Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Öyrənmiş xasiyyətə tövbə yoxdur. |
Mən özümü elə aparsaydım, hikkəmdən üzr istəməzdim. |
Mən Elza xanımı elə görmək istəmirəm. |
O çox istedadlı və mübariz qadındır. |
Mən onun birinci mühəndisi olmuşam. |
Onun varlığına azarkeşlik etmişəm”, - deyə Xalq artisti bildirib. |
Qeyd edək ki, Elgiz Əkbərin verilişində Elzanın yas mərasimlərindəki geyimləri müzakirə yaratmış, Kərimova da ona irad bildirmişdi. |
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. |
Oxu.Az müraciəti təqdim edir:""“Zati-aliləri,"Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq. |
Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. |
Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. |
Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. |
Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir. |
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. |
Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox im... |
Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. |
Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. |
Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz. |
Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraci... |
Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri"Dubravka Filipovski"Elvira Kovaks"Dunya Simonoviç Bratiç"Stefan Yovanoviç"Yelena Zariç Kovaçeviç"Aleksandar Markoviç”. |
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov İran hökumətinin qətli törədən şəxsə ölüm hökmünün verilməsinə dair yayılan xəbərlərə münasibət bildirib. |
O, “Qafqazinfo”ya açıqlamasında belə bir qərar olarsa, bunun ədalətli olacağını bildirib:""“Bu xəbəri biz də eşitdik. |
Amma nə qədər həqiqətə uyğundur bilmirik. |
Amma bu qərar verilsə, ədalətli olar. |
Xatırladaq ki, ötən il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. |
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. |
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. |
Türkiyədə ötən ilin altı fevral zəlzələlərindən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda təbii fəlakət nəticəsində həyatını itirənlər anılıblar. |
Zəlzələnin ildönümü ərəfəsində ölənlər və onların yaxınları üçün səssiz yürüş təşkil edilib. |
Yürüş vilayətin Antakya rayonunda Sümerlərdən Armutluya doğru baş tutub. |
Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş binada hələ də yaşayış var. |
Xezerxeber.az-ın məlumatına görə, söhbət Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5 ünvanında yerləşən binadan gedir. |
Həmin binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olmasından narahatdırlar. |
Sakinlər deyirlər ki, artıq binadakı çatlar da yamaq götürmür. |
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. |
Hətta binanın qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq akt da tərtib olunub. |
Lakin işin icrası hələ də ləngiyir. |
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aktına əsasən, sözügedən yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilib. |
Bu nəzərə alınaraq, FHN-nin müvafiq rəyi əsasında yaşayış binasının köçürülməsi məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər olunub. |
Hazırda nəticələrini gözləyirlər. |
“Mançester Siti” iyul ayında “Jirona”dan Savionun keçidinə razılıq verib. |
İnsayder Fabrisio Romanonun məlumatına görə, növbəti günlərdə “Siti” Futbol Qrupunun iki komandası arasında razılaşmanın imzalanacağı gözlənilir. |
Bildirilib ki, alman və digər ingilis klublarının təkliflərinə baxmayaraq, Saáio yay transfer pəncərəsində məhz “Mançester Siti”yə qoşulmağı tərcih edib. |
Naxçıvanda XV əsrə aid olan abidə Xanəgah sakinləri tərəfindən “Xan hamamı” adı ilə tanınır. |
Lakin abidənin dəqiq adı və hansı məqsədə tikilməsi barədə məlumat yoxdur. |
Əlincə qalasının qədim hasarları içərisində yerləşən tarixi tikili Xanəgah abidələr kompleksinə daxildir. |
Ətraflı “AzTV Xəbər”in süjetində: |
Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yollar keçilməz vəziyyətdədir. |
Sakinlərin sözlərinə görə, problemin yaranmasına səbəb yük avtomobilləridir. |
Bir müddət əvvəl ərazidə bina inşa edən tikinti şirkətinin yük maşınları yolu keçilməz hala salıb. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Rusiyada göyərtəsində 87 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından çıxıb. |
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. |
Nəqliyyat Prokurorluğu SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova və digər fiqurlu konkisürənlərin olduğu Moskvadan Saransk şəhərinə uçan təyyarənin hava limanında uğursuz enişinin səbəblərini araşdırır. |
“İlkin məlumatlara görə, fevralın 5-də axşam saatlarında Moskvadan Saranska uçan sərnişin təyyarəsi aerodromda sükanı döndərərkən, uçuş-enmə zolağından çıxıb”, - Volqa Nəqliyyat Prokurorluğunun “Telegram” kanalında bildirilib. |
Nəzarət orqanının məlumatına görə, Şeremetyevo-Saransk marşrutu üzrə 6165 saylı reysi həyata keçirən təyyarənin göyərtəsində 87 sərnişin və ekipaj üzvü olub və onlardan heç biri xəsarət almayıb. |
Sərnişinlər təyyarəni tərk etdikdən sonra onları hava limanının binasına aparıblar və orada səyyar qəbul zonası yaradılıb. |
Daha əvvəl bildirilmişdi ki, təyyarədə SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova, cüt konkisürmə üzrə dünya və Avropa çempionu Aleksey Tixonov, məşqçilər İqor Lyutikov, Svetlana Sokolovskaya, Pavel Slyusarenko və şərhçi Aleksandr Qrişin olub. |
Onlar fevralın 6-dan 9-dək baş tutacaq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya çempionatı üçün Saranska gedirdilər. |
“Cəbrayıl şəhərində səkilərin və yaşıllıqların ərazisi dörd hektara yaxın ərazini təşkil edir”. |
Bunu “İTV Xəbər”ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib. |
Belə ki, şəhərdə inşa edilən ilk yaşayış kompleksi 33 binadan ibarət olacaq. |
Dörd-beş mərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. |
İnşaat işləri başa çatdıqdan sonra isə bu binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq. |
Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında baş tutacaq növbədənkənar prezident seçkisinin qısamüddətli müşahidəsini həyata keçirəcək. |
APA xəbər verir ki, müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası rəsmi şəxslər ilə görüşəcək. |
Seçki günü TÜRKPA müşahidəçilərinin həmçinin azad edilmiş ərazilərdə də müşahidə aparması gözlənilir. |
8 fevral tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçiriləcək. |
Rusiyada Federal Gömrük Xidmətinin baş idarəsinin maddi-texniki təminat şöbəsinin rəhbəri, general-leytenant Oleq Zavqorodniyə aid görüntülər yayılıb. |
Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. |
Videoda görünür ki, Daxili İşlər Nazirliyinin şöbəsində general-leytenant sərxoş vəziyyətdə yerdə uzanıb. |
O, qışqıraraq polis əməkdaşlarına hücum etməyə çalışıb. |
Görüntülər Kalininqrad şəhərində lentə alınıb. |
Bundan əvvəl general-leytenant Zavqorodni və gömrük xidməti rəis müavini, general-polkovnik Andrey Strukovun kollegiyada iştirak etmək üçün şəhərə gələrək bahalı oteldə yerləşdikləri bildirilmişdi. |
Orada onlar dava salıb, söyüş söyüb və oteldə qalan insanlara sataşıblar. |
Nəticədə Zavqorodni saxlanılıb və kollegiyada iştirak etməyib. |
Hadisə artıq sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. |
Rusiyanın Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nikolay Arefiyev bildirib ki, qeyd olunan vəzifəli şəxslər kobud davranışa görə cəzalandırılmalıdırlar. |
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb. |
Oxu.Az xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. |
Xüsusi olaraq vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq. |
Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb. |
Ana olan yeniyetmələrin sayı artıb. |
Cəmiyyətdə isə yeniyetmə analara münasibət birmənalı deyil. |
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. |
Onlar bildiriblər ki, problemi maarifləndirmə ilə həll etmək lazımdır. |
Kaliforniyada qasırğa nəticəsində azı üç nəfər həlak olub. |
Yerli administrasiya nümayəndəsi bildirilib ki, onlar əlverişsiz hava şəraitində ağacların aşması nəticəsində həyatlarını itiriblər. |
Bundan başqa yarım milyondan artıq istehlakçı işıqsız qalıb. |
O da vurğulanır ki, bəzi ərazilərə iki gün ərzində yağıntının bir aylıq norması düşüb. |
Mənbə:The New York Times"01:58"ABŞ-nin qərb sahili bir neçə gün ərzində əhəmiyyətli yağışlarla üzləşib və Kaliforniyada 20 milyon insan daşqın xəbərdarlığı alıb. |
Qeyd olunur ki, çərşənbə günündən başlayaraq Şimali Kaliforniyada güclü yağışlar yağıb və cümə axşamı səhər Los-Ancelesə çatıb. |
Şəhərin bəzi yollarını su basıb, turistlər arasında sahil mənzərələri ilə tanınan avtomobil yolu olan “Pacific Coast Highway”in bir hissəsi bağlanıb. |
2023-cü ildə ABŞ-nin qərb sahilində demək olar ki, rekord miqdarda yağıntı gətirən bir sıra çox güclü tufanlar səbəbindən qış həddindən artıq yağıntılı keçib. |
Digər tərəfdən, bu yağıntılar Kaliforniyaya bir neçə illik şiddətli quraqlıqdan sonra su təchizatını bərpa etməyə imkan verib. |
Qeyd edək ki, Kaliforniya tarixən bir-birini əvəz edən istilik və güclü yağış dalğalarına artıq öyrəşib. |
Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, qəza Badamdar şosesində qeydə alınıb. |
“Opel” markalı minik avtomobili hərəkətsiz vəziyyətdə yolun kənarında dayanmış “Mercedes-Benz”ə, sonuncu isə digər nəqliyyat vasitəsinə çırpılıb. |
Hadisədə avtomobillərə ziyan dəyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.