Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
- Siz bir aktyor kimi çəkiliş sirrini bir az aça bilərsiniz? |
Məsələn, çəkiliş vaxtı sizdən nə tələb olunurdu? |
Bu çılpaq reallığa rejissor necə nail olur? |
- Maksimal dərəcədə çalışırdıq ki, dialoqlar təbii alınsın. |
Əlbəttə, təbiilik bayağı olmaq deyil. |
Bəzən elə bilirlər ki, əgər loru danışırlarsa, söyüş işlədirlərsə, demək, təbiidirlər. |
Bu çox həssas məqamdır, burada çox incə məqamlar var. |
Sanki sən ipin üstündəsən, hansı tərəfə getsən, uçurumdur. |
Ona görə düz xətti tutmaq lazımdır. |
Hər halda belə cəhdlərin, axtarışların olması yaxşıdır ki, hansısa bir nöqtəyə gəlib çıxaq. |
- Elşən müəllim, siz dublyajda da çalışırsınız. |
Bizim tamaşaçılar nə üçün öz dilimizə dublyaj edilən filmləri sevmirlər, dublyaj səslərini isə ögey, saxta səs kimi qəbul edirlər? |
- Dublyajla bağlı mənim mövqeyim bir az başqadır, tamaşaçıların mövqeyindən bir balaca fərqlənir. |
Düzdür, dublyajda çatışmayan cəhətlər var, amma mən hesab etmirəm ki, bu sahə pis vəziyyətdədir. |
Bizim dublyajımız kifayət qədər normal səviyyədədir, sadəcə, tamaşaçıların bu münasibəti dublyaja yox, dilimizə olan münasibətdir. |
İnsanlar filmlərə rus dilində baxmağa öyrəşdikləri üçün belə düşünürlər. |
Məsələn, görürsən ki, ruslar xarici bir filmi çox başdansovdu dublyaj ediblər, bütün filmi sadəcə bir diktor etinasız şəkildə, hissiz-həyəcansız səsləndirir. |
Tamaşaçılar ona qulaq asmağa razıdır, amma bizim ürək qoyduğumuz dublyaja yox. |
Onlar rus dilinə qulaq asmaq istəyirlər. |
Ona görə deyirəm ki, dilə münasibət var burda. |
Bəli, bəzi tərcümələr o qədər ürəkaçan olmur, dublyajın mayası tərcümədir. |
Amma bizim yaxşı tərcümələrlə bağlı nümunələrimiz çoxdur. |
Biz istənilən xarici ölkəyə də dublyaj nümunələrini göndərsək, onlar o tərcüməyə, o səslərə qulaq asıb deyəcəklər ki, afərin sizə. |
- Əsrin yarısını yaşamısınız və bu həyatın yarıdan çoxunu teatra həsr etmisiniz. |
Bu məqamdan sonra “Həyat bir teatrdır” fikri ilə razısınızmı? |
- Dünya bir teatrdır, elədir ki, var"Qadınlar, kişilər aktyordurlar"Yeddi pərdəlidir burada hər əsər"Yeddi rol oynayır burada hər nəfər -"Şekspirin belə bir şeiri var...Əsl teatr elə həyatdır. |
Bizim oynadığımız teatr daha təmiz, daha sevimlidir. |
Çünki biz səhnədə aktyorluq eləməməyə çalışırıq. |
Amma həyatda hər addımbaşı bunu hiss edirik. |
Dünyanın gedişi sanki bir ssenari üzərində qurulub. |
Sanki insanlar üzərində bir tamaşa qurulub. |
Və çox təəssüf ki, bu həqiqi tamaşadır. |
Səhnədə aktyoru vurursan, guya ölür, amma əslində ölməyib. |
Həyatdakı tamaşa isə insanların müqəddəratını həll edir. |
Britaniya Kralı III Çarlz xərçəng müalicəsi zamanı Baş nazir Rişi Sunak ilə həftəlik görüşməyə davam edəcək. |
Bukingem sarayından verilən məlumata görə, həkimlərin müalicə zamanı dövlət işlərindən çəkinmək tövsiyələrinə baxmayaraq, kral dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək. |
Onun vəzifələrindən biri parlamentin qəbul etdiyi qanunları imzalamaqdır. |
Hər səhər III Çarlz qırmızı portfeldə imzası tələb olunan sənədləri alır. |
Kral Bukingem sarayında baş nazirlə görüşərək mühüm hadisələri müzakirə edəcək. |
Monarx siyasətə münasibətdə neytral qalmalı olsa da, baş nazirə məsləhət vermək və Nazirlər Kabinetinin qərarları ilə razılaşmadığını bildirmək hüququna malikdir. |
Görüşlər ciddi məxfilik şəraitində keçirilir və onların məzmunu qeydə alınmır. |
Kraliça Kamilla ərinin müalicəsi zamanı ictimai tədbirlərdə iştirak proqramını dəyişməyi planlaşdırmır. |
Həyat yoldaşının əməliyyatından sonra iş qrafikini müvəqqəti düzəldən Uels şahzadəsi Uilyamın atasının xəstəliyi səbəbindən rəsmi vəzifələrinə qayıdacağı gözlənilir. |
Şahzadə Harri ABŞ-dən Böyük Britaniyaya uçmaq və atası Kral III Çarlzı ziyarət etmək niyyətindədir. |
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. |
İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. |
Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. |
Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. |
Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib. |
Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib:“Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. |
Tam xatırlaya bilmirəm, ancaq videoya baxandan sonra hər şey yadıma düşdü. |
“Joker” adlı mərkəzdə çay içib istirahət edirdik. |
Əslində, qəzanı törətməmişdən əvvəl içkili olmamışam. |
Mən içkini bir gün əvvəl bağda içmişdim. |
Onun ailəsindən dönə-dönə üzr istəyirəm”. |
Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib. |
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir. |
APA xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. |
74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. |
Onun beyninə qan sızdığı bildirilir. |
“Real Betis”in portuqaliyalı yarımmüdafiəçisi Karvalyu Uilyama qarşı zorlama ittihamı ilə istintaq işi başlayıb. |
Artıq 31 yaşlı futbolçu ilkin dindirmə üçün istintaq orqanlarına dəvət olunub. |
Hələlik hadisənin digər təfərrüatı açıqlanmır. |
Qeyd edək ki, Türkiyənin “Beşiktaş” klubu artıq bir müddətdir ki, Karvalyu Uilyamı sıralarına qatmağa çalışır. |
İstanbul klubu futbolçunun agenti ilə görüşüb, tərəflər, hətta müqavilənin detallarını müzakirə ediblər. |
Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib. |
Təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsinin məlumatına görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. |
Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir. |
Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi təchizatından məhrum qalıb. |
Tokionun Haneda hava limanında güclü qar yağması səbəbindən 30-dan çox reys təxirə salınıb. |
Ekspres magistralların bəzi hissələri bağlanıb, elektrik qatarlarının hərəkət cədvəlində gecikmələr və növbələr var, qərb istiqamətində qatarlar 45 dəqiqədən çox yubanır. |
Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Pərvin bu gün səhər saatlarında Ərdəbil şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, milli fəalın hansı ittihamlarla həbs edilməsi və haraya aparılması bəlli deyil. |
Qeyd olunub ki, Murtaza Pərvin daha öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təhdid edilib, habelə ona 40 zərbə şallaq cəzası da verilib. |
Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı işdən çıxıb. |
APA-nın əldə etdiyi xəbərə görə, İntiqam Hacılı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən çıxıb. |
Teatrın direktoru vəzifələrinin icrası teatrın baş rejissoru Anar Babalıya həvalə edilib. |
Bu gün Azərbaycanın muğam ifaçıları arasında öz dəst-xəti ilə tanınan sənətkar, Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür. |
Xanəndənin anadan olmasının 73-cü ildönümü tamam olur. |
Oxu.Az sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. |
Görkəmli xanəndə Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. |
1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. |
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. |
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. |
O, 1977-ci ildən ömrünün sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. |
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanla yanaşı dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlər edib. |
Ömrünü Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını dünyaya tanıtmağa həsr edən xanəndəmiz musiqiləri böyük şövqlə, əsl ustalıqla ifa edib. |
Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. |
Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır. |
Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. |
Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb. |
ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və prezidentliyə namizəd Nikki Heyli qoruma tələbi üzrə Birləşmiş Ştatların Məxfi Xidməti ilə əlaqə saxlayıb. |
“Bir çox təhdidlər var idi.Amma bu məni görməli olduğum işi dayandırmağa vadar etməyəcək”, - deyə siyasətçi bildirib. |
Heyli onu Məxfi Xidmətlə əlaqə saxlamağa məcbur qoyan səbəbləri açıqlamayıb. |
Lakin medianın namizədin seçki qərargahına istinadən yazdığına görə, buna səbəb hədələr olub. |
Qərargah onların məzmununu açıqlamayıb. |
ABŞ Məxfi Xidməti dövlətin yüksək vəzifəli şəxslərinin qorunmasına cavabdehdir. |
Fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndində heyvan otararkən minaya düşən 23 yaşlı Həsənəli Əliyev Bakı Dövlət Universitetinin politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. |
Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.