Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu günədək 303 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi vermişik.
Bütün məntəqələrə seçki bülletenləri çatdırılıb”.
Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan məhrum edilib.
Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub.
İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar.
Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb.
Keçən il iyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib.
O, qısqanclıq zəminində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.
O, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib.
Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Nurullah Dibirov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Qeyd:Hadisə ötən ilin sentyabr ayının 11-də baş verib.
Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib.
Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
“Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər”.
O qeyd edib ki, hazırda Gürcüstanda Baş nazir dəyişikliyi və Rusiya ilə Avropa İttifaqının regiona nəzarət uğrunda mübarizəsi diqqət mərkəzindədir.
Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana etdiyi son səfərdən də söz açıb və bildirib ki, bu ziyarət müəyyən mənada rəsmi Tbilisini Azərbaycanla imzalanacaq sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər:""“Regiondakı vəziyyəti nəzərə alsaq, normalda iki qonş...
Çünki Gürcüstan Türkiyə üzərindən Ermənistana gedən malların tranzit nöqtəsidir.
Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh isə Gürcüstanı iqtisadi cəhətdən kənara itələyəcək.
Ona görə də Gürcüstan bu sülh prosesini yaxından izləyir.
Nikol Paşinyanın xüsusən də mina xəritələri ilə bağlı verdiyi açıqlamadan sonra Gürcüstana səfər etməsi müəyyən mənada Gürcüstanı bu sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər”.
Ekspert vurğulayıb ki, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir:""“44 günlük müharibədən sonra Türkiyə regional problemlərin müzakirə və həlli üçün 3+3 formatı təklik etmişdi, ancaq Gürcüstan Rusiya ilə münasibətləri pis olduğu üçün bu formatda iştirak etmə...
Həmçinin İran və Rusiyanın bölgəyə baxışları ilə bağlı fikir ayrılıqları var.
Bu fonda fikrimcə, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir.
Fikrimcə, Paşinyan Gürcüstana səfəri zamanı bu məsələləri müzakirə edib”.
ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (Husi) hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.
Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb.
Telekanalın məlumatına görə, ABŞ və Britaniya Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhəri ərazisinə 11 zərbə endirib.
Daha 4 zərbə əyalətin administrativ mərkəzi Saadaya endirilib.
Bundan əvvəl fevralın 4-də ölkənin şimalında hakim “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya ABŞ və Böyük Britaniyanın Yəmənə 48 zərbə endirdiyini bildirmişdi.
Sosial şəbəkələrdə əlverişsiz hava şəraitində enişə cəhd edən “An-2”nin görüntüləri yayılıb.
Videodan görünür ki, güclü küləklər səbəbində təyyarə “drift” etmək məcburiyyətində qalıb.
Kadrlar Yamalda (Rusiya) qeydə alınıb.
Məlumata görə, pilotun məharəti sayəsində ciddi qəzanın qarşısı alınıb, sadəcə fənər zədələnib.
“Bakı KOB evi”ndə üç sahibkara investisiya təşviqi sənədləri təqdim edilib.
Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, investisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək.
Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni texnologiyanın tətbiqi ilə arpa səmənisi (“malt”) istehsalı zavodunun tikintisi və yüksəkkeyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emal...
İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.
İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
İnvestisiya təşviqi sənədini almış sahibkarlar yeddi il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir.
Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
İndiyə qədər sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib.
Bu mexanizm sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə əlavə imkan yaradır.
Dələduzluqda təqsirləndirilən iş adamı Cəfər Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü C.Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, C.Əliyev tanışı, zərərçəkmiş Sadiq Yusifovdan biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.
Lakin o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb.
Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib.
Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib.
Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini deyiblər.
Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub.
Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əliyevə 6 il həbs cəzası verilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.
Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və “yaralı”nın döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizəksürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarş...
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər.
Bu barədə vətəndaşların Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib.
Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir.
Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:""“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var.
Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur.
Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.
Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:""“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəki...
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləmək barədə düşündüyünü təsdiqləyib.
O, bu barədə “Rai News”a müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, Ukraynaya yeni başlanğıc lazımdır.
“Söhbət təkcə Zalujnıdan deyil, həm də ölkənin bir sıra səlahiyyətlilərinin dəyişdirilməsindən gedir, özü də bu, tək hərbi sahəyə aid deyil”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, Qərb mətbuatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi ilə bağlı Ukrayna prezidentinin fərmanının yanvarın 29-dan fevralın 4-dək imzalanacağı barədə məlumat yaymışdı.
Ancaq Zalujnı hələ də öz vəzifələrini yerinə yetirir, işdən azad edilməsi ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Serbiyanın “Politika” nəşri yazır ki, Zelenski “İl-76” təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanını ittiham etməyi planlaşdırır.
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
Pakistanın şimal-qərbində 30-dan çox silahlı şəxs polis məntəqəsinə hücum edib.
Qeyd olunub ki, iki saatdan çox davam edən şiddətli atışma nəticəsində azı 10 polis əməkdaşı həyatını itirib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Ehtimal edilir ki, polis məntəqəsinə hücumu Pakistanda fəaliyyət göstərən “Təhrik-e-Taliban” qruplaşması həyata keçirib.
Son günlərdə yağan güclü qar nəticəsində Hindistanın Himaçal Pradeş ştatında ən azı 475 yol bağlanıb.
Təbii fəlakətlərin qarşısının alınması üzrə Baş İdarədən bildiriblər ki, qarın yağması elektrik və su təchizatı şəbəkələrini də sıradan çıxarıb.
“Himaçal Pradeş ştatında beş milli avtomobil yolu da daxil olmaqla 475 yol bağlanıb.
Qar yağması səbəbindən 333 elektrik xəttinin və 57 su xəttinin fəaliyyəti də sıradan çıxıb”, - deyə məlumatda bildirilib.
Himalay dağlarının ətəklərində yerləşən ştatda qar örtüyünün hündürlüyü 30 sm-dən 1,5 m-ə qədər qalxıb.
Ştatda ötən həftə güclü qar yağmağa başlayıb.
Meteoroloqlar onların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində avtomobillərdən səsgücləndiriciləri oğurlayan, benzin çəkib aparan şəxs peyda olub.