Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O vaxt aktyorlara münasibət bir az başqaydı. |
Müqəddəslik, əlçatmazlıq məsələləri vardı. |
Yadıma gəlir ki, mən o vaxt yataqxanada qalırdım. |
O ətrafda yaşayan insanların bir qismi xəbər tutmuşdu ki, “İtkin gəlin”də oynayan aktyor bu yataqxanada qalır. |
Təsəvvür edin ki, yataqxana şəraitində, çarpayımda uzanmışam. |
Birdən qapı açılır, bir qrup adam içəri girir və mən də başa düşmürəm ki, onlar niyə gəlib...Bir nəfər də bələdçilik edir:“Baxın, həmin oğlan budur”. |
Həm gülməli, həm də kədərli situasiyadır. |
Bəs həmin anlarda nə edirdiniz? |
- Hə, ürəkaçan situasiya deyildi… Bilmirdim, üst-başımı səliqəyə salım, yoxsa corabımı tapıb geyinim…"- Elşən müəllim, siz özünəqapalı insan olduğunuzu deyirsiniz. |
Amma söhbət zamanı heç də dediyiniz adam təsiri bağışlamırsınız. |
- Bu mənim özümdən asılı olmayan xüsusiyyətdir. |
Elə anlar olur ki, qapalı oluram. |
Mən daha çox müşahidə etməyi, qulaq asmağı sevirəm. |
Çox vaxt rayona gedəndə sürücünün yanında yox, arxada otururam. |
Qabaqda oturmaq o deməkdir ki, sürücü ilə söhbət etməlisən. |
Yəni özümlə daha çox baş-başa qalıram, özümlə daha çox ünsiyyətdə oluram, özümü içimdə analiz edirəm. |
Bu o demək deyil ki, insanlara, cəmiyyətə qapalıyam. |
Elə məqam olur ki, mən saatlarla danışıram, indi sizinlə danışdığım kimi. |
Bu, qarşımdakı adamın səmimi münasibətindən də asılıdır. |
- Belə insanlar özlərini mühakimə etməyə meyilli olurlar. |
Populyarlıq sizin özünüzə olan münasibətinizi dəyişdimi, daha çox rəğbət oyatdımı? |
Daha çox oynamaq, daha çox sevilmək həvəsi oyatdı. |
- Bəs populyarlığın fəsadları, yan təsirləri necə? |
- Yox, bunun mənə mənfi təsiri olmadı. |
Populyarlıq məni korlaya bilmədi. |
Mən heç vaxt sənətimdən sui-istifadə etməmişəm. |
Hətta çox vaxt aktyor olduğumu gizlədirəm. |
“İtkin gəlin”in adını isə soruşulmayana qədər çəkmirəm. |
Sənətim məni bir insan, bir şəxsiyyət kimi püxtələşdirdi. |
Mənim zövqümü, dünyaya baxışımı formalaşdırdı. |
Ona görə də mən öz sənətimə minnətdaram. |
Həmişə də deyirəm ki, mən öz sənətimə heç vaxt xəyanət eləməmişəm. |
Heç vaxt sənətimi yarı yolda qoymamışam. |
Sənətim də heç vaxt mənə xəyanət etməyib. |
Mən sənətə dostum kimi baxmışam. |
- Siz uzun müddət iki teatrda çalışmısınız. |
İndi, deyəsən, tamamilə Milli Teatra keçmisiniz. |
Demək, nəhayət ki, Gənc Tamaşaçılar Teatrı ilə yollarınızı ayırdınız...""- Gənc Tamaşaçılar mənim ilk addımlarımı atdığım doğma teatrdır. |
Orada uzun müddət çalışmışam, orada yetişmişəm, püxtələşmişəm. |
Artıq püxtələşmiş halda “Azdrama”ya gəldim. |
Sonra bura da mənim üçün doğma teatra çevrildi. |
Beləliklə, iki doğma teatr qazandım. |
Amma hər iki teatra vaxt çatdırmaq olmur. |
Ona görə tamamilə Milli Dram Teatrına keçdim. |
Buna baxmayaraq, Gənc Tamaşaçılar teatrı ilə əlaqəmi tam üzməmişəm, bəzi tamaşalarda yenə oynayıram. |
- Mehriban Ələkbərzadənin gəlişindən sonra “Azdrama”da nə kimi yeniliklər var? |
- Mehriban xanımın gəlişindən sonra repertuarımıza yeni tamaşalar daxil oldu. |
Xaricdən də tamaşa səhnələşdirmək üçün rejissorlar dəvət edildi. |
Və beləliklə, aktyorların bir yox, bir neçə rejissorla işləmək imkanları oldu. |
Anarın “Dantenin yubileyi” əsərini səhnələşdirən rejissor Ərşad Ələkbərov Sankt-Peterburqdan dəvət olundu. |
Hazırda Mehriban xanım özü “Əsrə bərabər gün” tamaşası üzərində işləyir. |
Biz də onunla birlikdə çalışırıq və düşünürəm ki, çox maraqlı tamaşa olacaq. |
Şəhərdən axşama qədər məşqlərimiz gedir. |
Ondan sonra da planlar çox böyükdür. |
Teatrın repertuarı daha da zənginləşəcək. |
- Xaricdən rejissor dəvəti yerli rejissorlarda narazılıq yaratmır ki? |
- Yox, axı, onlar kənarlaşdırılmırlar. |
Onlar da işləyir, xaricdən gələn rejissorlar da. |
Zatən xaricdən gələn rejissorlar çox olmur. |
İldə 1-2 rejissor dəvət oluna bilər. |
Yerli rejissorlar isə buradadırlar və daim teatrla təmasda ola bilirlər. |
- “Dantenin yubileyi”nin adını çəkdiniz. |
Tamaşa oynanıldı, razı qalan tamaşaçılar da oldu, narazı qalanlar da. |
Daha çox sual doğuran isə səhnədəki avtobus idi. - Tutalım, bir rəssam qeyri-adi bir rəsm çəkir və hər tamaşaçı o rəsmdə fərqli şeylər görür. |
Ümumiyyətlə, aktyorlar qastrol insanlarıdır. |
Avtobus həm də buna işarə edir. |
Aktyorlar elə təkər üstündə olublar. |
Onların evi də odur, həyatı da odur, səhnəsi də odur. |
Həm də “PAZ“ avtobusunun olması Kəbirlinskinin truppaya bir paz olaraq yapışmasına işarə edir. |
Buna bir çox tərəflərdən baxa bilərik. |
- Fəaliyyətiniz seriallarla da əlaqəli olduğuna görə bu sahədəki problemlərlə bağlı fikirlərinizi bilmək istərdik. |
Son illərdə Azərbaycan seriallarında gözəçarpan inkişaf gedibmi? |
- Təxminən on il olar ki, serial bumu başlayıb. |
Seriallarımız göz qabağındadır. |
Elə seriallar var ki, xüsusilə məişət serialları, düşünürsən ki, müəllif bunu hansı planet haqqında yazıb? |
Axı burada azərbaycanlı həyatı yoxdur. |
Ümumiyyətlə, həyat yoxdur burada. |
Bir də seriallarda diqqəti cəlb etmək üçün çox qara-qışqırıq, çığır-bağır var. |
Gülən üzlə dialoq aparan insan yoxdur. |
Mən də bu vəziyyətin içindəyəm, özümü kənara çəkmirəm. |
Və bilirəm ki, bu dəyişilməlidir. |
Mənə elə gəlir ki, son illər dəyişikliklər var. |
Rejissorlar başa düşürlər ki, artıq başqa müstəviyə keçmək vaxtıdır. |
Məsələn, “Əqrəb mövsümü”, “Simurq”, “İfşa” serialları. |
İnanıram ki, bu tipli, keyfiyyətli seriallar çox olacaq. |
- Siz özünüz sonuncu dəfə nə vaxt seriala çəkilmisiniz? |
- Sonuncu dəfə elə bu yaxınlarda “Əqrəb mövsümü”nə çəkildim. |
- Sizcə, “Əqrəb mövsümü”nün başgicəlləndirici uğuru nə ilə bağlı idi? |
- Burada rejissorun öz dəsti-xətti var. |
Emil Quliyevin hər işi çox uğurlu olur. |
Bu serialın uğuru həyat həqiqətlərinə sadə yanaşmasıdır. |
Obrazların danışıq tərzi həyatidir, gerçəkdir. |
Biz gündəlik həyatımızda necə danışırıq? |
Rus sözləri, türk sözləri də işlədirik. |
- Onda serialın yaxşı cəhəti həm də onun nöqsanına çevrilib, çünki serialdakı danışıq tərzi Azərbaycan dilinin normalarına uyğun gəlmədiyi üçün çox tənqid olundu. |
- Mən Emil Quliyevin müsahibələrinə qulaq asdım, o dedi ki, axı həyatda biz necə danışırıq? |
Rejissor həyatı necə varsa, elə göstərib. |
Məsələn, Emilin filmlərinə baxanda elə bilirsən ki, gizli kamera qoyulub və insanların real həyatını lentə alır. |
Elə bil ki, sənədli bir filmə baxırsan. |
Ona görə də bu, tamaşaçıların marağına səbəb oldu. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.