Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Tailandın Chiang Mai şəhərində bir qrup gənc qaldıqları hotelin balkonunda şəkil çəkdirərkən balkon çöküb, 13 nəfər ikinci mərtəbədən yıxılıb. |
Yaralılara xəstəxanada tibbi yardım göstərilib. |
İkisi ağır olmaqla ümumilikdə 13 nəfər yaralanıb. |
Polis rəisi Çalit Tipkham açıqlamasında ilkin araşdırmalarda eyvanın çökən hissəsinin binanın abadlıq planına daxil olmadığı və sonradan əlavə edildiyini bildirib. |
Ukraynanın Mariupol şəhəri, xüsusən də şəhərin “Azovstal” metallurgiya zavodu uğrunda döyüşlər zamanı Rusiyaya əsir düşən hərbçilərin azad olunması tələbi ilə Kiyevdə aksiyalar başlayıb. |
Onun sözlərinə görə, “Susma, əsirləri öldürürlər” hərəkatının üzvüdür, iki aydır hər həftənin bazar günü aksiya keçirirlər. |
N.Kravtsova bildirib ki, xarici ölkələrə, beynəlxalq təşkilatlara müharibənin acı nəticələri, Ukraynaya qarşı qəddar savaşın aparılması, əsir düşən ukraynalı əsgərlərə Rusiya tərəfindən qeyri-insani münasibət göstərildiyini çatdırırlar:“Beynəlxalq ictimaiyyətin əsirlərimizin tezliklə azad olunması istiqamətində aktiv i... |
O söyləyib ki, Rusiyada əsir saxlanılan 700 nəfərin yalnız az hissəsi qaytarılıb:“Mariupol müdafiəçilərini hörmətlə anırıq. |
Çünki onlar 3 ay ərzində şəhəri qəhrəmancasına müdafiə etdilər və Ukraynanın digər ərazilərindəki birləşmələrə toparlanmaq üçün şərait yaratdılar”. |
Liliya İvaşçık da aksiya iştirakçısıdır. |
Onun sevgilisi hazırda Rusiyada əsirlikdədir. |
“O, Ukrayna Prezidenti Volodimir Zelenskinin əmri ilə “Azovstal”dan son çıxıb qarşı tərəfə təslim olan döyüşçülərdən biridir. |
Mən hər kəsin bu məsələyə diqqət yetirməsini istəyirəm. |
Qəhrəmanlarımızı unuda bilmərik, onlar öz vətənlərini qəhrəmancasına qorudular”, - L.İvaşçık bildirib. |
Alişa Şemak isə deyib ki, həyat yoldaşı 20 aydır əsirlikdədir. |
O, 2022-ci ilin mayında “Azovstal” zavodu ətrafında əsir düşüb. |
“Aksiya keçirməkdə məqsədimiz cəmiyyətə və ölkənin ali rəhbərliyinə yaxınlarımızın hələ də əsirlikdə olduğunu çatdırmaqdır. |
Onların azad olunması üçün səylərimizi artırmalıyıq, beynəlxalq təşkilatlara bu məsələ ilə daha yaxından məşğul olmaları üçün təzyiq göstərilməlidir”, - A.Şemak vurğulayıb. |
Aksiya iştirakçısı Svetlana Vinakurovanın oğlu Azov briqadasının əsgəri olub. |
O söyləyib ki, aksiya keçirməkdə məqsədləri əsirlərin azad olunmasını tələb etməkdir:""“Mənim tək oğlum əsirlikdədir. |
Nəinki dəyişmirlər, hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrini onlara yaxın belə buraxmırlar. |
Rusiya onların əsir götürüldüyünü rəsmən təsdiqləmir. |
Oğlumun azad edilməsini istəyirəm. |
İki ilə yaxındır əsirlikdədir, ondan heç bir məlumat ala bilmirik”, - S.Vinakurova bildirib. |
Qeyd edək ki, “Azovstal” zavodu 2022-ci ilin mayında Rusiyanın əlinə keçib. |
O zaman Ukraynanın 1000-ə yaxın döyüşçüsü qarşı tərəfə təslim olub. |
Bu, Mariupolun işğalı üçün şərait yaradıb. |
Rusiya qüvvələri 2022-ci il mayın 20-də Mariupolu işğal edib. |
Şəhər meriyasının məlumatına görə, işğal nəticəsində şəhərin azı 10 min dinc sakini həlak olub. |
“Azovstal” zavodunda əsir düşən hərbçilərin sayının 2 mindən çox olduğu bildirilir. |
“Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. |
Belə ki, ötən ilin avqustunda 8,29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6,60 faizə enib”. |
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. |
Bildirilib ki, həmin müddətdə 84 günlük notlar 8,60 faizdən 6,65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8,71-dən 6,71-ə enib. |
252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9,18 faizdən 6,72 faizədək azalıb. |
Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb. |
“Təhlillərimiz göstərir ki, faizlərin azalmasının bir sıra səbəbi var. |
Əvvəla, Mərkəzi Bankın yüksəkfaizli notları digər dövlət qiymətli kağızlarını, praktik olaraq, “sıxışdırırdı”. |
O, birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırmışdı. |
Bu isə qiymətli kağızlar bazarında daha yüksəkfaizli borclanma demək idi.İkincisi, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi.Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkə də hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəs... |
Üçüncüsü, yüksəkfaizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bildi və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaratdı. |
Nəhayət, digər dövlət qiymətli kağızlarına nisbətən və bəzən xeyli aşağı faizlərin ödəndiyi ekosistemdə Mərkəzi Bankın bahalı notları uzun müddət sektorda saxlaya bilməyəcəyi bəlli idi. |
Bütün bunlar ilə yanaşı, Mərkəzi Bankın yüksəkfaizli notları nəinki banklar, hətta bir sıra digər qurumlar üçün əlavə gəlir imkanları yaratdı. |
Digər mühüm və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən banklarda depozit faizlərinin artmasıdır. |
Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır”, - deyə deputat qeyd edib. |
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. |
Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. |
Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. |
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. |
Səmimi qəbula görə minnətdarlığını bildirən MDB baş katibi Prezident seçkisi ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib. |
Sədr M.Pənahov prezident seçkisinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb. |
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb. |
Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. |
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində baxılan şikayətlər təmin edilməyib. |
Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. |
Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. |
“Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb. |
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib. |
Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. |
Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib. |
12:35"Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb. |
Belə ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. |
Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub. |
Bəs faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində açılan cinayət işi üzrə (Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər) həbs edilən dörd nəfərə Xətai Rayon Məhkəməsində oxunan hökm qüvvədə qalacaq, yoxsa qüvvədən düşəcək? |
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idmançının barışıq ərizəsi yazması xuliqanlıqla bağlı cinayət təqibini dayandırmır. |
“Cinayət-prosessual qanunvericiliyinə görə araşdırılan xuliqanlıq faktı üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışması onların cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas deyil. |
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”. |
“Rusiya-Ukrayna cəbhəsində vəziyyət dalana dirənib, Ukraynanın müasir silahlara ehtiyacı var”. |
Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. |
Ukrayna lideri cəbhədə durğunluq olduğunu etiraf edib. |
“Müharibəyə gəlincə, durğunluq var, bu faktdır, çünki texnika tədarükündə gecikmələr olub və gecikmələr səhvlər deməkdir… Biz dünyanın ən böyük ordularından birinə qarşı vuruşuruq. |
Sursat kifayət etmir - bizim müasir texnikaya ehtiyacımız var”, - deyə V.Zelenski vurğulayıb. |
Bununla belə, V.Zelenski Ukraynanın dəniz əməliyyatları zamanı müsbət nəticələr əldə etdiyini diqqətə çatdırıb:""“Rusiya çox sayda gəmi itirib və biz Qara dənizdə taxıl dəhlizi yaratmağa nail olmuşuq, yekunda iqtisadiyyata müsbət təsirlər əldə etmişik”. |
Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə üç kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib. |
Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. |
Onlardan ümumilikdə iki kiloqram heroin və bir kiloqram marixuana aşkar olunub. |
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. |
Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəllüdlü Arif Abasov da saxlanılıb. |
Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. |
Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. |
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür. |
Oxu.Az xatırladır ki, sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim, təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. |
Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. |
1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. |
1930-cu ildə konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olub. |
1935-ci ildə konservatoriyanın bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub. |
1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. |
1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. |
1941-ci ildə professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. |
Hacıbəyov ilk andan Qara Qarayevin gələcək istedadını aşkarlaya bilib. |
Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk skripka, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb. |
1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını - bəstələyib. |
1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışıb. |
1943-cü ildə ilk simfoniyanı yazıb. |
1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub. |
1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. |
1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. |
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. |
1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri təyin olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.