Search is not available for this dataset
text
stringlengths
10
518k
Biz onların, ailələrinin yanındayıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Korsika Assambleyasının deputatı Jozefa Ciakometti Piredda səsləndirib.
O bildirib ki, son bir neçə ayda baş verən hadisələr Fransa hökuməti ilə vəziyyətin çox kritik olduğunu bir daha göstərir.
Fransa ilə Korsika arasında real həll yolları tapmaq lazımdır.
“Son vaxtlardakı hadisələrdən danışsaq, bəlkə də mərkəzsizləşdirmə sahəsində müəyyən kiçik irəliləyiş olub, ancaq əsl inkişaf yoxdur.
Əsl siyasi həll istiqamətində inkişaf olmayıb.
Xalqımızın öz torpaqlarında hüquqlarının, dilinin tanınması istiqamətində irəliləyiş yoxdur.
Bizim üçün əsl siyasi həll lazım olan sahələrdə inkişafdan söhbət belə getmir”, - deyə deputat vurğulayıb.
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Azərbaycanda 2024-cü ilin yanvar və fevral aylarında xarici valyutaya tələbatın yüksəlməsi davam edib.
Bəs xarici pul vahidlərinə kütləvi ehtiyacın yaranması nə ilə bağlıdır?
Milli valyutanın ABŞ dollarına qarşı məzənnəsində dəyişiklik ola bilərmi?
İqtisadçı Eyyub Kərimli hesab edir ki, xarici valyutaya və əsasən də dollara tələbatın artması ilin əvvəlində ölkəyə idxal olunan məhsulların artması, idxalın dövriyyəsinin artması ilə daha çox əlaqələdir:""“Bu da dollara tələbatı artırır.
Dollara tələbatın artması da manatın məzənnəsinə qarşı müəyyən təzyiqlər yarada bilər”.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçknin qısamüddətli monitorinqinə başlayırlar.
Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildirlər.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək.
Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.
Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər.
Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək.
İTV Bakının ictimai yerlərində pulsuz “Wi-Fi” probleminə həsr olunmuş süjet hazırlayıb.
Süjetdə bildirilir ki, heç də hər yerdə açıq “Wi-Fi”ya rast gəlinmir.
Sual yaranır:İctimai “Wi-Fi”ın əhatə dairəsi hansı prinsiplərə uyğun müəyyən edilir?
“Aztelekom” MMC-dən bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir.
Qeyd edilib ki, ictimai “Wi-Fi” xidmətinin yeni ərazilərdə tətbiq edilməsi hazırda nəzərdə tutulmur.
Bakıda toyda bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslarının birinin geyimi yanıb.
Sözügedən görüntüləri təqdim edirik:
Qusar rayonunda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 kvadratmetr olan kürsülü, birmərtəbəli üç otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə, dam örtüyü 150 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib.
Oxu.Az xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.
Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.
Türkiyədə helikopter qəzası nəticəsində iki pilot ölüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterdə olan iki pilot vəfat edib, texniki işçi isə yaralanıb.
Milletimizin başı sağ olsun🇹🇷 Bu akşam Gaziantep Havalimanına gitmek için Hatay Havalimanından havalanan Emniyet Genel Müdürlüğü Havacılık Daire Başkanlığı envanterine kayıtlı EM 708 kuyruk numaralı helikopterimiz, Gaziantep'in Nurdağı ilçesi Kartal Köyü mevkiinde kaza kırıma…
Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.
Faktla bağlı araşdırma aparılır.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“SpaceX” Beynəlxalq Kosmik Stansiyadan “Crew Dragon” kosmik gəmisinin ayrılmasını yenidən təxirə salıb.
“Axiom Space” kommersiya missiyasının bir hissəsi olaraq dörd nəfərlik ekipajın Yerə qayıdışı fevralın 6-dan gec olmayaraq həyata keçiriləcək.
Daha əvvəl “Crew Dragon”un dönüşü fevralın 5-nə təxirə salınmışdı.
Xatırladaq ki, missiyanın heyətində Türkiyənin ilk astronavtı Alper Gezeravcı da var.
Recovery weather off the coast of Florida continues to be unfavorable for Dragon and the Ax-3 crew to undock and safely return to Earth.
Now targeting no earlier than Tuesday, February 6 for Dragon to undock from the @Space_Station"Mənbə:Haber Global
Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb.
Böyüklü, kiçikli xeyli insan xəstədir.
Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə “vuruşur”.
Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir.
Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur.
Sosial şəbəkələrdə “virus öldürmür, amma süründürür”, “qızdırma 39 dərəcədən aşağı düşmür”, “öskürməkdən boğazım qopub düşəcək”, “sümüklərim sızıldayır” kimi xəstə şikayətlərinə rast gəlirik.
Bu virusa yoluxmamağın yolu nədir?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
COVID-19-un yeni variantı ilə üz-üzəyik?
Mövzu ilə bağlı TƏBİB-dən verilən məlumata görə, hər il olduğu kimi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:""“Son günlərdə əhali arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşay...
Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur.
Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər”.
TƏBİB əhaliyə dəfələrlə çağırışlar edib"Qurumdan bildirilib ki, yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə heç bir əsas yoxdur:""“Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.)bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilə...
Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir.
TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib.
Əhalinin respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və proses davam etdirilir.
Bütün bu xəstəliklər hava-damcı yolu ilə yoluxur və hər birinin qorunma yolu eynidir”.
Uşaqlar, hamilə qadınlar, ahıl şəxslər"Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da bildirib ki, qış fəsli ilə əlaqədar hazırda mövsümi qrip, müxtəlif respirator virus infeksiyaları, o cümlədən koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir:"""“Soyuq aylarda yoluxma hallarının ar...
Bundan başqa, otaqların daha az havalandırılması, xəstəliyin yüngül formalarına rast gəlinməsi səbəbindən xəstələrin evdə oturmayaraq aktiv həyatını davam etdirməsi, tibbi maskadan istifadə edilməməsi, məsafənin gözlənilməməsi, əl gigiyenasına əməl olunmaması bu cür xəstəliklərin nisbətən sürətli yayılmasına öz “töhfəs...
Həmçinin, payız-qış fəslində insanlarda immunitetin dövrü zəifləməsi, soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsiri nəticəsində mikroblara qarşı müdafiə faktorlarının zəifləməsi, qida rasionunda vitamin çatmazlığı, havanın temperaturunun tez-tez dəyişməsi ilə əlaqədar geyimin düzgün seçilməməsi və s....
Bu müxtəlif infeksiyalar içərisində nisbətən daha çox fəsadlı keçən məhz qripdir.
Xəstəliyin qızğın dövründə yüksək hərarət, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, baş ağrıları, uzun müddətli quru və yaş öskürək kimi əlamətlər digər respirator infeksiyalarla müqayisədə daha ifadəlidir.
Xüsusən də immundefisit halları xəstəliyin uzanmasına, sağalmanın daha gec baş verməsinə səbəb olur.
Beş yaşa qədər olan uşaqlar, hamilə qadınlar, ahıl şəxslər, ağır xroniki xəstəliyi olan insanlar daha həssasdır”.
Sadə qaydalara əməl etmək tələb olunur"T.Eyvazovun sözlərinə görə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək tələb olunur.
Xəstə insan kollektivə daxil olmamalı, evdə oturaraq özünü təcrid etməlidir:""“Xüsusən, risk qrupuna daxil olan şəxslər əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalı, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməli, əl, respirator gigiyena qaydalarına əməl etməlidirlər.
Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalıdırlar.
Həssas qrupa daxil olan insanlar isə ərazi üzrə tibb müəssisələrinə müraciət edərək qripə qarşı vaksinasiya olunmalıdırlar.
Qida rasionunu meyə-tərəvəzlərlə zənginləşdirmək də tövsiyə olunur”.
COVID-19 virusu var"İnfeksionist-hepatoloq Mərdan Əliyev qeyd edib ki, ölkə ərazisində hazırda bir neçə növ virus özünü göstərir.
İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir:""“Qızılca, rinovirus, rotavirus, qrip, hətta koronavirus da ölkə ərazisində mövsümlə əlaqədar olaraq geniş yayılıb.
Koronavirus yüngül keçdiyi üçün bununla bağlı xəstəxanalara kütləvi şəkildə müraciət olunmur, test də edilmir.
Bu gün insanların şikayətləndiyi və ağır keçən virus qrip infeksiyasıdır.
Xəstəlikdən sonra da uzun müddət öskürək davam edir.
Rinovirus, rotavirus daha yüngül keçir, adətən ciddi narahatlıq yaratmır”.
Qrip ağır fəsadları olan xəstəlikdir"Həkim vurğulayıb ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib:""“Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bil...
Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq.
Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir”.
Viruslar hər il öz gücünə güc qatır?