Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib.
Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək”.
Yalnız zəminin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.
Honkonqun Böyük İdman Tədbirləri Komitəsi (MSEC) yerli çempionatın “All star” komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyəni kəsəcəyini vəd edib.
Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə “İnter Mayami”yə 1:4 hesabı ilə uduzub.
Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərə verilən pulun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar.
Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, onu fitə basıblar.
Qarşılaşmaya 38 minə yaxın adam qatılıb.
Qeyd olunur ki, bu matça biletin qiyməti təxminən 108 dollar (183,6 manat – red.)
Bakıda toyda gözlənilməz hadisə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.
Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir.
Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi.
Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.
Ümumiyyətlə qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.
Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.
ABŞ lideri Co Bayden keçmiş prezident və növbəti seçkidə əsas rəqibi Donald Tramp haqqında danışarkən nalayiq sözlər işlədib.
Qeyd olunur ki, Tramp dəfələrlə siyasətçi Nensi Pelosinin ərinə hücum etməsi ilə bağlı zarafat edib.
Naməlum təcavüzkar Pol Pelosini çəkiclə vurub, nəticədə onun kəllə sümüyü sınıb və əməliyyat tələb olunub.
Buna əsaslanaraq, Bayden bağlı qapılar arxasında Tramp haqqında nalayiq sözlər işlədib.
Ağ Ev bu məsələ ilə bağlı heç bir şərh verməyib.
Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilən avtomobillərin sayı artmaqdadır.
Nəqliyyat eksperti Aslan Əsədli bildirib ki, Qırmızı dənizdə baş verən hadisələr fonunda logistika şirkətləri yarana biləcək risklərdən yayınmaq üçün alternativ yollardan istifadə edirlər.
Bu da ABŞ və Koreyadan gətirilən avtomobillərin ünvana daha gec çatmasına səbəb olur.
Bu səbəbdən müəyyən alıcılar daha çox Dubay bazarına üstünlük verməyə başlayıblar.
Avtomobil təmiri ilə məşğul olan ustaların fikrincə, Dubaydan gətirilən avtomobillərin, digərləri ilə müqayisədə nadir hallarda təmirə ehtiyacı olur.
Nəqliyyat vasitələrinin gəmidəki konteynerdə qalma müddəti də onun keyfiyyətinə təsir edən amillərdən biridir.
Ekspert onu da qeyd edib ki, vətəndaşların Dubay bazarına üstünlük verməsinin digər səbəbi aradakı qiymət fərqidir.
Mütəxəssisin sözlərinə görə, hazırkı bazarda müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə də Dubay bazarından alınan avtomobillərin sayı üstünlük təşkil edəcək.
Daha ətraflı “Xəzər Xəbər”in süjetində:
Böyük Britaniya ordusu kadr çatışmazlığı və qoşunların saxlanılmasında çətinliklər səbəbindən genişmiqyaslı və uzunmüddətli müharibəyə hazır deyil.
Bu barədə Böyük Britaniya hökuməti yanında Müdafiə Komitəsinin hesabatında deyilir.
“Hökumət hərbi sənaye bazasını islahatları sürətləndirmədən saxlaya və yüksəkintensivlikli döyüş hazırlığının istənilən səviyyəsinə nail ola bilməyəcək”, - hesabatda bildirilir.
Bundan əlavə, hesabat müəllifləri uzunmüddətli müharibəyə hazırlığın lazımi səviyyədə aparılmadığı qənaətinə gəliblər.
“Belə olan təqdirdə silahlı qüvvələri daha çox insanın tərk etməsi təəccüblü deyil”, - hesabat müəllifləri bildiriblər.
Kəlbəcərə yağan güclü qar ecazkar mənzərə yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər “İTV Xəbər Yekun” da yayımlanıb.
Kadrlardan Kəlbəcərdə uca dağlar arasında kiçik bəyaz təpələri görmək mümkündür.
Bəs özü soyuq, gözəlliyi isə hərarət bəxş edən Kəlbəcərdə hərbi təminat yolları qardan necə təmizlənir?
Ümumiyyətlə, qışın ən sərt çağında ən sərt qayalar məskəni Kəlbəcərdə həyat necədir?
Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
APA xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus VAZ-21015 markalı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb.
Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev boğularaq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Larisa Stepanyan Azərbaycanın Tuğ kəndində doğulub.
Vətəni olaraq isə Azərbaycanı görür.
Hazırda Xankəndidə tək yaşayır.
70 yaşlı qadın Azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Arayik Arutyunyanın unu gizlətməyindən və digər mövzulardan danışıb.
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı bacı və qardaş xəsarət alıblar.
Belə ki, hərəkətdə olan “Mersedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Ayxan Eldəniz oğlu Əzizli və bacısı, 2008-ci il təvəllüdlü Aydan Eldəniz qızı Əzizli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Xocalı şəhəri yenidən qurulur.
Hazırda isə burada 283 evin təmir-bərpası aparılır.
Yaxın vaxtlarda əhalinin köçürülməsinə başlanılacaq.
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.
Ağsuda 10 yaşlı yeniyetmə dəm qazından zəhərlənib.
APA xəbər verir ki, Ağsu rayonunun Cəlayir kənd sakini, 2004-ci il təvəllüdlü Səid Hikmət oğlu Hüseynov zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı S.Hüseynovun yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub.
Xəstəxanada yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gələcək səfəri zamanı Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
O qeyd edib ki, görüş zamanı həmçinin Ukraynada vəziyyətin nizamlanması, regional məsələlər, xüsusən də Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır.
“Bundan başqa, xüsusilə Suriyada təhlükəsizlik məsələləri var.
Suriya ilə bağlı, bildiyiniz kimi, bizim tərəfdaş olduğumuz Astana prosesi də mövcuddur.
Digər tərəfdən, Türkiyənin PKK və onun Suriya qolu ilə bağlı həssas məqamları var”, - nazir vurğulayıb.
Xilasedicilər qəzaya uğrayan Mi-8 helikopterinin parçalanmış hissələrini Oneqa gölünün dibində aşkar ediblər.
Bu barədə Kareliya Respublikasının rəhbəri Artur Parfençikov bildirib.
Parfençikov qeyd edib ki, saat 15:00 (Bakı vaxtı ilə16:00 - red.)
radələrində sualtı robot qəza yerində işə başlayıb.
Vertolyotun ağır zədələnmiş gövdəsi gölün 42 metr dərinliyində aşkar edilib.
Daha əvvəl bildirilmişdi ki, Mi-8 helikopteri Kareliyada əlaqəni dayandırıb.
Sonra isə Rusiya Fövqəladə Hallar Nazirliyi Mi-8 helikopterinin Kareliyada qəzaya uğradığı yeri mobil telefon siqnalı ilə müəyyənləşdirib.
Mənbə:russian.rt"08:49"Rusiyanın Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus Mi-8 helikopterinin qəzaya uğradığı yer müəyyənləşib.
Bu barədə Rusiya FHN məlumat yayıb.
Qeyd olunur ki, Kareliya Respublikasının ərazisində itən helikopter Oneqa gölünün buz bağlayan səthinə çırpılaraq gölün dibinə düşüb.
İlkin məlumata görə, ekipaj üzvləri həlak olublar, onların axtarışlarına başlanılıb.
Baş verən qəzanın araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb.
Mənbə:Rbc.ru""01:52"Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar.
Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb.
İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin helikopteri Oneqa gölü üzərində təlim uçuşu həyata keçirirmiş, daha sonra isə pilotlarla əlaqə kəsilib.
Mi-8-in göyərtəsində üç ekipaj üzvü olub.
Xilasedicilər Derevyannoye kəndi ərazisində axtarış-xilasetmə işləri aparır, bir qrup xilasedici hava yastığı və qar avtomobilləri ilə hadisə yerinə yola salınıb.
Bundan əlavə, idarədən bildirilib ki, zərurət yaranarsa, Şimal-Qərb Hava Naviqasiya Xidmətinin An-26 təyyarəsi axtarış zonasına göndəriləcək.
İran konsulluğunun əməkdaşı Moskvanın şimal-qərbində fitnes-klubda ölüb.
Qeyd olunur ki, ölən diplomat A.Dhangiridir.
O, İranın Moskvadakı konsulluğunun əməkdaşı olub.
“1957-ci il təvəllüdlü kişi qaçış zolağında məşq edərkən özünü pis hiss edib.
O, dünyasını dəyişib”, - məlumatda bildirilib.
İlkin məlumata görə, diplomatın qəfil ölümü Pyatnitskoye şossesində idman zalında məşq zamanı qan laxtasının damardan qopması səbəbindən baş verib.
Vaşinqton ölkənin İordaniyada yerləşən silahlı qüvvələrinə hücumlara cavab olaraq yeni zərbələr endirmək niyyətindədir.
Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
“Üç amerikalı faciəvi şəkildə öldükdən sonra prezident (Co Bayden) sərt və ciddi cavab əmri verib...
Biz əlavə zərbələr endirmək niyyətindəyik ki, Birləşmiş Ştatlar öz qüvvələrinə qarşı hücumlara və öz insanlarının öldürülməsinə cavab verir”, - deyə Sullivan bildirib.
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən gül bağlarından arxiv görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, “Qızıl Fond”da saxlanılan görüntü “AzTV”də yayımlanıb.