Search is not available for this dataset
text
stringlengths
10
518k
Onlar üçün mahnılar da yazırdı.
“Vətən yaxşıdır” təsnifi şəhidimiz Xudayar Yusifzadənin ifasında səslənəndə “Bir tərəfdən təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir.
O görüntülər hamıdan çox mənə təsir etdi”, - deyə ağsaqqal təmkini ilə hisslərini dilə gətirmişdi.
Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum (5 fevral), həm də vəfatı tarixi (25 fevral) fevral ayına təsadüf edir.
Sənət yoldaşları deyirlər ki, xanəndə hələ sağlığında “əmi”, “ustad”, “müəllim” hörmətini ünvanına əbədiləşdirib.
“Kaspi” qəzeti görkəmli xanəndəni məhz o sənət adamları ilə anıb:""“Həmişə yeri görünür...”"“Onun haqqında saatlarla danışsam yorulmaram”, - deyən Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə ilə tanışlığının tarixçəsini xatırlayır:“Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olan gündən Əlibaba müəllimlə tanışlığım baş...
Mən onun sinfinə də gedirdim, səsimdən xoşu gəlirdi.
Sonra mən müsabiqə qalibi oldum və yaxşı münasibətimiz yarandı.
Ümumiyyətlə, Əlibaba müəllimin gənclərə xüsusi qayğısı vardı, yaxşı ifaçıları sevirdi.
Gənclərdən öz məsləhətini heç vaxt əsirgəmirdi.
O, sanki yaxşılıq etmək üçün doğulmuşdu.
2005-ci ildən bəri Muğam Televiziya müsabiqələri başladı.
Canlı efirlərdə, bölgələrdə birlikdə olduq.
Əlibaba müəllimdən sonra bir neçə müsabiqə keçirilib.
Hər dəfə iştirak edəndə “Əlibaba müəllimin yeri görünür” deyirəm.
Müdrik məsləhətləri, uşaqları ərkyana danlamağı, baməzə sözləri, səlis qəzəl deməsi ilə həmişə xatirimizdədir”.
M.İbrahimov ustad xanəndəni həm də mahnı və təsniflərin gözəl bəstəkarı kimi yada salır:“Əlibaba müəllim qəzəliyyatı gözəl bilirdi.
Çox istedadlı adam idi.Onun bəstələdiyi 100-dən çox mahnı var, əksəriyyəti də vətənpərvərliklə bağlıdır.
Şəhidimiz Xudayarın dilində səslənən təsnifi sonradan “Xudayar təsnifi” kimi məşhurlaşdı və xalqımız tərəfindən sevildi.
Dünyasını dəyişməmişdən 3-4 il əvvəl mənim üçün də bir mahnı yazdı və “Sənin səsinə bir mahnı yazmışam”, - deyə efirdən müraciət etdi.
“Sənsizləmiş dəli könlüm” mahnısını hazırladım, çox bəyəndi.
Əlibaba müəllim dünyadan köçən günə qədər yaradıcılığı davam etdi.
M.İbrahimov deyir ki, Əlibaba müəllim dünyasını dəyişməmişdən iki il əvvəl Muğam Mərkəzində onun əsərlərindən ibarət “Gəncləşən muğam” adlı konsert təşkil edilib.
Gənc ifaçılar qocaman xanəndənin mahnılarını oxuyub.
Özü də baxıb kövrəlib:“Mənə zəng edərək “Muğamımız etibarlı əllərdədir” dedi.
Əlibaba müəllim sənətimiz üçün əbədi qalacaq mahnılar qoyub getdi.
İndi o mahnılar dillər əzbəridir.
Təkcə mən yox, bütün xanəndələrimiz onun repertuarına müraciət edir, bəstələdiyi mahnıları şövqlə oxuyurlar”.
“Gözümüzün qarşısına muğamın sütunu gəlir” "“Əlibaba Məmmədov deyəndə gözümüzün qarşısına muğamın sütunu gəlir”, - deyə Xalq artisti Səkinə İsmayılova xatirələrini bölüşür:“Onunla uzun illər çiyin-çiyinə Muğam Televiziya Müsabiqəsində gəncləri seçmişik.
Onun lətifələrini, xatirələrini eşitmişik.
Mənə böyük diqqəti və qayğısı vardı.
Son illərdə heç kəsi qəbul etmirdi.
Bir gün “Sizi görmək istəyirəm”, - deyə zəng edəndə “Bilirsən ki, sənin xətrini çox istəyirəm, gəl” dedi.
Tələbələrim və musiqiçilərimlə birgə kiçik bir məclis düzəltdik, dedik, güldük, oxuduq.
Əlibaba müəllimin mahnılarından ifa etdik.
Mən Əlibaba müəllimin bir mahnısını oxudum.
Dedi “Bu mahnı heç özümün yadımda deyil”.
Gənc yaşlarımdan onun mahnılarının aşiqi idim.
Sağ olsun Birinci xanım Mehriban Əliyeva, Əlibaba müəllimin bəstələdiyi 100-dən artıq mahnını notları ilə birlikdə bir kitab şəklində ərsəyə gətirtdi və bizə xatirə qaldı.
Sonda S.İsmayılova ustad xanəndə ilə bağlı bir xatirəsini də bölüşür:“Bir neçə il əvvəl Azərbaycanın tanınmış adamlarının əllərinin heykəlini hazırlayırdılar.
Layihə rəhbəri mənə zəng edərək “Əlibaba müəllimlə əlaqə saxlayırıq, amma razılıq vermir”, - deyə kömək istədi.
Mən Əlibaba müəllimi razı saldım.
Sevinirəm ki, həmin yadigar heykəllər içərisində həm böyük xanəndənin, həm də mənim əlimin heykəli var”.
Öz mahnılarının ən gözəl ifaçısı"Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov el məclislərində Əlibaba Məmmədovun mahnı və təsniflərinin böyük şövqlə ifa olunmasına toxunur:"""“Əlibaba Məmmədovun ifasını uşaq yaşlarından eşidib sevmişik.
Öz mahnılarının ən gözəl ifaçısı da elə özü idi.Səsinə uyğun yazdığı mahnılar onu hamıdan fərqləndirirdi.
1973-cü ildə mən Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olanda Əlibaba müəllim o zaman gənc müəllimlərdən idi.Həm də “Humayun” ansamblını yaratmışdı.
Gənc tələbələri də həmin ansamblda onunla bərabər çıxış edirdilər.
Tale elə gətirdi ki, mən 2013-cü ildə Muğam Televiziya Müsabiqəsinə münsif kimi dəvət olunanda Əlibaba müəllim münsiflər heyətinin ağsaqqalı idi.Bakı ətrafına, bölgələrə bərabər səfərlərimiz zamanı hər yerdə onun necə sevildiyinin şahidi olurduq.
Əlibaba müəllimi dinləmək adama zövq verirdi.
Həyatı boyu ustadları görmüşdü.
Seyid Şuşinskinin tələbəsi olmuşdu.
Qurban Pirimovdan, Bəhram Mansurovdan, Mütəllim Mütəllimovdan söhbət açırdı.
Əbülfət Əliyevlə, Qulu Əsgərovla dostluq etmişdi, onların içərisində özü də bir bənzərsiz inci idi.Həyatda kim onunla təmasda olmuşdusa, bu, onun bəxtinin gözəlliyi idi”.
“Bu, biz gənclər üçün böyük dəyər idi”"Əməkdar artist Təyyar Bayramov “Muğam müsabiqələrindən yolu keçən hər bir ifaçıya Əlibaba müəllim böyük diqqət yetirib”, - deyə ustadı xatırlayır:"""“Mənə müsabiqədən qabaq qulaq asmışdı.
Həqiqətən də o müsabiqələr gözəl səsləri ortaya çıxardı.
Əlibaba müəllim hansı səhvi deyirdisə, hansı tövsiyəni verirdisə, məsləhətlərinə əməl edirdik”.
T.Bayramov ustad xanəndənin bir neçə mahnısını ifa etdiyini deyir:“Mahnılarda yenilik edəndə “Sən yaxşı yanaşarsan”, - deyə müsbət rəyini də almışam.
Mənim üçün “Azərbaycan” adlı bir mahnı yazmışdı.
Əlibaba müəllim mənə və sənət dostlarıma həmişə xoş sözlərini deyirdi.
Bu, biz gənclər üçün böyük dəyər idi.“Siz muğamlarımızın layiqli davamçılarısınız” deməklə çiynimizə böyük bir yük qoyurdu”.
Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.
Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.
20:24"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 4 fevral tarixində Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.
Qurumdan bildirilib ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayon Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə zərər çəkib.
Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır!
18:40"Fevralın dördündə saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
18:35"Tərtər sakini minaya düşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın dördündə saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əliyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Son illər Ermənistanın dövlət borcu kəskin şəkildə artıb.
Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Bu rəqəm ötən illə müqayisədə 500 milyon dollar çoxdur.
Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan müxtəlif sahələrdə, xüsusən də sosial sektorda yeni proqramlar vəd etsə də, fiaskoya uğrayıb.
Ölkədə yoxsulluq və dövlət borcu hər il artan templə inkişaf edir, əhalinin sosial durumu isə günü-gündən ağırlaşır.
Hakim partiyanın vəd etdiyi heç bir layihə uğur qazana bilmir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Artan yoxsulluq"Ermənistan statistika idarəsinin məlumatlarına görə, 2023-cü ildə ötən illərlə müqayisədə ölkədə yoxsulluq indeksində kəskin artım müşahidə edilib.
Əgər 2018-ci ildə yoxsulluq səviyyəsi 23.5 faiz idisə, keçən ilin nəticələrinə görə bu göstərici artıq 24.8 faizə çatıb.
Baş nazirin orta aylıq əməkhaqqının artması ilə bağlı arzuları da çürük çıxıb.
Məlum olub ki, sadəcə bir-iki sektorda əməkhaqqının ciddi artımı ümumi tendensiyaya təsir edib, minimum əmək haqqında isə artım müşahidə edilməyib.
İnflyasiya aşağı gəlirli insanların real gəlirlərini də azaldıb.
İnflyasiya artmaqda davam edir"Paşinyan hökuməti beş ildir ki, bütün seçkiöncəsi platformalarda əhalinin vəziyyətinin yaxşı olacağına söz versə də, tam əksi müşahidə edilir.
Məsələn, Ermənistanda bu gün əhalinin 60 faizindən çoxu faktiki olaraq adambaşına düşən minimum istehlak səbətinin dəyərindən də az qazanır.
Hazırda Ermənistanda minimum əməkhaqqı 75 min dramdır.
Minimum yaşayış səbəti isə 80 min dram təşkil edir.
İnflyasiya isə artmaqda davam edir, orta pensiya həddi minimum istehlak səbəti dəyərindən iki dəfə azdır.
Pafoslu pensiya vədi"Paşinyan cari il yanvarın əvvəlində hökumət iclasında pensiyaları iki dəfə artıracağına söz verib.
Amma hökumətin bunu hansı üsulla yerinə yetirəcəyi məlum deyil.
Ermənistanın hazırkı durumunda bu, artıq pul çapı və yüksək inflyasiya hesabına həll edilə bilər.
Çünki real gəlirlər azalır, sosial cəhətdən imkansız olanlar daha da kasıblayır.
Kasıblayanların sırasına aztəminatlılar, işləyən yoxsullar, yoxsulluğa görə müavinət alanlar və pensiyaçılar daxildir.
Əslində yoxsulluğu aradan qaldırmağın əsas üsullarından biri iş yerlərinin yaradılmasıdır.
Qeyd etmək yerinə düşər ki, Ermənistan iqtisadiyyatında xarici faktorun yaratdığı müvəqqəti iqtisadi artım var və bunun nəticəsində xidmət, ticarət sahələrində tələbin yaratdığı iş yeri imkanları zaman-zaman ortaya çıxır.
Fəqət, bu davamlı olmadığı üçün sabun köpüyü kimi şişərək partlayır.