Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məntəqələr bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb. |
Məntəqələrdən üçü Zəngilan, biri isə Qubadlı rayonu ərazisində yaradılıb. |
Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2 919 seçici qeydiyyata alınıb. |
Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində “KALYON” şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində “POLATYOL” şirkətinin inz... |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
“Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) xeyli iş görüb və bunun sayəsində prezident seçkisinin uğurlu təşkili mümkün olub”. |
“Bu seçki məntəqəsi açılmazdan öncə seçki qutularına baxış keçirdik və onların möhürləndiyinə əmin olduq. |
Səsvermə kabinələrinə və ümumiyyətlə, seçki məntəqəsində işin necə təşkil olunduğuna baxdıq, seçki məntəqə komissiyasının sədri ilə də söhbət etdik”, - o vurğulayıb. |
J.Asanov qeyd edib ki, səsvermə başlayandan sonra seçicilər arasında sakit ab-hava, bayram əhvali-ruhiyyəsi müşahidə olunub. |
“Biz seçki məntəqəsinin açılışından xeyli tez gəlmişik, lakin artıq burada nə qədər insanın toplaşdığının və 8 saat seçki məntəqəsinin açılışını gözlədiyinin şahidi olduq”, - o əlavə edib. |
Almaniyada hava limanının yerüstü xidmətlərinin işçilərinin tətili başlayıb. |
Məlumata görə, “Lufthansa”nın əməkdaşları Frankfurt-Mayn, Münhen, Hamburq, Berlin və Düsseldorf hava limanlarında tətil keçirirlər. |
Hava limanının çərşənbə günü planlaşdırılan bütün reyslərinin 80-90%-i ləğv edilib. |
Bu, təxminən 100 min sərnişinin planlarının pozulması deməkdir. |
Tətil bir gündən çox - cümə axşamı səhərə qədər davam edəcək. |
Tətilin səbəbi uzun sürən tarif münaqişəsi olub. |
Verdi həmkarlar ittifaqı “Lufthansa”, “Lufthansa Technik” və “Lufthansa Cargo” ilə əmək müqaviləsi bağlayan 25 min yerüstü işçisi üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir. |
Verdi işçilərin maaşının 12,5% artırılmasını tələb edir. |
Danışıqların növbəti raundu fevralın 12-də Frankfurt-Mayndə keçiriləcək. |
Növbədənkənar prezident seçkisi işğaldan azad olunan Cəbrayılda seçicilərin aktivliyi müşahidə olunur. |
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının sədri Musa Quliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, dairədəki 83 seçki məntəqəsi üzrə ümumilikdə, 56431 seçici qeydə alınıb. |
İşğaldan azad olunan Cəbrayıl ərazisində fəaliyyət göstərən 80 saylı seçki məntəqəsində 1184 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində isə 419 nəfər seçici səs verəcək. |
Qeydə alınan seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır. |
Dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. |
Dairə üzrə 1062 müşahidəçi qeydiyyatdan keçib. |
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir. |
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 secici qeydə alınıb. |
Seçicilər 6537 məntəqədə səs verəcəklər. |
İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. |
Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək. |
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. |
Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. |
Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. |
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. |
Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. |
İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə səsvermə başlayıb. |
Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yaradılan 63 saylı seçki məntəqəsində 603, Kəlbəcər Su-Kanal idarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 nəfər səsvermə də iştirak edəcək. |
Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata alınıb. |
Seçkilərin gedişini ümumilikdə 28 yerli müşahidəçi izləyəcək. |
Kəlbəcərdə yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. |
Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. |
Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. |
Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Gürcüstanın İmereti rayonu Nergeti kəndində torpaq sürüşməsinin qurbanı olan 6-cı şəxsin meyiti tapılıb. |
Güclü yağış nəticəsində baş verən sürüşmə 4 evi tamamilə uçurub. |
Təbii fəlakət zamanı həmin evlərdə 10 nəfər olub. |
Onlardan biri xilas edilib, altısı ölüb, üçü isə hələ də axtarılır. |
Axtarışlara 200-dən çox yanğınsöndürən və xilasedici, bir qrup kinoloq, texnika və pilotsuz uçuş aparatları səfərbər olunub. |
İşlərin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. |
Mənbə:Sputnik"09:48"Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç nəfər həlak olub. |
Bu barədə Respublika Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. |
“İmereti bölgəsində leysan yağışları nəticəsində dörd yaşayış binasını əhatə edən torpaq sürüşməsi baş verib. |
Bağdati bələdiyyəsinin Nergeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər bir nəfəri xilas ediblər. |
Daha üç nəfərin meyiti tapılıb”, - deyə məlumatda vurğulanıb. |
Xilasedicilər daha altı nəfərin axtarışlarını davam etdirirlər. |
Hadisə yerinə 200-dən çox yanğınsöndürən və xilasedici cəlb edilib, ərazidə xüsusi texnika və kinoloqlar qrupu işləyir. |
Qeyd edək ki, çərşənbə axşamı bütün Gürcüstanda hava kəskin şəkildə pisləşib. |
Ölkənin qərbində, eləcə də yüksək dağlıq rayonlarda külli miqdarda qar yağması yollarda problemlər yaradıb. |
İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzindən verilən məlumata görə, əlverişsiz hava şəraiti bir neçə gün davam edəcək. |
“TÜRK PA olaraq Azərbaycandayıq”. |
Bunu Azərbaycandakı növbədənkənar prezident seçkisini müşahidə edən TÜRK PA nümayəndə heyətindən AK Partinin üzvü Mahmut Nazırlı APA-ya açıqlamasında deyib. |
“Səhər saat 8-də nümayəndə heyətinin digər üzvləri ilə bərabər seçki qutusunun açılmasına şahidlik etdik. |
Bu gün ümumilikdə qardaş ölkə Azərbaycanda seçki prosesinin gedişatını izləyəcəyik və ölkəmizə bununla bağlı təqdimat verəcəyik. |
Dost və qardaş ölkəyə bu önəmli seçimdə uğurlar arzu edirik”, - millət vəkili qeyd edib. |
“Biz bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi prosesini izləyirik. |
Hazırda seçki məntəqəsindəyik, seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir”. |
APA xəbər verir ki, bunu Özbəkistandan olan beynəlxalq seçki müşahidəçisi Xalmuxammed Paluanlyazov deyib. |
Özbəkistandan olan beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqədə seçki prosesinin baş verməsi üçün bütün qaydalara əməl edilir. |
“Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında adlarını aşkarladıqdan sonra müəyyən prosedurdan keçir, bülleteni götürərək səsvermə kabinələrinə keçirlər. |
Orada istədikləri namizədə səs verdikdən sonra bülleteni seçki qutusuna atırlar. |
Biz düşünürük ki, seçki prosesi normal şəkildə keçəcək. |
Azərbaycan xalqının sevinc içində, ölkənin gələcəyinə inam nümayiş etdirərək seçkiyə gəldiyini görürük. |
Biz Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. |
Bizim xalqlarımız çox yaxın, doğmadırlar. |
Buna görə də seçki prosesinə bu cür yüksək səviyyəli hazırlığa görə, təşəkkür edirik”, - deyə Xalmuxammed Paluanlyazov vurğulayıb. |
İsrail hərbçiləri Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı anklavda saxlanılanlardan 31 girovun həlak olması barədə yaxınlarına məlumat verib. |
Bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib. |
“İsrail ordusu bu ağır günlərdə girov götürülənlərin ailələrinin yanındadır və nümayəndələrimiz ailələrə onların yaxınları ilə bağlı ancaq dəqiqləşdirilmiş məlumatı verirlər. |
Ölümü təsdiqlənən 31 girovun ailəsinə artıq məlumat vermişik”, - deyə o brifinqdə bildirib. |
Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib. |
“Trend” xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar prezident seçkisində səs verib. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. |
Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. |
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. |
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. |
Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. |
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. |
Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.