Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yevlax rayonunun Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılıb. |
Bu səbəbdən bataqlıq ərazinin qurudulmasına və qamışlığın ləğv edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər. |
Sakinlərin müraciəti nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan ərazidə yerləşən bataqlığın qurudulması və qamışlığın ləğv edilməsi istiqamətində işlərə başlanılıb. |
Hazırda əraziyə torpaq daşınması və daşınmış torpağın texnikalar vasitəsilə yayılması işləri həyata keçirilir. |
Mahaçqalanın Semender kəndində (Dağıstan) avtomobilin kanala düşməsi nəticəsində xəsarət alan iki uşaqdan biri dünyasını dəyişib. |
Xatırladaq ki, hadisə səhər saatlarında baş verib. |
Dağıstan Respublikasının Səhiyyə Nazirliyi bildirib ki, qəza nəticəsində səkkiz və on iki yaşlı iki uşaq xəsarət alıb. |
Hər ikisi son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. |
Respublika Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb. |
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. |
Mənbə:iz.ru"04.02.24 19:17"Mahaçqalada idman məşqçisi və üç şagirdinin olduğu “Lada Priora” markalı avtomobil kanala aşıb. |
Məlumata görə, MMA üzrə məşqçi idarəetməni itirib, avtomobil suda batıb. |
Sürücü və 14 yaşlı sərnişin sağ çıxa biliblər. |
Daha iki nəfər - 10 və 12 yaşlı oğlanlar hadisə şahidləri tərəfindən batmış avtomobildən xilas edilib. |
Hər iki uşağın vəziyyəti ağırdır, onlar süni nəfəs sisteminə qoşulublar. |
“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Səlihət İbey qızı Yüzbaşiyeva məxsus evdə baş verib. |
Hadisə yerinə Balakən Yanğından Mühafizə Hissələrinin texnikaları cəlb olunub. |
Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, dördotaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. |
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. |
Yanğın zamanı xəsarət alan olmayıb. |
İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib. |
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. |
“Harada olursa-olsunlar, terrorçuların yuvalarını başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. |
Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, - məlumatda diqqətə çatdırılıb. |
Nerede olurlarsa olsunlar, teröristlerin inlerini başlarına yıktık, yıkıyoruz ve yıkmaya devam edeceğiz! |
Kararlılıkla sürdürdüğümüz operasyonlarımız neticesinde Irak’ın kuzeyindeki Hakurk ve Pençe-Kilit bölgelerinde tespit edilen 5 PKK'lı terörist, Türk Silahlı Kuvvetlerimiz… pic.twitter.com/zq66ZkCmAs |
Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında quşların sayının azaldığı müşahidə olunur. |
Lakin ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında azalma olub. |
Eyni zamanda əvvəlki dövrlərdə yüz mindən çox flaminqonun (qızıl qaz) qışladığı bu ovçuluq təsərrüfatında bu il cəmi bir flaminqo müşahidə olunub. |
Sözügedən təsərrüfatda quşlarının say azlığının səbəbi son zamanlar iqlim dəyişkənliyi nəticəsində bataqlıq ərazilərində su həcminin azalmasıdır. |
Həmçinin burada suyun səthinin yüksək olmaması da səbəblərdən biridir. |
Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 136 hektardır. |
Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibə verib. |
O, iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinə toxunub:"“Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. |
Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla söhbət etdim. |
Dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. |
Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”, - Kemeron qeyd edib. |
“Barselona”nın 35 yaşlı hücumçusu Robert Levandovski karyerasını Kataloniya klubunda davam etdirməyi planlaşdırır. |
Lakin futbolçu üçün klub rəhbərliyinin ona güclü idman layihəsi təklif edə bilməsi vacibdir. |
Məlumata görə, “Barselona”nın rəhbərləri də polşalı hücumçunu ən azı 2026-cı ilin yayına kimi, hazırkı müqaviləsinin sonuna qədər komandada saxlamaq istəklərini bildirirlər. |
Kataloniya klubu Levandovskinin yaxşı fiziki formasını və aşağı zədə nisbətini qeyd edir. |
Vurğulanır ki, hücumçunun özü başqa kluba keçmək istəyi ilə bağlı “Barsa” rəhbərliyinə məlumat verərsə, o zaman klub Levandovskiyə hörmət əlaməti olaraq onun gedişinə mane olmayacaq. |
Bu mövsüm 35 yaşlı futbolçu bütün yarışlarda 31 matçda iştirak edib, 14 qol vurub, 6 məhsuldar ötürmə edib. |
Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar. |
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. |
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. |
Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb. |
Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb. |
Faktlarla bağlı araşdırmalar davam etdirilir. |
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində görülən işlər plana uyğun davam etdirilir. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir. |
Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və jurnallar oxuyurlar. |
Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar keçirilir. |
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. |
Keçirilən görüşlər zamanı, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl olunması, fərdi tərbiyə və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyi qeyd edilib. |
Ümumilikdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib. |
Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub. |
AZƏRTAC xəbər verir ki, “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır. |
Açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. |
Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird heyəti də qatılıb. |
“Simurq”u elə bura gələn ziyalıların, jurnalistlərin oxuyub təsirindən çıxa bilmədiyi kitablar zənginləşdirəcək. |
İlk olaraq bu addımı Məsim Məmmmədov atıb. |
O, ən sevimli, dəyərli kitabını kitabxanaya hədiyyə edib. |
“Simurq”un adının hekayəsi də maraqlıdır. |
Belə ki, ad elə orada yaşayanların təklifi ilə, vaxtilə Laçın şəhərinin əsasını qoymuş Tağı Şahbazi Simurqun şərəfinə verilib. |
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da işə öz töhfəsini verib və “Simurq”a 185 kitab göndərib. |
Açılış mərasimində Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın kitablar və onların müəllifləri ilə bağlı keçirdiyi oyun-müsabiqədə məktəblilər fəal iştirak ediblər. |
Burada hər həftə kitab təqdimatları, uşaqlar üçün bu gün start verilən “Audiokitab” müsabiqələri keçiriləcək. |
Açılış, həmçinin “Mən səni araram” adlı konsert ilə də yadda qalıb. |
Konsertdə bəstəkar, pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli, pianoçu Şahin Yahyazadə, caz pianoçu İsa Bağırov, zərb alətləri ifaçısı Məhəmməd İbrahimli çıxış ediblər. |
Böyük kitabxanaların, qalereyaların açılacağı şəhərdə səyyar kitabxanalar da olacaq. |
Əhalinin kitaba, mütailəyə olan ehtiyacı nəzərə alınaraq, müxtəlif nəqliyyat vasitələri ilə hərbi hissələrə, köç həyata keçirilmiş yaşayış yerlərinə kitablar göndərilərək. |
Kinoteatr, kinopavilyondan sonra bu kitabxananın da şəhərin mədəniyyət mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. |
Şəhərdə qurulacaq böyük kitab mərkəzləri hazır olana qədər sözügedən kitabxana sakinlərin ehtiyaclarını qarşılayacaq. |
“Məncə, rəqib layiqli qələbə qazandı”. |
Mütəxəssis “gənclik şəhəri” təmsilçisini qələbə və Mehdi Hüseynzadə adına stadionun açılışı münasibəti ilə təbrik edib:“Matça çox pis başladıq. |
Bunun səbəbi əvvəlki kubok görüşü ilə bağlı ola bilər. |
Birinci hissədə onlar daha yaxşı oynadılar və səhvlərimizdən istifadə edərək iki top vurdular. |
İkinci yarıda oyunu dəyişməyə nail oldu”. |
Monteneqrodan olan baş məşqçi komandasında rəqabətin olduğunu vurğulayıb:“Biz daim əsas “11-liy”in axtarışındayıq. |
Ciddi bir şey olmasa, dəyişikliyin tərafdarı deyiləm”. |
Salvadorda prezident və Qanunvericilik Assambleyası (birpalatalı parlament) deputatlarının seçkiləri keçirilir. |
Bu məqsədlə ölkə üzrə 1500-dən çox seçki məntəqəsi fəaliyyət gösətirir. |
Seçici siyahılarına 6,2 milyona yaxın vətəndaş daxil edilib. |
Prezident seçkisində altı namizəd, parlament seçkilərində isə 13 siyasi partiyanın namizədliyi qeydə alınıb. |
Qeyd edək ki, Salvador prezident respublikasıdır. |
Dövlət başçısı birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. |
Necə qalib gəldiklərini onlardan soruşmaq lazımdır”. |
Mütəxəssis tribunalarda yer alan azarkeşlərə təşəkkür edib:“Onların dəstəyi sayəsində bunlar oldu. |
Hər kəsi stadiona dəvət edirəm, bundan sonrakı matçlarda da tribunaları doldurmalarını istəyirik”. |
Abasov bu matçın ölkə kubokundakı qarşılaşmanın davamı olduğunu söyləyib:“Həmin oyunda da sınmadıq, bildirdik ki, buranın yiyəsi bizik. |
Matçdan əvvəl futbolçulara demişdim ki, oynayacağınız oyun növbəti görüşlərə təsir edəcək. |
Uşaqlar mənə də dedilər ki, narahat olmayın”. |
Baş məşqçi futbolçuların matçdan əvvəl ona köynək hədiyyə etdiyini də deyib. |
Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum, həm də vəfatı tarixi fevral ayına təsadüf edir. |
O, dünyadan köçən günə qədər yaradıcılığına davam etdi. |
Tələbələri onu musiqi ilə yaşayan sənətkar kimi xatırlayırlar. |
Milli musiqimizi onun bəstələdiyi mahnılar, təsniflər, rənglər olmadan təsəvvür etmək mümkün deyil. |
Mahnılarını ürəklə oxuyan xanəndələri özü də sevirdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.