Search is not available for this dataset
text
stringlengths
10
518k
Son zamanlar isə Karlenlə yanaşı, arvadının da şirkəti iştirak etdikləri bütün dövlət tenderlərində qalib olublar.
Alenə qarşı cəzasızlıq mühiti partiyada ciddi qəzəbə səbəb olub və bu barədə Paşinyana etirazlar da bildirilib.
Əvvəlcə sükutunu qoruyan baş nazir etirazlar qarşısında tab gətirməyək sanksiyalar üçün yaşıl işıq yandırıb.
Ani Gevorqyanın saxlanılması və sonradan həbs edilməsi spikerin komanda daxilində dəstəksiz qalmasından xəbər verir.
Çünki Ermənistanda bu tip hadisələr baş verəndə partiyanın elitası və rıçaqları işə düşür, məsələni ört-basdır etməyə çalışır.
Məhkəmə isə Aninin həbsi ilə bağlı hökm çıxarıb.
Gevorqyan uzun illər İT sektorunun ən məşhur şirkətlərindən biri olan “Synergy”də çalışıb və layihələrin direktoru olub.
Təxminən il yarım əvvəl sözügedən şirkət İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderdə iştirak edib.
Sonradan tender ləğv edilsə də, hansısa sehri əl vasitəsilə bütün layihələr “Synergy”yə ötürüldü.
Sənədlər isə Karlenin arvadı Ani tərəfindən hazırlanıb.
Sonradan isə şirkətin təsisçi direktoru Aşot Ovannisyan da saxlanılıb.
O, “Vitse Miss Europe-2005”in qalibi olmuş teleaparıcı Lusine Tovmasyanın qayınatasıdır.
Bu şəxsin ABŞ vətəndaşlığı da olduğu üçün qısa müddət ərzində sərbəst buraxılacağı ehtimal edilir.
“Synergy”nin saxlanılan digər əməkdaşlarından ikisi isə ev dustaqlığına buraxılıb.
Nədənsə Alen Simonyanın qardaşı arvadı haqqında məhkəmə tələm-tələsik həbs qərarı verib.
Hadisələrin gedişatı bir daha sübut edir ki, Paşinyanla Simonyanın maraqları haradasa toqquşub.
Eyni zamanda qeyd etmək lazımdır ki, baş nazir guya qanunla bağlı ciddi problem yarananda komanda yoldaşlarına belə aman vermədiyini cəmiyyətə göstərmək üçün bu şouya əl atıb.
Bu şouda isə əziyyət çəkən “günah keçiləri” olur.
Bu dəfə “günah keçisi” Simonyan ailəsidir.
Bəzi mütəxəssislərin fikrinə görə, “Synergy” şirkətinin yüksək texnologiyalar sahəsində sui-istifadə halları çoxdan məlumdur və bu səs-küy artıq Ermənistan hüdudlarından da kənara çıxıb.
Belə hal isə Paşinyanın özünə də zərbə vurub.
Odur ki, baş nazir məsələ ilə bağlı ciddi seçim qarşısında qaldığı üçün həbs rıçaqından istifadə edib.
“Fransa başqa ölkələr məsələsində insan haqları, demokratiyadan danışır, amma öz sərhədləri daxilində bizlərə təzyiq göstərirlər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Korsika sakini adada baş verən hadisələrin nəbzini tutmağa davam edən “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrula danışıb.
O, hətta parlamentdə Korsika dilinin yasaq olduğunu deyib.
“Korsika dili olmadan Korsika xalqı yoxdur.
Həm Korsika dilinin, həm də xalqının tanınmasını istəyirik”, - deyə sakin vurğulayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ iqtisadi rayonunda erməniəsilli sakinlərə baş çəkiblər.
Bu barədə Oxu.Az-a AzQAC-dan məlumat verilib.
Görüş zamanı AzQAC əməkdaşları erməniəsilli sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyac və qayğıları ilə maraqlanıblar.
Görüş sakinlərin nəyə ehtiyacı olduğunu öyrənmək və onlara lazımi köməklik göstərmək məqsədilə təşkil olunub.
Bundan əlavə, AzQAC əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisində həmkarları ilə görüşüblər.
Görüşdə BQXK nümayəndələri Xankəndidəki fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb.
Bəyanatda deyilir:""“2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib.
Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb.
Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb.
Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb.
Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.
Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır.
Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir.
Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.
Lakin fevralın 2-də “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz.
Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.
Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır.
Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir.
Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub.
Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var.
Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi...
Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq:""- Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;"- Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;"- Korsika xalqının sə...
2015-2020-ci illərdə Bərdə Məşğulluq Mərkəzinin direktoru işləmiş Bilman Şadlinskiyə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında idarələrin birində Kadrlar sektorunda böyük məsləhətçi işləyən Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılıb.
Ona cinayət işinin açılmasına səbəb Bərdə Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlar olub.
Belə ki, o, bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakına külli miqdarda ziyan vurmaqla israf etməkdə günahlandırılıb.
Bilman Şadlinskinin təkcə 2016-cı ildə ümumilikdə 23 nəfər iş axtaran şəxs üçün dövlət tərəfindən ayrılan 112 min 193 manat vəsaiti müxtəlif yollarla mənimsəməsi məlum olub.
O, tanışları ilə əlbir olaraq, öncə onları tenderin qalibi edib.
Daha sonra onlar Bərdə mal bazarından heyvanlar, Sədərək Ticarət Mərkəzindən ucuz dərzilik ləvazimatları alaraq, 9 nəfərə aktivlər veriblər.
Yerdə qalan 14 nəfəri isə aktivlərlə təmin etməyiblər.
İstintaqda onun digər qanunsuz əməlləri də yer alıb.
Məhkəmədə isə məmur elan edilmiş ittihamla özünü təqsirli bilməyərək deyib ki, 2015-ci ildən 2020-ci ilə kimi həmin vəzifədə işləyib.
Heç bir qanunsuzluğa yol verməyib.
Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən iclasda qərar verilib ki, Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Publik hüquqi şəxsi tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia da rədd edilib.
Qeyd edək ki, Bilman Şadlinskinin yaxın qohumları - Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskiy, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Toğrul Şadlinski və digərləri rayonda mühüm postlar tuturlar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.
Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Məlumata görə, 21 yaşlı gənc qəfil ürəktutmasından dünyasını dəyişib.
Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Qeyd olunur ki, müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar.
Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.
Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığını göstərə bilər.
15:55"Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.
APA xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub.
Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər.
Bunu nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb.
Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
30 ildən sonra Ağdam şəhərində keçiriləcək seçki Azərbaycan xalqının zəfər seçkisidir.
Məntəqə “Azərişıq” ASC-nin 1 saylı elektrik paylayıcı şəbəkəsinin binasında yaradılıb.
Məntəqənin yerləşdiyi binanın həyətində seçki təbliğat lövhəsi qurulub.
Orada prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.
Məntəqə lazımi seçki prosesində istifadə olunan bütün ləvazimatlarla təchiz edilib.
Binanın girişindəki lövhədə seçicilərin siyahısı yerləşdirilib.
Səsvermə kabinələri quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub.
Seçki günü məntəqəyə gələ bilməyən seçicilərin səsvermədə iştirakını təmin etmək üçün 1 ədəd səyyar seçki qutusu ayrılıb.
A.Hacıyevin sözlərinə görə, seçkilərin dəqiq və şəffaf keçirilməsi üçün məntəqədə bütün işlər başa çatdırılıb.
Qeydiyyata alınan seçicilərə çağırış vərəqələrinin paylanması da tam yekunlaşıb.
O deyib ki, məntəqədə 965 seçicinin iştirakı gözlənilir:“30 ildən sonra Ağdamda keçiriləcək seçkiyə böyük ruh yüksəkliyi ilə gedəcəyik.
Çünki bu, bizim zəfər seçkimizdir.
Bu seçkilərdə iştirak etmək çox qürurlandırıcı bir haldır.
Ağdamda uzun bir aradan sonra seçki prosesində iştirak etmək, mənə elə gəlir ki, hər bir azərbaycanlı üçün böyük bir şərəfdir”.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...