Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Avropada neft yoxdur, buna görə fərqli - boya sahəsi, bioqaz, karbon, sulfur qazları sahələrində inkişaf edir. |
Hazırda bunlara dünyada daha çox tələb var. |
“Hər gün ofisdə Azərbaycanın, yaxud şəhərinin adı çəkiləcək”"- Həcər xanım, Şəkidə böyüyən qızın uzaq ölkəyə təkbaşına köçməsinin və fərqli mühitdə işləməsinin çətinlikləri nədir? |
- Çox adam düşünür ki, əgər ölkəni tərk edib Avropaya getdinsə, deməli, hər şey əladır. |
Burada hər şeyi təkbaşına etməlisiniz. |
Mədəniyyətləri də tam fərqlidir. |
Məsələn, maşınım yoxdur, bizdəki kimi taksilərdən istifadə rahat deyil. |
Yaxud kömək lazım olduqda sənə yardım əlini uzadacaq insan yoxdur. |
Evə köçürsünüzsə, hər şeyinizi özünüz almalı, daşımalısınız. |
Mühit fərqlidir, heç kimi tanımırsınız. |
Psixoloji olaraq ilk vaxtlar tək yaşamaq çox çətin olur. |
İnsan dostları, ailəsi, evi, vətəni üçün çox darıxır. |
Bütün çətinlikləri gözə almaq lazımdır. |
Düzdür, maaşları bizdən yaxşıdır, amma çox qazanmaqla bərabər, o qazanca uyğun da xərcləməyə məcbursan. |
Maddi olaraq burada yaşamaq asan deyil. |
Məsələn, texnoloji alətlərin qiymətlərini müqayisə edirik. |
Amma nəqliyyata, kirayəyə gəldikdə, Azərbaycandakı qiymətlərdən qat-qat bahadır. |
Yaxşı maddi vəziyyəti olmadan gəlirsənsə, bu, çox böyük riskdir. |
Mən işi, gəlirləri zəmanət altına aldıqdan sonra köçməyi məsləhət görərdim. |
Müsbət tərəfləri isə iş mühitindəki sərbəstlikdir. |
Avropadakı iş mühiti daha rahatdır. |
İstədiyini deyə biləcəyin, müdirlə rahat münasibət qurula bilən mühitdir. |
Üst məqamlarla görüşmək, şikayətini bildirmək çox asandır. |
Azərbaycandakı şirkətlərin əksəriyyətində bu mümkünsüzdür. |
- Dediniz ki, işlədiyiniz ölkələrin içində Azərbaycan da var. |
Maraqlıdır, digər ölkələrdən gələn layihə ilə vətənlə bağlı layihəni işləmək arasında hansı fərqlər var? |
- Mən Azərbaycan layihəsini gördükdə çox sevinmişdim. |
Çünki biz layihələri ölkənin və ya şəhərin adına görə adlandırırıq. |
Bir layihənin adı gündə 10 dəfə istifadə olunur və hamı tərəfindən tanınır. |
Hər gün ofisdə Azərbaycanın, yaxud şəhərinin adı çəkiləcək. |
- Rayonlarda yaşayan şagirdlərin bəziləri üçün xaricdə təhsil almaq mümkünsüzdür. |
Xüsusilə, pulun yoxdursa, onlara görə bu, ancaq xəyal ola bilər? |
- Mənim kimi çalışaraq əldə etmək olar. |
Təhsilimə, işimə indiyə qədər pul xərcləməmişəm. |
Dövlət layihələri, proqramları çərçivəsində hər fürsətdən yararlanıb, müsahibələrə qatılmışam. |
Universiteti də pulsuz oxudum, işlədiyim şirkətə də öz biliyimlə seçildim. |
Təbii ki, ailəmin dəstəyi olub, onlar mənim üçün kirayə ev tutub, təhsil aldığım müddətdə maddi yardım ediblər. |
Mən də onlara dəstək olmağa çalışmışam. |
Hətta universitetdə oxuduğum vaxt son iki ildə kursda riyaziyyat müəllimi işləyirdim ki, xərclərimi çıxarım. |
Mənə görə, uğurlu karyerada ilk olaraq savad əldə etmək, ikinci də sosial həyatda aktiv olmaq lazımdır. |
Ən əsası, özünə yatırım etməlisən. |
Daha çox insanlarla tanış olmalı, qarşına hədəf qoyaraq o hədəfə doğru irəliləməlisən. |
Almaniyaya gəlmək istəyəndə mindən çox yerə müraciət etmişdim. |
Gündə 10 yerdən rədd cavabı alırdım, amma bu, məni məqsədimdən çəkindirmirdi. |
Təsdiq alana qədər müraciət etdim. |
Rayon, kənd, şəhər fərq etmir, əzmin varsa, istədiyin hər şeyə nail ola bilərsən. |
“Ləhcəmdən hər yerdə istifadə edirəm”"- İnsan özünə necə yatırım etməlidir? |
İnkişaf üçün sizcə, ən vacib nüanslar nədir? |
- Əgər üç saat boş vaxtım varsa, iki saatını özümün inkişafıma, bir saatını əyləncəyə sərf edirəm. |
Bu, artıq məndə adətə çevrilib. |
Boş vaxtımda nə isə oxumayanda, öyrənməyəndə vicdan əzabı çəkirəm. |
Özümə yatırım etməyəndə, özümü günahkar hiss edirəm. |
Bunun yaxşı hal olmadığını bilirəm, amma artıq vərdişdir. |
Beş il sonranı fikirləşərək hərəkət edirəm. |
Məsələn, bu dəqiqə ev və ya maşın alacaq qədər pulum varsa, ev alaram. |
Çünki maşının beş il sonra qiyməti aşağı düşəcək, amma evin qiyməti qalxacaq. |
Özünə yatırım edən insan hər addımda gələcəyi düşünərək hərəkət etməlidir. |
Məsələn, “şoppinq” etmək, dil öyrənmək seçimi arasında qaldıqda, düşünmək lazımdır ki, bir kofta alırsan, üç ay geyinirsən, bəyənmirsən və ya keyfiyyəti ölür, verdiyin pulla birlikdə zibil qabına gedir. |
Amma pulu dil öyrənməyə yatırdıqda, beş il sonra mütləq faydasını görürsən. |
Yatırımı balanslı etmək lazımdır. |
Bütün pulu geyimə yox, yarısını dilə, yarısını geyimə bölmək lazımdır. |
Mən universitet vaxtımda daha çox maddi olaraq ailəmə bağlı olduğumdan bunlara diqqət edirdim ki, ailəmi maddi gücə salmayım. |
Ailəm mənə pul xərcləyəndə bunu ancaq biliyimə sərf edirdim. |
- İngilis, alman, holland dilini öyrənmisiniz. |
Bunlar sizə şirin Şəki ləhcəsini unutdururmu? |
Ümumiyyətlə, xarici ölkədə ləhcəniz üçün darıxırsınızmı? |
- Ləhcəmdən hər yerdə istifadə edirəm. |
Biz ailə arasında həmişə Şəki ləhcəsində danışırıq. |
Nə qədər dil öyrənsəm də, ləhcəmi unutmaram. |
Bütün “WhatsApp” mesajlarım hamısı Şəki ləhcəsindədir (gülür - A.Ə.). |
Bakıda ləhcəmizdən ancaq ailə daxilində istifadə edirdim. |
Almaniyada, Niderlandda isə insanlar anlamadığı üçün telefonla da tam sərbəst danışıram (gülür - A.Ə). |
- Orada daha çox dostlarınız, isti münasibətlər üçün darıxdığınızı qeyd edirsiniz. |
- Soyuq deməzdim, amma hamı özünə, öz həyatına fokuslanıb. |
Heç kim heç kimin istər mənfi, istərsə də müsbət mənada həyatına qarışmır. |
Bizdə başqalarının həyatına müdaxilələr çoxdur. |
Heç tanımadığın, yolda gördüyün insan belə həyatına müdaxilə edə bilər. |
Ancaq Avropadakı kimi individiualizmin də mənfi tərəfləri odur ki, bir-birinə qonaq getmirlər. |
Yolda yıxılırsansa, heç kim kömək etmək istəmir. |
Hamı özünə fokuslanıb və həyatını yaşayır. |
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”. |
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib. |
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. |
Təcili olaraq NATO-nu tərk etməliyik”, - o bildirib. |
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”. |
Milli Respublikaçılar Partiyası “Şinn Feyn” tarixdə ilk dəfə Şimali İrlandiya hökumətinə rəhbərlik edəcək. |
Assambleyanın (regional parlament) qərarı ilə partiya rəhbəri Mişel O'Nil regionun birinci naziri vəzifəsinə təyin edilib. |
Bundan sonra Demokratik Birlik Partiyası (DUP) hakim koalisiyada azsaylı üzv kimi çıxış etməli olacaq. |
Bu, Şimali İrlandiyada millətçilər və yunionistlər (ittifaqçılar) arasındakı güc bölgüsü prinsipinə uyğun olaraq həyata keçiriləcək. |
Xatırladaq ki, hələ 2022-ci ilin may ayında İrlandiyanın birləşməsini müdafiə edən “Şinn Feyn” tarixdə ilk dəfə Assambleya seçkilərində qalib gəlib. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb. |
Oxu.Az xəbər verir ki, “Gölkənd - qədim türk irsini yaşadan Qaraqoyunlu eli” adlı bugünkü buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılıb. |
Verilişdə toylu-busatlı Gölkənd elində bayramlar, şadlıq törənləri, qədim türk izləri – məbədlər, qəbirlər göstərilir, Azərbaycan Qaraqoyunlular xəndanı, Ağqoyunlulara məğlub olan Qaraqoyunluların pərən-pərən düşməsindən bəhs olunur. |
Bildirilir ki, Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı Qərbi Azərbaycanın gözəl guşələrindən biri olaraq indiki Ermənistan SSR-in İcevan (Karvansaray) və Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. |
Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olan Gölkənd adından da məlum olduğu kimi, öz adını burada olan təbii göllərdən alıb. |
Kənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl olub. |
Verilişdə göllərin əhatəsində olan Gölkənddən, cənnət Qafqazdan Anadoluya köçlərin sirri, nəqşibəndilik və nigarilik təriqətlərinin təsiri ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir. |
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği, kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.