Search is not available for this dataset
text
stringlengths
10
518k
Səsverməni 13 nəfər yerli müşahidəçi izləyir.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib.
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub.
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
İşğaldan azad edilmiş Xocalı şəhərində ilk dəfə olaraq seçki keçirilir.
APA xəbər verir ki, bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də vətəndaşların rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
30 ildən sonra Xocalıda seçki məntəqəsi fəaliyyət göstərir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı seçki məntəqəsində də seçki fəallığı müşahidə edilir.
Xocalıda vətəndaşlar məntəqəyə gələrək öz namizədlərinə səs verirlər.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb.
“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər.
Əksinə biz bunu təqdir edəcəyik.
Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”, - MSK sədri vurğulayıb.
O vurğulayıb ki, heç kim seçicinin iradəsinə təsir göstərə bilməz.
“Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır.
Bizim qurumun da işi seçicinin konstitusiyon hüququnu təmin etməkdir.
Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə bilməz.
Həmçinin seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz.
Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar”.
M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq:""“Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq.
Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq.
Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır”.
MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini izləməyə başlayıb.
J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.
Saat 08:00-da səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyasının rəhbəri buradakı şəraitlə tanış olub və seçki məntəqəsinin rəhbərinə bir sıra suallar verib.
Məntəqə sədri Süleyman Əliyev burada seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək bir neçə gündür həm yerli, həm də xarici müşahidəçilərin bu məntəqəni ziyarət etdiyini vurğulayıb.
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki Baş Konsulluğunda yaradılan seçki məntəqəsində səsvermə başlayıb.
Məntəqə Seçki Komissiyanın sədri Baş konsul Pərviz İsmayılzadə bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətən...
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Pərviz İsmayılzadə konsulluğun əməkdaşlarına və Batumidəki soydaşlarımıza uğurlar arzulayıb, ilk səs verib.
Səsvermə saat 19:00-da başa çatacaq.
İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.
Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb.
Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.
Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib.
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub.
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
Növbədənkənar prezident seçkisində səsvermə prosesi başlayıb.
APA xəbər verir ki, 35 saylı Xətai III seçki dairəsinin 2 saylı seçki məntəqəsində səhər saatlarından (08:00-dan) etibarən seçicilər səsverməyə qoşulublar.
Sözügedən məntəqədə TÜRK PA-nın nümayəndələrindən ibarət heyət də müşahidəçi qismində qatılıb.
Heyətə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er rəhbərlik edir.
Heyətin tərkibində Mahmut Rıdvan Nazırlı, Ömer Faruk Gergerlioğlu, Harun Özgür Yıldızlı, eləcə də Qırğızıstandan olan millət vəkili Ulan Bakasov da var.
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır.
“Associated Press“ agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib.
Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub.
“Tengrinews”, “lada.kz”, “The Express Tribune”, “DND”, “Daily Times”, “Oc-media.org” platformalarında yer alan xəbərlərdə növbədənkənar prezident seçkisinin Azərbaycanda yeni dövrün başlanmasına dəlalət etdiyi, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edən seçkidə vət...
Qeyd edilib ki, ölkə tarixində dönüş nöqtəsi olan və yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilən bu dövrdə seçkinin keçirilməsi bir növ çağırış rolunu oynayır.
İşğaldan azad olunmuş ərazilərdə seçkinin baş tutması isə ölkədə milli birlik istəyinin və həmin ərazilərin ölkənin siyasi-inzibati strukturuna tam inteqrasiyasının bariz təcəssümüdür.
Məqalələrdə bir sıra xarici ölkə və beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyi, ölkənin uğurlarını qəbul edə bilməməsi, siyasi və diplomatik manevrlərlə əsassız ittihamlara əl atmasına da toxunulub.
Bununla belə son 20 ildə Azərbaycanın real uğurlarını əks etdirən danılmaz göstəricilərin də göz önündə olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, 2003-cü ildən 2022-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulu 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib, yaşayış səviyyəsi, əhalinin gəlir səviyyəsi, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər g...
Yazılarda qeyd edilib ki, Azərbaycanda növbədənkənar prezident seçkisi ölkənin siyasi tarixində mühüm mərhələdir.
İrəliləmək, daxili və beynəlxalq çağırışları həll etmək, eyni zamanda, son uğurlardan yararlanmaq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolunda vacib məqamlar olacaq.
Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkisi ilə bağlı bu gün keçirilən səsvermə prosesi ərəb mediasının da diqqət mərkəzindədir.
Suriyanın SANA, Liviyanın LANA, Misirin MENA informasiya agentlikləri, həmçinin Misirin “Əl Əhram”, “Dustur”, “Əl-Qahirə” qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Xalic” və “Gulf365” portalları, Əlcəzairin “Şuruq” nəşri Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə keçirilən səsvermə barədə xəbər və reportajlar dərc e...
Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səsvermə prosesində Azərbaycan vətəndaşlarının yüksək fəallığı qeydə alınıb, həmçinin beynəlxalq və yerli müşahidəçilər, nüfuzlu media təşkilatlarının nümayəndələri növbədənkənar prezident seçkisinin gedişini izləyirlər.
Növbədənkənar prezident seçkisinin region üçün əhəmiyyətini diqqətə çatdıran ərəb mediası vurğulayıb ki, Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilir.
2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdirirlər.
16:31"Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib.
Xüsusi vurğulanıb ki, seçici fəallığının yüksək olması, ilk növbədə, Qarabağın geri qaytarılması ilə əlaqədardır.
“Məhz bu bölgədəki seçki məntəqələrindən birində ölkənin hazırkı lideri İlham Əliyev səs verib”, - deyə süjetdə bildirilib.
MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev “Birinci kanal”a müsahibəsində qeyd edib ki, missiyanın üzvləri respublikanın bölgələrində də seçkinin mütəşəkkil və düzgün keçirildiyi barədə məlumat verirlər.
14:57"44 günlük müharibə və antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Qarabağ əraziləri daxil olmaqla, Azərbaycanda ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkisi keçirilir.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası nəticəsində bütün respublika üzrə ilk dəfə seçki keçirilir”, - qeyd olunub.
Rusiya KİV seçki, namizədlər haqqında və digər məlumatları oxucularına çatdırıb.
“Arqumentı i faktı” nəşrində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xankəndi şəhərində səs veriblər.
“Nezavisimaya qazeta” qeyd edib ki, davam edən seçkini 88 ölkədən müşahidəçilər izləyirlər.
09:16"Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Rusiyanın “RIA Novosti” kanalı süjet hazırlayıb.
Qeyd edək ki, səsvermə səhər saat 08:00-dan başlayıb və axşam saat 19:00-a kimi davam edəcək.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə başlayıb.
Oxu.Az xəbər verir ki, seçicilər səs vermək üçün məntəqələrə axışırlar.
Məntəqələrdə seçici fəallığı hiss olunur.
Seçici fəallığı hər məntəqədə müşahidə edilir.
Qeyd edək ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Ölkə üzrə 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nami...
Daha çox foto burada:PhotoStock.az
İşğaldan azad olunan Ağdərə şəhərində növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
Ağdərə şəhər Mədəniyyət Evində yerləşən məntəqə səhər saat 08:00-da açılıb.
Məntəqədə 154 seçici qeydiyyatdadır.
Səsverməni yerli müşahidəçilər izləyirlər.
İşğaldan azad olunan Ağdərə rayonunun Suqovuşan qəsəbəsində də növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
Qəsəbədə yeni yaradılan 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsi səhər saat 08:00-da açılıb.
Səsvermə Suqovuşan tam orta məktəbində keçirilir.
Məntəqədə işğaldan azad olunan Talış kəndinə qayıdan sakinlər də daxil olmaqla 162 seçici qeydiyyatdadır.
Suqovuşanda ən yaşlı seçicinin 87, ən gəncinin isə 18 yaşı var.
Məntəqədə 15 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Müşahidəçilər səsverməni izləyirlər.