Search is not available for this dataset
text
stringlengths
10
518k
Artıq seçəcəyimiz namizədimiz də bəllidir.
Düzdür, ailəmizdə hər birimizin öz seçim sərbəstliyi var.
Amma bu seçkilərdə də hamımızın yekdil olaraq dəstəklədiyi bir namizəd var, böyük sevinc və qürur hissi ilə ona da səs verəcəyik”.
Z.Allazov vurğulayıb ki, Talış kəndində 18 yaşı tamam olan ilk seçici də onun ailə üzvüdür.
“Bu il qızımın 18 yaşı tamam olur.
Onun da hər birimiz kimi, öz seçimi və dəstəklədiyi bir namizəd var.
Sevinirəm ki, övladım ilk səsvermə hüququndan bu cür gözəl bir zamanda istifadə edəcək.
Mənim üçün ən önəmlisi də odur ki, övladım ilk dəfə səsvermədə iştirak etsə də, o doğru düşüncəsi ilə öz parlaq gələcəyinin qarantı olan, ən çox inandığı namizədə səs verəcək”.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin olunub.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
İnsanın əhvali-ruhiyyəsini neyrotransmitterlər (serotonin, dopamin, endorfin, triptofan, norepinefrinlər) yaxşılaşdırır.
Onların sayəsində insan canlılıq və müsbət emosiyalar hiss edir.
Bu barədə rusiyalı qastroenteroloq Darya Utyumova danışıb.
O, əhvalı yaxşılaşdırmağa kömək edən ən vacib qidaları sadalayıb:""“Toyuq və mal ətində dopamin və norepinefrin səviyyəsini artıran tirozin amin turşusu var.
Bu maddələr əhval-ruhiyyəni yaxşılaşdırır, konsentrasiyanı və yaddaşı yaxşılaşdırır.
Bundan əlavə, bu növ ətlərdə çoxlu “B12” vitamini var.
Stresin öhdəsindən gəlməyə kömək edir.
Qırmızı ətin tərkibində də çox miqdarda olan dəmir bədəni oksigenlə doyurur və bu da bizi gün boyu aktiv saxlayır.
Yağlı balıqlar - alabalıq, qızılbalıq, ton balığı - stres hormonu olan kortizol səviyyəsinin artmasının qarşısını alan poli doymamış yağ turşularının mənbəyidir.
Bu balıq növlərinin tərkibində “B” qrupunun vitaminləri və maqnezium da var ki, bu da stresli vəziyyətlərə tez uyğunlaşmağa kömək edir və konsentrasiyanı yaxşılaşdırır”, - deyə Utyumova bildirib.
Həkimin sözlərinə görə, qoz-fındıq da “B” vitaminləri və çoxlu doymamış yağ turşuları ilə zəngindir.
“Həmçinin tərkibində 75%-dən çox kakao olan tünd şokolad təbii antioksidantdır.
Onun tərkibində beynin həzz mərkəzlərini stimullaşdıran hormon olan dofaminə çevrilən tirozin amin turşusu var.
Tünd şokoladda həmçinin kortizol səviyyəsini azaldan triptofan var”, - deyə o, bildirib.
Yeri gəlmişkən qeyd edək ki, hər il fevralın 4-də Beynəlxalq Xoş Əhval Günü qeyd olunur.
Laçında hər kəs 7 fevral gününü səbirsizliklə gözləyir.
Onun sözlərinə görə, məntəqədə 1 485 seçici qeydiyyatdadır:“Məntəqəmizin ən yaşlı seçicisi Osman Həsənovun 73 yaşı var”.
Q.Dostuyev vurğulayıb ki, Laçında hamı fevralın səsvermə gününü səbirsizliklə gözləyir:“İnsanların öz aralarında apardıqları müzakirələr də seçkiyə böyük marağın olduğunu göstərir.
Hər kəsi tarixi seçkilərdə fəal olmağa və öz səsvermə hüququndan istifadə etməyə çağırıram”.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin olunub.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ay və Marsı tədqiq etmək üçün istifadə oluna biləcək kiçik nüvə reaktorlarının layihələndirilməsi təşəbbüsünün ilkin mərhələsinə yekun vurub.
Bu barədə məlumat kosmik agentliyin rəsmi saytında dərc olunub.
Təşkilat 2022-ci ildə 5 milyon dollar məbləğində müqavilələr bağlayaraq tərəfdaşlarına reaktorun özü, enerjinin çevrilməsi, istiliyin çıxarılması, idarəetmə və enerji paylama sistemləri daxil olmaqla, Ayda insanların ən azı 10 il davam gətirməsini təmin etmək üçün layihələr hazırlamağı tapşırıb.
Tələblərə görə, nüvə qurğusunun çəkisi altı tondan çox olmamalı və 40 kilovat elektrik enerjisi istehsal etmək qabiliyyətinə malik olmalı, yaşayış və elmi modulların, Ayda gəzinti aparatlarının və ehtiyat şəbəkələrin təchizatını təmin etməlidir.
NASA dəqiqləşdirib ki, layihənin ikinci mərhələsindən sonra nüvə reaktoru 2030-cu illərin əvvəllərində Aya çatdırılacaq.
Orada o, bir il sınaq rejimində, doqquz ilini isə istismarda keçirməli olacaq.
Hər şey qaydasında olarsa, qurğunun dizaynı Marsda istifadə üçün uyğunlaşdırılacaq.
ADA Məktəbinin şagirdi Həbib Əmiraslanov Vyetnamda keçirilən 2023-2024-cü il Fermat Riyaziyyat Olimpiadasının qalibi olub.
Birinci ölkə turunda 88 bal toplayan və qızıl medala layiq görülən Həbib Vyetnamda keçirilən final mərhələsində birinci olmaqla daha bir qızıl medal qazanıb.
Əsasən Mərkəzi Asiya ölkələri olmaqla 11 ölkədən 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə iştirakçılara riyazi bacarıqlarını yoxlamaq üçün 20 yazılı sual təqdim olunub.
Ölkəmizə qızıl medal gətirən Həbib bildirib:""“Qazandığım bu uğura görə ADA Məktəbinin riyaziyyat müəllimlərinə minnətdaram.
Onların mənə göstərdiyi dəstək və verdikləri təhsil mənim yalnız riyazi bacarıqlarımı artırmayıb, həm də daim yeni biliklər öyrənməyə həvəsləndirib”.
Bakalavr təhsili üçün xarici universitetlərlə yanaşı, ADA Universitetinə də müraciət edəcəyini ifadə edən Həbib əlavə edib ki, ADA Məktəbi şagirdlərin öz bilik və bacarıqlarını sınaması və daha da möhkəmləndirməsi üçün onları daim həvəsləndirir, beynəlxalq müsabiqələrdə və yarışlarda iştirak etməyə təşviq edir.
Qeyd edək ki, Həbib həm də Məktəbdə fəaliyyət göstərən ADAMUN Klubunun və İntellektual Oyunlar Klubunun üzvü kimi fəallığı ilə seçilib.
“Mançester Yunayted”, “Everton” və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellaini sosial şəbəkədə peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
36 yaşlı futbolçu paylaşımında onu dəstəkləyən azarkeşlərə, birlikdə oynadığı komanda yoldaşlarına və ona rəhbərlik edən məşqçilərə təşəkkür edib.
O, futbol sahəsindən uzaqda yeni çağırışlara hazır olduğunu yazıb.
Xatırladaq ki, belçikalı futbolçunun son klubu Çinin “Şandunq Lunenq” komandası olub.
İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.
APA xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb.
“Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Vüqar Təşkilat oğlu Ziliyev və Laçın sakini 1990-cı il təvəllüdlü Elvin Əvəz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ABŞ ciddi daxili problemlə üzləşib.
Ölkə telekanallarının bütün xəbər buraxılışları və ən çox oxunan nəşrlərinin gündəmi yalnız bir xəbərdir - Texasda baş verənlər.
“Kaspi” qəzetinin Texasda baş verənlərlə bağlı məqaləsində deyilir:""Ölkənin aparıcı ştatlarından biri dövlət sərhədlərini miqrantların kütləvi axınından qorumaq üçün müstəqil tədbirlər görməyə cəsarət edib.
Əksəriyyət hesab edir ki, Birləşmiş Ştatlar bununla əlaqədar tarixinin ən problemli günlərini yaşayır.
Hətta yerli media baş verənləri “kiçik vətəndaş müharibəsi” kimi də xarakterizə edib.
Texasda separatçı əhval-ruhiyyənin artmasını 160 il əvvəl baş verən vətəndaş müharibəsi ilə eyniləşdirənlər də tapılıb.
Məsələ ondadır ki, respublikaçıların üstünlük təşkil etdiyi Texasda miqrasiya problemləri ilə bağlı gərginlik günbəgün artır.
Ştatın qubernatoru Qreq Ebbotun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədə 50 kilometrlik tikanlı məftildən sədd çəkilib.
Bayden administrasiyası da bu qərardan Ali Məhkəməyə şikayət verib.
Məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib.
Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib.
Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq onun işğala məruz qaldığını, problemləri özünün həll edəcəyini deyib.
O bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır.
Artıq ştatının rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb.
Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə səbəb olub.
Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən respublikaçıların əlini gücləndirir.
Keçmiş prezident, respublikaçıların əsas siması hesab olunan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib.
O, bunu tarixin ən pis durumu kimi qiymətləndirib.
Ölkənin 20-yə yaxın ştatı da Texasa dəstək verib.
ABŞ-də çoxları hesab edir ki, baş verənlər ölkə tarixinin ən böyük böhranıdır.
Mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur və bu baxımdan hesab edilir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır.
Bu çağırışlar hətta Böyük Britaniya Brexitinə bənzədilir və Texit də adlandırılır.
ABŞ-nin ən zəif nöqtəsi"Qeyd edək ki, qalmaqallı Texas ştatı ABŞ-nin ən zəif nöqtəsi, bir növ “Axilles dabanı” hesab edilir.
Proseslərin ölkənin parçalanmasına gətirib çıxaracağı bir qədər şübhəli olsa da, artıq ilkin əlamətlər var.
Texasda baş verənlər ABŞ üçün domino effekti yarada bilər.
Yəni Texasın ardınca Kaliforniya, Alyaska və Havay kimi ştatlar da mərkəzi hakimiyyətin nəzarətindən çıxmaq yolu tuta bilərlər.
Bundan başqa, cənub ştatlarının 160 il öncə olduğu kimi, Amerika Konfederativ Dövlətləri adı altında ayrılması ehtimalı da mümkündür.
Texas ABŞ üçün iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Ştat ölkənin neft hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük iqtisadiyyatını təmsil edir.
Məşhur amerikalı sosioloq Samuel Hantinqton hələ 2000-ci illərin əvvəllərində yazırdı ki, “miqrasiya dalğaları və Amerika xalqlarının “ərimə qazanı”nın içinə düşməsinə görə, XXI əsrin ortalarında Texas da daxil olmaqla ABŞ-nin bütün cənub ştatları Meksikaya, şimal ştatları isə Kanadaya birləşə bilər”.
Ştatların ayrılmaq hüququ var, amma...""XIX əsr vətəndaş müharibəsindən sonra ABŞ Ali Məhkəməsi ştatların birtərəfli qaydada İttifaqdan ayrıla bilməyəcəyinə dair qərar verib.
Bəs federativ dövlət olan ABŞ-də ştatlar ayrıla bilərmi?
Düzdür, ştatların belə bir hüququ var, amma indiyə qədər belə presedent olmayıb.
Onu da qeyd edək ki, Texas indiyədək beynəlxalq səviyyədə tanınmış və ABŞ-nin tərkibinə birbaşa ştat kimi qəbul edilmiş ilk və yeganə müstəqil dövlətdir.
Birləşmə zamanı Texasa özəl şərtlər təklif edilib.
Ştatın bütün torpaqlarının onun xalqına məxsus olduğu xüsusi vurğulanıb.
Nə əkərsən, onu da biçərsən"Göründüyü kimi, dünyanın müxtəlif yerlərində separatizmi dəstəkləyən ABŞ bu dəfə özü eyni təhlükə qarşısında qalıb.
Necə deyərlər, ölkə uzun illərdir başqalarına qazdığı quyuya artıq özü düşmək üzrədir.
Prezident seçkiləri öncəsi belə bir vəziyyətin yaranması hazırkı prezident Co Bayden üçün ürəkaçan mənzərə olmasa da, əsas rəqibi Trampın mövqeyinin güclənməsinə səbəb olacaq.
Xatırladaq ki, sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər noyabrın 5-də keçiriləcək.
Məlumdur ki, ABŞ uzun illər Azərbaycanda mövcud olmuş erməni separatçı rejimi dəstəkləyən ölkələrdən biri olub, hətta onlara yüksək kürsülərdən danışmaq, fikir söyləmək imkanı verib.
Bir ovuc erməninin Qarabağda öz müqəddəratını təyin etmək hüququndan tez-tez dəm vuran rəsmi Vaşinqtonun indi belə mənzərə qarşısında özünü necə aparacağı çox maraqlı olacaq.
“İki ay ərzində zəlzələ bölgəsində 75 min mənzili sakinlərə təhvil verəcəyik”.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:"“Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb.