Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Rusiyalı mütəxəssis Kurban Berdıyev yanında təcrübə keçən azərbaycanlı sabiq futbolçu Ruslan Abışovu yeni komandasına aparacaq. |
O bildirib ki, Kurban Berdıyev Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun baş məşqçi postundan istefa versə də, bir müddət komandaya rəhbərlik edəcək:“Berdıyev Antalyada keçirilən təlim-məşq toplanışının sonuna qədər komandanın sükanı arxasında qalmalıdır. |
Ruslan da bu müddətdə orada təcrübə keçəcək. |
Berdıyevin başqa təklifləri var. |
Hara getsə, Ruslanı da özü ilə aparacaq. |
Bildiyim qədərilə Səudiyyə Ərəbistanı və Çindən çox yaxşı təklifləri var”. |
Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin” klubunun formasını geyinib. |
Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib. |
Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyer Ermənistana səfər edib. |
Parisin bununla nəyi hədəflədiyini izah etmək üçün Fransa Milli Jandarmasının fəaliyyət və funksiyasına nəzər yetirmək lazımdır. |
Rəsmi Parisin Milli Jandarmadan tələb etdiyi funksiyalar tarixi ənənələrə söykənir. |
Çünki Fransa Milli Jandarması Fransanın ən qədim qurumlarından biridir və əsrlər boyu ölkənin təhlükəsizlik-hüquqi sferasına cavabdehlik daşıyan varisliyə malikdir. |
Milli Jandarma hərbi əməliyyatlarda iştirak etmək üçün Daxili İşlər Nazirliyinin və Xarici Ərazilər Nazirliyinin, Silahlı Qüvvələr Nazirliyinin tabeliyində olan Fransa silahlı qüvvəsidir. |
O, 2009-cu ildən Daxili İşlər Nazirliyinə tabe olmasına baxmayaraq, hərbi statusunu və missiyasını qoruyub-saxlayır. |
Milli Jandarmanın ədliyyə, inzibati, hərbi və xarici missiyaları mövcuddur ki, bu da Fransanın ümumi maraqlarına, ambisiyalarına faktiki və hüquqi səlahiyyətlər təqdim edən vəzifələri icra edir. |
Jandarmanın iki əsas bölməsi var:Departament Jandarması və Səyyar Jandarma. |
Birinci - məhkəmə və polis funksiyalarını yerinə yetirir və müvafiq olaraq xüsusi tapşırıqları olan ərazi məntəqələrinə bölünür. |
İkinci isə məhkəmə işləri ilə məşğul olmur, o, polisləri gücləndirmək və ya xüsusi vəzifələri yerinə yetirmək üçün hərəkət edir. |
Qurumun xaricdəki fəaliyyətinə gəlincə, o, Fransa qoşunları ilə yanaşı, bəzən xaricdə yerləşdirilir. |
Deməli, Fransa indi Jandarmanın ümumi məqsəd və fəaliyyətlərini Cənubi Qafqaz trayektoriyasına daxil etməyə can atır. |
Bu, Parisin planetar və regional miqyaslar boyunca strateji maraqlarında yaranan böhranı tənzimləmək üçün endirmək istədiyi “zərbə”lərin bir hissəsidir. |
Fransa Uilyam De Meyeri Ermənistana göndərməklə Cənubi Qafqaz orbiti üzrə iki mesajı çatdırır. |
Birincisi, Fransa ismarış verir ki, regionda olan ambisiyalı gündəliyini hər vəchlə Ermənistanın xeyrinə dəyişmək prioritetlərini saxlayıb. |
İkincisi, Fransa göstərmək istəyir ki, regionda hərbiləşmiş obraz yaratmaq səviyyəsinə qədər getməyə hazırdır. |
Bu, Ermənistana hərbi məsləhətlərin müşayiəti ilə davamını gətirə bilər, yəni böyük ehtimalla Paris:""- İrəvanı Azərbaycana qarşı revanşa hazırlamaq üçün onu hərbi-taktiki izahlarına inandırmağa çalışır,"- Regionda hərbi qüvvələr yerləşdirməklə rəqibləri, o cümlədən Azərbaycan və Türkiyə qarşısına çıxmaq istəyir,"- Düç... |
ağrısını azaltmaq üçün yeni həmlələr hazırlayır. |
Təbii ki, Azərbaycan cavab olaraq öz sərhədlərini təhlükəsizlik strategiyasının ən yüksək tələbləri səviyyəsində gücləndirməlidir. |
Çünki İrəvanın Fransaya arxalanıb hansısa qeyri-adekvat hərəkətlər edə biləcəyi istisna deyil. |
Buna görə də Azərbaycan sərhəddəki mümkün təxribatlara uyğun cavab reaksiyasını ölçmək hüququna yenidən baxa bilər. |
Azərbaycanın bu istiqamətdəki koordinatları müəyyən etməkdən ötrü strateji müttəfiqi Türkiyə ilə intensiv təhlükəsizlik məsləhətləşmələrinə başlayacağı da istisna deyil. |
Məntiqlə, Fransanın regiondakı belə aktivliyi Ermənistanda hərbi bazası olan Rusiyanı, “İrəvan uğrunda” Azərbaycanla rəqabətə getmiş İranı da narahat etməlidir. |
NƏTİCƏ:""Fransanın regionda bəzi təqdimat dəyişiklikləri və yeni sıralamasını Milli Jandarma generalının Ermənistana səfəri aydın izah edir;"Bütün bunlar Fransanın Cənubi Qafqaz üzrə militarizasiya siyasətinin göstəricisidir;"Fransız generalın Ermənistana səfəri rəsmi Parisin Cənubi Qafqazda militarizasiya siyasətinin ... |
PKK terrorçuları İraqın şimalında Türkiyə hərbçilərinə hücum ediblər, ölən və yaralanan var. |
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verib. |
Bildirilir ki, İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb. |
“Yaralılarımız dərhal xəstəxanaya çatdırılıblar və müalicələrinə başlanılıb”, - deyə məlumatda vurğulanıb. |
Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkisi ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində yaradılan seçki məntəqəsində səsverməyə hazırlıq işləri yekunlaşmaq üzrədir. |
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb. |
Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları ölkəmizin etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi ilə fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. |
Pakistanda yaşayan vətəndaşlarımızın prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. |
Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. |
Azərbaycanın Pakistandakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər. |
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 49 s... |
Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda başa çatacaq. |
Çin və Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib. |
Bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb. |
Bildirilir ki, zəlzələnin episentri Çində, yanvarın 23-də 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib. |
Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub. |
Qırğızıstanda episentrə yaxın Iştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib. |
Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. |
Bu kampaniya ilk dəfə olaraq azad edilmiş ərazilərdə də baş tutacaq. |
Laçın şəhər sakini Sürəyya Əliyeva doğma şəhərdə prezident seçkisinə şahidlik edəcəklərinin sevincini yaşadıqlarını bildirib:“Bu qürurlu günü bizə yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. |
Onun güclü iradəsi sayəsində bu gün Azərbaycan bütövdür, tamdır. |
Mənim bu dünyadan bir diləyim olub, o da yenidən Laçına qayıda bilmək idi. |
Bu gün Laçındayam və fevralın 7-si məhz bu şəhərdə ən layiqli namizədə səs verəcəyəm”. |
Allahverdi Əliyev deyib ki, 1991-ci ilin sentyabr referendumundan sonra ilk dəfə Zabuxda seçkilər keçiriləcək:“Düz 33 illik fasilədən sonra bu hissləri doğma yurdda yenidən yaşamaq hər birimizi qürurlandırır. |
Torpaqlarımızın işğaldan azad olunmasının və kəndimizin abadlaşdırılaraq yenidən burada bizə yaşamağa şərait yaradılmasının səbəbkarı məhz Prezident İlham Əliyevdir. |
Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. |
Kəndimizdə hər kəs keçiriləcək seçkilərlə əlaqədar bir-biri ilə müzakirələr aparır və layiqli namizədə səs vermək üçün fevralın 7-ni gözləyir”. |
Vidadi Salmanov isə qeyd edib ki, ehtiyatda olan polkovnik-leytenant kimi Ali Baş Komandan və ordu ilə fəxr edir:“Bütün həmvətənlərimi seçkilərdə iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət edirəm”. |
Zabux kəndinin sakini Gülbəniz Abbasova uzun illərdən sonra azad olunmuş Zabuxda seçkilərdə iştirak etməyin inanılmaz hiss olduğunu deyib:“Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi, ordumuzu qorusun. |
Bir neçə gün əvvəl Zabuxda seçkilərlə əlaqədar tədbir keçirilirdi və bütün kənd əhli, demək olar, həmin tədbirə getmişdi. |
Hər kəs tarixi günlərə şahidlik etmək həvəsindədir”. |
Vüqar Həsənov da uzun illərdən sonra yenidən öz doğma torpağında səsvermə hüququndan istifadə edəcəyinin sevincini yaşadığını söyləyib:“Hər birimiz fevralın 7-də fəxrlə səs verməyə hazırıq və seçkilər gününü səbirsizliklə gözləyirik”. |
Kifayət Həsənova isə vurğulayıb ki, Azərbaycan 200 ildən sonra ilk dəfə torpaqlarını işğaldan azad edə bilib:“Biz 30 illik işğalı daha çox vurğulasaq da, bu işğalların tarixi daha qədimdir. |
Bunu isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacarıb. |
Bu gün vətənimiz bütövdür, biz isə öz torpağımızda prezident seçkisinə hazırlaşırıq. |
İnanıram ki, həmin günü ən layiqli namizəd qələbə qazanacaq”. |
Fuad Nəsibzadə də hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib:“Bu günlərdə də prezident seçkisi günü ilə əlaqədar sevincli və qürurluyuq. |
Düşünürəm ki, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməli və ən layiqli namizədə səs verməliyik”. |
Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Türkiyənin Kocaeli vilayətində güclü yanğın başlayıb. |
Hadisə Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə baş verib. |
Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin administrasiya rəhbəri Seddar Yavuz xəbər verib. |
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur. |
Yanğının səbəbləri araşdırılır. |
“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”. |
“Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib. |
Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. |
Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir. |
Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. |
Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib:""“Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. |
Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir. |
Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi. |
Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. |
Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib. |
Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə: |
İşğaldan azad edilmiş Ağdərə rayonunun Talış kəndi də fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisinə hazırlaşır. |
Sakinlər bu kampaniyada ilk dəfə olaraq öz doğma torpaqlarında iştirak edəcəklər. |
Onlar 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşan qəsəbəsindəki 58 saylı seçki məntəqəsində səs verəcəklər. |
Talış kəndinin sakini, 30 ildən sonra doğma yurduna qayıdan Zahid Allazov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra öz torpağında seçkidə iştirak etməyi arzulayıb:“İndiyədək də seçki proseslərində iştirak etmişəm. |
Amma heç birini bu seçki qədər səbirsizliklə gözləməmişəm”. |
O, uzun illərdən sonra doğma kəndində seçki hüququndan yararlanacağı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. |
“Mən və ailəm özümüzü çox xoşbəxt hiss edirik. |
Çünki doğma evimizdə, öz yurdumuzda seçkilərdə iştirak edəcəyik. |
İnanın ki, bu günlər mənə yuxu kimi gəlir. |
Amma biz bu reallığı yaşayırıq. |
Mən və ailəm seçici olaraq seçkilərdə canla-başla iştirak edəcəyik. |
Ailəmdən 5 nəfərin səsvermə hüququ var. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.