Search is not available for this dataset
text
stringlengths
10
518k
Qumlu düzdə yaradılan möcüzənin görüntülərini təqdim edirik:
Sabahdan növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:""1.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;"2.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;"3.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;"4.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;"5.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;"6.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev"7.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.
Bakupost.az xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər.
Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.
Qeyd edək ki, Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb.
Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb.
Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçaltmaq istəyiblər.
Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub.
Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.
Şüvəlanda qəbiristanlıq ərazisinin zibil poliqonuna çevrilməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, söhbət “Mir Mövsüm ağa ziyarətgahı”nın arxasında yerləşən qəbiristanlıq ərazisindən gedir.
Daxil olan şikayətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun rəsmisi Gülbala Qurbanov ərazinin niyə zibil poliqonuna çevrilməsi ilə bağlı Oxu.Az-ın heç bir sualına cavab verməsə də, ərazidə təmizlənmə işlərinin getdiyini özündə əks etdirən video və şəkilləri redaksiyamıza göndərib.
Həmin video və şəkilləri təqdim edirik:""""Əzizə İsmayılova
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2,5 ha sahədə quru ot yanıb.
Yaxınlıqdakı məktəb binası və ağaclar yanğından mühafizə olunub.
Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub.
Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Murad Mehdi oğlu Ələkbərov və 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilov bıçaq xəsarətləri alıblar.
Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.
Sumqayıtda qatar vuran 1970-ci il təvəllüdlü şəxsin (qadın cinsli) son durumu məlum olub.
Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, o, bu gün saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
“Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.
Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, - Mərkəzdən qeyd olunub.
09:16"Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb.
Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.
“ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - deyə məlumatda qeyd olunub.
Mütəxəssislər problemləri müəyyənləşdirir və müalicə edirlər"Ortopediya dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası üzrə ixtisaslaşan tibb sahəsidir.
Dayaq-hərəkət sistemində olan pozuntular sümük, oynaq, əzələ, bağ, vətər və sinirlərə təsir göstərir.
Ortopediyada idman sağlamlığı"“Acıbadem” klinikasının ortoped mütəxəssisləri kiçik burxulmalardan mürəkkəb bağ yırtıqları və sınıqlara qədər bir sıra problemləri müalicə edirlər.
Onlar artroskopik cərrahiyyə kimi üsullardan istifadə edirlər.
Ortopedik Onkologiya"Xoşxassəli və ya bədxassəli şişlər sümük, yumşaq toxumalar və ya qığırdaqlarda əmələ gəlir.
“Acıbadem” klinikasının ortoped onkoloqları multidisiplinar yanaşmadan istifadə edərək bu kimi halların müalicəsində ixtisaslaşır, funksionallığı və hərəkətliliyi qoruyur ən yaxşı nəticələrə zəmanət verir.
Ən çox ortopedik əməliyyatlar hansılardır?
Diz və ya ombanın tamamilə əvəzolunması ilk növbədə osteoartritin səbəb olduğu degenerasiya ilə mübarizə aparır, ön çarpaz bağın rekonstruksiyası və ya menisküs cərrahiyyəsi kimi artroskopik prosedurlar isə idman zədələrini və ya təkrarlanan stressləri hədəf alır.
İdman zədələri və cərrahi müalicəsi"Cərrahi müdaxilə tələb edən idman xəsarətləri arasına ön çarpaz bağ yırtıqları, artroskopik bərpa və ya rekonstruksiya tələb edən rotator manjet yırtıqlarıdır.
Digər mürəkkəb zədələr sabitləşdirmə avadanlıqları ilə fiksasiyası və ya cərrahi yanaşmalar tələb edə bilər.
Sümüklərdə onkoloji simptomlar"Sümüyün ətrafında şişlik, qızartı və qabarıqlıq görünə bilər.
Hərəkət çətinliyi, oynaq sərtliyi və sümüklər qırılmağa daha çox meylli ola bilər.
Erkən diaqnoz və vaxtında müalicə sümük şişlərinin effektiv müalicəsinin açarıdır.
Xoşxassəli şişləri necə müalicə etmək olar?
Ağrıya səbəb olan və ya sınıq riski yaradan şişlər üçün ümumi seçim cərrahi yol ilə çıxarılmasıdır.
Şişin ölçüsünə və yerləşməsinə görə cərrahlar qazıma və minimal invaziv prosedurları seçmək olar.
Müalicə üsulu xəstənin vəziyyəti və şiş xüsusiyyətləri nəzərə alınmaqla fərdi yanaşma təmin edən çoxsahəli bir qrup tərəfindən verilir.
Sümük şişləri necə inkişaf edir?
Sümük şişləri sümüklərdə meydana gələn hüceyrələrin anormal böyüməsinə deyilir, xoşxassəli və ya bədxassəli olur.
Xoşxassəli şişlər xərçəng deyil və bədənin digər hissələrinə yayılmır.
Bədxassəli şişlər, toxumalara nüfuz edib və digər orqanlara metastaz verə bilər.
Şişlərin səbəbi bilinmir, ancaq amillər irsi genetik sindromlar və şüalanmadır.
Bədxassəli sümük şişləri hansıdır?
OSTEOSARKOMA kimi tanınan bədxassəli sümük şişi:sümük hüceyrələrində başlayır sağlam sümük toxumasını məhv edir.
Osteosarkoma ən çox 10-25 yaş insanlarda yayılıb.
Kimyəvi terapiya və cərrahi müdaxilə ilə müalicə olunur.
ACIBADEM Bakı:Səməd Vurğun küçəsi 36"Telefon:+994 12 595 96 81"ACIBADEM Gəncə:4-cü mkr, Məmməd Xələfov küç 4, mən.
15"Telefon:+994 22 255 07 06"Rəsmi sayt və klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə “Acıbadem” həkimlərindən pulsuz ikinci tibbi rəy alın.
Lökbatanda 44 yaşlı kişi dəm qazından boğulub.
APA xəbər verir ki, Cəlilabad rayon sakini, 1980-cı il təvəllüdlü Xalid Əmrahov müvəqqəti yaşadığı Lökbatan qəsəbəsindəki evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yaponiyaya yağan güclü qar nəticəsində paytaxt Tokionun hava limanlarından ölkənin digər yaşayış məntəqələrinə hərəkət etməli olan 70-dən çox reys ləğv edib.
Bu barədə uçuşu həyata keçirməli olan aviaşirkətlərin yaydığı məlumatda qeyd olunub.
Artıq hava şəraiti ilə əlaqədar sərnişinlərə əlavə qrafik dəyişikliklərinin mümkünlüyü barədə də xəbərdarlıq edilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb.
Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Onlardan iki ədəd “Makarov” markalı tapança, iki ədəd daraq və beş ədəd patron aşkar edilərək götürülüb.
Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən iki nəfər saxlanılıb.
Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib.
Dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.
Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
“Müxtəlif beynəlxalq təşkilatların müşahidəçiləri bizim dairədə olan seçki məntəqələrinə baş çəkiblər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri tam sərbəst şəkildə yerli məntəqələrdə üç dəfə monitorinq aparıblar.
Seçkiyə hazırlıq prosesi, məntəqələrdə yaradılmış şəraitlə tanış olublar”.
Bunu secki-2024.az saytına açıqlamasında 98 saylı Bərdə-Tərtər dairə seçki komissiyasının (DSK) sədri Namiq Quliyev bildirib.
DSK sədri qeyd edib ki, dairə 61 məntəqədə 52 min 652 seçicinin adı siyahılara daxil edilib:""“Fevralın 7-də ilk dəfə səs verəcək seçicilərin sayı 3 593 nəfərdir.
Dairə üzrə yaşı 100-dən yuxarı olan 8 seçicimiz var.