Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İnsanlar son üç ildə müşahidə olunan xəstəliklərin əvvəlkilərlə müqayisədə ağır keçdiyini vurğulayırlar. |
Məsələn, “qızılca əvvəlki qızılca deyil”, yaxud “qrip heç vaxt bu qədər sərt olmayıb” kimi fikirlərə tez-tez rast gəlirik. |
Həqiqətən viruslar hər il öz gücünə güc qatır, yoxsa insanlar mübarizədə zəifləyiblər? |
M.Əliyev qeyd edib ki, bu zəifləmə koronovirusun bizə vurduğu zərbələrdəndir:""“Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi. |
Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dənizkənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. |
Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillik özünü göstərir”. |
ABŞ-nin hazırkı prezidenti Co Bayden Cənubi Karolina ştatında Demokratlar Partiyasından prezidentliyə namizədlər üçün keçirilən ilkin seçkidə mütləq üstünlüklə qalib gəlib. |
Məlumata görə, seçicilərin 96 faizindən çoxu dövlət başçısına səs verib. |
Digər Demokrat namizədlər - yazıçı Marien Villiamson və konqresmen Din Fillips isə hər biri iki faizdən az səs toplayıb. |
Səsverməni qazanmaq üçün sadə səs çoxluğunu toplamaq lazımdır. |
Praymerizdə qalib gələn namizəd Demokratların Milli Konqresində nümayəndələrin səslərini alacaq. |
Tədbir avqust ayında Çikaqoda baş tutacaq. |
Sumqayıtda minik avtomobili yanıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək, digər hissələrinə keçməsinə imkan verilməyib. |
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. |
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub. |
Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. |
Azərbaycanda da qızıl mədənləri mövcuddur. |
Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. |
Hazırkı statistika isə azalan istiqamətdədir. |
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. |
Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən 17,7 faiz azdır. |
Bəs hasilatın azalmasına səbəb nədir? |
İşğaldan azad olunmuş ərazilərimizdəki qızıl mədənlərində hasilat prosesi başlayıbmı? |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Bu sektor Azərbaycan üçün yenidir"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, hasilatın artırılması üçün yüksək texnologiyaların cəlb edilməsi lazımdır:""“Bütün hallarda nəzərə almalıyıq ki, bu sektor Azərbaycan üçün yenidir. |
Ona görə də mütəmadi olaraq, illik göstəricilərin dəyişməsini müşahidə edə bilirik. |
Bu da məhz həmin sektorun yeni olması və daha çox texnologiya tələb etməsi ilə bağlıdır. |
Amma nəzərə almalıyıq ki, Zəngilanda və Kəlbəcərdə ehtiyatlarımız kifayət qədər böyükdür. |
İşğaldan azad edilən ərazilərimizdəki ehtiyatlarımızın böyük olması qızıl hasilatının artırılmasına imkan yaradacaq. |
Növbəti illərdə Azərbaycanda qızıl hasilatının artacağı gözlənilir. |
Çünki işğaldan azad olunmuş ərazilərimizdə daha intensiv şəkildə qızıl hasilatı mümkündür”. |
Yataqlara yenidən baxılması planlaşdırılır"İqtisadçı Elmir Səfərli bildirib ki, qızıl hasilatımız artırıldıqdan sonra dünya birjalarına da çıxmağımız mümkün olacaq:""“Azərbaycanda qızılın istehsalı ən çox Daşkəsən, xüsusən də Qarabağ zonasına düşür. |
Nəzərdə tutulur ki, gələcəkdə Qarabağ zonasında qızıl hasilatını artırmaq üçün o yataqlara yenidən baxışlar keçirilsin və resursların imkanları araşdırılsın. |
Gələcəkdə işğaldan azad olunan ərazilərdə də qızıl yataqlarının işlənməsinə başlanılacaq. |
Başlandıqdan sonra artıq istehsal da artacaq. |
İstehsal artdıqdan sonra həm yerli tələbatı ödəyə biləcəyik, eyni zamanda dünya birjalarında da qızılla bağlı fəaliyyətlər gerçəkləşdirmək mümkün olacaq”. |
Qızıla tələbat azalır"E.Səfərlinin fikrincə, qızılın qiymətində istehsal faktorları, maya dəyəri önəmlidir. |
Amma qızılın qiyməti maya dəyərindən asılı olmayaraq dünya birjasında tənzimlənir:""“Son dönəmlərdə qızılın qiymətində artımlar müşahidə olunur. |
2023-cü ilin sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb. |
Hətta 2024-cü ilin ilk rübündə 2000 dollar həddini görə bilərik. |
Təbii ki, qiymət yüksəldikcə qızıla olan tələbat da azalır. |
Qiymət yüksəldikcə insanlar qızıldan yalnız investisiya məqsədilə istifadə edirlər. |
Tələbat azaldığına görə, qızılın istehsalı da aşağı düşür”. |
Zərgərlik sənayesinə təsir edəcəkmi? |
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev qeyd edib ki, hasilatçılardan xam qızıl əldə edilməsi mümkün deyil deyə, hasilatın azalması zərgərlik sektoruna təsir etməyəcək:""“Bəli, əvvəlki dövrlə müqayisədə qızıl hasilatı nisbətən aşağı düşüb. |
Buna təsir edən müəyyən obyektiv səbəblər var. |
Amma hasilatın aşağı düşməsinin zərgərlik məmulatlarının istehsalına ciddi təsir etməsi gözlənilmir. |
Çünki yerli hasilatçılardan çox da böyük həcmdə xam qızıl əldə edilmir. |
Bu səbəbdən, hasilatın azalmasını zərgərlik sənayesinə təsir edən ciddi amil kimi qəbul etmək olmaz”. |
Zinət əşyaları bahalaşacaq"Sədrin sözlərinə görə, əvvəllər bazarda qramı maksimum 62 dollar olan xam qızılın qiyməti indi 66 dollara qalxıb:""“Qiymətlərin yüksəlməsinə hasilat təsir etmir. |
Qiymətli metalların birja qiymətində artım müşahidə edilərsə, o zaman qiymətlərdə artım ola bilər. |
Bu gün qiymətlərdəki artımı müşahidə edirik. |
999 əyarlı bir qram xam qızılın qiyməti 65-66 dollar civarındadır. |
Halbuki uzun müddət 58-60 dollar civarında idi.Bəzi hallarda 62 dollara qədər qalxırdı. |
Amma son bir neçə aydır stabil olaraq 65-66 dollar həddindədir. |
Bu da zərgərlik məmulatlarının qiymətinin artmasında rol oynayacaq”. |
Məsələ ilə bağlı “AzərGold” QSC-dən bildirilib ki, onların qızıl istehsalında heç bir problem yoxdur. |
2023-cü ildə şirkət tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. |
Bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir:""“Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. |
2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3% artım qeydə alınıb”. |
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür. |
1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. |
1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. |
Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub. |
Böyük alimin ABŞ həyatı isə 1944-cü ildən başlayır. |
Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib. |
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. |
1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. |
O, həmin ali təhsil ocağında ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib. |
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (“Fuzzy Logic”) nəzəriyyəsi olub. |
Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib:qeyri-səlis çoxluq. |
Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. |
Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifad... |
Alim, həmçinin, “Təəssürat nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. |
Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitabları yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. |
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. |
ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir. |
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. |
2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. |
2021-ci ilin yanvarın 21-də isə Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. |
Dünya şöhrətli alim sonuncu dəfə 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Bakıya gəlib. |
Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub. |
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. |
O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub. |
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olub. |
O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. |
Həmçinin, yaşadığı Berkli şəhərində öz adına olan “Institute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. |
Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb. |
Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. |
Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. |
Dünya şöhrətli alim, həmçinin, ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. |
O, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub. |
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerli vaxtla səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişib. |
Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və Fəxri xiyabanda dəfn edilib. |
“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.