Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. |
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb. |
“Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. |
Belə olduqda məlumatlara düzəlişlər edirik”, - əlavə edilib. |
Çilinin mərkəzində irimiqyaslı meşə yanğınları tüğyan edir. |
Son məlumatlara görə, təbii fəlakət qurbanlarının sayı 51-ə yüksəlib. |
Proqnozlara görə, bu son rəqəm deyil və təəssüf ki, tələfatın daha da artacağı gözlənilir. |
Hazırda Çili səlahiyyətliləri meşə yanğınlarının yaşayış infrastrukturuna çatacağından və daha çox ziyan vuracağından qorxurlar. |
Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. |
Secki-2024.az xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib. |
Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır. |
“Barselona”nın baş məşqçisi Xavi yayda klubdan ayrıldıqdan sonra məzuniyyətə çıxacaq. |
O, 1998-ci ildə peşəkar futbolda debüt etdiyi vaxtdan bəri fasiləsiz bu sahədə çalışır. |
2019-cu ildə Xavi futbolçu karyerasını başa vurub və dərhal da “Əl-Sədd”ə rəhbərlik etməyə başlayıb. |
Oradan isə 2021-ci ildə “Barselona”nın sükanı arxasına keçib. |
Bu səbəbdən indi mütəxəssis istirahət etmək və ailəsi ilə vaxt keçirmək istəyir, "Futbola qayıtdıqdan sonra isə Xavi İngiltərə Premyer Liqası klubunun məşqçisi olmaq arzusundadır, Lakin A Seriyası və Bundesliqada işləmək variantlarını da istisna etmir. |
Mütəxəssisin məzuniyyəti təxminən bir il davam edəcək, lakin müddət təkliflərdən asılı olacaq. |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. |
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. |
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb. |
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər. |
Bəzi sosial şəbəkə səhifələrində 2016-2023-cü illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub. |
İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib. |
Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. |
Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. |
Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib. |
Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib. |
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. |
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. |
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. |
Oxu.Az xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır. |
Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb. |
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. |
Yaponiya paytaxtı Tokionun rayonlarından birində baş verən güclü yanğın şəhərin ən sıx dairəvi dəmiryol xətlərindən birində qatarların hərəkətinin qismən dayanmasına səbəb olub. |
Paytaxtın fövqəladə hallar xidmətinin məlumatına görə, yanğın Ota rayonundakı Omori stansiyasının yaxınlığında baş verib. |
İlkin məlumata görə, yerli restoranlardan biri yanıb. |
Yanğın səbəbindən Yamanote dairə xəttinin bir hissəsində və bir neçə digər qolda nəqliyyatın hərəkəti dayandırılıb. |
Dayanmış qatarlardan ən azı 800 sərnişin təxliyə edilib. |
ABŞ-nin elektrik avtomobili istehsalçısı “Tesla”nın idarə heyətinin bəzi keçmiş və indiki üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə edirdilər. |
Məlumata görə, onlar milyarderi əsəbiləşdirməkdən və “sosial kapitallarını” itirməkdən qorxurdular. |
Bildirilir ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin bəzi hazırkı və keçmiş direktorları iş adamının narkotikdən istifadə etdiyini bilsələr də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər. |
“Tesla”nın direktorlar şurası Maskın narkotik istifadəsi ilə bağlı araşdırma aparmayıb və məsələ ilə bağlı narahatlıqlarını protokolda qeyd etməyib. |
Audiovizual Şura tərəfindən yerüstü, peyk və platforma yayımçısı lisenziyasına malik olan televiziyaların “YouTube” kanallarının 2024-cü ilin yanvar ayı üzrə reytinqi açıqlanıb. |
Oxu.Az xəbər verir ki, reytinq cədvəli bu kanalların “Youtube”dakı xəbər və müxtəlif kontentlər yayan kanallarına görə qruplaşdırılıb. |
Audiovizual Şura tərəfindən yerüstü, peyk və platforma yayımçısı lisenziyasına malik olan televiziyaların əsasən xəbər kontenti üzrə ixtisaslaşmış “YouTube” kanallarının 2024-cü ilin yanvar ayı üzrə reytinqi:"""Audiovizual Şura tərəfindən yerüstü, peyk və platforma yayımçısı lisenziyasına malik olan televiziyaların müx... |
Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb. |
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. |
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Gecə və səhər bəzi yerlərdə duman olacaq. |
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. |
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. |
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. |
Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. |
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. |
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. |
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. |
Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. |
Sözügedən videonu təqdim edirik: |
ABŞ-nin İraqa endirdiyi raket zərbələrindən sonra ölkə ərazisindən yeni görüntülər yayımlanıb. |
Qeyd edək ki, fevralın 3-ü ABŞ Suriya və İraqdakı iranyönlü qrupların mövqelərinə hava zərbələri endirib. |
Zərbələr nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib, avtomobillər yanıb, küçələr yararsız vəziyyətə düşüb. |
ABŞ-nin müxtəlif ştatlarından olan yüzlərlə yük maşını və könüllülərdən ibarət karvan Meksikadan olan qeyri-qanuni miqrantlara qarşı mübarizəni dəstəkləmək üçün Texasa gəlib. |
Onlar federal hakimiyyət orqanlarına etibar etmədiklərini və Texas Milli Qvardiyasına sərhədləri müstəqil şəkildə müdafiə etməyə kömək etməyə hazır olduqlarını bildiriblər. |
Xatırladaq ki, bir müddət öncə Texas qubernatoru Qreq Ebbott ABŞ sərhədini qoruyan federal qoşunları qovub və onların yerinə öz Milli Qvardiyasını yerləşdirib. |
Ağ Ev bunu özbaşınalıq adlandırıb, lakin daha 25 ştatın qubernatorları Texasın tərəfini tutublar. |
Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək üç nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər. |
Hadisə şahidlərinin sözlərinə görə, faciə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib. |
Toy mərasiminin qonaqları arasında yaralananlar da var. |
Qeyd edək ki, Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı hücumlar mütəmadi olaraq baş verir. |
48 təşkilat və hərəkat federal hakimiyyət orqanlarını mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb. |
Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. |
Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. |
Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. |
Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. |
Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur. |
Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tiki... |
Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. |
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. |
Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. |
Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. |
Son dövrlərdə kişilər arasında ginekomastiya xəstəliyi yayılmaqdadır. |
Əsasən uşaqlar və yeniyetmələrdə müşahidə olunan bu xəstəlik döş toxumasının anormal şəkildə böyüməsidir. |
Bu hallar hansı səbəblərdən yarana bilər? |
Plastik cərrah Elvin Əliyev ginekomastiya xəstəliyinin əsasən genetik faktorlarla əlaqəli olduğunu bildirib:""“Hazırkı dövrdə istifadə olunan qidalar, bəzi irsi xəstəliklər, qaraciyərlə əlaqəli problemlər, eləcə də məşq zamanı qəbul edilən stereoidlər, həmçinin hormonal preparatların qəbulu ginekomastiyaya səbəb ola bi... |
Ginekomastiyanın qarşısını hansı üsullarla almaq mümkündür? |
Plastik cərrah qeyd edib ki, həqiqi ginekomastiyada süd vəzilərinin toxumunda ölçü böyüyür, yalançı ginekomastiyada isə kökəlmə, piylənmə hesabına süd vəzisi böyük olur:""“Həqiqi ginekomastiya cərrahi əməliyyatla ləğv olunur, bunlar idmanla keçmir. |
Əgər piylənmə hesabınadırsa, bu zaman idmanla nəticə almaq olar”. |
Minnesota ştatında bir qadın iki azyaşlı oğlanı zorladığını etiraf edib. |
38 yaşlı qadın əri və iki oğlu ilə qaldığı hotel otağında 15 yaşlı iki məktəbli ilə cinsi əlaqədə olub. |
Məktəblilər Kolorado xokkey komandasının üzvləridir. |
Qadın onlarla hotelin spa zonasında tanış olub, telefon nömrələrinı alıb. |
Bir müddət sonra xanım yeniyetmələrdən birinə əri ilə dalaşdığını yazıb və axşamı onlarla keçirmək üçün razılıq istəyib. |
Görüş zamanı qadın dəvət etdiyi üç yeniyetmədən ikisi ilə cinsi münasibətdə olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.