Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Seçicilərin 100 faizi səsvermədə iştirak edib. |
18:36"Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib. |
Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1 030 nəfər seçici qeydə alınıb. |
Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər. |
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Stanisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər. |
Qeyd edək ki, növbədənkənar prezident seçkisi ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. |
Sankt-Peterburqdakı Baş Konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir. |
18:31"Növbədənkənar prezident seçkisi üzrə Azərbaycanın Pakistandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqədə səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb. |
18:08"Növbədənkənar prezident seçkisi üzrə Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə müşayiət olunan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb. |
Seçicilər Azərbaycanın Türkmənistandakı səfirliyində ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar. |
Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir. |
17:06"Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə başa çatıb. |
APA-nın Mərkəzi Asiya üzrə müxbiri xəbər verir ki, seçki ilə əlaqədar səsvermə Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-dan başlayıb. |
16:15"Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Serbiyadakı səfiri Kamil Xasıyev də növbədənkənar prezident seçkisində iştirak ediblər. |
Oxu.Az-ın məlumatına görə, onlar Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səs veriblər. |
15:45"Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə olunur. |
AZƏRTAC xəbər verir ki, Daşkənd şəhəri və ətrafında yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər. |
15:11"Azərbaycan prezidentinin seçkisi üzrə Rumıniyada səsvermədə aktivlik müşahidə olunur. |
“Rumıniyada 66 nəfər seçici qeydiyyatdan keçib. |
Saat 12:00-dək 23 nəfər səs verib. |
Hal-hazırda 30 nəfər səs verib, bu da ümumi seçicilərin 45%-ni təşkil edir”, - səfirlikdən bildirilib. |
13:01"Fevralın 7-də Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir. |
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb. |
Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər. |
Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir. |
12:00"Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə əlaqədar Fransanın paytaxtı Parisdəki seçki məntəqəsində səsvermə başlayıb. |
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. |
Fransada yaşayan Azərbaycan vətəndaşları seçkilərdə fəallıq nümayiş etdirirlər. |
11:51"Bu gün yerli vaxtla səhər saat 08:00-da Azərbaycanın Ukraynadakı səfirliyindəki 17 saylı Yasamal üçüncü seçki dairəsinin 49 nömrəli məntəqəsi səsvermə başlayıb. |
Baku TV xəbər verir ki, Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. |
Seçicilər Xarkov, Odessa, Lvov, Sumı, Poltava və digər vilayətlərdən səs verirlər. |
11:09"Növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə Moldovada səsvermə başlayıb. |
Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. |
Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb. |
Müşahidəçilər prosesi izləyirlər. |
09:35"Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə keçirilir. |
APA-nın Mərkəzi Asiya üzrə müxbiri xəbər verir ki, seçki ilə əlaqədar Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsverməyə start verilib. |
09:23"Azərbaycandakı növbədənkənar prezidenti seçkisi ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə start verilib. |
Məntəqələrdə seçki kabinələri və şəffaf seçki qutuları yerləşdirilib. |
Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. |
Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyətə başlayıb. |
Səfirlikdən bildirilib ki, Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 08:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə yuxarıda qeyd edilən seçki... |
Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva deyib ki, səfirlik bu ölkədəki vətəndaşlarımızın seçki hüquqlarını şəffaf və demokratik şəkildə həyata keçirmələri üçün bütün zəruri tədbirləri həyata keçirib:"“Vətəndaşlarımızın seçki məntəqələrinə gediş-gəlişini asanlaşdırmaq üçün yerli bələdiyyələri... |
Seçkilərdə iştirak etmək istəyən, lakin səhhəti ilə əlaqədar seçki məntəqələrinə getmək imkanı olmayan Azərbaycan vətəndaşları da nəzərə alınıb. |
Müraciətləri əsasında həmin şəxslər üçün seçki qanunvericiliyinə uyğun olaraq daşınabilən seçki qutuları təşkil olunub. |
09:10"Növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb. |
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskvanın Voznesenski döngəsi 15 ünvanında yerləşən 19 saylı Nərimanov rayonu seçki dairəsi üzrə 42 və 43 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb. |
Moskva və Moskvaətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər. |
Qeyd edək ki, Rusiyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkisində səsvermə hüququndan istifadə edə bilmələri üçün təkcə Moskvadakı səfirliyimizdə deyil, ölkəmizin Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. |
Rusiyanın Şimal Qərb federal dairəsinə daxil olan regionlarda yaşayan Azərbaycan vətəndaşları Sankt-Peterburqdakı, Ural, Sibir və Uzaq Şərq dairəsinə daxil olan regionlarda yaşayan vətəndaşlarımız isə Yekaterinburqdakı Baş konsulluqlarımızda açılan seçki məntəqələrində səsvermədə iştirak edirlər. |
Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərən seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. |
Seçki məntəqələrinin ünvanları:Moskva şəhəri, Voznesenski döngəsi 15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27; Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5. |
08:24"Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. |
Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçki ölkəmiz üçün tarixi hadisədir. |
Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkisi keçirilir. |
Onun sözlərinə görə, hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə biləcəklər. |
Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb. |
Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib. |
Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb. |
Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq. |
Növbədənkənar prezident seçkisi ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. |
Onlardan ikisi Gürcüstan ərazisindədir. |
16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) ölkəmizin Tbilisidəki səfirliyində, yaradılıb 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 41 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb. |
Hər iki məntəqədə səsvermə başlayıb. |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermə ilə bağlı prosesləri canlı izləmək üçün heç bir maneənin olmadığını bildirib. |
1000 məntəqədə veb-kameralar artıq arası kəsilmədən fəaliyyətə başlayıb. |
“Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. |
Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var. |
Şəffaflığın təmin olunması baxımından KİV-lərin də fəaliyyəti danılmazdır və onların müşahidə apara bilməsi üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur. |
Onlar öz vəsiqələrini təqdim etməklə müşahidələr apara bilərlər”, - M.Pənahov deyib. |
O bildirib ki, yerli və xarici KİV-lərin seçkiyə marağı kifayət qədər böyükdür. |
“Ümumilikdə, bu seçkinin tarixi əhəmiyyəti çox böyükdür. |
Belə ki, 44 günlük müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. |
MSK həmin ərazilərdə 26 məntəqə yaratdı. |
Beləliklə, biz bu gün ilk dəfə bütöv Azərbaycanda seçkisi keçiririk”. |
İşğaldan azad olunan Xankəndi şəhərində 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində növbədənkənar prezident seçkisi üzrə səsvermənin nəticəsi bəlli olub. |
19:51"İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılmasına başlanılıb. |
08:26"İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib. |
Oxu.Az xəbər verir ki, səhər saat 08:00-da məntəqə açılıb. |
Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. |
14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. |
Müşahidəçilər səsvermə prosesini izləyirlər. |
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
İşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə səsvermə başlayıb. |
Məntəqələrdə ümumilikdə 3 619 seçici qeydiyyata alınıb. |
Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə 1351, “Azərişıq” ASC-nin Füzuli şəhərində yerləşən binasında yaradılan 76 saylı məntəqədə 976, Füzuli şəhəri bina 7a qeyri-yaşayış sahəsində yaradılan 77 saylı məntəqədə 1292 seçici var. |
Füzuli şəhərində yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər. |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar prezidenti seçkisi üzrə səsvermə keçirilir. |
Oxu.Az xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. |
Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. |
Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.