq oyuncaqları, uşaqlarının qarşısında döyülən atalar və Pa...
E.Tuğrul həmçinin deyilənlərin əyani sübutu kimi bu hadisələrin qeydə alındığı fotoları nümayiş edib.
Ermənistanın qonşu ölkələrə ərazi iddiaları onun Müstəqillik Bəyannaməsində, eləcə də Konstitusiyasında yer alır.
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərin konstitusiyanın orada yer alan Qarabağın Ermənistana birləşdirilməsi iddiasına görə dəyişdirilməsi ilə bağlı sualına çox maraqlı cavab verib.
O, hətta İranın ərazi bütövlüyü məsələsinə də toxunub.
“Biz tarixi ədalətdən danışdıqda, qonşularımıza qarşı ərazi iddiaları irəli sürdükdə anlamalıyıq ki, bu, təkcə onların yox, bizim də ziyanımızadır.
Van gölündən danışanda niyə Urmiya gölündən susuruq?
Və kim dedi ki, ərazi iddiaları yalnız Vanla bağlı olmalıdır?
Təsəvvür edək ki, hərbi balans nə vaxtsa bizim xeyrimizə pozulur.
Onda Azərbaycan yenə ordusunu gücləndirəcək, beynəlxalq hüquqa söykənən haqqını alacaq, yəni Qarabağı qaytaracaq.
Dünyanın heç bir ölkəsi Qarabağı müstəqil Ermənistanın bir hissəsi kimi tanımayıb, siz bunun nə demək olduğunu başa düşürsünüz?” - deyə deputat bildirib.
“Tarixi binaya zərər vurulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb”.
Bunu Oxu.Az-a açıqlamasında “Vest Ltd.” QSC podratçı şirkətinin nümayəndəsi bildirib.
“Bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib.
Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılıb, cüzi nöqsanlar aşkar edilsə də, binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb”.
Şirkətin açıqlamasında o da qeyd olunub ki, memar tərəfindən nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub:""“Elmlər doktoru, professor memar Elçin Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılm...
Qeyd edək ki, ötən gün Oxu.Az-a açıqlamasında memar Elçin Əliyev Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının laqunda ilə ağardılmasının tarixi binaya müdaxilə olduğunu bildirmişdi.
Uzun müddətdir Ermənistanın hakim partiyası sayılan “Vətəndaş müqaviləsi”nin daxilində klan müharibəsi gedir.
Baş nazir Nikol Paşinyanın əvvəllər qeyd-şərtsiz, partiyadaxili iqtisadi və sosial qüvvələri müxtəlif üsullarla möhkəmləndirən şəxsi nüfuzu indi zəifləyib.
Bu gün hakim komanda daxilində müxtəlif maraqları müdafiə edən qruplaşmalar yaranıb.
Hakimiyyətə gələndə evsiz-eşiksiz, pulsuz-parasız olan bir sıra üzvlərin qısa zaman ərzində var-dövlət, İrəvanın ən bahalı rayonunda mənzillərə, villalara sahib olmaları artıq daxili narazılığın sürətlənməsinə rəvac verib.
Hakimiyyətdə təmsil olunan partiya elitasının milyonlara sahib olması yüzlərlə tərəfdarın ciddi narazılığına səbəb olub.
Narazı təbəqə artıq hakim qruplaşmanın aşağı təbəqənin vəziyyəti ilə maraqlanmadığını bildirib.
Ardıcıl gələn şikayətlər isə baş nazir Nikol Paşinyanı ciddi şəkildə narahat etməyə başlayıb.
Təsadüfi deyil ki, bir ay öncə keçirilən iclasda partiya sıralarına yeni üzvlərin cəlb edilməsinin vacibliyindən danışan Nikol bu narazılıqların gələcəkdə ciddi problemə səbəb olacağından ehtiyat etməyə başlayıb.
Eyni zamanda erməni siyasi kulislərində bu yaxınlarda yeni partiyaların yaradılması barədə dolaşan söz-söhbət də bu narazılığı artırıb.
Baş nazir açıqlama verərək, heç kəsə himayədarlıq etmədiyini, heç kəsə rüşvət və korrupsiya ilə pul qazanmağa icazə vermədiyini bildirib.
O, toplanan məlumatları hüquq-mühafizə orqanlarına çatdıracağına və təqsirkarların cəzalandırılacağına söz verib.
Son iki gündə İrəvanda baş verən hadisələr isə artıq N.Paşinyan tərəfindən düyməyə basıldığından xəbər verir və partiya üzvləri ilə bağlı qalmaqallı xəbərlər ortaya çıxır.
Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində əməliyyat keçirib.
Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb və onların arasında nazir müavini Ani İspiryan, Dövlət İnvestisiyaları Siyasəti Departamentinin rəisi Lili Sirakanyan da var.
Sözügedən şəxslərin ofis və evlərində axtarış aparılıb.
Eyni gündə “Mülki müqavilə”nin deputatı Qaqik Melkonyanın oğlu Arman Melkonyan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.
Partiyada kifayət qədər nüfuzu olan Qaqik eyni zamanda Paşinyanın ruporu da sayılır.
Amma, görünür, işə düşən cəza maşını Melkonyan ailəsindən də yan keçməyib.
Paralel olaraq isə İrəvan şəhərinin meri Tiqran Avinyan üç müavini ilə birlikdə partiyanın qapalı iclasına dəvət edilib.
3 saat davam edən dindirilmə zamanı Avinyan partiyadaşlarının suallarını cavablandırıb.
Əsas diqqət tenderlərə, maliyyə böhranına və artan cərimələrə yönəldilib.
İşin maraqlı tərəfi odur ki, son baş verən hadisələr Ermənistan parlamentinin sədri Alen Simonyanın ətrafındakı çevrənin də daralmasından xəbər verir.
Simonyan və onunla əlaqəli olan şəxslərə qarşı yeni hüquqi və dövlət təzyiqlərinə start verilib.
Alenin qardaşı arvadı Ermənistanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Ani Gevorqyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
2018-ci ildə “Vətəndaş müqaviləsi”nin hakim partiyaya çevrilməsi ilə Alen Simonyan qardaşı və dostları vasitəsilə biznes imperiyası qurub.
Məsələn, onun qardaşı Karlen Simonyan “Avroasfalt” və “Avroasfalt-1” şirkətlərinin sahibidir.
Ermənistanda keçirilən əksər tenderlərin qalibi olan bu şirkət qısa müddət ərzində bir sıra dövlət sifarişini həyata keçirmək hüququ əldə edib.
Təbii ki, bu işdə parlament sədrinin rolu danılmazdır.
Təsadüfi deyil ki, tenderlərdə iştirak edən və “Avroasfalt”a məğlub olan şirkətlər rəqabət tendensiyasının pozulmasından, diskriminasiyadan və təzyiqlərdən kifayət qədər şikayət ediblər.
Elə bu səbəbdən də 2021-ci ildə sözügedən şirkətlərdə araşdırma aparılıb.
Parlamentdən İstintaq Komitəsinə uzanan sehrli əl işi bağlayıb.
“Arqavand kauyk” MMC 2018-ci ilə qədər dövlətlə cəmi 3 müqavilə işləmişdisə, 2018-ci ildən sonra bu müqavilələrin sayı qəflətən 150-yə çatıb.
Məlum olub ki, Alen Simonyan yaxın dostu olan Vahan Naribekyana bu məsələdə kömək edib.
Vahan şirkətin sahibi olmaqla yanaşı, Milli Assambleyanın aparat rəhbəridir və bütün dövlət müəssisələrinin mebellə təchiz edilməsi işinə baxır.
Yuxarıda sadalananlardan məlum olur ki, cəmi 5 il ərzində Alen Simonyan qardaşı və dostları vasitəsilə ciddi biznes imperiyası qurmağa nail olub.
Onların qurduqları şirkətlər əsasən dövlət tenderlərinin qalibi olur, milyonlarla dollar vəsaiti büdcələrinə köçürürlər.
Bu vəziyyətin daimi hal alması “Vətəndaş müqaviləsi”ndə ciddi narazılıqlar yaradıb.
Çünki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün və ətrafındakıların rifahını təmin etmək üçün dövlət rıçaqlarından istifadə edən spiker uzun müddətdir özünü xüsusi imtiyazlı şəxs kimi aparır və icazə verilən həddi ciddi şəkildə aşıb.
Bu isə partiyadaşları arasında böyük narazılıq dalğasına səbəb olub.