Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Heç bir problemlə qarşılaşmamışam. |
Seçici fəallığı müşahidə edilir. |
Rusiyadakı kimi proses yüksək səviyyədə keçir”, - ŞƏT nümayəndəsi bildirib. |
“Azərbaycanda seçki modern texnologiyaların tətbiqi ilə keçirilir. |
Mənim ölkəm Laosda hələ də köhnə qaydalar tətbiq olunur. |
Şəffaf mürəkkəblərdən istifadə, onun izinin xüsusi qurğu ilə yoxlanılması mənim üçün yenilik oldu”. |
Bunu APA-ya “The ASEAN lnterParlamentary Assembly”nin nümayəndə heyətinin rəhbəri Sanya Praseut Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edərkən deyib. |
Qeyd edək ki, sözügedən təşkilatı təmsil edən üçnəfərlik qrup Laosdan gəlib. |
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildiriblər. |
“Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. |
Onlar öz gələcəklərinə səs verirlər. |
Təşkilatçılıq yüksək səviyyədədir. |
İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. |
Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm”, - söyləyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir, xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib. |
O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir. |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin Bakının Nizami rayonunda yerləşən 1 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir. |
Məntəqə sədri Hicran Allahverdiyeva bildirib ki, hazırda səhər saatları olmasına baxmayaraq, 150-ə yaxın seçici səsvermədə iştirak edib. |
Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər. |
Qeyd edək ki, bu seçki məntəqəsində 596 seçici qeydiyyata alınıb. |
Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. |
Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. |
“Bu gün artıq işğaldan azad edilən rayonlarımızda - Şuşada, Xankəndidə insanlarımız səs verir, onlar Azərbaycanın suverenliyinə, Azərbaycanın inkişafına səs verirlər”. |
Oxu.Az xəbər verir ki, bu sözləri 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. |
Nazir qeyd edib ki, artıq Azərbaycan daha böyük inkişaf dövrünə qədəm qoyur. |
“Ona görə də əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirlər, səs verirlər. |
Bu, doğurdan da digər illərdən fərqli olaraq çox böyük, möhtəşəm seçkidir”, - K.Heydərov vurğulayıb. |
Dünən Hindistanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 174 nəfərə çatıb. |
Məlumata görə, polis zavodun iki sahibini saxlayıb. |
Onlara qarşı ittiham irəli sürülüb. |
Partlayışın səbəbi hələ müəyyən edilməyib. |
Qeyd edək ki, dünən Hindistanın mərkəzindəki Bayraqarh (Madhya Pradeş) kəndində gizli pirotexnika fabrikində partlayış baş verib. |
Hadisə nəticəsində azı 11 nəfər dünyasını dəyişib. |
Əməkdar məşqçi, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov prezident seçkisində səsvermə hüququndan istifadə edib. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin qadın məhbusları da səs verirlər. |
Onlar öz hüquqlarından Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində istifadə edirlər. |
41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, 532 məhkum səs verəcək. |
Səsvermə prosesi başlayandan indiyədək 170 məhkum səs verib. |
“Azərbaycanda növbədənkənar prezident seçkisi çox mütəşəkkil, nəzərəçarpan seçici fəallığı ilə keçirilir”. |
“Mən buraya prezident seçkisini müşahidə etmək üçün gəlmişəm. |
Məntəqələrdə xeyli adam var:yaşlılar, orta yaşlılar, eləcə də gənclər. |
Seçki prosesi çox aktivdir”, - o vurğulayıb. |
Əfsanəvi boksçu, keçmiş dünya çempionu Mayk Tayson sosial şəbəkələrdə məşhur həmyerlisi, iki çəki kateqoriyasında keçmiş dünya çempionu Evander Holifildlə şəklini paylaşıb. |
“Biz dişləmə olan döyüşdən sonra çox yol qət etmişik”, - deyə Tayson yazıb. |
“Mən səni sevirəm, Mayk”, - deyə Holifild cavab verib. |
Xatırladaq ki, revanş görüşündə Tayson Holifildin qulağının bir hissəsini dişləmişdi. |
Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. |
Mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. |
Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər. |
Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. |
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. |
Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. |
M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub. |
Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub. |
Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. |
Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub. |
Rusiyalı mütəxəssislər xərçəng yaradan virusların adlarını açıqlayıblar. |
Siyahıda ilk yerdə hepatit B və hepatit C virusları gəlir. |
Alimlər bildiriblər ki, bu viruslar bəzən qaraciyər infeksiyası yaradır ki, o da sonda xərçəngə çevrilə bilər. |
“Kapoşi sarkoması ilə əlaqəli herpes virusu (KSHV) qan damarı xərçəngi və iki növ lenfoma riskini artırır”, - deyə onlar bildiriblər. |
Elm adamları “Merkel poliomavirusunu” (MCPyV) da bu siyahıya əlavə ediblər. |
Onların sözlərinə görə bu virus dəriyə təsir edir və adətən simptomlar olmadan baş verir. |
Bəzilərində “Merkel hüceyrəli karsinoma” adlı nadir dəri xərçənginə səbəb olur. |
“Həmçinin 200-dən çox qrupdan ibarət olan “İnsan papilloma virusu”nun (HPV) təxminən 13 növünün onkogen olduğu sübut edilib. |
Onlar uşaqlıq boynu, vulva, qadın və kişi cinsiyyət orqanları, badamcıq və ya dil xərçənginə səbəb ola bilər”, - deyə alimlər bildiriblər. |
Mütəxəssislər “insan immunçatışmazlığı virusu”na (İİV) yoluxmuş insanların immun sistemi zəif olduğundan onların xüsusilə sarkoma və lenfoma olma riskinin yüksək olduğu barədə xəbərdarlıq ediblər. |
Siyahıda “İnsan T-limfotrop virusu”nun (HTLV) da adı var. |
Bildirilir ki, bu viruslar leykositlərin bir növü olan “T hüceyrələri”ni yoluxdurur, leykomiya və limfomaya səbəb ola bilər. |
Siyahıda sonuncu yerdə “Epşteyn-Barr virusu” (“Human herpesvirus 4”) gəlir. |
Bildirilir ki, bu virusa yoluxanlarda əksər vaxt heç bir simptom olmur. |
Virus mononukleoz və viral meningitdən pnevmoniyaya qədər digər daha ciddi xəstəliklərə səbəb ola bilər. |
“Epşteyn-Barr virusu”nun yarada biləcəyi xərçəng növləri müxtəlif limfomalar, yuxarı udlaq xərçəngi, yumşaq toxuma xərçəngi, transplantasiya sonrası limfoproliferativ xəstəlik yarada bilər”, - deyə alimlər qeyd ediblər. |
Mütəxəssislər xərçəngi ilkin mərhələdə müəyyən etmək üçün risk altında olanları HİV, sifilis, hepatit B və hepatit C virusları, yüksək onkogen riskli HPV, “Epşteyn-Barr virusu”ndan müayinələrdən keçməyə çağırıblar. |
Elm adamları onu da bildiriblər ki, bu viruslardan birinə yoluxmaq, mütləq xərçəng xəstəliyinə tutulacağı anlamına gəlmir. |
Mənbə:“Lab4U” “Telegram” kanalı |
“Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlayırıq. |
Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. |
Bunu namizədlərlə, namizədlərin qərargahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski deyib. |
MDB PA-dan olan müşahidəçilər missiyasının artıq 30 yaşının olduğunu qeyd edən D.Kobitski əlavə edib:""“Müşahidənin obyektiv və prosesin bütün iştirakçıları üçün aydın olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun yaradılması barədə qərar qəbul edilib. |
Bu qərar məhz burada, Bakıda qəbul olunub. |
Hazırda institut bütün MDB məkanında fəaliyyət göstərir və onun o cümlədən Bakıda filialları var”. |
D.Kobitskinin sözlərinə görə, bu struktur bütün elektron prosesləri tədqiq etməyə kömək göstərir, MDB ölkələrinin hər birinin qanunvericiliyini araşdırır və qanunvericiliyinin araşdırılması əsasında bütün demokratik normalara uyğun olaraq nəticələr çıxarır. |
Müşahidənin nəticələrinə toxunan MDB PA-nın baş katibi deyib ki, onlar çoxlu sayda seçki məntəqələrində olublar. |
Bütün müşahidəçilər bir araya gələndən sonra nəticələr elan ediləcək. |
O bildirib ki, ilkin nəticələr sabah mətbuat konfransında açıqlanacaq. |
Lakin son məlumatlar MSK tərəfindən nəticələr tam təsdiqlənəndən bir qədər sonra elan olunacaq. |
“60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. |
Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. |
Bu o deməkdir ki, seçki xalq tərəfindən böyük coşqu ilə qarşılanır”. |
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Vahid Əziz deyib. |
“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. |
Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. |
Hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə o əlavə edib. |
Xalq şairinin sözlərinə görə, növbədənkənar prezident seçkisi Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır. |
“Hazırda 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”. |
“Trend”in Xankəndi şəhərinə ezam olunmuş müxbirinə ABŞ-nin “Oracle Advisory Group”un müşahidəçisi Emil Mehdiyev deyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.