Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu siyasətçi üçün həftə ərzində üçüncü məhkumluq qərarı olub. |
Bundan əvvəl o, dövlət sirrini açıqlamaqda təqsirli bilinərək 10 il, həyat yoldaşı ilə birlikdə korrupsiyaya görə isə 14 il azadlıqdan məhrum edilib. |
Xanın nümayəndələri bildiriblər ki, hər üç iş üzrə apelyasiya şikayəti veriləcək. |
Şəkidə başlayan həyatı Avropaya qədər uzanıb. |
Deyir ki, məktəbdə oxuyarkən Bakıya gəlmək onun üçün önəmli addım idi.Amma karyerasının ardınca nəinki rayondan şəhərə köçüb, sərhədlər aşıb. |
Hazırda dünyanın aparıcı ölkələrində zavodlar inşa edən şirkətin üzvüdür. |
“Kaspi” qəzetinin müsahibi ABŞ-Pentair şirkətində neft-kimya, bioqaz sənayesi istiqamətində proses mühəndisi Həcər Hidayətovadır. |
Həcər şirkətin Almaniya və Niderland ofisində fəaliyyət göstərir. |
Şəki şəhər 7 saylı orta məktəbi bitirdikdən sonra 609 balla Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasına qəbul olur. |
Daha sonra həmin universitetin neft-qaz texnologiyaları ixtisasında magistratura təhsili alır. |
Həcəri əksər Avropada işləyənlərdən fərqləndirən cəhət Azərbaycanda təhsil alarkən Almaniyadan iş təklifi almasıdır. |
O, hazırda dünya ölkələrinin müraciət etdiyi şirkətdə karyerasını davam etdirməkdədir. |
“Xaricdə yaşamaq mənim üçün mümkünsüz idi”"- Həcər xanım, Şəkidə təhsil alarkən Avropada işləməyi hədəfləyirdinizmi? |
Əgər belə hədəfim olsa idi, magistratura təhsili üçün xarici seçər, müraciət edə bilərdim. |
Amma xarici ölkədə yaşamaq mənim üçün mümkünsüz idi.Hətta Bakıya köçüb yaşamağı belə böyük addım, önəmli hadisə hesab edirdim. |
- Yəqin ki, Şəkidən Bakıya gəlməyin belə, böyük addım hesab olunduğu ailəyə Avropada yaşamağı qəbul etdirmək çətin oldu. |
- Bu, onlarda şok effekti yaratdı. |
Bakıya gəldikdə, işlərini mənə uyğunlaşdırıb, onlar da mənimlə köçmüşdülər. |
Avropaya köçməyimi qəbul etmək onlar üçün indi də çətindir. |
Çünki məsafə çoxdur və gec-gec görüşürük. |
Ona görə də çalışıram ki, Azərbaycana tez-tez gəlim, ailəmlə vaxt keçirim. |
Ailəm darıxsa da, mənimlə fəxr etdiklərini daim səsləndirir, dəstəkləyirlər. |
Yanlarında olmağımı istəyirlər, amma karyeram üçün əhəmiyyətli olduğunun da fərqindədirlər. |
“İş təklifini “Linkedin”dən aldım”"- Azərbaycan təhsili ilə bağlı fikirlər birmənalı deyil. |
Hətta “Avropada məşhur şirkətlərdə işləmək istəyirsənsə, mütləq xaricdə təhsil almalısan”, - deyə fikirlər var. |
- Karyeramda Azərbaycandakı təhsilimin və fəaliyyətimin rolu danılmazdır. |
Universitetə qəbul olarkən ingilis dili səviyyəm ən aşağı olaraq qeyd edildi. |
Dili öyrənməyə başlayanda çətinlik çəkirdim. |
Təhsil aldığım universitetdəki mühit, ətrafımda hər kəsin bilgili, savadlı olması məni rəqabətə sövq edir, daha da həvəsləndirirdi. |
Həmçinin, universitetimiz Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edirdi. |
İmtahanlarımızı o universitetə verirdik, kitablarımız, dərs vəsaitlərimiz oradan gəlirdi. |
Məzun olduqda, oranın da diplomunu əldə etdim. |
Magistratura təhsili də həmin universitetlə əməkdaşlıq proqramı çərçivəsində hazırlanmışdı. |
Yəni Bakıda təhsil alarkən, universitet onların da təhsilindən yararlanmaq fürsəti tanımışdı. |
Təhsil alarkən auditoriyamıza xarici şirkətlərin nümayəndələri gəlir, tələbələrlə maraqlanırdı. |
Bizi əvvəlcə təcrübəyə dəvət edir, sonra işə qəbul edirdilər. |
Məsələn, İtaliya şirkəti tələbələr arasında apardığı müsahibələrdən sonra dörd nəfəri seçdi. |
Bakı ofisində doqquz aylıq inkişaf proqramı çərçivəsində təlim keçdim. |
Sonra bu şirkətdə kiçik layihə mühəndisi kimi işə başladım. |
Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsi üzrə işləyirdik. |
Yəni Bakıda yaşayarkən artıq xarici şirkətlərlə əməkdaşlığa başlamışdım. |
- Bəs nə üçün İtaliya deyil, Almaniyanı seçdiniz? |
- Bu qərarı pandemiyadan sonra verdim. |
Bu boşluqdan istifadə edərək alman dilini öyrənməyə qərar verdim. |
Daha sonra Gürcüstanda Höte imtahanında iştirak edərək, alman dili sertifikatını əldə etdim. |
Həm ixtisaslı kadr idim, həm də alman dilini bilirdim. |
Düşündüm ki, Almaniyada işləmək şansım var. |
Azərbaycanda yaşaya-yaşaya “Linkedin” sosial şəbəkəsində işlərə müraciət etməyə başladım. |
O qədər imtina aldım, amma hər dəfə təkrar müraciət etdim. |
Beş ay ərzində minlərlə müraciətim olub. |
Bu müddətdə bir çox müsahibələrdən keçdim, amma Almaniyada Avropa İttifaqı (Aİ) vətəndaşı olmayanlar üçün viza təsdiqi çətin olduğundan şirkətlərin əksəriyyəti geridönüş etmirdi. |
“Linkedin”də işlərə açıq olduğumu bəyan etdim. |
Gözləmədiyim bir vaxtda iş təklifi aldım. |
“Linkedin” profilimi bəyənmişdilər. |
Bundan sonra müsahibə proseslərini keçdim və “Pentair”də iş həyatım başladı. |
Şirkət ABŞ ilə yanaşı, Danimarka, Niderland, Almaniyada fəaliyyət göstərir. |
Dörd ay çəkən viza prosedurundan sonra Avropaya köçdüm. |
“Sosial şəbəkələrdən düzgün istifadə etdikdə, faydaları inanılmazdır”"- “Pentair”də işiniz nədən ibarətdir? |
Ölkələr nə üçün sizin şirkətə müraciət edirlər? |
- “Pentair” karbon qazını (CO2) təmizləyərək qiymətli məhsullara çevirir. |
Dünya ölkələri üçün layihələr edirik. |
Hətta Danimarkadakı şirkətimiz bu yaxınlarda Azərbaycan üçün də layihə etməyi planlaşdırır. |
Satış mərhələsi tamamlandıqdan sonra çox adam tərəfindən bilinən layihə olacaq. |
Biz burada daha çox təmiz karbon qazının alınması üçün fəaliyyət göstərir, təmiz yanacaq dediyimiz “Biogaz” üçün zavodlar inşa edirik. |
Mən də bu zavodların proses üzrə dizayn mühəndisiyəm. |
Bizə müxtəlif şirkətlər müraciət edir. |
Bunlar həm qida, həm də kimya sənayesi üzrə ola bilər. |
Qida sənayesi üçün daha çox qazlı içkilər və pivə şirkətləri üçün karbon qazı istehsal edən zavodlar tikirik. |
Kimya sənayesi üçün isə sənayedə istifadə olunan təmiz karbon qazı alınması üçün zavodlar inşa edirik. |
Yuxarıda qeyd etdiyim “biogaz”dan daha çox Avropa ölkələrində istifadə edilir. |
Bundan əlavə, fermalarda tullantıların yenidən istifadə olunması zamanında alınan çirkli qazların təmizlənməsi üçün dəstək oluruq. |
Bu qazlar təmizlənərək yanacaq kimi fermalarda, kimyəvi zavodlarda, yaxud çox böyük layihədirsə, məişətdə istifadə oluna bilər. |
- Bəzi insanlar sosial şəbəkələrdən istifadəni vaxt itkisi hesab edirlər. |
Sizin Avropa macəranız isə məhz bu şəbəkələrlə başlayıb. |
Sizcə, bu platformalardan necə istifadə edilməlidir? |
- Sosial şəbəkələrdən hansı məqsədlər üçün istifadə etmək əhəmiyyətlidir. |
Mən vaxt itkisi kimi dəyərləndirmirəm. |
Sosial şəbəkələr vasitəsilə çox dəyərli insanlar tanıyıb, dostluqlar qurmuşam. |
Təəssüflər olsun ki, Azərbaycanda “Linkedin”dən daha çox göstəriş üçün istifadə olunur. |
Amma daha yaxşı əlaqələr qurmaq, iş axtarmaq, karyera üçün ideal məkandır. |
Xaricdə iş axtarmağa başlayanda profilimi hazırladım. |
Detallı şəkildə nə işlər gördüyümü yazdım, diplomlarımı, sertifikatlarımı əlavə etdim. |
İndi də haradan sertifikat alsam, çalışıram ki, paylaşım. |
Məqsəd odur ki, bağlantımda olan şəxslər hansı biliyə malik olduğumu görsünlər və buna uyğun iş təklifləri alım. |
Bəzən görürəm ki, Azərbaycan “Linkedin”ində boş kontentli postlar paylaşılır, bu, məqsədəuyğun deyil. |
Sosial şəbəkələrdən düzgün istifadə etdikdə, faydaları inanılmazdır. |
“Gələcəyə daha yaxşı investisiya qoymaq üçün bu ixtisası seçdim”"- Bəzi peşələr cinsə görə fərqləndirilir. |
Mühəndislik də, xüsusilə neft-qaz sahəsi üzrə bəzi bölgələrdə kişi sənəti kimi qiymətləndirilir. |
Sizdə bu sahəyə maraq necə yarandı? |
- Əslində, ixtisas seçimimlə bağlı strateji addım atdım. |
Düzünü desəm, bu istəyə bağlı deyil, gələcəyə bağlı verilmiş qərar idi.Azərbaycan neft ölkəsidir və bu sahə ən çox inkişaf etmiş və gəlirli sahələrdən biridir. |
Topladığım balla gələcəyə daha yaxşı investisiya qoymaq üçün bu ixtisası seçdim. |
Bu kimi peşələrin cinsə görə fərqləndirilməsi ilə dəfələrlə rastlaşmışam. |
- Bəs strateji addımınızın hazırda əmək bazarındakı rolunu necə qiymətləndirirsiniz? |
Sizcə, yetərincə dəyər görürmü? |
- Azərbaycanda son illərdə inkişaf etməyə başladığını düşünürəm. |
Dünyada isə bu sahə daha fərqli istiqamətdə irəliləyir. |
Məsələn, Avropada ətraf mühitə uyğun təbii qazların alınması, yaxşı kimyəvi məhsulların hazırlanması istiqamətində çox işlər görülüb. |
Azərbaycan neft-qaz ölkəsi olduğu üçün mühəndislik də məhz bu istiqamətdə inkişaf edir. |
Daha çox neft üzrə mühəndislər yetişdirilir, başqa sahələrə yönəlmir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.