Search is not available for this dataset
text
stringlengths
10
518k
Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, qəsəbədə belə hallar dəfələrlə təkrarlanıb.
Maraqlısı budur ki, maşınlara qənim kəsilən şəxs artıq təhlükəsizlik kameralarına belə, məhəl qoymur.
Şikayətçinin sözlərinə görə, hadisə ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edilib.
Oğurluğun anbaan görüntülərini təqdim edirik:
Bakıda nəqliyyat vasitəsi qaçırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən FAW markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaç...
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema sosial şəbəkələrdə “İnter Mayami”nin futbolçusu Lionel Messini tənqid edənlərə sərt reaksiya verib.
“Lionel Messini tənqid edənlər futbol haqqında heç nə bilmirlər”, - deyə Benzema yazıb.
Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub.
Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar.
Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb.
Qarşılaşmaya 38 minə yaxın adam qatılıb.
Qeyd edilib ki, bu matça biletin qiyməti təxminən 108 dollar olub.
Honkonq hökuməti “İnter Mayami”nin hücumçusu Lionel Messinin yerli liqa komandası ilə yoldaşlıq oyununda iştirak etməməsindən narazı qalıb.
Onun müqaviləsinə əsasən, Messi matçda 45 dəqiqə oynamalı idi, lakin meydana çıxmayıb.
Oyunun keçirilməsi üçün 1,9 milyon dollar qrant, 128 min dollar isə oyunun keçirildiyi stadiona ayrılıb.
Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə Mayami “İnter”inə 1:4 hesabı ilə uduzub.
Messi ehtiyat oyunçular skamyasında qalıb, buna görə də tamaşaçılar oyun boyu tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar.
Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb.
Qarşılaşmaya 38 minə yaxın adam qatılıb.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin marşal qeydiyyatı proqramına start verib.
BŞH-dən verilən məlumata görə, yaşayış yerindən asılı olmayaraq, yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər.
“Formula-1” yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq.
Beynəlxalq lisenziya marşallara təkcə Azərbaycanda deyil, “Formula-1” üzrə Qran-pri və digər avtoidman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək turnirlərə qatılmaq hüququ verəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.
“İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”.
Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
O bu məsələdə Ağ Evin hazırkı rəhbəri Co Baydeni ittiham edib.
“Onlar nüvə silahı əldə etdikdən sonra bu, artıq tamam başqa tarix olacaq.
Tamamilə fərqli danışıqlar, tamamilə fərqli razılaşmalar...Bayden onlara bunu etməyə icazə verdi”, - deyə Tramp qeyd edib.
Keçmiş Ağ Ev rəhbəri Vaşinqtonun indiki xarici siyasətinin ölkəni III Dünya müharibəsinə apardığını bildirib.
“Ölkəmiz qarışıqlıqdır, sərhədlərimiz açıqdır və təhlükəsizliyi yoxdur.
Bilirsiniz, doqquz ay uzun müddətdir.
Bu müddət ərzində sizin III dünya müharibəsini başlamaq üçün çox yaxşı şansınız var, çünki bizdə öz işini lazımınca yerinə yetirməyən biri var”, - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, keçmiş dövlət başçısı Tramp hazırda prezidentlik uğrunda mübarizəyə başlayıb və seçki yarışında fəal iştirak edir.
ABŞ-də prezident seçkisi 2024-cü ilin noyabrına planlaşdırılıb.
ABŞ-nin Azərbaycan icmasına ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, əvvəllər Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şahbazın nəşini Bakıya göndərmək üçün Azərbaycan səfirliyi və diaspor təşkilatlarına müraciət olunub.
Bu məqsədlə 3 min manat vəsait ayrıldığı bildirilir.
Hazırda cənazənin yola salınması üçün sənədləşmə işləri aparılır.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri Azərbaycana gəliblər.
Qeyd edək ki, onların seçki ilə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.
Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Lənkəran şəhər, H.Aslanov, 50 ünvanında yerləşən ali məktəbin yeni inzibati binası inşa olunacaq.
Tikintisi planlaşdırılan yeni bina ikimərtəbəli olacaq.
Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib.
Hazırda universitetdə 5 000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.
Azərbaycanın etibarlı hesab edilən informasiya mənbələri məlumat yayıblar ki, Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.
Çexiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariana Vernerova açıqlama verərək məlumatı təsdiqləyib.
Hadisə son zamanlar Avropanın Ermənistanı Azərbaycana qarşı təxribat düşüncəli hərəkətlərə vadar etmək taktikaları fonunda diqqət çəkir.
Öncəliklə sual olunur ki, Çexiya vətəndaşının Azərbaycan-Ermənistan sərhədində nə işi var?
O, xüsusi tapşırıqlar əsasında kəşfiyyat missiyası ilə sərhədi keçməyə cəhd edib, yoxsa adi turist kimi gəzintiyə çıxaraq yolu azıb?
Bu suallara hər iki hal üzrə cavab dairəsini təyin edərkən onu təsəvvürümüzdə canlandırmalıyıq ki, Ermənistanın Azərbaycanla sərhədinə yaxın bölgəsində Avropa İttifaqının missiyası fəaliyyət göstərir.
Fransa hər vəchlə bu missiyanı Azərbaycana qarşı hərbi cəbhənin elementinə çevirməyə həvəslidir.
Düzü, bu missiyanın funksiya və vəzifələrinin legitim öhdəliklərini yerinə yetirib-yetirmədiyi, onsuz da, çox şübhəli idi.Çünki o, bitərəflik prinsiplərini dəyişərək Ermənistanın maraqları üçün məşəl yandıran platforma olduğunu çoxdan sübut edib.
Məsələnin ardını Fransanın Azərbaycana kəşfiyyat müstəvisində uduzması, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakı əleyhinə hərarəti fonunda gətirsək, deyə bilərik ki, sərhədi keçməyə çalışan şəxs məhz Parisin xeyir-duası ilə çətin relyefli ərazilərdən, dərə boşluqlarından keçərək kəşfiyyat müşahidəsi aparmaq ...
Üstəgəl, qeyd olunan hadisə ilə bağlı informasiyalar Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyerin Ermənistana səfəri ilə üst-üstə düşdü.
Bu hissələrə əsaslanaraq ehtimal yaranır ki, Avropa İttifaqının monitorinq missiyası Azərbaycan sərhədləri daxilində gizli gündəliklə kəşfiyyat imkanları yaratmaq niyyətindədir.
Bunun ideya müəllifi isə, əsasən, Fransadır.
Azərbaycanın təhlükəsizlik mühitinin və sərhədlərdəki güclü nəzarətinin möhkəm vəziyyəti kəşfiyyat həmlələrini önləməyə imkan verir.
Lakin sərhəddə Azərbaycan əleyhinə kəşfiyyat fəaliyyətlərinin sonlanacağı ümidinə qapılmaq olmaz, böyük ehtimalla Ermənistanı yeni hərbi avantüraya hazırlamaq planları işlənilir.
Bu, sərhədin hansı nöqtəsində hərbi insidentlər yaşanacağı ehtimalını təsvir etməyə də imkan verir.
Yəqin ki, Ermənistan Azərbaycan qoşunlarının 2022-ci ilin sentyabr döyüşlərində sərhəddə en və uzunluq üzrə irəliləyərək tarixi torpaqlarına nəzarəti bərpa etdiyi əraziləri özünə hədəf kimi müəyyənləşdirib.
Nəzərə alsaq ki, hərbi əməliyyatlar zamanı yüksəkliklərin kimin nəzarətində olması həlledici məqamlardan biridir, o zaman Cermuk istiqaməti üzrə hərəkətliliyin olacağı istisna edilmir.
Ermənistan Cermukdan təxribat kanalı açmaq istəsə, Azərbaycanın buna cavabı daha sarsıdıcı ola bilər.
Çünki Azərbaycan Ordusunun sərhəddəki mövqeləri daha əlverişlidir, üstəgəl təxribatın hərbi mənbəyini tapıb məhv etmək potensialı Azərbaycan dövləti üçün asan işdir.
Bu gündən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, fevralın 6-da saat 08:00-da təşviqatın aparılması dayandırılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:""1.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;"2.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;"3.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;"4.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;"5.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;"6.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev"7.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.
Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.
Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb.
Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.
Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.
Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi fevralın 8-i başa çatacaq.
Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmasında şübhəli bilinən rayon sakinləri - Abas Abbasov, Coşqun Qədirov, Ramid Nəsrullayev, Fikrət Əliyev və Quba rayon sakini Firidun Məmmədov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı tanışının baş nahiyəsinə küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirən Ruslan Zülfüqarov saxlanılıb.
Bütün faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Abas Abbasov, Coşqun Qədirov, Firidun Məmmədov, Fikrət Əliyev və Ruslan Zülfüqarovun barələrində həbs qətimkan tədbiri, digər şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.