Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O vurğulayıb ki, seçki üçün lazımi şərait yaradılıb. |
“Vətəndaşlarımız “exit poll”da da tam məxfilik qorunmaqla yüksək səviyyədə iştirak edir”, - deyə o qeyd edib. |
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi keçirilir. |
Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. |
Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. |
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. |
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. |
Onlar ölkə üzrə 6 537 məntəqədə səs verəcəklər. |
Seçkini izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. |
Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. |
Bu müşahidəçilər 89 ölkədəndir. |
Seçki bütün Azərbaycan ərazisini əhatə edir. |
İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. |
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. |
Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək. |
Seçkidə 190 beynəlxalq media qurumu iştirak edir. |
Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb. |
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq. |
Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib. |
O qeyd edib ki, seçkini izləməyə TÜRKPA heyətində Türkiyədən 8 deputat, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib:“Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. |
Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. |
Burada müşahidəçi olmaq da bizə qismət oldu”. |
Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar:“Ulu öndər Heydər Əliyevin təbirincə biz “tək millət, iki dövlət” deyirdik. |
Bundan sonra türk birliyi olaraq, “tək millət, yeddi dövlət” olacağıq. |
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. |
Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. |
Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm”. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən 122 saylı Xankəndi seçki dairəsinin Bakının Sabunçu rayonunda yerləşən 2 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir. |
Məntəqə sədri Eldəniz Əbdülov bildirib ki, hazırda səsvermə prosesində aktivlik müşahidə olunur və məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər. |
Qeyd edək ki, bu seçki məntəqəsində 793 seçici qeydiyyata alınıb. |
Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. |
Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. |
Beynəlxalq müşahidəçilər seçki məntəqələrində monitorinqi davam etdirirlər. |
APA xəbər verir ki, 7 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı ekspertlər seçki prosesini izləyiblər. |
Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko bugünkü seçkinin Azərbaycan üçün çox önəmli hadisə olduğunu vurğulayıb. |
“Bu seçki Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edir. |
Ona görə ki, növbədənkənar prezident seçkisi Azərbaycanın bütün ərazisində, o cümlədən Qarabağda keçirilir”, - deyə hərbi ekspert qeyd edib. |
Ekspert növbədənkənar prezident seçkisini Azərbaycanın gələcək həyatı üçün vacib vektor adlandırıb:""“Bu mənada, Azərbaycan xalqı seçkidə fəal iştirak edir”. |
PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara hazırdır. |
Məlumata görə, fransalı forvard illik 50 milyon avro maaş və 120 milyon avro imza bonusu almaq istəyir. |
Mbappenin hazırkı mərhələdə hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunub. |
Xatırladaq ki, əvvəllər Kilianın “Real Madrid”ə keçməyə yaxın olduğu barədə məlumat yayılıb. |
Bildirilib ki, fransalı idmançı Madriddə harada yaşayacağına da artıq qərar verib. |
Qeyd edək ki, bu mövsüm 24 yaşlı hücumçu PSJ-nin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və yeddi məhsuldar ötürmə edib. |
Nüfuzlu “Transfermarkt” onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir. |
Növbədənkənar prezident seçkisi işğaldan azad olunan Şuşa şəhərində da seçicilərin aktivliyi ilə müşahidə olunur. |
Oxu.Az xəbər verir ki, 105 saylı Şuşa seçki dairəsinə seçicilər axın edir. |
Bildirilib ki, xarici ölkələrdən gələn müşahidə qrupları mütəmadi olaraq seçki məntəqələrində bütün prosesi müşahidə edirlər. |
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir. |
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. |
Seçicilər 6537 məntəqədə səs verəcəklər. |
İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. |
Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək. |
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. |
Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. |
Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. |
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidə aparır. |
Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir. |
Milli Cəbhə partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkisində səs verib. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkisində səs verib. |
Bu məntəqənin seçici siyahısında 1367 nəfərin adı var. |
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən prezident seçkisində seçicilərin fəallığının yüksək olduğunu məmnunluqla qeyd edib. |
Baş katibin sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir və yüksək seçici fəallığı müşahidə olunur. |
S.Lebedev qeyd edib ki, seçici fəallığının yüksək olması həm də vətəndaşların seçkilərdə iştiraka olan marağını göstərir. |
“Vətəndaşlar respublikada sabitliyin, əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. |
Açığı, biz sizin MDB-dəki tərəfdaşlarınız olaraq Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, Azərbaycanın və digər qonşu respublikaların gələcək mütərəqqi inkişafı üçün şəraitin yaradılmasında son dərəcə maraqlıyıq”, - o bildirib. |
Tədqiqatçılar süni intellekt vasitəsilə Vezuvi vulkanının püskürməsi zamanı yanmış 2000 illik papirusun gizli mətnini deşifrə edə biliblər. |
Oxu.Az-ın məlumatına görə, bu barədə “Vesuvius Challenge”də dərc olunan məqalədə bildirilib. |
Məlumata görə, Yusef Nader, Lyuk Farritor və Culian Şilligerin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kömür parçasına bənzəyən perqamenti əvvəlcə rəqəmsal skan ediblər, sonra papirusu virtual olaraq açmaq və hərfləri müəyyən etmək məqsədilə 3D xəritələmə və süni intellekt üsullarından istifadə olunub. |
Deşifrə olunmuş mətn yunan filosofu Filodimin indiyə qədər görünməmiş fikirlərini ortaya qoyur, onun Epikür fəlsəfə məktəbinə işıq salır. |
Qeyd edilir ki, papirus 18-ci əsrdə bir fermer tərəfindən tapılıb. |
O, evi üçün quyu qazarkən təsadüfən torpaq altında qalan Herkulanum antik şəhərinin Roma dövrünə məxsus villasını üzə çıxarıb. |
Sonradan bunun kitabxana olduğu ortaya çıxıb. |
Bildirilir ki, böyük papirus vərəqlərindən ibarət kitabxana vulkanik dağıntıların istisi ilə kömür halına gələrək olduqca kövrəkləşsə də, hələ də sağlam vəziyyətdə qalıb. |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda mina qurbanlarının sayının artmasına diqqət çəkib. |
O, bu barədə “X” hesabında paylaşım edib. |
“Azərbaycanın mina qurbanları artmaqda davam edir. |
Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarına milyonlarla mina basdırıb. |
Mina hadisələri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş təmas xəttinin arxasında, xüsusən də, hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. |
Bu, mülki əhaliyə qarşı terror törətmək və onları öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə olunmasının sübutudur”, - deyə H.Hacıyev bildirib. |
Landmine victims of Azerbaijan continue to grow. |
During 30 year long occupation, Armenia infested the lands of Azerbaijan with millions of landmines. |
Surveys of landmine incidents demonstrate that most of the explosions occur behind the former line of confrontation, especially in… pic.twitter.com/gGhFjpvyIx |
Sumqayıtda sürücünün yol hərəkəti qaydasını kobud şəkildə pozması qəzaya səbəb olub. |
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. |
Hadisə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində qeydə alınıb. |
Əks yola çıxan avtomobil qarşıdan gələn avtomobillə toqquşub. |
Həmin görüntüləri təqdim edirik:""Əzizə İsmayılova |
“Heç kim Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatını devirmək fikrində deyil”. |
Bu açıqlama ilə BMT baş katibinin Əfqanıstan üzrə xüsusi koordinatoru Feridun Sınırlıoğlu “Taliban” hakimiyyətinin baş nazirinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əbdül-Kəbirlə görüşündə deyib. |
BMT rəsmisi vurğulayıb ki, ABŞ və Avropa “Taliban” iqtidarı ilə əlaqələr qurmaqda maraqlıdırlar, lakin təşkilat da öz növbəsində müəyyən beynəlxalq müqavilələrə əməl etməlidir. |
Feridun Sınırlıoğlu əlavə edib ki, BMT-nin Dohada baş tutacaq konfransının “Taliban”ın dünya ilə münasibətlərində müsbət dəyişikliklərə səbəb olacağına inanır. |
“Növbədənkənar prezidenti seçkisində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.