Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir.
İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb.
Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir.
Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.
Erməni tərəfi martda Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin İsveçrədə görüşəcəyini ehtimal edir.
Bu barədə Milli Assambleyanın rəhbəri Alen Simonyanın ofisində məlumat verilib.
Erməni spikerin ofisi onu da bildirib ki, martın 23-27-də keçiriləcək görüşlə bağlı konkret təklif daxil olmayıb, lakin belə bir görüşün keçirilməsi ehtimalı qəbul olunub.
“Oxşar formatda görüş müzakirə oluna bilər”, - deyə mətbuat xidmətindən bildirilib.
Əlavə məlumat əldə olunan kimi bununla bağlı qərar veriləcək.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın əvvəlində bildirib ki, martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin görüşünün keçirilməsi planlaşdırılır.
“Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”.
“İnsanların gözlərində gələcəyə inam var.
İnsanlar öz seçimini tərəqqinin xeyrinə, hamı üçün müsbət nəticələr verəcək müasir, suveren Azərbaycanın xeyrinə etmək istəyirlər”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən seçki Rusiya üçün nümunə ola bilər:""“Rusiya da mart seçkilərinə hazırlaşır və biz (müşahidəçilər) Bakıdan özümüzə müəyyən təcrübə qazanacağıq”.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin 3 saylı məntəqəsində aktivlik müşahidə edilir.
Seçicilər öncə qeydiyyatdan keçir, sonra isə seçki bülletenlərini alaraq istədikləri namizədə səs verirlər.
Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.
Qeyd edək ki, bu seçki məntəqəsində 760 seçici qeydiyyata alınıb.
Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var.
Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Türkiyənin “Baykar” şirkəti Ukrayna paytaxtı Kiyevin yaxınlığında 500 nəfərin çalışacağı dron istehsalı zavodunun tikintisinə başlayıb.
Bu barədə “Baykar”ın baş direktoru Haluk Bayraktar xəbər verib.
“Müəssisəmiz tikilir...İnşaatı bitirmək üçün təxminən 12 aya ehtiyacımız var.
Sonra daxili maşın, avadanlıq və təşkilati struktura keçəcəyik.
Müəssisə böyükdür, orada təxminən 500 nəfər işçinin çalışmasını planlaşdırırıq”, - deyə o bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, ildə təxminən 120 pilotsuz uçan aparat (PUA) istehsal ediləcək.
Bununla belə, o, müəssisənin məhsulunun TB2, yoxsa TB3 olacağının hələ dəqiqləşdirilmədiyini bildirib.
Bayraktar, həmçinin qeyd edib ki, şirkət yaxın iki il ərzində Səudiyyə Ərəbistanında istehsala başlamağı planlaşdırır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkisi ilə bağlı səsvermədə iştirak edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, səfir qeyd edib ki, suveren respublikanın tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir.
“Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür.
Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkisində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir.
Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib.
Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb.
Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Kiyev və Xarkovda silsilə partlayışlar baş verib.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Məlumata görə, həmçinin Çerkası vilayətinin yaşayış məntəqələrində partlayış səsləri eşidilib.
Nikolayevdə isə bir neçə partlayış qeydə alınıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına görə, hazırda respublikanın hər yerində, o cümlədən Kiyev, Jitomir, Vinnitsa, Çerkassı, Çerniqov, Sum, Poltava şəhərlərində hava həyəcanı sirenləri səslənir.
Xarkov meri Oleq Sinequbov “Telegram” kanalında şəhərdə partlayışlar barədə məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, ümumilikdə dördə yaxın partlayış qeydə alınıb.
Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkisində səs verib.
Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var.
8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib.
İndiyədək 200-dən çox seçici səs verib.
Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
Bununla bağlı President.az məlumat yayıb.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində iştirak edən ən fəal seçicilərin olduğu ölkələrdən biri Türkiyədir.
O bildirib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı prezident seçkisi prosesində seçici olaraq iştirak etmək üçün öncədən səfirliyə müraciət edib.
Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub.
Seçki prosesində iştirak etmək üçün öncədən seçici kimi qeydiyyatdan keçənlərin sayına uyğun olaraq da seçki məntəqələri qurulub.
Ona görə də seçki məntəqələrinin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.
MDB-dən olan müşahidəçi Yelbay Abulov seçki məntəqəsində gördüklərindən məmnun qaldığını bildirib.
Müşahidəçi qeyd edib ki, bundan əvvəl 3 məntəqədə olub və hər şeyin qaydasında olduğunu müşahidə edib:“Gördüklərimdən məmnun qaldım.
Seçkilər şəffaf keçirilir və hər hansı bir neqativ hal müşahidə etməmişik.
Hazırda müşahidələrimiz davam edir”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E...
“Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev prezident seçkisində səsvermə hüququndan istifadə edib.
Azərbaycan millisinin sabiq baş məşqçisi seçki ilə bağlı təəssüratını bölüşüb:""“Bu, Azərbaycan tarixinin ən şərəfli və möhtəşəm seçkisidir.
Ölkəmiz artıq suverenliyini tam bərpa edib.
Əvvəl Qarabağ dərdimiz var idi, indi isə hamı seçkiyə fərəh hissi ilə gəlir.
Bütün bunları gördüklərimə əsasən deyirəm”.
Qeyd edək ki, Azərbaycanda bu gün, fevralın 7-nə növbədənkənar prezident seçkisi keçirilir.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa...
Yaponiya dünyanın ən böyük işıq şousuna ev sahibliyi edəcək.
Şou Tokiodakı 48 mərtəbəli “City Hall” binasında baş tutacaq.
Bu barədə paytaxt qubernatoru Yuriko Koike xəbər yayıb.
Ölkə hakimiyyəti administrasiya binasını turistlər arasında populyar olan yeni turizm məkanına çevirməyi planlaşdırır.
Tokio administrasiyası “Ginnesin Rekordlar Kitabı”na ərizə təqdim edib.
Koikenin sözlərinə görə, açılış günündə təşkilatın mütəxəssisləri işıq şousunu ziyarət edəcəklər.
Bundan sonra onlar layihəni araşdıracaq və “Ginnesin Rekordlar Kitabı”na daxil edilib-edilməməsinə qərar verəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.
Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur.
Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.
Balaxanı yolunda avtomobil qəzası baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məlumatda bildirilir ki, qəza zamanı KIA və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “Toyota” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan deyib.
Xəsarət alan və ölən barədə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:"Əzizə İsmayılova
Bu gün Azərbaycan Respublikasında prezident seçkisi keçirilir.
Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib.
O, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.
Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var.
Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.
Şanxay Əməkdaşlıq Təşkilatından olan (ŞƏT) müşahidəçi Anna Valeryevna Skroznikova seçkidə hər şeyin şəffaf olduğunu bildirib.
Secki-2024.az saytı xəbər verir ki, o, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edərkən bildirib.
“İndiyə qədər 7 məntəqədə olmuşuq, hər şey yaxşıdır.
Seçkilərdə hər şey çox şəffafdır.