Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”. |
Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirib. |
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və or... |
Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, yeddi nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə olub. |
Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, səkkiz nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək edib. |
İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib. |
Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir. |
“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, - fərmanda bildirilir. |
İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb. |
Universitet şəhərcikləri yeni bir hadisə deyil - təhsil məkanlarının kampusları dünya təcrübəsində 18-ci əsrdən populyarlaşmağa başlayıb. |
Belə ki, dünyanın bir çox böyük universitetləri əvvəlcə kampuslar formatında yaradılıb və burada akademik korpuslar, yataqxanalar və digər infrastruktur obyektləri birləşdirilib. |
Məsələn, Oksford və ya Bolonya Universitetləri ənənəvi kampusun klassik nümunələridir. |
Hazırda dünyada Böyük Britaniya, Fransa, ABŞ-nin kampus modelləri effektiv forma kimi diktə edir. |
Belə ki, şəhərciklər təhsil, elm, innovasiya və biznesi vahid məkanda lokallaşdırmaqla yüksək təhsili və iqtisadi artımı təşviq edir. |
Mütəxəssislərin fikrincə, dünya səviyyəli kampuslar, ilk növbədə, təhsilin ixracında mühüm amildir. |
Artıq bizdə də Bakıətrafı ərazidə yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. |
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan layihədə Bakı ətrafında universitet şəhərciyinin yaradılması nəzərdə tutulur. |
Layihə çərçivəsində bır sıra universitetlərin Bakıdan kənara köçürülməsi də istisna deyil. |
“Kaspi” qəzeti mövzu ilə bağlı sahənin mütəxissislərinin fikirlərini öyrənib. |
Regionlarda da universitet şəhərciyi"Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı hesab edir ki, Baş planda universitet şəhərciyi barədə bəndin yer alması əhəmiyyətlidir:“Təbiidir ki, əgər universitet şəhərciyi yaratmaq nəzərdə tutulursa, bu, şəhərdən kənarda olacaq. |
Şəhər daxilində universitet şəhərciyinin yaradılması nə qədər real görünür? |
Universitet şəhərcikləri dünyanın bir çox qabaqcıl ölkələrində var və bunun yaxşı nümunələri ABŞ-də və Türkiyədə mövcuddur. |
Məsələn, son bir neçə ildə Türkiyədə Ardahan Universiteti üçün tikilən şəhərcik az qala böyük bir rayon mərkəzinin ərazisini əhatə edir. |
Bu şəhərcikdə hər şey var:tədris korpusları, tələbə yataqxanaları, kitabxanalar, müəllimlərin yaşaması üçün mənzillər və s.Hətta elə universitet şəhərciyi var ki, orada işıqforlar quraşdırılıb, bir korpusdan digərinə tələbə və müəllimləri daşımaq üçün avtobuslar hərəkət edir. |
Yəni, tələbə və müəllimlər şəhərcikdən çıxmadan bütün zəruri məsələləri həll edə bilirlər. |
Bütün bunlar təhsilin keyfiyyətinə təsir göstərən başlıca amillərdir”. |
M.Qasımlı hesab edir ki, təkcə Bakıda deyil, digər şəhərlərimizdə də universitet şəhərciyi yaradılmalıdır:“Məncə yaradılacaq Qarabağ Universiteti Azərbaycan ali təhsilinin yeni bir modeli olacaq”. |
“Bizdə Universitetlərin çoxu səs-küylü yerlərdədir”"Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamalın sözlərinə görə, universitet şəhərciyinin yaradılması ideyası şəhərin infrastrukturunu və urbanist fəlsəfəsini dəyişir:“Müşahidələrimə görə, universitet şəhərcikləri avtonom məkanda, yaşıl vadidə yerl... |
Universitet özünün bütün infrastrukturu ilə orada fəaliyyət göstərir. |
Təbii ki, bu, universitetlərin böyüməsinə də imkan verəcək. |
Bu baxımdan, orada tələbə kontingentinin sayı da çox olmalıdır. |
Əgər bir universitetdə 20-25 min tələbə yoxdursa, ondan hansı şəhərcik qurmaq olar?”. |
Professorun fikrincə, bu layihə həmçinin şəhərlərin inkişafına da imkan yaradacaq:“Xankəndidə universitet fəaliyyət göstərsə, onun şəhərciyi də olsa, ora tələbələr axışar. |
Həmin universitet tanınmış olmalıdır ki, dünyanın hər yerindən ora oxumağa gəlsinlər və şəhərcik yaransın. |
Tələbənin çox olması, eləcə də alim və müəllimlərin çoxluğu universitetin statusunu da, ab-havasını da dəyişər. |
Belə balaca şəhərlərdə universitet yaratmağa dəyər. |
Çünki bizdə universitetlərin çoxu səs-küylü yerlərdədir. |
Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində xüsusən yayda səs-küydən, maşın siqnallarının səsindən dərs keçmək olmur. |
Tələbələrin də fikri çöldə qalır. |
Amma Tübingen Universiteti Almaniyanın balaca şəhərində, Tartu Universiteti də Estoniyanın kiçik şəhərində, yaşıl vadidə yerləşir. |
Hər iki şəhər universitetlərinin adı ilə tanınır. |
Bizdə də universitetlərin yaranması şəhərlərin nüfuzunu qaldırar. |
Universitet şəhərciyi həm də Azərbaycan ali təhsilini pərakəndəlikdən qurtarar”. |
Professorun fikrincə, bir neçə universiteti bağlayıb bir universitet strukturuna daxil etmək olar. |
Belə ki, bu, universitetin mərkəzləşməsinə və təmərküzləşməsinə gətirib çıxarar, həmçinin müxtəlif ixtisasdan olan tələbələrin bir məkanda təhsil almasına imkan verər:“Təsəvvür edin, bir şəhərcikdə gələcəyin mühəndisi, bəstəkarı, jurnalisti, filoloqu görüşür”. |
Kampus formatında olan universitetlər"Təhsil eksperti Asif Cahangirov da universitet şəhərciyi ideyasını dəstəkləyir:“Universitetlərin şəhərdən kənarda yerləşdirilməsi və bir şəhərcik halında birləşməsi beynəlxalq təcrübədir. |
Kampus formatında olan universitetlərdə təhsilin keyfiyyəti yüksək olur. |
Bu formatda tələbələrin mükəmməl təhsil alması üçün zəruri laboratoriyalar, zəngin və 24 saat işləyən elektron kitabxana, tələbələrin əyləncəsi, idmanla məşğul olmaları üçün müxtəlif növ infrastrukturun yaradılması mümkündür”. |
Ekspert hesab edir ki, universitet kampusları Bakının mərkəzində nəqliyyat sıxlığının aradan qalxmasına səbəb olacaq. |
Bu baxımdan, universitet şəbəkəsi təkcə paytaxtda cəmləşməməli, həmçinin bir sıra regionlarda da belə şəhərciklər yaradılmalıdır:“Bu, gənclərin regionlarda da kampus şəraitində təhsil almalarına yol açar. |
Digər tərəfdən, həmin ərazilərin sosial-iqtisadi inkişafı, şəhərlə kənd arasında fərqin azaldılması baxımından da faydalı olar”. |
Çin dünyanın ilk süni intellektli kommersiya peykini orbitə çıxarıb. |
Peyk “Smart Dragon-3” (SD-3) daşıyıcı raketi vasitəsilə Çinin cənubundakı Quanqdonq əyalətinin Yantszyan şəhəri yaxınlığında sudan buraxılıb. |
Aparat orbitdə “Synaesthesia Fusion AI” alqoritmi ilə işləyəcək. |
Bundan əlavə, peyk “gələcək nəsil rabitə şəbəkələri üçün uzaqdan inteqrasiya edilmiş platforma” imkanlarına malikdir. |
Masazır-Novxanı yolunda qaydalardan xəbərsiz sürücülər yolayrıcını düzgün keçmirlər. |
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb. |
Belə ki, Novxanı-Masazır yolunun kəsişməsində (Duz gölünün yanında) işıqfor quraşdırılıb. |
İşıqforun əsas bölməsində qırmızı işıq yanan zaman Masazır istiqamətindən gələn sürücülər sola dönə bilirlər. |
Lakin onlar yolun hərəkət hissəsində dayanaraq Novxanı istiqamətindən gələn sürücülərə yol verirlər. |
Əslində isə Masazırdan gəlib sola dönən sürücülər üstünlüyə malikdirlər. |
Çünki həmin vaxt digər istiqamətdən gələn sürücülər əlavə bölmədə hərəkət etmiş sayılırlar. |
“Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, işıqforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. |
Yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən üç bal və 80 manat məbləğində cərimə oluna bilərlər. |
3500 uzunquyruqlu meymundan ibarət “ordu” Tailandın Lopburi şəhərini ələ keçirərək, onun iqtisadiyyatı və sakinləri üçün təhlükə yaradıb. |
Heyvanlar məşhur yerli məbəddə toplaşaraq turistlər üçün cəlbedici olsalar da, onların aqressiv davranışları indi səyahətçiləri qorxudur və yerli sakinlər üçün problemlər yaradır. |
Turistlərin sayının azalması və xarici investorların, xüsusən də çinlilərin ölkəni tərk etməsi xəyal şəhərə çevrilə biləcək Lopburidə kommersiya böhranına gətirib çıxarıb. |
Lopburi Ticarət Palatasının səlahiyyətliləri meymunlardan qorunma qanununu nəzərdən keçirməyə çağırırlar. |
Mövcud tədbirlər, o cümlədən sterilizasiya kampaniyası onların sayını əhəmiyyətli dərəcədə azalda bilməyib. |
Tayland polisi azarkeşlərdən özlərini “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso kimi təqdim edən onlayn fırıldaqçılara pul köçürməməyi xahiş edib. |
Yerli hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, ispan məşqçinin sosial şəbəkədə təsdiqlənmiş hesabında azarkeşlərdən Liverpula təyyarə biletlərinin ödənilməsi üçün 8500 dollar istənilir. |
“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra komandanın başına Alonsonun keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. |
Taylanddakı fırıldaqçılar isə Alonsonu Kloppun varisi kimi görmək istəyən azarkeşləri aldatmağa çalışırlar. |
Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib. |
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. |
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. |
Berlində sağçı ekstremizmə qarşı böyük nümayiş keçirilib. |
Şəhər polisinin məlumatına görə, yürüşdə 150 mindən çox insan iştirak edib. |
Tədbir səbəbindən şəhərin mərkəzində nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb. |
Çox sayda vətəndaş sağçı populist Almaniya üçün Alternativ Partiyasına qarşı şüarlar yazılmış pankartlarla mitinqə gəlib. |
Asayişi 700-ə yaxın polis qoruyub. |
Qeyd edək ki, təxminən üç həftədir ki, ölkədə sağçı ekstremizm və Almaniya üçün Alternativ Partiyası əleyhinə nümayişlər keçirilir. |
Nümayişlərə səbəb sağçı ekstremistlərin Almaniyadan iki milyon insanın deportasiya edilməsi planlarını müzakirə etdikləri gizli toplantı haqqında məlumatın mediaya sızması olub. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı. |
Çexiya vətəndaşının aqibəti necə oldu? |
Rəsmi İrəvandan daha bir terror-təxribat əməli. |
Amuldağ qızıl yatağı hansı təhlükələrə yol açır? |
Ukraynaya məxsus PUA-lar Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən zərərsizləşdirildi. |
Səkkiz milyon manatlıq narkotik ələ keçirildi. |
Daxili İşlər Nazirliyindən xüsusi əməliyyat. |
“Həyətə mağazaya girirdim səs eşitdim, çıxdım, polislər gəlir”. |
Sumqayıtda oğul anasını qətlə yetirdi. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Seneqal Prezidenti Maki Sall ölkədə fevralın 25-də keçiriləcək prezident seçkisinin təxirə salındığını açıqlayıb. |
Dövlət başçısı xalqa televiziya müraciətində deyib:“Mən seçki qanununu namizədlərlə bağlı mübahisələrə görə ləğv edirəm”. |
O, səsvermə üçün yeni tarix açıqlamayıb. |
Qeyd edək ki, Seneqal Konstitusiya Şurası prezident seçkisində iştirak etmək üçün 20 namizədi təsdiqləyib. |
Bununla belə, namizədlərdən birinin ikili vətəndaşlığa malik olması ilə bağlı qızğın mübahisə yaranıb. |
Ravalpindi məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibini boşandıqdan sonra qanundankənar erkən toy etdiklərinə görə 7 il həbs cəzasına məhkum edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.