Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hazırda xarici faktorun azalması artım tempini zəiflədir və açılan iş yerləri də bağlanır. |
Real sektor ölümcül vəziyyətdədir"Ermənistan iqtisadiyyatında real sektorun ölümcül vəziyyətdə olduğu da göz önündədir. |
Kənd təsərrüfatı və sənaye sahələrində artım nəzərə çarpmır. |
Bu da öz növbəsində sosial vəziyyətə təsir edir. |
Bu sahələri təşviq etmək üçün isə müxtəlif vergi güzəştləri, müəyyən proqramlar həyata keçirilməlidir. |
Amma bu gün şahidi oluruq ki, vergi güzəştləri ləğv edilir, vergi yükü artır. |
2024-cü il üçün İqtisadiyyat Nazirliyi 7 faizlik iqtisadi artım proqnozlaşdırıb. |
Görünən odur ki, bu, sadəcə bir utopiyadır və gəlir-xərc nisbətində erməni iqtisadiyyatında ciddi çətinliklər olacaq. |
Artan dövlət borcu"Son illər Ermənistanın dövlət borcu da hökumətin götürdüyü böyük borclar səbəbindən kəskin şəkildə artıb. |
Eyni zamanda, xarici borclara görə xidmətlə bağlı xərclər də kəskin şəkildə artmaqda davam edir. |
Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. |
Bu rəqəm ötən illə müqayisədə 500 milyon dollar çoxdur. |
Ehtimal edilir ki, cari ildə erməni dövlətinin borcu 655 milyard dram artaraq 5.3 trilyon drama, yəni 13 milyard dollara çatacaq. |
Son beş il ərzində mövcud hakimiyyət beş milyard dollar borc götürüb. |
Paşinyan hökumətinin maliyyə fırıldağı"Borcu ödəmək üçün əvvəllər valyuta borcları ancaq xaricdən götürülür, beynəlxalq maliyyə təşkilatlarından kreditlər alınırdı. |
Son illər isə daxili bazardan həm dramla, həm də xarici valyuta ilə borclar alınır. |
Bunun üçün isə, xarici valyuta istiqrazları buraxılır və bu da sonradan valyuta borcuna çevrilir. |
Bu tendensiya xaricdən alınan kreditdən baha başa gəlir. |
Ehtimal edilir ki, bunun səbəbi xaricdən ucuz qiymətə kredit verənin olmamasıdır. |
Nəticədə Paşinyan hökuməti daha yüksək faizlə daxildən pul tədarük edir. |
Artıq daxili bazardan alınan valyuta 500 milyon dollar həddini ötüb. |
Bu məbləğ üçün faizlər tək cari ildə 72 milyon dollar təşkil edəcək. |
Ümumilikdə valyuta borclarına xidmət üçün dövlət büdcəsindən 716 milyon dollar ödəniləcək. |
1.2 milyard dollar isə daxili borcun ödənilməsi üçün nəzərdə tutulub. |
Yuxarıda sadalananlardan göründüyü kimi, Paşinyan hökuməti ölkəni borc bataqlığına sürükləyib. |
Ucuz xarici kreditlər bahalı daxili borcla əvəz edilib. |
Son üç ildə dövlət borcunun orta faiz dərəcəsi 2.7 faiz bəndi artım göstərib. |
Bu bəndin 7.2 faizə çatacağı proqnozlaşdırılır. |
Büdcənin talanması, yerli icra hakimiyyəti orqanları və müəyyən iri ranqlı məmurlar tərəfindən həzm-rabedən keçirilməsi, xalqın günü-gündən yoxsullaşması fonunda Paşinyanın ağızdolusu sosial islahatlardan, proqramlardan danışması, pensiyaları iki dəfə artıracağı barədə vədləri artıq gülünc görünür. |
Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen “Digah-Bilgəh” magistral qaz kəməri zədələnib. |
Bu barədə Azəriqaz İB-dən bildirilib. |
Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. |
Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin ediliblər. |
Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir. |
Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində FNSS-in istehsalı olan beşinci nəsil Türkiyə zirehli transportyoru “PARS ALPHA 8X8” ilk dəfə təqdim edilib. |
Bu barədə FNSS-in baş direktoru Nail Kurt bildirib. |
Səkkiz təkərli “PARS ALPHA 8X8” şirkətin mühəndislərinin texnoloji yenilikləri, toplanmış təcrübəni bir araya gətirməyə yönəlmiş 35 illik səyinin nəticəsidir. |
Bu, müştərilərin rəylərini və hərbi ekspertlərin qiymətləndirmələrini nəzərə almaqla son 10-15 ildə regionda təhlükəsizlik vəziyyətinin tələblərinə cavab vermək üçün yaradılmış zirehli transportyordur. |
Kurtun sözlərinə görə, “PARS ALPHA 8X8” rəqibləri və analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. |
Yunanıstanda fermerlər ölkənin şimalında bəzi yolları bağlayır, hakimiyyət orqanlarından təbii fəlakətlər nəticəsində zeytun ağaclarının itirilməsinə görə təzminat, kənd təsərrüfatı üçün elektrik enerjisi tariflərinin aşağı salınması və yanacağın ucuzlaşması, həmçinin əlavə subsidiyalar tələb edirlər. |
Qeyd olunur ki, fermerlər, xüsusən, yerli vaxtla ən azı 20:00-a qədər 120 traktorla Saloniki - Nea Moudania magistral yolunu hər iki istiqamətdə bağlayıblar. |
Xatırladaq ki, fevralın 1-dən etibarən fermerlər “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzində 300 traktor saxlayıblar. |
Sərgi bazar günü başa çatır və etirazçılar Yunanıstanın şimalında yolların bağlanmasını gücləndirmək üçün tədricən traktorları çıxarmağa başlayırlar. |
Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. |
Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək. |
AZƏRTAC xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində üç məntəqədə baş tutacaq. |
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb. |
Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. |
77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. |
75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır. |
Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək. |
Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. |
O, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində həvəslə səs verəcəyini bildirib:“Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi hadisələrə şahidlik etdik. |
Qüdrətli Ordumuzun gücü sayəsində Qələbə sevincini yaşadıq. |
Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. |
Daha bir tarixi günə öz elimizdə şahid olacağıq”. |
Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. |
O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. |
Bildirib ki, bu torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə burada yaşamaq, tikib-qurmaq qürurvericidir. |
“Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də mənəm. |
Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə hazırlaşırıq. |
Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına həsrət qaldıq. |
Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. |
Yenidən qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. |
Bir çox bayramı Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. |
İndi də qarşıdan prezident seçkisi gəlir. |
Bu seçkidə böyük həvələ iştirak edəcəyəm”, - deyə o əlavə edib. |
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. |
Belə ki, sürət həddini aşan avtomobil hərəkətdə olan “Toyota Prius”a çırpılıb. |
Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib, bundan əlavə qəzanı törədən nəqliyyat vasitəsi daha üç avtomobilə zərər vurub, nəqliyyatın hərəkətində sıxlıq yaranıb. |
Qəza nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. |
Həmin görüntüləri təqdim edirik: |
Müğənni Zamiq Hüseynovun toy səhnəsi ilə bağlı iddialı açıqlaması diqqət çəkib. |
Oxu.Az xəbər verir ki, müğənni Zamiq Hüseynov sevənləri ilə görüş zamanı jurnalistlərə açıqlamasında özünü ən tələbatlı müğənni adlandırıb. |
Çünki ilk edərək konsert səhnəsini toya gətirdim. |
Hamıya demək istədim ki, toy gəlib oynamaqdan ibarət deyil. |
İlk müğənniyəm ki, konsert səhnəsini toya gətirdim”, - Zamiq söyləyib. |
İfaçı daha sonra toya gedən yaşlı sənət adamlarını tənqid edib:""“40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb? |
Özünü nə iləsə saxlamağa imkanın yoxdur? |
Bəlkə, məndə də belə olacaq, danışıram böyük çıxır. |
Bəlkə, həqiqətən də yoxdur, amma inanmıram. |
Yenə də tədbirə gedir, enerjisini qoyur. |
Bəlkə də sevgisindən irəli gəlir”. |
Sumqayıtda spirtli içkinin təsirindən komaya düşən 67 yaşlı kişi xəstəxanada ölüb. |
APA xəbər verir ki, ötən axşam normadan artıq spirtli içki qəbul etdiyinə görə komaya düşən və xəstəxanaya yerləşdirilən Corat qəsəbə sakini 1957-ci il təvəllüdlü Adil Əliyev bu gün xəstəxanada ölüb. |
Fransanın Cənubi Brittani Universitetinin antropoloqları Mərakeşdə insanların qədim izlərini qeydə alıblar. |
Tədqiqat sahəsi mükəmməl qorunan 85 insan ayaq izinin qorunub saxlandığı iki cığırdan ibarətdir. |
Tədqiqatçılar onların təxminən 90 min il əvvəl tapdalandığını düşünürlər. |
Hazırda ən qədim izlər Cənubi Afrikada - 153 min il əvvəl yaşamış insanlara aid olan izlər hesab olunur. |
Tədqiqatçıların fikrincə, Mərakeşdəki bu ayaq izləri təxminən 11,700 il əvvəl sona çatan son Pleystosen və ya sonuncu buz dövründə ən azı beş qədim insan tərəfindən qoyulub. |
İzlərin yaşını ən dəqiq hesab olunan metodlardan biri olan optik stimullaşdırılan lüminessensiya metodundan istifadə edərək təyin etmək mümkün olmuşdur. |
İşğaldan azad olunan Ağdərə rayonundan yeni görüntülər paylaşılıb. |
Oxu.Az xəbər verir ki, sözügedən kadrlar AZTV-nin efirində yayımlanıb. |
Görüntülərdə Ağdam-Ağdərə-Kəlbəcər avtomobil yolunu, yaşayış evlərini görmək mümkündür. |
Həmin görüntüləri təqdim edirik: |
“Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir”. |
APA xəbər verir ki, bunu Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib. |
O qeyd edib ki, məhz Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq:“Bura tamam dağılmışdı. |
Azərbaycanlı qardaşlarımız bizə dəstək oldular, birlikdə 1 800 tikilinin inşasına başladıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.