Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) matçını izləyənlər arasında Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün də olub. |
Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. |
Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib. |
Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib. |
Finlandiyanın Yuva şəhərində fərdi evlərin həyətlərində qar çəhrayı rəngə boyanıb. |
Yerli sakinlər xilasetmə xidmətinə müraciət ediblər. |
Məlumata görə, naməlum maddənin təsirilə qar mazut qoxusu verib, ətrafda isə heç bir iz qalmayıb. |
Yerli sakinlər boyanın göydən düşməsinə inanırlar. |
Xilasetmə xidməti isə belə nəticəyə gəlib ki, qar yığınlarını çəhrayı rəngə boyayan maddə kalium permanqanatdır. |
O, heroin və kokain istehsalında, həmçinin əczaçılıq və kimya sənayesində oksidləşdirici maddə kimi istifadə olunur. |
Çəhrayı qarın sirri hazırda yerli polis tərəfindən araşdırılır. |
Maddənin fərdi evlərin həyətinə necə düşdüyü hələlik məlum deyil. |
Özünü dünyada boks yarışlarının əvəzolunmaz rinq aparıcısı kimi tanıdan Maykl Baffer uğura gedən yolu tapanda 38 yaşı var idi. |
Özü bu haqda belə danışır:""“Bir dəfə oğlumla televizorda boks yarışını izləyirdim. |
Rinqdəki aparıcı iştirakçıları o qədər pis təqdim edib danışırdı ki, 12 yaşlı oğlum dedi ki, “ata, sən bunu daha yaxşı bacararsan” və elə bil ki, bu söz ağlıma batdı və özüm üçün rinqdəki kimi təqdimat hazırlayıb məşq etməyə başladım. |
Təzə-təzə bu, çox pis alınırdı. |
Sonra isə auditoriyanın diqqətini cəlb etmək üçün cümlələr qurmağa başladım. |
“Kəmərlərinizi bağlayın, başlayırıq” kimi müraciətlərdən istifadə etdim. |
Amma bunların heç biri tamaşaçıları ələ almaqda kömək etmirdi. |
Bunlara baxmayaraq, Maykl ruhdan düşmür və sonda onu boks yarışlarının məşhur aparıcısı edən həmin o beş sehrli sözü tapa bilir. |
“Birdən Məhəmməd Əlinin yarışdan öncə rəqibini əsəbiləşdirmək üçün dediyi sözləri xatırladım. |
O, “mən çox güclüyəm, yarışa hazıram, gəl, dalaşaq, gəl, səni sındırım, mən səni parçalamağa hazıram” kimi sözlər mırıldanırdı”, - deyə Maykl bildirib. |
Maykl Məhəmməd Əlinin dediklərindən özünə lazım olan sözləri tapır və həmin cümlə belə səslənirdi:Guruldamağa hazır olun (Let’s get ready to rumble). |
Məhz bu sözlərlə rinqdən müraciət tamaşaçıları o qədər coşdurur ki, Maykl ulduza çevrilir. |
Baffer familiyası artıq məşhur idi.""Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında: |
Polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib. |
Musavat.com-un əldə etdiyi məlumata görə, o, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi təyin edilib. |
Qeyd edək ki, Teyfur Rüstəmov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif edilib. |
Eyni zamanda, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. |
Xatırladaq ki, polkovnik bundan əvvəl Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri vəzifəsində çalışıb. |
Teyfur Rüstəmov Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. |
Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. |
Bu məhsulların hər kiloqramı 5 manata başa gəlib. |
Dövlət Gömrük Komitəsinin məlumatına görə, gətirilən bu ətlərin ümumi dəyəri 148 milyon manat olub. |
Bəs bu cür ucuz məhsul gətirilməsi niyə ölkədə ətin və ondan hazırlanan məhsulların qiymətinə təsir etməyib? |
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. |
Bununla belə, ötən il ət 20 faiz civarında bahalaşıb. |
Bahalaşmanın daha da çox olmaması üçün isə idxal çox vacibdir. |
Ekspertin sözlərinə görə, idxaldan sonrakı digər rüsum və xərclər ətin maya dəyərinin artması ilə nəticələnir. |
Bu da təbii ki, məhsulu bahalaşdırır. |
İqtisadçıların sözlərinə görə, xaricdən gətirilən ətin bir hissəsi Hindistanın payına düşür. |
Son vaxtlar həmçinin Rusiya, Ukrayna və Qazaxıstandan ətlə yanaşı, diri heyvanlar da gətirilir. |
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: |
Almaniya və Ukrayna arasında təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi bu ayın əvvəlində imzalana bilər. |
Məlumata görə, artıq sazişin layihə variantı hazırlanıb. |
Sənədin fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında imzalanması gözlənilir. |
Müqavilənin məzmunu ilə bağlı heç bir təfərrüat açıqlanmır. |
Qeyd edək ki, Almaniya Nazirlər Kabineti bu məlumatı təsdiqləməyib, lakin qurum Almaniya kansleri Olaf Şolts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu mövzunun müzakirə edildiyi son telefon danışığını xatırladıb. |
Mingəçevir şəhərində 67 yaşlı qadın dəm qazından zəhərlənib. |
“Unikal”ın məlumatına görə, hadisə Günəşli fərdi yaşayış massivi ərazisindəki evlərdən birində baş verib. |
1957-ci il təvəllüdlü Şəfiqə Səfərəli qızı Babəliyeva yaşadığı evdə dəm qazından zəhərlənərək halsız duruma düşüb. |
Yaşlı qadın xəstəxanaya çatdırılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb. |
Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib. |
Hadisə ilə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur. |
Qeyd edək ki, 2023-cü ilin yayında federal hakimiyyət yerli polisin tərksilah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb. |
Bir gün əvvəl Efiopiya parlamenti Amhara əyalətində fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb. |
Qədim dövrlərdə dünyanın harasında, hansı statusda yaşamasından asılı olmayaraq, kişilər bığı toxunulmaz hesab edir, ondan ötrü mübarizə aparır, yeri gələndə hökumətlə baş-başa dayanırdılar. |
I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin etmişdi. |
Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi. |
Onlar da daim bunu üzərlərində gəzdirir, onları saxlayan çar hakimiyyətinin nümayəndələrinə göstərirdilər. |
Azərbaycanda da bığ kişilərin əvəzolunmazı idi.Təkcə əvəzolunmaz deyil, həm də namus-qeyrəti hesab olunurdu. |
Qaçaq Nəbinin qadınların namusuna göz dikən kəndxudanı cəzalandırması səhnəsi buna bariz nümunədir. |
Dastanlarda, filmlərdə Azərbaycan kişisinin əzəməti, zəhmi bığ və papağı ilə önə çəkilirdi. |
İllər keçdikcə kişilərin bığ saxlama adəti sanki unudulur, onun yerinə daha çox saqqala üstünlük verilir. |
Bəs, indiki kişilərin bir çoxunun bığ saxlamamağının səbəbi nədir? |
“Bizim.Media” şəhər sakinləri arasında bununla bağlı sorğu keçirib: |
Fevralın 4-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. |
Ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı, gecə bəzi dağlıq rayonlarda isə yolların buz bağlama ehtimalı var. |
“Oktan ədədini artırır, avtomobilin mühərrikinin iş prinsipini daha da yaxşılaşdırır”. |
Xezerxeber.az-ın məlumatına görə, bu kimi sözlərlə demək olar ki, istənilən sürücü ən çox da yanacaqdoldurma məntəqələrində rastlaşır. |
Sürücülərə yaxınlaşan yanacaqdoldurma məntəqələrinin işçiləri müxtəlif qiymətlərə olan yanacaq qatqılarını təklif edirlər. |
Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı? |
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. |
Onun sözlərinə görə, “Avro-4” və “Avro-5” standartlı avtomobillərdə “Aİ-95” yanacağından istifadə edilməlidir. |
Bəs “Aİ-92” yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi? |
Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də xeyirlidir. |
Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər. |
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: |
Əksər supermarketlərin qarşısında parklanma yerləri var. |
Həmçinin parklamaya kömək edən şəxslər ərazidə olurlar. |
Ancaq bu parklanma yerləri “Azparking” tətbiqinə aid deyil. |
Onların işinə hansı qurum və necə nəzarət edir? |
Xezerxeber.az-ın məlumatına görə, ictimai iaşə obyektlərinin əksəriyyətinin qarşısında parkinq üçün yer olsa da, bu, qanunla yox, məhz insanlar tərəfindən tənzimlənir. |
Əsasən supermarketlərin qarşısında rastlaşılan bu paklanma nəzarətçiləri deyirlər ki, qiyməti özləri tənzimləmirlər. |
Amma hər gün bu xidmətə görə qazanc əldə edirlər. |
Sürücülər isə bu nəzarətçilərin onlara zərərinin yox, əksinə, daha çox xeyrinin olduğunu bildirirlər. |
Bunu da özlərinə məxsus şəkildə əsaslandırırlar. |
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, agentlik yalnız avtomobil yollarının kənarında quraşdırılan parklanma yerlərinə nəzarət edir. |
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: |
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) genişmiqyaslı qazıntılar zamanı arxeoloqlar e.ə 2700-2000-ci illərdə mövcud olmuş Tunc dövrü mədəniyyətinin sirlərini aça biləcək alətlər aşkar ediblər. |
Qazıntılar Əbu-Dabidə, Umm ən-Nar kimi də tanınan Sas əl-Nəhl adasında aparılıb. |
Tədqiqatlar sayəsində su keçirməyən qablar, gillə örtülmüş anbar çuxuru və tunc dövrünə aid qayığın bir parçası kimi müxtəlif dəyərli materiallar aşkar edilib. |
Tapıntılar sayəsində alimlər əmirliyin regional və beynəlxalq ticarətdəki rolu haqqında yeni məlumatlar əldə edə biliblər. |
Korsika müstəqillik tərəfdarlarının “Nazione” partiyasını yaratmasından qısa müddət sonra və daxili işlər naziri Jerald Darmanənin Korsikaya səfərindən bir neçə gün əvvəl Fransa polisinin iki fəalımıza qarşı törətdiyi zorakılıq aktı qəbuledilməzdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.