Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əraziyə polis əməkdaşları cəlb ediliblər. |
Qəzanın başvermə səbəbləri araşdırılır. |
Sloveniyanın ədliyyə naziri Dominika Şvarts istefa verib. |
Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb. |
Qeyd edək ki, Dominika Şvarts bu yaxınlarda Lyublyananın şərqində məhkəmə binalarının satın alınması ilə bağlı iddiaların mərkəzində olub. |
O, sonuncu görüşü zamanı Baş nazir Robert Qoloba istefası barədə ərizəni təqdim edib. |
Yəmən Prezidentinin İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Əhməd Avad bin Mübarəki respublikanın yeni hökumət başçısı təyin edib. |
Müvafiq sərəncam Prezident Şurasının saytında dərc olunub. |
Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Ənsar Allah” (husi) hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. |
O ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. |
Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib. |
BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin (ölkə əhalisinin təqribən 80%-i) humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb. |
Türkiyənin Hatay vilayətində, Dörtyol-İskenderun istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb. |
Çevik polis qüvvələrinin üzvlərini daşıyan avtobus idarəetmədən çıxaraq aşıb. |
Sürücü də daxil olmaqla 11 polis yaralanıb. |
Xəstəxanalara aparılan polislərin həyatı üçün təhlükə olmadığı bildirilir. |
Bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. |
11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. |
Bildirilib ki, ona döş və belin küt travması diaqnozu təyin edilib. |
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb. |
08:38"Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb. |
Qurumdan verilən xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. |
Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. |
Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. |
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. |
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. |
07:38"Bakının Yasamal rayonunda partlayış baş verib. |
Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. |
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. |
Partlayışda xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. |
Faktla bağlı araşdırma aparılır. |
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib. |
Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8 750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. |
Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb. |
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. |
Lerikdən paytaxt ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən həmkəndlilər saxlanılıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Cəlilabad rayon Çünzəli kənd sakinləri Nurlan Mustafalı və həmkəndli... |
N.Əmədullayevin əlindəki çantadan 3 kiloqram marixuana, 100 qram heroin və 100 qram metamfetamin aşkarlanaraq götürülüb. |
Araşdırmalarla sözügedən narkotik vasitənin pul müqabilində Bakı şəhəri ərazisinə çatdırılması üçün şəxsiyyəti istintaqla araşdırılan və xaricdə yaşayan narkotacir vasitəsilə əldə olunduğu müəyyən edilib. |
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır. |
ABŞ Prezidenti Co Bayden İsrailə yardım göstərilməsi ilə bağlı qanun layihəsinə Ukrayna üçün maliyyə vəsaiti nəzərdə tutulmayacağı təqdirdə veto qoyacaq. |
Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir. |
Sənəddə deyilir ki, ABŞ administrasiyası Nümayəndələr Palatasının yalnız İsrailə yardım göstərməsi təşəbbüsünə qəti şəkildə qarşı çıxır. |
Qeyd edək ki, bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib. |
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. |
Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. |
İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb. |
Belə ki, Sənan Həsənov yaşadıqları evdə arvadı, zərərçəkmiş Günay Həsənovaya (şərti) xəstələnmiş azyaşlı övladlarına doşab məhsulu vermədiyinə görə irad bildirib. |
Bununla bağlı ailə daxili münasibətlər zəminində onların arasında mübahisə yaranıb. |
Bu zaman o, qadının üzərinə hücum edib qəsdən arvadının qolundan dişləyib, əli ilə onun saçından tutub dartaraq yerə yıxıb. |
Daha sonra Sənan yumruq və təpik zərbələri ilə Günayın sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona xəsarətlər yetirib. |
Hadisədən sonra qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib və Sənan Həsənov cinayət məsuliyyətinə cəlb edilib. |
Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu məlum olub. |
Həmin gün axşam onun idarə etdiyi VAZ-21014 markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. |
Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib. |
T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb. |
T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək. |
Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. |
Orta məktəbi doğma kəndində bitirib. |
Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. |
O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. |
Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. |
Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub. |
1970-ci il sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub. |
Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. |
1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi.2020-ci ilin 44-günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayo... |
Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. |
10:53"Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb. |
APA-nın yerli müxbiri xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünə məxsus VAZ markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib. |
Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. |
Nəticədə 29 yaşlı şəxs həyatını itirib. |
Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. |
Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. |
09:56"Yevlaxda 29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb. |
APA xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov yanvarın 4-də VAZ avtomobili ilə evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşüb. |
Faktla bağlı araşdırma aparılır. |
ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla (1996-cı ildə vəfat edib) danışdığını bildirib. |
“Mən oturdum və dedim ki, Amerika qayıtdı. |
Almaniyadan olan Mitteran - Fransadan nəzərdə tuturdum - mənə baxıb soruşdu:“Yaxşı, o, nə qədər vaxtdır qayıdıb?” - deyə ABŞ rəhbəri Las-Veqasda seçicilərlə görüşündə deyib. |
Jurnalistlər ehtimal ediblər ki, Bayden Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində Fransanın hazırkı rəhbəri Emmanuel Makronla görüşünü nəzərdə tutub. |
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden əvvəllər də qəribə hərəkətləri ilə gündəm olub. |
Belə ki, Şimali Karolinada keçirilən tədbirdə Ağ Ev rəhbəri əvvəl görünməz birinin əlini sıxıb, sonra orada olmayan konqresmenlə “şəkil çəkdirib”. |
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. |
Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq. |
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 8-nə təyin edilib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. |
Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib. |
Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. |
İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. |
Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var. |
İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb. |
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.