Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür. |
Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib. |
Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib. |
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından etibarən azərbaycanlı xilasedicilər zəlzələ bölgəsinə ezam olundular. |
Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi. |
Zəlzələdən zərər çəkmiş Türkiyəyə Azərbaycan dövlətinin yardımına bu bir il ərzində fasilə verilməyib. |
Hazırda Türkiyənin Kahramanmaraş şəhərində inşası davam edən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. |
Qeyd olunur ki, ərazidə 2 mindən çox yaşayış binası yerləşəcək ki, bunun da vəsaiti Azərbaycan dövləti tərəfindən təmin ediləcək. |
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. |
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. |
“Mehriban xanımın gəlişindən sonra repertuarımıza yeni tamaşalar daxil oldu. |
Xaricdən də tamaşa səhnələşdirmək üçün rejissorlar dəvət edildi”. |
Bu sözləri Telegraf.com-a müsahibəsi zamanı Akademik Milli Dram Teatrının sevilən aktyoru, əməkdar artist Elşən Rüstəmov deyib. |
Həmin müsahibəni təqdim edirik:""- Elşən müəllim, siz teatra kinodan gəlmisiniz və bildiyim qədər, elə də coşquyla gəlməmisiniz. |
Yəni ürəyinizi kinoda qoymusunuz. |
- Biz uşaqlıqdan filmlərlə böyümüşük. |
Kinolardan hansısa epizodları uşaqlarla öz aramızda təkrar edirdik. |
“Yeddi oğul istərəm” bizim aramızda çox populyar idi.O filmin rol bölgüsü də yaxşı alınırdı. |
Çünki oradakı qəhrəmanların hamısının adını əzbərdən bilirdik, özümüz də onlara bənzəmək istəyirdik. |
Yerli filmlər, hind filmləri, rus filmləri...Bizə elə gəlirdi ki, aktyor mütləq kinoda olmalıdır, kinoya çəkilməlidir. |
Ona görə 1992-ci ildə mənə “Etiraf” filmində baş rol təklif ediləndə, təbii ki, çox sevindim. |
Tələbənin baş rola çəkilməsi o vaxt üçün nadir rast gəlinən hal idi.""Sonra rəhmətlik Ceyhun Mirzəyev məni “Fəryad” filminə dəvət elədi. |
Ard-arda kinoya dəvət aldığımdan özümü kinoaktyor kimi hiss edirdim. |
Ona görə teatra dəvət alanda da fikirləşdim ki, bir neçə ay işləyərəm, sonra təzədən kinoya qayıdaram. |
Amma milli kino o illərdə dağılmağa doğru gedirdi. |
- Sevgi sevgi ilə unudulur, necə deyərlər. |
Siz də kino sevgisini teatr sevgisi ilə unutdunuz...""- Bu sevginin necə doğulduğunu özüm də bilmədim. |
Teatr yaxşı mənada bataqlıqdır, özüm də bilmədim bu bataqlığa necə düşdüm. |
Üç-dörd ay demişdim, bir də gözümü açdım ki, 20 ildir burada işləyirəm. |
İndi əksinədir, artıq kinoya çəkilməyə ərinirəm. |
- Janr etibarilə kino ilə teatr arasında olan “İtkin gəlin” serialının sizin karyeranızda necə bir rolu oldu? |
- Sözün düzü, xeyli vaxtdır “İtkin gəlin”lə bağlı sualları eşitmirəm... |
Siz mənim yaddaşımı təzələdiniz. |
Əslində mən gözləmirdim ki, bu serial insanların yaddaşında özünə belə yer edəcək. |
Romanın sevə-sevə oxunulduğunu bilirdim, amma filmin necə alınacağı barədə təsəvvürüm belə yox idi.""Serial ekranlara çıxandan sonra böyük populyarlıq qazandı. |
Aktyorlardan da bu populyarlıq yan ötmədi. |
Mənim üçün ikiqat sevinc o idi ki, orda çəkilən aktyorların çoxu tanınmış, özünü təsdiqləmiş sənət adamları idi.Mən isə addımlarını təzə-təzə atan 3-cü kurs tələbəsi idim. |
İndi də çox adam məni o serialla tanıyır. |
- Xarakterinizlə bu obraz arasında nə kimi uyğunluq var və aktyor bir uyğunluq axtarırmı obrazında? |
- Təbii ki, aktyor rolu oynayanda özünü təqdim edir. |
Elməddin rolu xarakterimə daha yaxın idi, sanki özümü oynayırdım. |
Təbii ki, illər keçəndən sonra aktyor daha da peşəkarlaşır, püxtələşir. |
İndi aktyor oyununa baxanda, fikirləşirsən ki, bunu bir az ayrı cür edərdim. |
Amma bəzi nüanslardakı qeyri-peşəkarlığın, xamlığın içində böyük bir təmizlik var. |
O təmizliyi indi vermək çox çətindir. |
O vaxtsa o təmizliyi, saflığı canlandırmaq lazım deyildi, özü var idi... |
Bu baxımdan mənə elə gəlir ki, rol mənə tam uyğun idi."""- Elşən müəllim, doğrusu, mən də “İtkin gəlin”dən üzü bəri çox suların axdığını, bu barədə çox danışıldığını düşünürdüm, amma qonaq olduğunuz proqramın video yazısının altındakı tamaşaçı rəyləri mənim fikrimi dəyişdi. |
Tamaşaçı hələ də o serialın təəssüratı altındadır və sizi təkrar-təkrar o illərə qaytarmaq istəyir. |
- Məncə, əsas səbəb kitabın özünün çox populyar olması idi. |
Kitabı çox sevirdilər, əldən-ələ ötürürdülər. |
Ona görə də tamaşaçılar eşidəndə ki, bu roman əsasında film çəkilir, səbirsizliklə gözləməyə başladılar. |
Oxuduqlarını vizual şəkildə görmək istəyirdilər. |
Əsərin geniş kütləyə tanış olması filmin də uzunömürlülüyünə yardımçı oldu. |
- Xeyli yaşlı və təcrübəli sənət adamlarının arasında gənc və təcrübəsiz aktyorlar özlərini bir qədər inamsız hiss edirlər. |
Kollektivdə kimi özünüzə ruhən yaxın bilirdiniz? |
- Təcrübəli aktyorlarla birgə çəkilirdik. |
Kamal Xudaverdiyev, Lətifə Əliyeva, Hicran Nəsirova, Zemfira Əliyeva, Zemfira Nərimanova, Rafiq Əzimov... |
Biz isə - mən, Məleykə Əsədova, Kazım Həsənquliyev, İlqar Cahangir təzə-təzə addımlarımızı atırdıq. |
Təbii ki, gənclər bir-birinə daha yaxın olurlar. |
Biz həm də bir institutda oxuyurduq. |
Amma bu filmdə ayrı-seçkilik, ögeylik olmadı. |
Həm yaşlı, həm də gənc nəsil bir-biri ilə qaynayıb qarışdı. |
Belə olmasaydı, nəsə əldə eləmək mümkün deyildi. |
Bizdən böyük nəslin bizə həssas yanaşması ilə fərqlənən bir ab-hava gördüm. |
Onlar öz köməklərini, məsləhətlərini bizdən, şəxsən məndən əsirgəmirdilər. |
Kənardan onların oyununa baxmağın özü kifayət idi...""- Aktyorların adlarını çəkərkən Kamal Xudaverdiyevin üzərində durmamaq mümkün deyil. |
Bu sanballı aktyorda çəkiliş prosesində nələri kəşf etdiniz? |
- Onun dediyi sözün yükü vardı. |
Mən ona baxanda anlayırdım ki, aktyor həm oyunu ilə, həm danışıq manerası ilə necə təsiredici ola bilər. |
Aktyorluğun sirlərini öyrənirdim. |
2002-ci ildə Milli Dram Teatrında “Hamlet” tamaşası qoyulurdu, Layert rolu mənə həvalə edilmişdi. |
60-cı illərdə səhnələşdirilən “Hamlet” tamaşasında Layert rolunu Kamal Xudaverdiyev oynamışdı. |
Elə oldu ki, məşq prosesində kostyum problemləri ilə üzləşdik. |
Kamal müəllim problemimizin olduğunu hiss elədi. |
Soruşdu ki, kostyum problemi var? |
Dedim ki, hə, kostyum çatışmır. |
Dedi, kostyumçulara de ki, 60-cı illərdə mənim oynadığım Layert obrazının kostyumunu sənə versinlər. |
Fikirləşirdim ki, Kamal müəllimin kostyumu mənə yekə olar. |
O, cüssəli aktyor idi.Gördüm, yox, tamamilə mənim əynimə oturdu. |
Tamaşada da Kamal müəllimin kostyumundan istifadə elədim. |
Bunu da özümə böyük fəxr hesab elədim ki, Kamal müəllimin kostyumunu səhnəyə mən daşıdım. |
Həm də böyük bir sənətkar gənc aktyora görün necə dəstək oldu…""- Hərçənd teatrlarda aktyorlar - xüsusilə yaşlı və gənc nəsil arasında qısqanclıq, ədavət olduğunu deyirlər. |
- Yox, yox, mən yaşlı aktyorların mənə qarşı qısqanclıq hissini görməmişəm. |
Həmişə köməklik göstərmələrini, yardımlarını görmüşəm. |
- Dediniz ki, sizi daha çox teleserialda oynadığınız Elməddin obrazı ilə tanıyırlar. |
Halbuki teatrda çox rəngarəng, müxtəlif rollarda oynamısınız. |
Teatra 200, 300, 500 nəfər gəlib baxır, gedir. |
Televizora isə eyni vaxtda bütün Azərbaycan baxır. |
Televiziya kütləvi baxış məkanıdır. |
Ələlxüsus da ovaxtkı dövr üçün. |
O vaxt bir-iki kanal vardı və bir günün içində məşhur ola bilirdin. |
Televiziyada tanınmaq aktyora mane olmur. |
Elə aktyor olur ki, sırf onu görmək üçün tamaşaya gəlib baxırlar. |
Bu qanunauyğun, təbii bir haldır. |
- Adətən populyar serialdan sonra aktyorların pərəstişkar ordusu meydana gəlir. |
- O vaxtlar tamaşaçı üçün aktyor daha əlçatmaz idi.İndi artıq heç kimi təəccübləndirə bilməzsiniz. |
İnternet, sosial şəbəkələr var. |
İndi populyar olmaq da çətin deyil. |
“Facebook”a, “TikTok”a çıxdın, bir günün içində populyar ola bilərsən. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.